Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-901/2023 17.07.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «doğum faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi «doğum faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 sentyabr 1959-cu ildə Ermənistan Respublikasının Artaşat rayonunun Nor Dvin kəndində anadan olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, o, 20 sentyabr 1959-cu ildə Ermənistan Respublikasının Artaşat rayonunun Nor Dvin kəndində anadan olub. Milliyəti kürddür, mərhum valideynləri 1967-ci ildə köçüb Azərbaycana gəlmişlər. Onun doğum şəhadətnaməsi erməni dilində tərtib olunduğundan, Azərbaycan Respublikasında kodlaşdırılması mümkün olmadığı üçün ona şəxsiyyət vəsiqəsinin verilməsi mümkünsüz hesab edilir. O, doğum akt qeydinin bərpası üçün Maraqlı şəxsnə müraciət etmiş, ona məhkəməyə müraciət etməsi məsləhət görülüb. Odur ki, o, məcbur olub ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçini dinləyərək, ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, hazırkı işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan İ-ЗЖ № 251113 seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş tərcüməsindən məlum olur ki, Ərizəçi 20 sentyabr 1959cu il tarixdə Ermənistan Respublikasının Artaşat rayonunun Nor Dvin kəndində doğulmuş, onun atası X2, anası X1r. İş materiallarında olan ******* nömrəli 23 avqust 2021-ci il tarixli Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı olmadığı qeyd olunmuşdur. İş materiallarında olan Samux Rayon Məhkəməsinin 2(058)-238/2022 saylı 16 mart 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmamaqla 2005-ci ildən hal-hazıra kimi Azərbaycan Respublikası Samux rayonu Seyidlər kəndi ərazisində daimi yaşaması faktının müəyyən edilməsi qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin doğum faktının müəyyən edilməsinə zərurət yoxdur, belə ki, onun doğum haqqında şəhadətnaməsi mövcuddur. Ona görə də, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud ərizəçinın vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi «doğum faktının müəyyən edilməsi» barədə əizəsinə dair mülki iş üzrə icraata işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından xitam verilsin. Ərizəçiyə inzibati orqana, inzibati orqan bundan imtina etdikdə isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-901/2023
Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-901/2023
17.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver