Məhkəmə qərarları › İş №2(058)-99/2023

Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-99/2023

02.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-99/2023 02.08.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X23 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçılar İddiaçı, X10 və X2, Cavabdeh və onun nümayəndəsi – vəkil X8 iştirakı ilə, İddiaçılar İddiaçı, X10, X9, X2 və X11 Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı, X20, X17, X6 və X21 Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh JN-524 KOD 50701006 nömrəli torpağa mülkiyyət hüququna dair sadətnamə ilə onlar iddiaçılara məxsus olan 1.20 ha və 0.48 ha pay torpaq sahələrindən çıxarılması və həmin torpaq sahələrinin sərhədləri müəyyən edilməklə ölçülüb onlar iddiaçılara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı Cavabdehlər X12, İddiaçı, X13, X14, X5 və X3 qarşı “müqavilənin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X18, İddiaçı, X17, X20, X7 və X6 ilə aralarında olan torpağın mülkiyyət hüququna dair Dövlət aktı JN -524 KOD-50701006 saylı Samux Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 25 fevral tarixli 04 nömrəli qərarı ilə verilmiş 1.20 ha pay torpağının alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin torpaq sahəsi üzərində mülkiyyət hüqunun tanınması barədə və X7 və X6 ilə aralarında olan torpağın mülkiyyət hüququna dair Dövlət aktı JN -524 KOD-50701006 saylı Samux Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 25 fevral tarixli 04 nömrəli qərarı ilə verilmiş 0.48 ha pay torpağının alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin torpaq sahəsi üzərində mülkiyyət hüqunun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı, X20 və X6 məhkəmə iclasında iddiaçılar İddiaçı, X10, X9, X2 və X11 Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair mülki işlə iddiaçı Cavabdehlər X12, İddiaçı, X13, X14, X5 və X3 “müqavilənin bağlanmış hesab edilməsi” tələbinə dair mülki işin birləşdirilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi – vəkil X24 məhkəmənin icraatında olan mülki işlərin birləşdirilməsinə etirazlarının olmadığını bildirdilər. X1, X15 və X5 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməklə, onlara məhkəmə bildirişləri verilmişdir. Lakin, tərəflər məhkəmə iclası təyin olunan tarixdə məhkəməyə gəlməmiş, gəlmədiklərinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Məhkəmə tərəflər X9, X11 və X4 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı, X10, X9, X2 və X11 Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair mülki işlə iddiaçı Cavabdehlər X12, İddiaçı, X13, X14, X5 və X3 “müqavilənin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqıdır. Məhkəmə hesab edir ki, göstərilən iddialara bir icraatda birləşdirilərək baxılması məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 169, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı, X10, X9, X2 və X11 Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair 2(058)-99/2023 nömrəli mülki iş, iddiaçı Cavabdehlər X12, İddiaçı, X13, X14, X5 və X3 qarşı “müqavilənin bağlanmış hesab edilməsi” tələbinə dair 2(058)- 164/2023 nömrəli mülki işə birləşdirilsin. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar