Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-822/2023 23.06.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Ərizəçi və ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi «doğum faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi «doğum faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 iyul 1945-ci ildə Samux rayon, Qırmızı Samux kəndində anadan olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, o, 15 iyul 1945-ci ildə Samux rayon (keçmiş Xanlar rayon) Qırmızı Samux kəndində anadan olub, 10 sentyabr 1959-cu ildə keçmiş Səfərəliyev rayon Qırmızı Samux sovxoz yeddi illik məktəbində təhsil alaraq, həmin məktəbi bitirməsi haqqında Azərbaycan SSR Maarif Nazirliyi tərəfindən xx.xx.1959-cu il tarixdə verilmiş №061254 nömrəli şəhadətnamə almışdır. 23 yanvar 1976-cı il tarixdə Eyvazova (Allahverdiyeva) Məleykə Kamran qızı ilə rəsmi nikaha girmiş və bu barədə keçmiş Xanlar rayon Yenikənd sovetliyində 23 yanvar 1976-cı il tarixdə İ-ЖГ № 369021 nömrəli nikahın bağlanması haqqında şəhadətnamə alıb. Bundan əlavə o, 28 dekabr 1989-cu il tarixdə АБЛ № 350319 nömrəli sürücülük vəsiqəsi almışdır. Qeyd etdiyi bu sənədlərdə doğum təvəllüdü xx.xx.1945-ci il kimi qeyd olunmuşdur. O, 14 iyul 2010-cu il tarixdə Samux rayon polis şöbəsində AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsi alan zaman onun təvəllüdü mexaniki olaraq səhv yazılmışdır. Belə ki, 5 və 4 rəqəmlərinin yeri səhv yazılaraq onun təvəllüdü xx xxxx 1954-cü il kimi qeyd olunub. Şəxsiyyət vəsiqəsindən başqa digər sənədlərdə doğum tarixi 15 iyul 1945-ci il kimi qeyd olunmuşdur. Şəxsiyyət vəsiqəsində göstərilən doğum ili digər sənədlərdə göstərilən doğum ili ilə ziddiyət təşkil edir. 1990-cı ilin noyabr ayında yaşadığı ev yanmışdır. Doğum şəhadətnaməsinin yenidən alınmasına zərurət yaranmışdır. Odur ki, o, məcbur olub ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçinin nümayəndəsi X2 ərizəni müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə ərizəçini və ərizəçinin nümayəndəsini dinləyərək, ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, hazırkı işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1954-ci ildə doğulmuşdur. İş materiallarında olan İ-ЖГ 369021 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi doğum tarixi xx.xx.1945-ci il kimi qeyd olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.20323-cü il tarixli arayışından görünür ki, Ərizəçi “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və Maraqlı şəxs arxivində doğum haqqında akt aşkar edilməyib. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin Azərbyacan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi vardır. Belə olan halda onun hazırda doğum faktının müəyyən edilməsi barədə ərizəsi əsassızdır. Şəxsiyyət vəsiqəsində doğum tarixinin yalnış qeyd olunması məsələsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud ərizəçinın vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi «doğum faktının müəyyən edilməsi» barədə əizəsinə dair mülki iş üzrə icraata işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından xitam verilsin. Ərizəçiyə inzibati orqana, inzibati orqan bundan imtina etdikdə isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-822/2023
Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-822/2023
23.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver