Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-9/2024 02.07.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X6 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsinin boşaldılması və maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «torpaq sahəsinin boşaldılması və maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz fəaliyyəti nəticəsində fermanın bir hissəsinin uçması və torpağın 1 (bir) hektarının zəbt olunması nəticəsində əmlakına dəyən 9155 manat məbləğində maddi ziyanın və 30 manat dövlət rüsumunun ödənilməsi, əkilmiş olan yolun və örüş sahəsinin ümumi istifadəyə verilməsi məqsədi ilə boşaldılmasının təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ona məxsus fermanın yerləşdiyi sahənin şərq hissəsində binaya bitişik ərazinin bir hektar hissəsini guya özünə məxsus pay torpağı adı ilə qanunsuz zəbt etmiş və yazlıq əkin məqsədi ilə şumlatmış, şumu arat etmək üçün sahəyə su axıtmışdır. Suyun uzun müddət axması nəticəsində su binaya dolmuş və fermanın bir hissəsi uçmuşdur. Binanın uçması nəticəsində onun əmlakına dəyən ziyanın hesablanması məqsədi ilə tərəfindən hazırki günün qiymətləri əsasında nöqsan aktı tərtib edilmiş və binaya dəyən maddi ziyanın məbləği 6155 manat təşkil etmişdir. Eyni zamanda cavabdeh fermanın istifadəsi üçün zəruri olan sahənin təxminən bir hektarını qanunsuz olaraq mənimsəyərək oraya günəbaxan əkmiş, nəticədə ona daha 3000 manat ziyan vurmuşdur. Bununla da, Cavabdeh qanunsuz əməlləri nəticəsində onun şəxsi əmlakına dəyən maddi ziyanın məbləği 9155 manat təşkil edir. Bundan başqa, cavabdeh onun fermasının yerləşdiyi sahə ilə cavabdehə məxsus pay torpağının arasından keçən yolu zəbt edərək günəbaxan əkmiş, kənd əhalisinin müddətsiz istifadəsinə verilmiş, qanunvericiliyə əsasən özəlləşdirilməsi, icarəyə verilməsi və şəxsi məqsədlər üçün istifadə edilməsi qadağan olunan kəndyanı örüş sahəsinin bir çox başqa hissələri kimi onun fermasının arxasını, fermaya bitişik hissəsini şəxsi məqsədləri üçün əkərək, oradakı heyvanların örüşə çıxışının qarşısını almışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iş üzrə ekspert rəyi vardır. Zəbt olunmuş yol arxa qədər onun sahəsidir. Cavabdeh həmin torpaq sahəsində əkin əkir və suvarır. Həmin su arxını Səmistan Yusifov şəxsən özü çəkmişdir. Suyun axması nəticəsində fermanın bir hissəsi çökmüşdür. Onun Cavabdeh adına torpaq sahəsinin olub-olmamasından məlumatı yoxdur. Onun torpaq sahəsi isə X2 torpağı ilə üst üstə düsür, ama onun X4 qarşı heç bir iddia tələbi yoxdur. Məhkəmədən Səmistan Yusifovla bağlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, o, həmin ərazidə əkin işləri aparmamış və su suvarmamışdır. Həmin torpaqların mülkiyyətçiləri vardır və mülkiyyətçilər tərəfindən istifadə olunur, suvarılır. Suların axıdılmasına, sahələrin suvarılmasına nəzarət Samux rayonu, su sistemləri idarəsinin səlahiyyətinə aiddir. Su arxından o, şəxsən istifadə etməmişdir. Həmin əraziyə o, son 10 il ərzində sonuncu dəfə ekspertlə birlikdə getmişdir. Samux rayonu, Sərkar kəndi ərazisində kənd camaatına məxsus örüş sahəsi hazırda əkilmir. Bələdiyyə tərəfindən verilmiş dövlət aktına əsasən həmin torpaqlar əkin torpaqlarıdır və vətəndaşlara 20 hektar pay torpağı kimi verilmişdir, halbuki iddiaçı həmin torpaqları örüş kimi hesab etmişdir. Məhkəmədən iddianın təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan JN-01-1 KOD 50700048 nömrəli “Torpağa Mülkiyyət Hüququna Dair” dövlət aktının surətindən görünür ki, Samux rayonu Aqrar İslahat Komissiyasının 20 sentyabr 2000-ci il tarixli 12 nömrəli qərarı ilə Samux rayon Sərkar Bələdiyyəsinin mülkiyyətinə bələdiyyə mülkiyyəti üçün 551.18 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, Samux rayonu, Sərkar kəndində yerləşən 0.04958 ha kənd sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, JN-01-1 Dövlət Aktı ilə Sərkar bələdiyyəsinin mülkiyyətinə verilmiş 110.23 ha örüş sahəsinə və 135.08 ha yollara baxış keçirilmiş, müəyyən edilmişdir ki, Sərkar bələdiyyəsinin mülkiyyətində olan 110.23 ha örüş sahəsi və 135.08 ha yollar kənd əhalisinin istifadəsindədir və bu torpaqlar hər hansı hüquqi və fiziki şəxslər tərəfindən zəbt edilməmişdir. İş materiallarında olan Samux rayon İHB-nın yanında Sərkar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən Samux rayon Sərkar bələdiyyəsinin sədri Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, JN-01-1 Dövlət Aktı ilə Sərkar bələdiyyəsinin mülkiyyətində olan 110.23 ha örüş sahəsi və 135.08 ha yollar əhalinin ümumi istifadəsindədir. Qeyd edilən torpaq sahələrinin hər hansı hüquqi və fiziki şəxslər tərəfindən zəbt edilməsi və ya əkilməsi barədə nümayəndəliyə məlumat və ya şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş əmlak kompleksinin texniki pasportundan görünür ki, Samux rayonu, Sərkar kəndində yerləşən quş ferması İddiaçı məxsusdur. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 21 may 2013-cü il tarixli 2(076)- 785/2013 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Samux rayonu Sərkar Bələdiyyəsinin cavabdeh İddiaçı qarşı “torpaq sahəsinin bələdiyyəyə qaytarılması və dəymiş ziyanın ödənilməsinə” dair iddia tələbi qismən təmin edilmiş, “Torpağa mülkiyyət hüququna dair” JN-01-1 nömrəli Dövlət Aktı əsasında Samux rayonu, Sərkar Bələdiyyəsinin mülkiyyətində olan və həmin Dövlət Aktının 1-11-ci koordinatında yerləşən 29012,46 kv.metr torpaq sahəsinin cavabdeh İddiaçı alınıb iddiaçı Samux rayonu, Sərkar Bələdiyyəsinə qaytarılması, iddianın “Torpağa mülkiyyət hüququna dair” JN-01-1 nömrəli Dövlət Aktının 1-10-cu koordinatında İddiaçı məxsus ferma kompleksi altında yerləşən 9730,14 kv.metr torpaq sahəsinin qaytarılması və bələdiyyəyə dəymiş 774 manat ziyanın ödənilməsi hissəsinin əsassız olduğundan təmin edilməməsi, cavabdeh İddiaçı Samux rayonu, Sərkar Bələdiyyəsinə qarşı sənədlərin ləğv edilməsi, ona məxsus olan fermanın yerləşdiyi 5,0 ha torpaq sahəsinə mülkiyyətinin tanınması tələbinə dair qarşılıqlı iddiasının əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/1621 nömrəli ekspert rəyindən görünür ki, Samux rayonu, Sərkar kəndində İddiaçı sahibliyində və istifadəsində olan əmlaka (ferma binası) ziyan dəydiyi müəyyən edilmişdir. Samux rayonu, Sərkar kəndində İddiaçı sahibliyində və istifadəsində olan əmlaka (ferma binası) ziyanın aradan qaldırılması üçün aparılmalı yenidənqurma və tikinti-təmir işlərinin (tikinti materialları və xidmət haqqı daxil olmaqla) dəyəri bazar qiymətlərinə uyğun 4537 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/9341 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı iddia etdiyi torpaq sahəsinə dair, onun adına geydə alınmış mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlər mülki iş materiallarında mövcud deyildir. Bu səbəbdən də, araşdırma zamanı, ekspertiza baxışında, iddiaçının iddia edərək naturada təqdim etdiyi torpaq sahəsinə əsaslanılmışdır. Belə ki, iddiaçının iddia edərək naturada təqdim etdiyi 2.1257 ha torpaq sahəsi ilə RX seriyalı ******* nömrəli çıxarışa əsasən X2 mülkiyyətində olan 1.0747 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.2922 ha hissəsi ilə üst-üstə düşür. İddiaçının faktiki istifadə etdiyi fermanın binasının yerləşdiyi sahədən, ərazinin kompleks yerquruluşu layihəsinə əsasən 52.0 metr şərq istiqamətdə ümumi istifadəsində olan torpaq yol nəzərdə tutulmuşdur. Ekspertiza baxışı zamanı həmin torpaq yolun faktiki olaraq mövcud olmadığı müəyyən olunmuşdur. Belə ki, ərazinin kompleks yerquruluşu layihəsində göstərilən torpaq yolun faktiki olaraq şumlandığı müşahidə olunmuşdur. İddiaçının fermanın arxa hissəsi olaraq naturada təqdim etdiyi torpaq sahəsi, Samux rayonu, Sərkar kəndi ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş kompleks yerquruluşu layihəsinə əsasən isə bələdiyyə mülkiyyətinə aid, 162.4425 ha kənd təsərrüfatı təyinatlı örüş sahəsidir. Torpaq islahatı əsasında Samux rayon Sərkar bələdiyyəsi mülkiyyətində verilən torpaqlara dair tərtib olunmuş yerquruluşu planında, X1 əkin sahəsi olaraq göstərilən, faktiki olaraq şumlanmış vəziyyətdə olduğu müşahidə olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “nöqsan aktı”-dan görünür ki, fermanın ziyan dəyən hissəsinin sahəsi 9x20=180 kv.m, əsaslı təmir olunmalı dam örtüyü 180x1.4=252 kv.m, yenilənməli fundament-9 p/m, tamamilə uçmuş divar 30 kv.m-dir. Ziyanın aradan qaldırılması üçün tələb olunan tikinti materialları: şeben 1 maşın-50 manat, qum 1 maşın-100 manat, sement 40 kisə (40 x 8)-320 manat, atma 5/20 6 ədəd- 120 manat, taxta 2.5/15 (6 m3 x 350)-2100 manat, ruberoid (tol) 30 ədədx20-600 manat, şifer 252x6-1512 manat, mismar 20 kqx2-40 manat, materialların ümumi dəyəri 4562 manat, fermanın bərpası üçün tələb olunan əlmuzdu: fundament qazmaq 9x4-36 manat, əli ilə betonlamaq 9x5-45 manat, dam örtüyü (252 kv.mx6)-1512 manat, tələb olunan əlmuzdu-1593 manat, fermanın bərpası üçün tələb olunan vəsait cəmi 6155 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Samux rayonu, Sərkar kəndində iddiaçıya məxsus torpaq sahəsində yerləşən fermasının bir hissəsi uçmuş və iddiaçıya maddi ziyan dəymişdir. xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən İddiaçı 4537 manat məbləğində ziyan dəydiyi müəyyən olmuşdur. xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən torpaq sahəsinin məhkəmədə tələb yönəlməyən şəxsin torpaq sahəsi ilə üst-üstə düşdüyü və torpaq yolun şumlandığı müəyyən edilmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də hər bir iddia üzrə iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərdiyi torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi və fermaya ziyan vurmasını sübut etməlidir. İddiaçı tərəfindən isə tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə ilk öncə qeyd etməyi lazım bilir ki, iddiaçının iddia tələbi iki hissədən ibarətdir. Birinci tələb cavabdehdən fermanın bir hissəsinin uçması və torpağının bir hektara qədər hissəsinin zəbt olması nəticəsində əmlakına dəyən ziyanın alınmasına dair tələb. İkinci tələb isə əkilmiş olan yolun və örüş sahəsinin ümumi istifadəyə verilməsi məqsədi ilə boşaldılmasının təmin edilməsi tələbidir. Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən iddiaçının iddia tələbində qoyulmuş cavabdehdən fermanın bir hissəsinin uçması və torpağının bir hektara qədər hissəsinin zəbt olması nəticəsində əmlakına dəyən ziyanın alınmasına dair tələbi təmin edilməməlidir. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, Samux rayonu, Sərkar kəndində yerləşən 0.04958 ha kənd sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş əmlak kompleksinin texniki pasportundan görünür ki, Samux rayonu, Sərkar kəndində yerləşən quş ferması İddiaçı məxsusdur. Bu mənada, məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmuşdur. Bununla belə iddiaçı iddia tələbini iddiaya cavab verməli olmayan şəxsə qarşı yönəltmişdir. Mülki Prosessual Məcəllənin mülki məhkəmə icraatının vəzifələrini təsbit edən 2-ci maddəsinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəlləyə görə, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (Mülki Prosessual Məcəllənin 50.1 və 50.3-cü maddələri). Qeyd edilməlidir ki, tərəflər konkret mübahisəli hüquq münasibəti üzrə bir-birinə əks olan maraqlara malik şəxslərdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 54.1-ci maddəsinin tələbindən görünür ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə hazırkı halda iddiaçının hərəkətsizliyini cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmaması olaraq qiymətləndirməklə işə mövcud tələblər üzrə baxmaqda və hazırki cavabdehə qarşı həmin iddianın əsası olmadığından iddianın rədd edilməsi qənaətinə gəlir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/9341 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı iddia etdiyi torpaq sahəsinə dair, onun adına qeydə alınmış mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlər mülki iş materiallarında mövcud deyildir. Bu səbəbdən də, araşdırma zamanı, ekspertiza baxışında, iddiaçının iddia edərək naturada təqdim etdiyi torpaq sahəsinə əsaslanılmışdır. Belə ki, iddiaçının iddia edərək naturada təqdim etdiyi 2.1257 ha torpaq sahəsi ilə RX seriyalı ******* nömrəli çıxarışa əsasən X2 mülkiyyətində olan 1.0747 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.2922 ha hissəsi ilə üst-üstə düşür. İddiaçının faktiki istifadə etdiyi fermanın binasının yerləşdiyi sahədən, ərazinin kompleks yerquruluşu layihəsinə əsasən 52.0 metr şərq istiqamətdə ümumi istifadəsində olan torpaq yol nəzərdə tutulmuşdur. Ekspertiza baxışı zamanı həmin torpaq yolun faktiki olaraq mövcud olmadığı müəyyən olunmuşdur. Ərazinin kompleks yerquruluşu layihəsində göstərilən torpaq yolun faktiki olaraq şumlandığı müşahidə olunmuşdur. İddiaçının fermanın arxa hissəsi olaraq naturada təqdim etdiyi torpaq sahəsi, Samux rayonu, Sərkar kəndi ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş kompleks yerquruluşu layihəsinə əsasən isə bələdiyyə mülkiyyətinə aid, 162.4425 ha kənd təsərrüfatı təyinatlı örüş sahəsidir. Torpaq islahatı əsasında Samux rayon Sərkar bələdiyyəsi mülkiyyətinə verilən torpaqlara dair tərtib olunmuş yerquruluşu planında, X1 əkin sahəsi olaraq göstərilən, faktiki olaraq şumlanmış vəziyyətdə olduğu müşahidə olunmuşdur. Göründüyü kimi iddiaçının torpaq sahəsi ilə yaxın məsafədə yerləşən torpaq sahəsi hazırkı iş üzrə cavabdeh olan Cavabdeh deyil, iş üzrə cavabdeh olmayan şəxs X2 mülkiyyətindədir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadığından və Cavabdeh iddiaçıya məxsus torpaq sahəsini zəbt etmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh münasibətdə təmin edilə bilməz. Məhkəmə iddia tələbinin əkilmiş olan yolun və örüş sahəsinin ümumi istifadəyə verilməsi məqsədi ilə boşaldılmasının təmin edilməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilə bilməz. Bununla bağlı olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəf Cavabdeh mübahisəli yolun onun tərəfindən əkilməsi və ümumi istifadədə olan örüş sahəsinin zəbt etməsinə dair hər hansı bir sübut növü təqdim etməmişdir. Əksinə iş materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, JN-01-1 Dövlət Aktı ilə Sərkar bələdiyyəsinin mülkiyyətinə verilmiş 110.23 ha örüş sahəsinə və 135.08 ha yollara baxış keçirilmiş, müəyyən edilmişdir ki, Sərkar bələdiyyəsinin mülkiyyətində olan 110.23 ha örüş sahəsi və 135.08 ha yollar kənd əhalisinin istifadəsindədir və bu torpaqlar hər hansı hüquqi və fiziki şəxslər tərəfindən zəbt edilməmişdir. İş materiallarında olan Samux rayon İHB-nın yanında Sərkar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən Samux rayon Sərkar bələdiyyəsinin sədri Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, JN-01-1 Dövlət Aktı ilə Sərkar bələdiyyəsinin mülkiyyətində olan 110.23 ha örüş sahəsi və 135.08 ha yollar əhalinin ümumi istifadəsindədir. Qeyd edilən torpaq sahələrinin hər hansı hüquqi və fiziki şəxslər tərəfindən zəbt edilməsi və ya əkilməsi barədə nümayəndəliyə məlumat və ya şikayət daxil olmamışdır. Eyni zamanda məhkəmə tərəfindən mübahisəli əraziyə yerli baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi yol şumlanmamış və ümumi istifadədə olan örüş sahəsi nə hazırkı iş üzrə cavabdeh nədə ki, digər şəxslər tərəfindən zəbt edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məlum olduğu kimi, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir. İş üzrə məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 10/1621 nömrəli ekspert rəyi üzrə 100 (yüz) manat və xx.xx.2024-cü il tarixli ekspert rəyi üzrə 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat ekspertiza xərci İddiaçı tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ34CTRE********************, SFİFT BİK: CTREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595- ə ödənilsin. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «torpaq sahəsinin boşaldılması və maddi ziyanın ödənilməsinə» dair iddia tələbi təmin edilməsin. İş üzrə məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 10/1621 nömrəli ekspert rəyi üzrə 100 (yüz) manat və xx.xx.2024-cü il tarixli ekspert rəyi üzrə 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat ekspertiza xərci İddiaçı tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ34CTRE********************, SFİFT BİK: CTREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595- ə ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-9/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-9/2024
02.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver