Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-84/2023 28.02.2023 SAMUX RAYON MƏKƏMƏSİ X27 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Fiqrət oğlunun katibliyi, İddiaçılar İddiaçı və X4 və onların qanuni nümayəndələri, X10, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı və X4 Cavabdeh, “vərəsəliyin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və X11 Cavabdeh qarşı “vərəsəliyin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X7 miras qalmış Samux rayonu, Nəbiağalı qəsəbəsi 24 saylı mülklə bağlı vərəsəliyin qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsini ona əsaslandırmışdır ki, ünvan 1 ümumi sahəsi 54,6 kvm olan mülk Dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçməklə mərhum qaynatası X9 adınadır. X2 10 oktyabr 2013-cü ildə, qaynatası X17 29 aprel 2014-cü ildə vəfat etmişlər. Onların vəfatından sonra miras mülkdə ancaq o, və uşaqları yaşamış, miras mülkü idarə etməklə qəbul etmişlər. Qaynatsının vəfatından sonra baldızı Cavabdeh ilə onun arasında bank kredit müqaviləsi və torpaq sahəsi ilə bağlı problem yaranmışdır. Baldızı onu iki uşaqı birlikdə evdən qovmuşdur. Samux Rayon Məhkəməsinin 01 dekabr 2015-ci il tarixli qətnaməsi ilə o, azyaşlı uşaqları xx.xx.2005-ci ildə anadan olmuş İddiaçı və xx.xx.2007-ci ildə anadan olmuş X11 ilə birgə, Samux şəhərində yerləşən, mərhum qaynatası X9 istifadəsindən olmuş evdən istifadə hüququ verilməklə həmin evə köçürülmələri qət edilmişdir. Qaynatasının ölümündən sonra cavadeh həmin evə gəlmiş, vərəsəliyi qəbul etməmişdir. Onun evlə heç bir münasibəti olmamış, ancaq yas mərasimində iştirak etmişdir, vərəsəliyin qəbulu ilə bağlı notariat kontoruna müraciət etməmişdir. Vərəsəlik ancaq onun uşaqları tərəfindən, onların qanuni nümayəndəsi kimi onun tərəfindən faktiki idarə edilməklə qəbul edilmişdir. İddiaçıların nümayəndəsi, X18 məhkəmə iclasında iddiaçının izahatına uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, ünvan 1 ev mərhum atası X9 adınadır və onun atası X17 29 aprel 2014-cu il tarixdə vəfat etmişdir. X13 31 iyul 2015-ci il tarixdə vəfat etmişdir. X1 10 oktyabr 2013-cü ildə tarixdə vəfat etmişdir. Mərhum atası X9 vərəsələri o, iddiaçılar İddiaçı və X8r. Miras mülkün vərəsələr arasında paylarına uyğun bölünməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçıların nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ünvan 1 ümumi sahəsi 54,6 kvm mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2022-ci il tarixdə ********** reyestr nömrəli çıxarış verilmişdir. xx.xx.2014-cü il tarixdə Samux rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 29 aprel 2014-cü il tarixdə vəfat etmişdir. xx.xx.2015-ci il tarixdə Gəncə ASAN-xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 31 iyul 2015-ci il tarixdə vəfat etmişdir. xx.xx.2013-cü il tarixdə Samux rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 10 oktyabr 2013-cü il tarixdə vəfat etmişdir. xx.xx.2009-cu il tarixdə Samux Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə X10 nikahları 14 oktyabr 2009-cu il tarixdə 266 nömrəli akt qeydi ilə bağlanmışdır. xx.xx.2014-cü il tarixdə Samux Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə İsmayılov Aynur qızının birgə nikahlarından 21 dekabr 2005-ci il tarixdə İddiaçı anadan olmuşdur. xx.xx.2009-cu il tarixdə Samux Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə İsmayılov Aynur qızının birgə nikahlarından 09 avqust 2007-ci il tarixdə X12 anadan olmuşdur. Azərbaycan Respublikasının MM-nin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası MM-nin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası MM-nin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanunun 21.1ci maddəsinə əsasən, məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsinin və cavabdehin izahatları və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ünvan 1 ünvanda yerləşən miras əmlak xx.xx.2014cü ildə vəfat etmiş X9 adınadır. İddiaçıların atası X5 10 oktyabr 2013-cü ildə vəfat etmişdir. X21 Yaqub vəfatından sonra miras qalmış ünvan 1 mülk faktiki olaraq mərhumun qızı Cavabdeh və iddiaçılar tərəfindən faktiki olaraq qəbul edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı, X11 və Cavabdeh xx.xx.2014-cü ildə vəfat etmiş X9 qanun üzrə vərəsələri tanınmalı, X7 miras qalmış ünvan 1 ünvanda yerləşən evdən 1/4 hissədə İddiaçı, 1/4 hissədə X4 və 2/4 hissədə Cavabdeh payları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İddiaçılar İddiaçı, X11 və Cavabdeh xx.xx.2014-cü ildə vəfat etmiş X9 qanun üzrə vərəsələri tanınsınlar. X7 miras qalmış ünvan 1 ünvanda yerləşən evdən 1/4 hissədə İddiaçı, 1/4 hissədə X4 2/4 hissədə Cavabdeh payları müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən bir ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-84/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-84/2023
28.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver