Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-967/2025 21.11.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, Ərizəçi nümayəndəsi (vəkili) Vəkil və maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1992-ci ildən xx.xx.1995-ci ilə kimi Yevlax rayonun “VAQ” fərdi kiçik müəssisəsində mexanik vəzifəsində işləməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi (vəkili) Vəkil ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi Nümayəndə bildirdi ki, hazırda ərizəçinin müəyyən olunmasını tələb etdiyi fakt onun əmək kitabçasına əsasən müəyyəndir və həmin faktın məhkəmə qaydasında yenidən müəyyən edilməsinə əsas yoxdur. Belə ki, ərizəçiyə məxsus əmək kitabçasında zatən onun ərizədə qeyd olunmuş illərdə mexanik vəzifəsində işləməsi barədə qeyd öz əksini tapmışdır. Ona görə də ərizəyə məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, ərizəçini və maraqlı şəxsin nümayəndəsini dinləyib, ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən olunur ki, ərizəçinin əmək kitabçası var və onun müəyyən olunmasını tələb etdiyi fakt həmin əmək kitabçasına əsasən müəyyəndir. Belə ki, ərizəçinin ərizədə qeyd olunmuş illərdə sözügedən müəssisədə mexanik vəzifəsində işləməsi barədə qeyd ərizəçiyə məxsus olan əmək kitabçasında öz əksini tapmışdır. Belə olan halda müəyyən olan hüquqi əhəmiyyətli bir faktın məhkəmə qaydasında yenidən müəyyən olunması üçün heç bir əsas yoxdu və sözügedən ərizəyə məhkəmə tərəfindən baxılması yol verilən deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 261, 263-264, 266-269-cu maddələrinə əsasən, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-967/2025
Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-967/2025
21.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver