Məhkəmə qərarları › İş №2(058)-952/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-952/2024

15.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-952/2024 15.10.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X20 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxslər Həşimova (Sultanova) Günəş Səttar qızının və Maraqlı şəxs2 iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Həşimova (Sultanova) Günəş Səttar qızına, Maraqlı şəxs2 və 1 saylı Gəncə Regional Maraqlı şəxs1ndə notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Həşimova (Sultanova) Günəş Səttar qızına, Maraqlı şəxs2 və 1 saylı Gəncə Regional Maraqlı şəxs1 notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, X1 qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, mərhum X7 ilə xx.xx.1987-ci il tarixdə Kirovabad (Gəncə) şəhərində Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.1988-ci il təvəllüdlü X4, xx.xx.1992-ci il təvəllüdlü Maraqlı şəxs2 və xx.xx.1996-cı il təvəllüdlü X11 adlı üç övladı anadan olmuşdur. Mərhum əri X7 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Mərhum əri sağlığında 0,08 ha torpaq sahəsi almış, həmin torpaq sahəsinin 0,04 hissəsinə çıxarış verilmiş, digər 0,04 ha hissəsinin çıxarışı isə mərhum əri Sətdar Sultanovun vəfatından sonra verilmişdir. O, ərindən qalan torpaq sahəsini öz adına rəsmləşdirmək istəyərkən notariusda ona vərəsəliyin qəbulu üçün müəyyən olunan 6 ay müddəti ötürdüyünü, bunun üçün məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Odur ki, mirası qəbul etmək faktına dair ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mərhum əri Sətdar Sultanovla birgə nikahdan olan oğlu X12 xx.xx.2005-ci il tarixdə vəfat etmiş, digər iki övladı X4 və Maraqlı şəxs2 notarial qaydada mirasdan onun xeyrinə imtina etmişlər. Mərhum ərinin tək vərəsəsi olaraq mirası qəbul edib adına rəsmləşdirilməsini istəyir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verdi. Məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Həşimova (Sultanova) Günəş Səttar qızı bildirdi ki, anası mərhum atasından miras qalmış ünvan 1 ünvanda yerləşən əmlakdantorpaqdan təyinatına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakı faktiki qəbul etmişdir. Mərhum atasından qalmış mirasdan pay almaq istəmir. Mərhum atasından qalmış miras əmlakın ərizəçinin adına keçməsinə razıdır. Ərizənin təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etmədi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 bildirdi ki, anası mərhum atasından miras qalmış əmlakdan təyinatına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakı faktiki qəbul etmişdir. Mərhum atasından qalmış mirasdan pay almaq istəmir. Mərhum atasından qalmış miras əmlakın ərizəçinin adına keçməsinə razıdır. Ərizənin təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etmədi. Maraqlı şəxs 1 saylı Gəncə Regional Maraqlı şəxs1ndə notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Maraqlı şəxs 1 saylı Gəncə Regional Maraqlı şəxs1ndə notariat ofisinin notariusu Nidayət Rzayev məhkəməyə ərizə ünvanlayaraq qanuna uyğun çıxarılacaq hər hansı bir qərara etirazı olmadığını bildirmiş və mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin və maraqlı şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixdə Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, X7 ilə Sultanova (Bağırova) Hicran Sabir qızının nikahları xx.xx.1987-ci il tarixdə 348 nömrəli akt qeydi ilə bağlanmışdır. İş materiallarında olan xx.xx.1988-ci il tarixdə Gəncə rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Ərizəçi birgə nikahlarından xx.xx.1988-ci il tarixdə X5 doğulmuşdur. İş materiallarında olan xx.xx.1992-ci il tarixdə Samux Rayon İcra Hakimiyyəti İnstitut qəsəbə nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə Ərizəçi birgə nikahlarından xx.xx.1992-ci il tarixdə Maraqlı şəxs2 doğulmuşdur. İş materiallarında olan xx.xx.2017-ci il tarixdə Gəncə şəhər Nizami rayonu qeydiyyat şöbəsi tərəfindən (təkrar) verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X9 ilə X6 birgə nikahlarından xx.xx.1958-ci il tarixdə X7 doğulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2023cü il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2005-ci il tarixdə Samux rayon İ.H.B-nın İnstitut qəsəbəsi və Bağbanlar kəndi üzrə İcra nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2005-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2012-ci il tarixdə Şəmkir rayon Kür qəsəbə İnzibati ərazi dairəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə Həşimova (Sultanova) Günəş Səttar qızının nikahları xx.xx.2012-ci il tarixdə 13 nömrəli akt qeydi ilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə 1 saylı Gəncə Regional Maraqlı şəxs1ndə notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, Ərizəçi mirasın qəbul müddətini keçirmiş, bu səbəbdən də, ona mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi mülkiyyət hüququ ilə X3 adına qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 Ərizəçi, maraqlı şəxslər Həşimova (Sultanova) Günəş Səttar qızına və Maraqlı şəxs2 ünvan 1 ünvanda yerləşən 0,04 ha torpaq sahəsi miras qalmışdır. Ərizəçi həmin torpaq sahəsini miras əmlak kimi faktiki qəbul etmişdir. Maraqlı şəxslər isə mirasın yalnız ərizəçi tərəfindən qəbul edilməsini etiraf etmişlər. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Məhkəmə hesab edir ki, X1 miras qalmış ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq ediməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verilmədiyinə görə miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən qanun üzrə vərəsəlik qaydasında miras qoyanın vərəsəsinə keçməlidir. Məhkəmə, hesab edir ki, qanun üzrə vərəsə qanunla müəyyən edilmiş qaydada və müddətdə mirası qəbul etmək üçün subyektiv vərəsəlik hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Həmin Məcəllənin 1159.1. 1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Ərizəçi X1 miras qalmış əmlakdan təyinatına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakı faktiki qəbul etmişdir. Bu səbəbdən həmin miras əmlak onun mülkiyyəti kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə, həmçinin qeyd edir ki, X1 miras qalmış ünvan 1 ünvanda yerləşən miras əmlakdan maraqlı şəxslər pay almaq istəmədiklərini bildirmişlər və mirasın yalnız ərizəçi tərəfindən faktiki qəbul ediməsini təsdiq etmişlər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. X1 miras qalmış, ünvan 1 ünvanda yerləşən 0,04 ha torpaq sahəsinin miras əmlak kimi Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar