Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-131/2021 05.04.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azneft" İstehsalat Birliyinin 2 saylı Nəqliyyat İdarəsinin nümayəndəsi X2 , Cavabdeh2 NQÇİ-nin nümayəndəsi X3 İddia predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının nümayəndəsi Tural Dilqəm oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azneft" İstehsalat Birliyinin 2 saylı Nəqliyyat İdarəsinə, Cavabdeh2 NQÇİ-yə qarşı "əmək kitabçasında düzəliş edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi üzrə cavabdehlərin işin ərazi aidiyyəti üzrə göndərilməsinə dair vəsatətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat İdarəsinin 3 saylı Texnoloji Nəqliyyat Departamentinə, Cavabdeh2 NQÇİ-yə qarşı "əmək kitabçasında düzəliş edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat İdarəsinin 3 saylı Texnoloji Nəqliyyat Departamentinin əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azneft" İstehsalat Birliyinin 2 saylı Nəqliyyat İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Eyni zamanda, cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azneft" İstehsalat Birliyinin 2 saylı Nəqliyyat İdarəsinin və Cavabdeh2 NQÇİ-nin nümayəndələri vəsatətlər ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 NQÇİ-nin əsl cavabdeh "Azneft" İstehsalat Birliyi ilə əvəz edilməsini və mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə cavabdehin qeydiyyata alındığı ünvan nəzərə alınmaqla, Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Vəsatətlər onunla əsaslandırılmışdır ki, Cavabdeh2 NQÇİ "Azneft" İstehsalat Birliyinin tərkibində struktur təşkilat kimi fəaliyyət göstərir və hüquqi şəxs statusuna malik deyildir. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən xx xxx 2007-ci il tarixdə təsdiq edilmiş əsasnamənin 1.1-ci bəndinə əsasən Cavabdeh2 NQÇİ hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx xxxxxx 1994-cü il tarixli, 13 saylı əmrinə əsasən Quruda Neft və X1 tərkibində yaradılmış və bundan sonra, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx xxxxx 2003-cü il tarixli, 28 saylı əmrinə əsasən Birliyin tərkibinə verilmişdir. Bundan başqa, digər cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azneft" İstehsalat Birliyinin 2 saylı Nəqliyyat İdarəsinin də, hüquqi şəxs statusuna malik olmaması qeyd edilməklə, həmin İdarənin "Azneft" İstehsalat Birliyi ilə əvəz edilməsi rica edilmişdir. Odur ki, cavabdehlərin əsl cavabdehlə əvəz edilməsi və mülki işin ərazi aidiyyəti üzrə əsl cavabdehin qeydiyyata alındığı ünvan nəzərə alınmaqla, Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılması xahiş edilmişdir. İddiaçı məhkəməyə yazılı ərizə ünvanlayaraq cavabdehlərin əsl cavabdeh "Azneft" İstehsalat Birliyi ilə əvəz edilməsinə, eləcə də, işin materialları ilə birlikdə aidiyyəti üzrə cavabdehin olduğu yerin məhkəməsinə, yəni Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini və vəsatətin təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Mülki işin ərazi aidiyyəti üzrə məhkəməyə göndərilməsi məsələsi müzakirə edilərkən iddiaçı, cavabdehlərin və üçüncü şəxsin nümayəndələri cavabdehlərin əsl cavabdeh "Azneft" İstehsalat Birliyi ilə əvəz edilməsinə və işin materialları ilə birlikdə aidiyyəti üzrə əsl cavabdehin olduğu yerin məhkəməsinə, yəni Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirdikdən sonra belə qənaətə gəlir ki, vəsatətlər təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh2 NQÇİ "Azneft" İstehsalat Birliyinin tərkibində struktur təşkilat kimi fəaliyyət göstərir və hüquqi şəxs statusuna malik deyildir. Belə ki, Cavabdeh2 NQÇİ tərəfindən vəsatətlərə əlavə edilmiş xx xxxxx 2021-ci il tarixli, AB-10/300 saylı məktubdan da göründüyü kimi sonuncu təşkilat hüquqi şəxs olmamaqla, işçinin işə götürülməsi, işdən azad edilməsi və s. səlahiyyətləri yoxdur. Belə olan halda, məhkəmə qeyd edir ki, hazırkı iddianın predmeti işçinin əmək kitabçasında vəzifə qeydinin dəyişdirilməsini özündə əks etdirdiyindən və hüquqi statusuna görə bu tələbə cavab verməli təşkilatlar "Azneft" İstehsalat Birliyinin Cavabdeh2 NQÇİ və 2 saylı Nəqliyyat İdarəsi olmadığından (təşkilati-hüquqi forması və səlahiyyətləri baxımından) cavabdehlər əsl cavabdehlə əvəz edilməlidir. Əsl cavabdeh "xxxx" ASC Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 73 ünvanında yerləşir. Göründüyü kimi, hazırkı işə Siyəzən Rayon Məhkəməsində baxılması üçün əsaslar yaranmamışdır. Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Bu Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Yuxarıda qeyd olunanlara əsaslanaraq, məhkəmə belə nəticəyə gəlir ki, əsl cavabdeh "Azneft" İstehsalat Birliyi Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 73 ünvanında yerləşdiyinə görə İddiaçı cavabdeh "Azneft" İstehsalat Birliyinə qarşı "əmək kitabçasında düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 44, 45, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh "Azneft" İstehsalat Birliyinə qarşı "əmək kitabçasında düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün ərzində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-131/2021
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-131/2021
05.04.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver