Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-9/2025 29.10.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X5 nümayəndəsi (vəkili) Vəkil, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və ilkin iddia üzrə Cavabdeh2 Ədil oğlunun iştirakları ilə, İddiaçılar İddiaçı və X5 cavabdehlər X9 və Cavabdeh2 Ədil oğluna qarşı “cavabdehlərin onlara məxsus torpaq sahəsindən çıxarılması” tələbinə dair ilkin, Cavabdeh1 cavabdehlər İddiaçı və X10 qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İlkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X15 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ədil oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavebdehlərin iddiaçıların mülkiyyətində olan 2,06 ha torpaq sahəsindən çıxarılması və cavabdehlərdən 100 manat dövlət rüsumunun əvəzinin tutulub iddiaçılara ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Qarşılıqlı iddia üzrə iddiaçı X1 Nübar Yusif qızına və X10 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Samux rayonun Seyidlər kəndində yerləşən, torpağa mülkiyyət hüququna dair JN-0079 kod 50711018 saylı Dövlət Aktında qeyd olunmuş və xx.xx.2003-cü ildən hazırkı vaxtadək onun istifadəsində olan torpağın müqabilində cavabdehlərə ödədiyi 3825 (üç min səkkiz yüz iyirmi beş) manat pulun və ödənilmiş 59 manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, onlara Samux rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli 18 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 2.06 ha pay torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə aid JN: 0079 (kod ********) saylı torpağ mülkiyyət hüququna dair dövlət aktı vardır. X18 xx.xx.2017-ci il tarixində ölmüşdür. Cavabdehlər onlara məxsus, sözügedən kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin bir hissəsini zəbt etməklə istifadə edirlər. Cavabdehlərdən dəfələrlə onlara məxsus torpaq sahəsindən çıxmalarını tələb etsələr də müsbət nəticəsi olmamışdır. Cavabdehlərin həmin hərəkətləri onların mülkiyyət hüququnu pozur, bu səbəblə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdirlər. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdehlər İddiaçı və X2 Rayon Məhkəməsində Cavabdeh1 qarşı iddia qaldıraraq Samux rayonu Aqrar İslahata komissiyasının 15 dekabr 1997-ci il tarixli 18 nömrəli qərarı ilə torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə kənd təsərrüfatı məhsulları istehsalı ilə verilmiş JN:0079KOD50711018 saylı torpaq sahəsindən çıxarılma tələbinə dair qətnamə çıxarılmasını xaiş etmişdir. Bildirirəm ki, işin məhkəmədə baxılmağa hazırlanması mərhələsi Samux Rayon Məhkəməsinin binasında keçirilməklə 09 mart 2022-ci il tarixə saat 15:15-ə təyin edilmişdir. Cavabdeh1 ona qarşı qaldırılmış iddia ilə razı deyil və Azərbaycan Respublikası MPM-in 155-ci maddəsinə əsasında qarşılıqlı iddia qaldırmaq məcburiyyətində qalmışdır. Belə ki, Cavabdeh1 qeyd edilən torpaq sahəsini zəbt etməmişdir. O, həmin torpaq sahəsini 05 mart 2003-cü il tarixdə Samux rayonunun Seyidlər kən sakinləri və həmçinin, ilkin iddia üzrə iddiaçıların qohumları olan məhkəməyə gətirəcəyimiz şahidlər X19, Cavabdeh2, X22, X11, X26, X11 və X3 iştirakları ilə JN:0079KOD50711018 Dövlət Aktında 2,06 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə olan pay torpağını 2250 ABŞ dolları (3825(üç min səkkiz yüz iyirmi beş) manat) pula almışdır. Torpağı alan zaman İddiaçı əri X18na telefonla zəng edib razılığını aldığından həmin 2250 ABŞ dollarını X12 vermişdir. Ona görə hesab edir ki, cavabdehlərdən sözügedən torpağın müqabilində ödədiyi 3825 manat pul tutularaq ona verilməlidir. İlkin iddia üzrə iddiaçıların nümayəndəsi (vəkili) Vəkil ilkin iddia tələbini müdafiə edərək bildirdi ki, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində göstərildiyi kimi iddia tələbində sözügedən torpaq sahəsinin 1.41000 kv.m hissəsi Cavabdeh1 faktiki istifadəsindədir, xx.xx.2025-ci il tarixli ekspert rəyində isə qeyd olunduğu kimi iddia tələbində sözügedən torpaq sahəsinin 0.65 ha hissəsi digər Cavabdeh2 Ədil oğlunun istifadəsindədir. Halbuki cavabdehlər heç bir qanuni əsas olmadan iddiaçılara məxsus torpaq sahəsindən istifadə edirlər. Məhkəmənin müvafiq qərardadlarına əsasən verilmiş ekspert rəyləri ilə razıdır. Qarşılıqlı iddia isə əsassızdır. İlkin iddia tələbin təmin olunması barədə, qarşılıqlı iddia tələbinin isə rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh2 Ədil oğlu bildirdi ki, ekspert rəyi ilə razıdır, iddia tələbində sözügedən torpaq sahəsinin 0.65 ha hissəsini istifadə edir, ancaq həmin torpaq sahəsi mərhum qardaşı Rafiq Həsənova məxsusdur, məhz bu səbəbdən də qardaşına məxsus torpaq sahəsindən istifadə edərək torpaqdan əldə etmiş olduğu gəlirləri qardaşının övladlarına verir. Bu səbəbdən iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 bildirdi ki, o, həqiqətən də iddia tələbində sözügedən, ilkin iddia tələbi üzrə iddiaçılara məxsus torpaq sahəsinin 1.41 ha hissəsini istifadə edir, belə ki, həmin torpaq sahəsi Nübar tərəfindən ona satılmışdır, lakin aralarında rəsmi alqı-satqı müqaviləsi bağlanmamışdır. Ona görə də o, 2003-cü ildən hazırki vaxtadək iddiaçılara məxsus torpaq sahəsinin 1.41 ha hissəsindən istifadə edir. Cavabdeh1 Samux rayonu Seyidlər kəndində yerləşən, iddiaçılara məxsus 2.06 ha torpaq sahəsinin 1.41 ha hissəsindən istifadə etdiyi ilə bağlı verdiyi izahatı yazılı izahat şəklində də məhkəməyə təqdim etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarındakı sənədləri tədqiq edərək hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. İş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN 0079, KOD 50711018 dövlət aktının surətindən görünür ki, Samux Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli 18 nömrəli qərarı ilə 2.06 ha torpaq sahəsi X13, İddiaçı, X6 və X5 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZ-İ 969983 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2017-ci il tarixində ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Samux rayonu, Seyidlər kəndində yerləşən torpaq sahəsi JN 0079 (KOD ********) saylı Dövlət Aktına əsasən 14100.0 kv.m hissəsinin bütünlüklə Cavabdeh1 tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/4629 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssis rəyinin məlumatlarına istinad olunur. Mütəxəssis rəyindən görünür ki, mübahisəli əraziyə tərəfindən baxış keçirilərkən, iddiaçının nümayəndəsi və vəkili Vəkil və Cavabdeh2 Ədil oğlu iştirak etmişdilər. "Torpağa mülkiyyət hüququna dair" JN-0079 (kod-********) nömrəli Dövlət Aktına əsasən X20, İddiaçı, X16 və X7 mülkiyyətlərində olan, Samux rayonu Seyidlər kəndi ərazisində yerləşən 2.06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarına öz əksini tapdığı) JN-79C olan 0,65 ha hissəsini, Cavabdeh2 Ədil oğlu istifadə etdiyini bildirdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil Tanrıverdi oğlu həmin JN-079 olan, 0.65 ha sahənin, faktiki olaraq iddiaçı X8 istifadə edə bilmir. İddiaçının nümayəndəsi və vəkili Vəkil və Cavabdeh2 Ədil oğlu iştirak etdiyi müəyyən edilmişdir. “Torpağa mülkiyyət hüququna dair” JN-0079 (kod-********) nömrəli Dövlət Aktına əsasən X20, İddiaçı, X16 və X7 mülkiyyətlərində olan, Samux rayonu Seyidlər kəndi ərazisində yerləşən 2.06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarına öz əksini tapdığı) JN-79C olan 0,65 ha hissəsinin Cavabdeh2 Ədil oğlu tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Samux rayonu Seyidlər kəndində yerləşən 2.06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi “Torpağa mülkiyyət hüququna dair JN-0079 (kod-********) nömrəli Dövlət Aktına əsasən ümumi birgə mülkiyyət hüququ ilə X20, İddiaçı, X16 və X14 məxsusdur. Sözügedən torpaq sahəsinin birgə mülkiyyətçilərindən X18 xx.xx.2017-ci il tarixdə ölmüşdür. İddiaçılar iddia edir ki, iddia tələbində sözügedən torpaq sahəsi cavabdehlər tərəfindən heç bir əsas olmadan istifadə olunur və bu səbəbdən cavabdehlərin onlara məxsus torpaq sahəsindən çıxarılmasını tələb edirlər. Məhkəmənin müvafiq qərardadlarına əsasən verilmiş ekspert rəyləri ilə ilkin iddia üzrə iddiaçılara məxsus “Torpağa mülkiyyət hüququna dair” JN-0079 nömrəli 2.06 ha torpaq sahəsinin 0.65 ha hissəsinin Cavabdeh2 Ədil oğlu tərəfindən, 14100.0 kv.m hissəsinin isə Cavabdeh1 tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən cavabdehlər ilkin iddia üzrə iddiaçılara məxsus torpaq sahəsindən istifadə etdiklərini özləri də etiraf etmişlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçıların tələbi mülkiyyət hüququnun müdafiəsi mahiyyətini daşıyır. Belə ki, mübahisəli torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə ilkin iddia üzrə iddiaçılara məxsusdur, hazırda Cavabdeh2 Ədil oğlunun ilkin iddia tələbi üzrə iddiaçılara məxsus torpaq sahəsinin 0.65 ha hissəsini, digər Cavabdeh1 isə 1.41 ha hisssəsini əsassız istifadə etməsi ilkin iddia üzrə iddiaçıların mülkiyyət hüququnu pozur və buna görə də ilkin iddia üzrə iddiaçılar cavabdehlərdən onların mülkiyyətinə etdiyi müdaxiləyə son qoyulmasını tələb etməkdə haqlıdırlar. Məhkəmə qarşılıqlı iddianın təmin olunmaması qənaətini isə onunla əsaslandırır ki, qarşılıqlı iddianın əsaslılığına dair qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən məhkəmə heç bir mötəbər sübut təqdim olunmamışdır. Ona görə də qarşlıqlı iddia rədd edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia təmin olunmalı, Cavabdeh2 Ədil oğlu iddiaçılara məxsus, Samux rayonu Seyidlər kəndində yerləşən 2.06 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsinin istifadə etdiyi 0.65 ha hissəsindən, Cavabdeh1 isə həmin torpaq sahəsinin istifadə etdiyi 1.41 ha hissəsindən çıxarılmalıdırlar. İş üzrə məhkəmə məsrəfi iddiaçılar tərəfindən ödənilmiş 100 manat dövlət rüsumundan və 100 manat ekspertiza xərcindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iddiaçılar tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara verilməli, 100 manat ekspertiza xərcinin əvəzi isə cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidr. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İlkin iddia təmin edilsin. Cavabdeh2 Ədil oğlu, torpağın mülkiyyətə verilməsinə dair JN 0079, KOD 50711018 saylı şəhadətnaməyə əsasən mülkiyyət hüququ ilə iddiaçılara məxsus olan, Samux rayonu Seyidlər kəndində yerləşən 2.06 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsinin istifadə etdiyi 0.65 ha hissəsindən, Cavabdeh1 isə həmin torpaq sahəsinin istifadə etdiyi 1.41 ha hissəsindən çıxarılsınlar. İddiaçılar tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara verilsin. İş üzrə 100 manat məhkəmə ekspertiza xərcinin əvəzi cavabdehlər Cavabdeh2 Ədil oğlu və Cavabdeh1 müştərək qaydada tutularaq, Dövlət xəzinədarlıq Agentliyi kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ34CTRE********************, SFİFT BİK: CTREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595-ə ödənilsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-9/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-9/2025
29.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver