Məhkəmə qərarları › İş №2(058)-917/2024

Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-917/2024

09.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-917/2024 09.08.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X6 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “valideyn himayəsindən məhrum vəziyyətdə böyümə faktının müəyyən edilməsinə” dair ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq, müəyyənetdi: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “valideyn himayəsindən məhrum vəziyyətdə böyümə faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, onun valideyn himayəsindən məhrum vəziyyətdə böyüməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizənin məzmunundan və ərizəçinin xahişindən aydın olur ki, o, valideyn himayəsindən məhrum vəziyyətdə böyümə faktının müəyyən edilməsi faktını müəyyən etmək istəməklə, məhkəmənin xüsusi icraat qaydasında baxmalı olduğu ərizə ilə müraciət etmək istəmiş, lakin xüsusi icraat qaydasında baxılmalı olan ərizələr üçün qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmuna əməl etməmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi ilə bağlı işlərlə bağlı isə qeyd olunmalıdır ki, qeyd olunan Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309-cu və 310-cu maddələrinə görə isə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Ərizədən göründüyü kimi, ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini istəsə də, bununla bağlı məhkəməyə təqdim etdiyi ərizə xüsusi icraat qaydasında baxılmalı olan ərizənin forma və məzmununa uyğun tərtib edilməmiş, həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsinə dair sübutlar (müvafiq maraqlı şəxsin imtinası və s) ərizəyə əlavə edilməmişdir. Bundan başqa ərizəyə əlavə edilmiş Samux rayon İcra Hakiyyəti Başçısının xx.xx.2008-ci il tarixli sərəncamından görünür ki, xx.xx.20005-ci tarixdə anadan olmuş X2, xx.xx.2001-ci tarixdə anadan olmuş Ərizəçi və xx.xx.2000-ci il tarixdə anadan olmuş X3 nənələri X1 qəyyumluğuna verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149, 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “valideyn himayəsindən məhrum vəziyyətdə böyümə faktının müəyyən edilməsinə” dair ərizəsi geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, qərardadın təsviri hissəsində göstərilən çatışmamazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla məhkəməyə müraciət edə bilər. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar