Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-832/2025 08.10.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 "doğum faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1992-ci il tarixdə doğulmuş Ərizəçi2 və xx.xx.2017-ci il tarixdə doğulmuş Günay adlı, xx.xx.2023cü il tarixdə doğulmuş Zərha adlı, xx.xx.2018-ci il tarixdə doğulmuş Gündüz adlı, xx.xx.2020-ci il tarixdə doğulmuş Davud adlı uşaqların doğum gatının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə ərizəçilərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb bildirmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən ərizə baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 259.0.6, 260, 263- 264, 267-268-ci maddələrinə əsasən, məhkəmə qəraraaldı: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 «doğum faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-832/2025
Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-832/2025
08.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver