Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-85/2023 28.11.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X29 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı Hüseynova (Məhərrəmova) Yasəmən Adıgözəl qızının və onun nümayəndəsi (vəkil) X2, Samux rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X13, Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin nümayəndəsi X10, Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin psixoloqu X9 iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı “uşaq” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı X7 Cavabdeh qarşı “uşaq” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il tarixdə anadan olmuş X8 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X4 onun himayəsində saxlanılıb onunla yaşamalarına və onun aliment ödəməkdən azad olunmağına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 18 dekabr 2004-cü il tarixdə Cavabdeh ərə getmiş, həmin nikahdan xx.xx.2006-cı il tarixdə X14 və xx.xx.2009-cu il tarixdə X11 anadan olmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli 2(044)-1908/2021 nömrəli qətnaməsi ilə onunla Cavabdeh arasında xx.xx.2004-cü il tarixdə Samux rayon Çobanabdallı kənd ərazi nümayəndəsinin 9 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2006-cı il tarixdə anadan olmuş X8 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X4 nikahın pozulmasından sonra Cavabdeh himayəsində saxlanılması qət edilmişdir, lakin işə baxılmamışdan əvvəl, eləcə də işə baxılarkən və halhazırda hər ki uşaq onun himayəsindədir. O, həmin qətnamə ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2022-ci il tarixli 2(104)-920/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Uşaqlar anadan olan bir gündən hazıradək onun himayəsində yaşamışlar, Gəncə şəhərində təhsil alımışlar. Ataları ilə arada bir görüşüb, yanında qalırlar, lakin daimi yaşayış yerləri onun yanındadır. Küçə üçlüyünün vermiş olduğu arayışdan müəyyən edilmişdir ki, uşaqlar onun yanında və himayəsində yaşayırlar. Gəncə şəhər X32 adına 8 nömrəli tam orta məktəbin 24 may 2022-ci il tarixli 138 nömrəli arayışından görünür ki, X11 həqiqətən həmin orta məktəbin 7-ci sinif şağirdidir, ilk Peşə-İxtisas Təhsil Müəssisəsi 3 nömrəli X31 vermiş olduğu 24 may 2022-ci il tarixli arayışından müəyyən edilmişdir ki, X14 həqiqətən 3 nömrəli X31 tələbəsidir və kompyuter ustası peşəsi üzrə əyani təhsil alır. Uşaqlar onun himayəsində yaşasalar da formal olaraq kağız üzərində atalarının himayəsində olmaları göstərilmişdir. Uşaqlar onun himayəsində yaşayır, onları maddi cəhətdən o, təmin edir, lakin atalarının himayəsində olmaları göstərilir. Bütün qonşular təsdiq edə bilərlər ki, hər iki uşağı onun himayəsində yaşayırlar. Uşaqlar məhkəmədə pedaqoqun iştirakı ilə dindirilərsə təsdiq edə bilərlər ki, Gəncə şəhərində onun yanında yaşamaqla himayəsindədirlər. O, uşaqların onun himayəsinə verilməklə onunla yaşamalarına və alimentdən azad olunma tələbinə dair Gəncə 1 nömrəli Mediator təşkilatına müraciət etmişdir. Hər iki uşağı kağız üzərində cavabdehin himayəsində olsa da, faktiki olaraq onunla birlikdə yaşayırlar, uşaqların maddi tələbatlarını o, ödəyir, cavabdeh isə uşaqların saxlanılması üçün heç bir maddi yardım etmir, belə olan halda o, alimenti ödəməkdən azad edilə bilər. İddiaçının nümayəndəsi (vəkil) X5 xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi və iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizə ünvanlayaraq, iddia tələbini dəqiqləşdirməklə uşaqların hər ikisinin iddiaçının himayəsində olmasının müəyyən edilməklə iddia tələbinin həcminin azaldılaraq, aliment ödəməkdən azad olunma tələbinin iddiadan çıxarılmasını, həmçinin iddiaçının soyadının Məhərrəmova deyil, Hüseynova soyadı kimi tanınmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı X7 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi (vəkil) X5 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə işə baxılmasını mümkün hesab etdi. Samux rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X23 məhkəmə iclasında bildirdi ki, cavabdehin mənzil şəraitinin müayinəsinə dair müayinə aktı tərtib edilmişdir. Uşağın anasının himayəyə verilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin nümayəndəsi X21 məhkəmə iclasında bildirdi ki, X11 atasının himayəsində olmasına baxmayaraq, daima anasının yanında olmuş, X11 məktəbə anası ilə birlikdə gedib gəlmişdir. Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin psixoloqu X18 məhkəmə iclasında X4 anasının yanında qalmasının məqsədəmüvafiq olmasını bildirdi. Məhkəmə xx.xx.2009-cu il tarixdə anadan olmuş X4 10 yaşdan yuxarı olmasını, valideynlər arasında uşaqların hansının yanında qalmasına dair fikir ayrılığının olmasını, eləcə də uşağın maraqlarına toxunacaq halları nəzərə alaraq, məhkəmə araşdırılması zamanı X4 fikrinin nəzərə alınmasını zəruri hesab etmişdir. Bu səbəbdən də xx.xx.2009-cu il tarixdə anadan olmuş X11 məhkəmə iclasında tərəflərin, Samux rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X13, Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin nümayəndəsi X10 və Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin psixoloqu X9 iştirakı ilə dindirildi, dindirilmə zamanı X11 öz fikrini müstəqil şəkildə ifadə edərək, bildirdi ki, atası işləmək üçün Dağıstan Respublikasına getmişdir, o, həmişə anasının yanında qalmış, anası onun qayğısına qalmış və məktəbə anası ilə birlikdə gedib gəlmişdir. O, anasının yanında qalmaq istədiyini bildirdi. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Həmin Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. Məhkəmə tərəflərin, Samux rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin, Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin nümayəndəsinin və Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin psixoloqunun izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixdə “ASAN-GƏNCƏ” tərəfindən verilmiş seriya AZE № 11563044 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.2009-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdir. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-1908/2021 nömrəli qətnaməainin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2004-cü il tarixdə Samux rayon Çobanabdallı kənd İcra nümayəndəliyində 9 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından xx.xx.2006-cı il tarixdə anadan olmuş X8 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X4 nikahın pozulmasından sonra Cavabdeh himayəsində saxlanılmaları qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022ci il tarixli 2(104)-920/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-1908/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı, X12 və X11 12 iyul 2017-ci il tarixdən ünvan 1 ünvanda qeydiyyatdadırlar. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanda yaşayır. Uşaqlar xx.xx.2006-cı il təvəllüdlü X14 və xx.xx.2009-cu il təvəllüdlü X11 hazırda anasının himayəsində yaşayırlar. İş materiallarında olan Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəb tərəfindən verilmiş 24 may 2022-ci il tarixli arayışdan görünür ki, X11 həqiqətən Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin 7 (yeddinci) sinif şagirdidir. İş materiallarında olan İddiaçı həyat şəraitinin müəyyən edilməsinə dair xx.xx.2023-cü tarixli aktdan görünür ki, İddiaçı hal-hazırda yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı təqdim olunan sənədlərdən məlum olmuşdur ki, İddiaçı faktiki olaraq anası X6 məxsus evdə yaşayır. İddiaçı sözlərinə görə evdə özü, anası və övladları yaşayır. Baxış zamanı müəyyən edilmişdir ki, ev iki yaşayış otağı, bir şüşəbənd, mətbəx, hamam və sanitar qovşaqdan ibarətir, ümumi sahəsi 100 kv.metr, həyətyanı torpaq sahəsi 0,07 hektardır. Kommunal şəraiti qənaətbəxşdir, ev qaz sobası ilə isidilir. İş materiallarında olan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü Bəylər Məhərrəmovun və xx.xx.2009-cu il təvəllüdlü Zümrüd Məhərrəmovanın atası Cavabdeh himayəsinə verilməsi məqsədəmüvafiq hesab edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5–ci maddəsində göstərilmişdir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4–cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə bağlılığı, valideynlərin əxlaqi və digər keyfiyyətləri, uşğın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə alınmaqla həll edilir. Beləliklə, yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə, tərəflərin maddi-sosial vəziyyətini, Zümrüd Məhərrəmovanın xeyli vaxtdır ki, atasından ayrı anasının yanında yaşamasını, son vaxtlar Zümrüd Məhərrəmovanın qayğısının daha çox anası tərəfindən çəkilməsini, Zümrüd Məhərrəmovanın anasına daha çox bağlılığını, onun hazırki yaşayış yerində doğulmaqla, orada böyüyüb boya-başa çatmasını, təhsil yerini, Zümrüd Məhərrəmovanın tərbiyəsi və inkişafı üçün hazırki yaşayış yerində daha münbit şərait yaradılmasını, valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri, valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər, uşağın tərbiyəsi və inkişafı üçün yaradılmış şərait, uşağın fiziki və psixoloji cəhətdən sağlam inkişafı, anasına bağlılığı, həmçinin həmin mühitdə artıq vərdiş etdiyi şəraitdə birlikdə yaşamalarını, Zümrüd Məhərrəmovanın anasına hissi-emosional bağlılığını nəzərə alaraq xx.xx.2009-cu il tarixdə anadan olmuş X4 hazırki vəziyyətdə anasının yanında qalmasını məqsədəmüvafiq hesab edir, məhz yuxarıda sadalanan hallar baxımından, həm də X19 Məcəlləsinin 52-ci maddəsinin tələbi baxımından hazırki vəziyyətdə müstəqil fikrini dinləməklə, eləcə də tərəflər arasındakı hazırki mübahisə predmeti ailə-hüquq münasibətləri çərçivəsində davam edən xarakterli olduğundan bu müddət ərzində, yəni Zümrüd Məhərrəmovanın öz fikrini müstəqil şəkildə ifadə edənədək onun anası X3 yanında qalmasını məqsədəmüvafiq hesab edir. Lakin məhkəmə sonda əlavə olaraq izah edir ki, mübahsiə edilən iddia predmeti davam edən hüquq münasibətləri çərcivəsinə aid olduğundan Cavabdeh ilkin vəziyyətdə öz övladına qarşı hissi-emosional bağlılığı və ailə tellərinin (bağlarının) qırılmaması məqsədilə mütamadi olaraq görüşüb ünsiyyətdə olması və bundan sonra gələcəkdə Zümrüd Məhərrəmova ilə atası arasında müəyyən isti münasibət və bağlılıq yarandıqdan sonra yenidən iddia qaldırmaq hüququ istisna edilmir. Azərbaycan Respublikası Ailə Məcəllənin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Bununla yanaşı, məhkəmə mübahisənin düzgün həll edilməsi baxımından, Gəncə Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli rəyində göstərilən xüsusatlara da qiymət verilməsini zəruri hesab edir. Belə ki, Komissiyanın rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, komissiya tərəflərin hər birinin həyat və yaşayış şəraitini müayinə etmiş, nəticədə belə qərara gəlmişdir ki, xx.xx.2006-cı il təvəllüdlü Bəylər Məhərrəmovun və xx.xx.2009-cu il təvəllüdlü Zümrüd Məhərrəmovanın atası Cavabdeh himayəsinə verilməsi daha məqsədə müvafiqdir. Bununla belə Komissiya həmin nəticəyə gələrkən, uşaqların atanın yanından getmələrinə, ata ilə uşaqlar arasında emosional bağlılığın qopmasına səbəb olan halları araşdırmamış, həmçinin belə vəziyyətdə uşaqların atanın yanında qalmalarını zəruri edən müstəsna halların nədən ibarət olmasını göstərməmiş və bu halların uşaqların üstün mənafeyinə uyğun olmasını kifayət qədər əsaslandırmamışdır. Komissiya yalnız hər iki tərəfin həyat şəraitini müayinə etmiş və formal mülahizələrlə azyaşlı uşaqların atalarının yanında qalmalarının onların mənafelərinə uyğun olması qənaətinə gəlmişdir. Lakin Komissiya yalnız cavabdehin dəlillərinə istinad etmiş, işin digər hallarına qiymət verməmişdir. Ona görə də məhkəmə komissiyanın gəldiyi nəticə ilə razılaşmır və onu sübut növü kimi qəbul etmir. Məhkəmə iddia tələbinin xx.xx.2006-cı il tarixdə anadan olmuş X8 iddiaçının himayəsində qalması hissəsinə qiymət verərək hesab edir ki, azyaşlı Bəylər Məhərrəmov məhkəmə iclasında iştirak etmədiyindən və onun müstəqil fikrini dinləmək mümkün olmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, xx.xx.2009-cü il tarixdə anadan olmuş X1 Yasəmən Adıgözəl qızının yanında saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2009-cü il tarixdə anadan olmuş X11 anası X3 yanında saxlanılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-85/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-85/2023
28.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver