Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-85/2024 10.09.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X3 və X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun mərhum qardaşı X9 mərhumə X13 ilə rəsmi nikaha girmişdir. Onların birgə nikahdan xx.xx.1995-ci il tarixdə X6 və xx.xx.1997ci il tarixdə X11 adlı övladları doğulmuşdur. Hər iki uşaq anadan gəlmə İ qrup əlildir. Belə ki, X2 imbesillik debillik dərəcəsində olan ağıl zəifliyi diaqnozu ilə İ qrup əlil olmaqla əmək qabliyyətsizdir. X16 oliqofreniya dərin imbesillik dərəcəsində davranış pozğunluğu diaqnozu ilə İ qrup əmək qabliyyətsizdir. X8 xx.xx.2021-ci il tarixdə, X18 isə xx.xx.2022-ci il tarixdə ölmüşdür. Valideyinləri öldükdən sonra faktiki olaraq uşaqlara o baxır. Onlar özlərini idarə edə bilmirlər. Bu səbəbdən də X3 və X5 fəaliyət qabiliyyəti olmayan hesab edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə, iş üzrə məhkəmə-psixiatriya ekspertizasının təyin olunması barədə Samux Rayon Məhkəməsinin 2(058)1426/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X24 tərəfindən verilmiş ekspert rəylərini elan etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək ərizədə qeyd olunanlara uyğun izahat verdi, həmçinin bildirdi ki, ekspert rəyləri razıdır, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Samux Rayon İcra hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etmir, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəyə əlavə edilmiş sənədləri, alınmış ekspert rəylərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: XVİİİ-ЖГ № 400256 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 17 aprel 1995-ci il tarixdə Samux rayonun Qarayeri qəsəbəsində doğulmuş X3 atası X9, anası X10r. İ-ЛЮ № ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 24 noyabr 1997-ci il tarixdə Belarusiya Respublikasının Qomel şəhərində doğulmuş X5 atası X9, anası X10r. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 30 sentyabr 2021-ci il tarixdə ölmüşdür. 05 mart 2022-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 8 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının müayinə aktından çıxarışın surətindən görünür ki, X1 imbesillik debillik dərəcəsində olan ağıl zəifliyi diaqnozu ilə İ qrup əlillik müəyyən olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2022-ci il tarixli elektron informasiya sistemindən əldə olunmuş çıxarışın surətindən görünür ki, X7 oliqofreniya dərin imbesillik dərəcəsində davranış pozğunluğu diaqnozu ilə İ qrup əlillik müəyyən olunmuşdur. Maraqlı şəxs Başçısının Qarayeri kənd İnzibati Ərazi Dairəsinin üzrə nümayəndəliyinin 29 sentyabr 2023-cü il tarixli arayışından görünür ki, X9 xx.xx.2021-ci ildə vəfat etmiş və ölən günədək Samux rayon Qarayeri qəsəbəsində qeydiyyatda olmuşdur, onun aşağıdakı tərkibdə ailə üzvləri qalmışdır: arvadı X13 (xx.xx.2022-ci ildə vəfat edib). oğlu X6 (1995-ci il təvəllüdlü) və digər oğlu X11 (1997-ci il təvəllüdlü). Maraqlı şəxs Başçısının Qarayeri kənd İnzibati Ərazi Dairəsinin üzrə nümayəndəliyinin 29 sentyabr 2023-cü il tarixli arayışından görünür ki, X13 xx.xx.2022-ci ildə vəfat etmiş və ölən günədək Samux rayon Qarayeri qəsəbəsində yaşamışdır. Öləndən sonra onun X6 (1995-ci il təvəllüdlü) və X11 (1997-ci il təvəllüdlü) adlı ailə üzvləri qalmışdır. Maraqlı şəxs Başçısının Qarayeri qəsəbə İnzibati Ərazi Dairəsinin üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi həqiqətən Samux Rayon Qarayeri qəsəbəsində yaşayır, onun ailə tərkibi aşağıdakı kimidir: qardaşı oğlu X6 (1995-ci il təvəllüdlü) və qardaşı oğlu X11 (1997-ci il təvəllüdlü). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X24 tərəfindən verilmiş və xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş, xx.xx.2024-cü il tarixli, 03 nömrəli ekspert rəyindən görünür ki, ekspert psixiatr bu qənaətə gəlmişdir ki, yoxlanılan şəxs X4 hal-hazırda orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularnın beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 müəyyən edilir. Bunu mülki iş materialları, həmin mülki işindəki sənədlər, anamnestik məlumatlar və halhazırkı psixiatrik müayinənin nəticələri (ekspertiza zamanı onda davranış pozğunluğu müşahidə olunması, bələdliyinin pozulması, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını, ətrafda baş verənləri söyləyə bilməməsi, əhvalının davamsız olması, onda narahatlıq və gərginlik müşahidə edilməsi, yaddaşının kobud pozulması, təfəkkürünün nisbətən zəifləməsi, oxumaq, yazmaq vərdişlərinin olmaması, maraq dairəsinin daralması və fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün zəifləməsi, tənqidi funksiyalarının pozulması, intellektinin inkişafdan kəskin geri qalması, şəxsiyyətində qüsur aşkar edilməsi, İQ=34% və s.) sübut edir. X6 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularnın beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xəstəliyindən əziyyət çəkir. X6 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularnın beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərinin mənasını başa düşmək və ya öz hərəkətlərini idarə etmək qabiliyyətinə deyildir. X6 hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxsdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X24 tərəfindən verilmiş və xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş, xx.xx.2024-cü il tarixli, 03 nömrəli ekspert rəyindən görünü ki, ekspert psixlatr bu qənaətə gəlmişdir ki, yoxlanılan şəxs X7 hal-hazırda orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularnın beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 müəyyən edilir. Bunu mülki iş materialları, həmin mülki işindəki sənədlər, anamnestik məlumatlar və halhazırkı psixiatrik müayinənin nəticələri (ekspetiza zamanı onda davranış pozğunluğu müşahidə olunması, bələdliyinin pozulması, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını, ətrafda baş verənləri söyləyə bilməməsi, əhvalının davamsız olması, onda narahatlıq və gərginlik müşahidə edilməsi, yaddaşının kobud pozulması, təfəkkürünün nisbətən zəifləməsi, oxumaq, yazmaq vərdişlərinin olmaması, maraq dairəsinin daralması və fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün zəifləməsi, tənqidi funksiyalarının pozulması, intellektinin inkişafdan kəskin geri qalması, şəxsiyyətində qüsur aşkar edilməsi, İQ=36% və s.) sübut edir. X11 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularnın beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xəstəliyindən əziyyət çəkir. X11 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularnın beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərinin mənasını başa düşmək və ya öz hərəkətlərini idarə etmək qabiliyyətinə deyildir. X11 hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1995-ci il tarixdə doğulmuş X3 və xx.xx.1997-ci il tarixdə doğulmuş X5 valideynləri sağ olmadığından və bacı-qardaşları olmadığından Ərizəçi həmin şəxslərin qohumu, yəni bibisi olaraq hazırki ərizə ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdir. İş üzrə keçirilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, xx.xx.1995-ci il tarixdə doğulmuş X3 və xx.xx.1997-ci il tarixdə doğulmuş X11 əqli inkişafdan qaldığından öz hərəkətlərinin mənasını tam anlayıb, tam idarə etmək iqtidarında deyildirlər. Buna görə də X6 və X11 fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 317-322, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. 17 aprel 1995-ci il tarixdə Samux rayonun Qarayeri qəsəbəsində doğulmuş X6 və 24 noyabr 1997-ci il tarixdə Belarusiya Respublikasının Qomel şəhərində doğulmuş X11 fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-85/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-85/2024
10.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver