Məhkəmə qərarları › İş №2(058)-827/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-827/2025

11.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-827/2025 11.09.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X19 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, onun X2 xx.xx.2008-ci il tarixdə Samux rayonu, Sarıqamış kəndində anadan olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, X10 ilə xx.xx.2013-cü il tarixdə birgə nikaha daxil olmuş, Samux rayonu, Sarıqamış kəndində ailəsi ilə birgə yaşamışdır. Mərhum həyat yoldaşı X10 ilə birgə evliliklərindən xx.xx.2008-ci il təvəllüdlü X16 anadan olmuşdur. O, uşağının doğum şəhadətnaməsini alandan sonra rəsmi nikaha daxil olmuşdur. Həyat yoldaşı X10 xx.xx.2025-ci il tarixdə ölmüşdür. X2 doğum şəhadətnaməsi avtomatlaşdırılmlş qeydiyyat informasiya sistemində çıxmadığı üçün doğum şəhadətnaməsinin yenidən alınmasına zərurət yaranmışdır. O, X9 doğum haqqında şəhadətnaməsini təkrar almaq məsədi ilə Maraqlı şəxsnə müraciət etmiş, qeydiyyat şöbəsi onun müraciətinə cavab olaraq bildirmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və Maraqlı şəxs arxivində doğum haqqında qeyd aşkar olunmamışdır. Bu səbəbdən də o, Maraqlı şəxsndən təkrar doğum şəhadətnaməsi ala bilməmiş, ona bildirmişlər ki, təkrar doğum haqqında şəhadətnamə almaq üçün doğum faktı məhkəmə qaydasında təsdiq olunmalıdır. Bu səbəbdən, doğum faktının müəyyən edilməsi ilə əlaqədər məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ərizəçi xx.xx.2025-ci il tarixdə məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, xx.xx.2008-ci il tarixdə anadan olmuş oğlu X9 atasının X10 olmasına dair atalıq faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, 2013-cü il tarixdə ailə həyatı qurmuş, iki övladı anadan olmuşdur. Nəcəf 2008-ci il tarixdə anadan olmuşdur, qızı Zümrüd isə 2013-cü il tarixdə anadan olmuşdur. O, həyat yoldaşı Rəşadla qızı Zümrüd Quliyevanın doğulduğu tarixdə, yəni 2013-cü il tarixdə rəsmi nikaha girmişdir. Onun həyat yoldaşı Rəşad qızı Zümrüd Quliyevaya atalıq vermiş, lakin oğlu Nəcəf Quliyevə atalıq verməmişdir, bu səbəbdən də, VVAQ şöbəsi tərəfindən uşağın soyadı və atasının adı onun göstərişi üzrə yazılmış və o, tək ana kimi qeydiyyata alınmışdır. Onun həyat yoldaşı Rəşad Quliyev xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X4 ərizənin təmin olunmasına etiraz etmədi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 bildirdi ki, ərizəçi onun gəlinidir. Onun oğlu X1 Sevinc Ələddin qızı ilə ailə həyatı qurmuş, birgə nikahlarından Zümrüd və Nəcəf adlı iki övladı anadan olmuşdur. Onun oğlu X10 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X13 bildirdi ki, ərizəçi onun gəlinidir. Onun oğlu X10 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. X15 Nəcəf və Quliyeva Zümrüd adlı iki övladı anadan olmuşdur. X16 xx.xx.2008-ci il tarixdə anadan olumuşdur. Hazırda uşaqlar Ərizəçi ilə yaşayırlar. İşdə olan xx.xx.2008-ci il tarixdə Samux rayon Sarıqamış kənd icra nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2008-ci il tarixdə anadan olmuşdur. İşdə olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X16 xx.xx.2008-ci il tarixdə anadan olmuşdur. İşdə olan xx.xx.2013-cü il tarixdə Maraqlı şəxs tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə Ərizəçi nikahları xx.xx.2013-cü il tarixdə 373 nömrəli akt qeydi ilə bağlanmışdır. İşdə olan xx.xx.2013-cü il tarixdə Maraqlı şəxs tərəfindən verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2013-cü il tarixdə anadan olmuş X6 atası hesab edilmişdir. İşdə olan xx.xx.1986-cı il tarixdə Xanlar rayonu Seyidlər kənd Soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixdə Maraqlı şəxs tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. Beləliklə məhkəmə iclasında ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatı, toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, Ərizəçi ilə X7 birgə yaşadıqları dövrdə xx.xx.2008-ci il tarixdə Nəcəf adlı uşağı anadan olmuşdur. Nəcəf Quliyevə doğum şəhadətnaməsi alınarkən Samux rayon Sarıqamış kənd icra nümayəndəliyi tərəfindən tərəflərin rəsmi nikahlarının olmadığı üçün ata adı qrafasında uşağın atasının adı Ərizəçi iradə ifadəsi üzrə - “Rəşad”, soyadı qrafası “Quliyev” kimi qeyd edilmişdir. Cavabdeh atalığı müəyyən etməkdən ötrü müvafiq qeydiyyat orqanında ərizə yazmadığı üçün xx.xx.2008-ci il tarixdə anadan olmuş X9 atalığını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bəzi hallarda doğumun qeyd edilmə faktı şübhə yarada bilər. Arxivlərin məhv və ya əlçatmaz olması səbəbindən onu bərpa etmək mümkün deyldirsə həmin faktlar məhkəmə tərəfindən müəyyən edilə bilər. Bu işlər o halda qaldırılır ki, vətəndaşlıq aktlarını dövlət qeydiyyatına alan orqan zəruri sənədin dublikatını üzrlü səbəblərə (məsələn, arxivin məhv olması üzündən) görə verə bilmir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsində göstərilir ki, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideyinlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, uşağın valideyinlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 48-ci maddəsində göstərilir ki, bu Məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideyinlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Həmin Məcəllənin 46.3-cü maddəsində göstərilir ki, uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideyinlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Məhkəmə sonda işin müəyyən olunmuş hallarını və onlara tətbiq edilməli olan qanunvericilik müddəalarını rəhbər tutaraq hesab edir ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına aiddir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur və bu səbəblərdən də ərizə təmin edilərək, X7 Samux rayonu, Qarayeri qəsəbəsində Ərizəçi tərəfindən doğulmuş - xx.xx.2008-ci il tarixdə doğulmuş X9 atası olması faktı müəyyən edilməli, xx.xx.2008-ci il tarixdə anadan olmuş X11 doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında “X10”, ana qrafasında “Ərizəçi” və milliyyəti “Azərbaycanlı” kimi yazılmalı və bu barədə Qeydiyyat şöbəsində sənədləşmə aparılaraq şəhadətnamə verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 119.1, 213, 216– 220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. Cavabdeh X7 Samux rayonu, Qarayeri qəsəbəsində Ərizəçi tərəfindən doğulmuş – xx.xx.2008-ci il tarixdə anadan olmuş X9 atası olması faktı müəyyən edilsin. xx.xx.2008-ci il tarixdə anadan olmuş X11 doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında “X10”, ana qrafasında “Ərizəçi”, milliyyəti “Azərbaycanlı” kimi yazılsın. X11 doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar