Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-860/2023 16.06.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhərində xx.xx.2016-cı ildə kişi cinsindən olan uşağının doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi ərizəni onunla əsaslandırmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs2 2016-cı ildə el adəti ilə faktiki ailə münasibətlərinə girməklə evlənmiş, nikahlarını isə xx.xx.2019-cu il tarixdə Gəncə “ASAN” xidmət qeydiyyat şöbəsində qeydiyyata aldırmaqla rəsmiləşdirmişlər. Ərizəçi ilə Maraqlı şəxs2 faktiki nikah münasibətlərindən 05 dekabr 2016-cı il tarixdə Hüseyn adlı bir oğlan övladları doğulmuşdur. Doğuş vaxtından əvvəl olduğundan uşaq ev şəraitində doğulmuşdur. Doğuşa ərizəçinin qohumları QəhrəmanovaMehparə Tapdıq qızı, X2 və X1 göstərmişlər. xx.xx.2016-cı il tarixdə ev şəraitində doğulmuş Hüseyn adlı uşağa valideynləri doğum haqqında şəhadətnamə almamışlar. Uşaq artıq məktəbli yaşına çatmış, lakin doğum haqqında şəhadətnaməsi olmadığından məktəbə sənədlərini təqdim edə bilmirlər. Doğum haqqında şəhadətnamənin alınması üçün Maraqlı şəxs1nə müraciət edilsə də, onlara məhkəməyə müraciət etməli olduqları bildirilmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək ərizəsinin təmin edilməsini xahiş etdi. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında Maraqlı şəxs1 nümayəndəsi X4 bildirmişdir ki, ərizəçinin müraciətinə əsasən onun uşağına doğum haqqında şəhadətnaməni uşağın doğulması barədə tibbi sənədin təqdim edilməməsi səbəbi ilə vermək mümkün olmamışdır. Ərizənin təmin olunmasına etirazları yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirmişdir ki, ərizəçi Qumru onun baldızıdır. Qumrugil 5 dekabr 2016-cı il tarixdə onlara qonaq gediblərmiş. Birdən onun doğum sancıları başlamış, həkimə aparmağa macal tapmamış doğuş gerçəkləşmiş, doğuma o da köməklik göstərmiş və uşağı o tutmuşdur. Uşaq kişi cinsindən olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək bildirmişdir ki, ərizəçi onun gəlinidir. Onlar 5 dekabr 2016-cı il tarixdə qonaq getmişlər, orada gəlinin doğum sancıları başlamış, uşaq erkən doğulmuş, həkimə aparmaq mümkün olmamışdır. Uşağın doğumuna Mehparə və Gülzadə köməklik etmişdir. Uşaq kişi cinsindən olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirmişdir ki, ərizəçi Qumru və onun alə üzvləri 5 dekabr 2016-cı il tarixdə onlara qonaq gediblərmiş. Birdən Qumrunun doğum sancıları başlamış, onu həkimə çatdırmaq mümkün olmamış, onun ev şəraitində bir oğlu doğulmuşdur. Doğuma o, Mehparə və Almaz köməklik etmişlər. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Yaşayış yeri üzrə qeydiyyat haqqında 32 nömrəli arayışdan görünür ki, Ərizəçi Gəncə şəhəri Şəki küçəsi, ev 77-də yaşayır və onun ailə üzvləri, əri- Maraqlı şəxs2, oğlu- X8, qızı-X5r. AZ-İİ seriyalı, 313425 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs2 ilə X11 arasında xx.xx.2019-cu il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada İsmayılova soyadı verilmişdir. Samux rayonu Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/8-16/2023 nömrəli imtina məktubundan görünür ki, ərizəçi tərəfindən doğum haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən, ərizəçiyə doğum faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməsi izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4.3-cü bəndində qeyd edilir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin ev şəraitində 5 dekabr 2016-cı il tarixdə Gəncə şəhərində kişi cinsindən bir uşağı doğulmuşdur. Həmin uşağın doğulmasını təsdiq edən hər hansı tibbi sənəd, eləcə də doğum haqqında şəhadətnaməsi yoxdur. Uşağın doğumu qeydiyyata alınmamışdır və müvafiq sənədlər olmadığı üçün Maraqlı şəxs1 doğumu qeydə almaqdan imtina etmişdir. Uşağın doğumu və doğum tarixi ərizəçinin izahatı və şahidlərin ifadələri ilə sübuta yetirilir. Məhkəmə iclasında tədqiq edilmiş və bir-birini tamamlayan sübutlar ərizəçinin həqiqətən də 5 dekabr 2016-cı il tarixdə bir oğlan uşağı dünyaya gətirdiyini təsdiq etdiyindən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi 05 dekabr 2016-cı il tarixdə Gəncə şəhərində bir nəfər kişi cinsindən uşağın doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-860/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-860/2023
16.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver