Məhkəmə qərarları › İş №2(059)-144/2020

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-144/2020

16.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-144/2020 16.09.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X3, İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh3, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi, eləcə də ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəkili Vəkil iştirakları ilə İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı "evə istifadə hüququnun tanınması" tələbinə dair ilk, ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı "cavabdehin evdən çıxarılması və onların mübahisəli evə köçürülmələri" tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşı "evə yaşamaq hüququnun tanınması" tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı övladı xx xxx 2019-cu il təvəllüdlü X6 ilə birlikdə Siyəzən şəhəri, Fəyyaz Əliməmmədov küçəsində yerləşən fərdi evdə yaşamaq hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəməyə başqa cavabdehlərin cəlb edilməsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, keçmiş qaynanası Cavabdeh2, eləcə də qaynatası Cavabdeh3 cavabdeh qismində işə cəlb edilməsini, həmçinin onun azyaşlı övladı xx xxx 2019-cu il təvəllüdlü X6 ilə birlikdə Siyəzən şəhəri, Fəyyaz Əliməmmədov küçəsində yerləşən 122 saylı fərdi yaşayış evinə istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 51.3-cü maddəsinə əsasən, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. Bu Məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı "cavabdehin evdən çıxarılması və onların mübahisəli evə köçürülmələri" tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Siyəzən şəhəri, F. Əliməmmədov küçəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan həyətyanı torpaq sahəsində tikilmiş evdən çıxarılması və bu evə onların köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X7 ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini isə qəbul etməyərək izahatında göstərdi ki, qızı İddiaçı Cavabdeh1la xx xxxx 2018-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş, həmin gün el adəti üzrə keçirilmiş toy mərasimindən sonra ünvan 1ndə yerləşən 122 nömrəli evə gəlin köçmüşdür. Qeyd edir ki, sözügedən tikili kürsülü olmaqla, 1 (bir) şüşəbənd və 3 (üç) otaqdan ibarətdir. İddiaçı ilə Cavabdeh1 birgə nikahdan xx xxx 2019-cu il tarixdə Selcan adlı bir qız övladları doğulmuşdur. xx xxxxxx 2020-ci il tarixədək keçmiş kürəkəni Cavabdeh1 da ailəsi ilə birgə bu mübahisəli tikilidə yaşasa da, həmin gün ailə daxilində yaranmış narazılıqla əlaqədar tikilini tərk edib getmişdir. Bundan sonra, Siyəzən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi əsasında qızı ilə keçmiş kürəkəni Cavabdeh1 arasında olan nikah pozulmuşdur. Hazırda qızı Gülər nəvəsi Selcanla birlikdə mübahisəli tikilidə yaşayır və qızının bütün cehiz əmlakları da ünvan 1ndə yerləşən 122 nömrəli tikilidə qalmaqdadır. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh3 qızı Gülər mübahisəli evə gəlin köçəndə artıq orada yaşamamış, habelə qeydiyyatda olduqları Siyəzən şəhəri, A.Mustafayev küçəsi 20 nömrəli evdə yaşamış və hazırda da qeydiyyatda olduqları ünvanda yaşayırlar. Adları çəkilən şəxslərin mübahisəli evə köçürülməsi ilə razı deyildir. Belə ki, münasibətlər gərgin olduğuna görə qarşılıqlı iddia üzrə cavabdehlər qızı Gülərə bu evdə rahat yaşamağa imkan verməyəcəklər. Bundan əlavə mübahisəli tikili dövlət reyestrində qeydiyyata alınmamış, habelə hər hansı bir hüquq müəyyənedici sənədlə təmin edilməmişdir. Odur ki, ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini isə qismən müdafiə edərək izahatında göstərdi ki, o, xx xxxx 2018-ci il tarixdə İddiaçı ilə nikahlarını rəsmi qeyd etdirməklə evlənmişdir. Buna qədər anası Cavabdeh2 xx xxxx 2018-ci il tarixdə Siyəzən şəhərindəki mübahisəli tikilinin üzərində yerləşdiyi ümumi sahəsi 0,06 ha olan torpaq sahəsini əvvəlki mülkiyyətçi X1 4500 manata satın almışdır. Toydan əvvəl atası Cavabdeh3 ürəyindən əməliyyat olunduğundan, həm də ağır şəkər xəstəsi olduğu üçün hər xırda məsələyə sərt reaksiya verdiyinə görə valideynləri çətinliklə də olsa, sözügedən tikilini təmirsiz vəziyyətdə alaraq, borc-xərclə təmir etməyə başlamışlar. Həmin vaxt hazırda onun qeydiyyatda olduğu və yaşadığı Siyəzən şəhəri, A.Mustafayev küçəsində yerləşən 20 nömrəli evdə də təmir işləri aparıldığına görə valideynləri mübahisəli tikiliyə onu və keçmiş arvadı İddiaçı yerləşdirmişlər. Mübahisəli tikilinin həyətyanı torpaq sahəsi anası Cavabdeh2 mülkiyyətində olsa da, həmin tikiliyə hər hansı bir hüquq müəyyənedici sənədə malik deyildirlər. Belə ki, anasının mülkiyyətindəki torpaq sahəsinin üzərində yerləşən tikili dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmçinin, gələcəkdə alınacaq çıxarış anası Cavabdeh2 adına olacaqdır. Hazırda isə mübahisə predmeti olan tikilinin hər hansı hüquq müəyyənedici sənədi yoxdur. Siyəzən şəhəri, A.Mustafayev küçəsində yerləşən 20 nömrəli evdə təmir işləri başa çatandan sonra valideynləri ona və ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Gülərə bu evə köçməyi təklif etsələr də, sonuncu atası Nəcəfalının təhriki ilə müxtəlif bəhanələrlə öz evlərinə köçməkdən imtina etmişdir. Sonralar keçmiş qaynatası Nəcəfalı Əliyev açıq-aşkar onun ailə işlərinə müdaxilə edərək mübahisəli tikilini öz adına keçirməsini tələb etmiş, əks təqdirdə qızının ondan boşanacağını bildirmiş, valideynləri evdən çıxmağı tələb etdikdə isə Nəcəfalı Əliyev onları hüquq-mühafizə orqanlarına şikayət edəcəyi ilə hədələmişdir. O, hazırda qeydiyyatda olduğu ünvanda yaşayır. Beləliklə, keçmiş arvadı Gülərin mübahisəli tikilidən çıxarılmasını və dəfərlərlə yaşamaq üçün ora getmək istəyən, lakin, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin, eləcə də sonuncunun ailə üzvlərinin təzyiqləri ilə qarşılaşan valideynlərinin mübahisəli tikiliyə köçürülmələrini tələb etsə də, hazırda özünün bu evə köçürülməsinə dair hissədə qarşılıqlı iddia ərizəsini müdafiə etmir. Qeyd edilənlərə əsasən, ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin isə qismən, yəni valideynlərinə münasibətdə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi, eləcə də ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəkili Vəkil Cavabdeh1 izahatına uyğun, eyni məzmunlu izahatlar verərək, ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin isə qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. Belə ki, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı, 234089 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Cavabdeh1, anası İddiaçı olan X6 xx xxx 2019-cu il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx xxx 2020-ci il tarixli, 2(059)-50/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1la İddiaçı arasında xx xxxx 2018-ci il tarixdə Şabran rayon qeydiyyat şöbəsində, nikahın bağlanması haqqında akt qeydləri kitabında 112 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, həmçinin tərəflərin birgə nikahından doğulmuş xx xxx 2019-cu il təvəllüdlü Selcanın anası İddiaçı himayəsində və yanında saxlanılması qət edilmişdir. İşdə olan xx xxxx 2018-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı X2mülkiyyətində olan Siyəzən şəhərində yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsini Cavabdeh2 4500 manata satmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx xxxx 2020-ci il tarixdə verdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Siyəzən şəhərində yerləşən 0,06 ha torpaq sahəsi həmin tarixdə mülkiyyət hüququ üzrə Cavabdeh2 adına **********52 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X5 xx xxxx 2020-ci il tarixli, **********74 nömrəli məktubundan görünür ki, ərazi idarəsində elektron bazaya toplanmış məlumatlara və arxiv materiallarına əsasən ünvan 1 ünvanında yerləşən 122 saylı fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. İşdə olan Siyəzən rayon Polis Şöbəsinin xx xxx 2020-ci il tarixli, 183-4743-1220 nömrəli məktubundan görünür ki, ünvan 1, ev 122 ünvanında qeydiyyatda olan vətəndaş aşkar olunmamışdır. İşdə olan qəbzlərdən görünür ki, ilk İddiaçı ilk iddia ərizəsi, qarşılıqlı iddiaçı Cavabdeh1 isə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən hər biri ayrıayrılıqda 10 (on) manat dövlət rüsumu ödəmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 146-cı maddəsinin İ və İİ hissəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), sərəncam vermək hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, ünvan 1ndə yerləşən 0,06 ha torpaq sahəsinin üzərindəki tikiliyə (yaşayış sahəsinə) dair tərəflər arasında ailədaxili münaqişə vardır. Bundan əlavə, Siyəzən şəhərində yerləşən 0,06 ha torpaq sahəsi xx xxxx 2020-ci il tarixdə mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Verilmiş izahatlardan, habelə toplanmaqla, tədqiq edilmiş mötəbər sübut və sənədlərdən də göründüyü kimi mübahisəli tikili (yaşayış sahəsi) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş və deməli, özbaşına tikilidir. Eyni zamanda, tərəflərdən hər hansı biri tikiliyə (yaşayış sahəsinə) dair istifadə, sərəncam, sahibliklə bağlı qanunla müəyyən edilən hər hansı hüquq müəyyənedici sənədə malik deyildir. Həmçinin, həmin tikiliyə qanunvericilikdə müəyyən olunmuş qaydada mülkiyyət hüquqları rəsmiləşdirilmədiyindən tərəflərdən hər hansı birinin mübahisəli evə (özbaşına tikiliyə) hüquqları yarana bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaldır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bununla da, məhkəmə ilk iddia tələbinə münasibətdə belə qənaətə gəlir ki, ünvan 1ndə yerləşən 0,06 ha torpaq sahəsinin üzərindəki tikiliyə (yaşayış sahəsinə) qanunvericilikdə müəyyən olunmuş qaydada mülkiyyət hüquqları rəsmiləşdirilmədiyindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mübahisəli evə (özbaşına tikiliyə) istifadə hüququ yaranması mümkün deyildir. Eyni zamanda, məhkəmə qarşılıqlı iddia tələbinin "cavabdehin evdən çıxarılması" hissəsinə münasibət bildirərək qeyd edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəf ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mübahisəli tikilidən çıxarmaq ilə bağlı hüquqi səlahiyyətə (hüquqi ixtiyara) malik olmamış və öz hərəkətlərini əsaslandıran sübuta malik deyillər. Belə ki, qeyd edildiyi kimi mübahisəli ünvanda yerləşən ev özbaşına tikili olduğundan həmin evə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfin hər hansı formada mülkiyyət hüquqları mövcud deyildir. Bununla belə qarşılıqlı iddia tələbinin “ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh3 mübahisəli evə köçürülmələri" hissəsinə münasibətdə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3-cü maddəsinin tələbinə görə əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəllsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Məhkəmə iclasında müəyyən edildi ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 xx xxxx 2018-ci il tarixdə Siyəzən şəhərindəki mübahisəli tikilinin üzərində yerləşdiyi ümumi sahəsi 0,06 ha olan torpaq sahəsini əvvəlki mülkiyyətçi X1 4500 manata satın almışdır. Bundan sonra, ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3 və Cavabdeh2 oğlu Cavabdeh1 xx xxxx 2018-ci il tarixdə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə nikahlarını rəsmiləşdirməklə, evlənmiş, habelə sonuncu Cavabdeh1 valideynlərinin toy qabağı təmir etdirdikləri mübahisəli tikiliyə gəlin köçmüş, həmçinin onların xx xxx 2019-cu il tarixdə Selcan adlı övladları doğulmuşdur. Bundan sonra, Cavabdeh1la İddiaçı arasında ailədaxili narazılıqlar yarandığından onlar əvvəlcə faktiki olaraq ayrılmış, habelə İddiaçı övladı ilə birlikdə mübahisəli tikilidə qalsa da, Cavabdeh1 yaşamaq üçün qeydiyyatda olduğu ünvana, yəni Siyəzən şəhəri, Alı Mustafayev küçəsindəki 20 saylı evə getmişdir. Beləliklə, yaranmış narazılıqlar nəticəsində ailə daxili münasibətlər kəskinləşdiyindən Siyəzən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1la İddiaçı nikahı pozulmuşdur. Bundan sonra, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, eləcə də Cavabdeh3 birgə nikah dövründə əvəzli olaraq əldə etdikləri, habelə oğulları Cavabdeh1 toyundan sonra onun yerləşməsi üçün öz vəsaitləri hesabına təmir etdikləri ünvan 1ndə yerləşən 0,06 ha torpaq sahəsinin üzərindəki tikiliyə yaşamaq niyyəti ilə getsələr də, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh, eləcə də sonuncunun ailə üzvləri onların ümumi mülkiyyətlərindəki əmlak üzərində olan tikilidən təyinatı üzrə yararlanmalarına maneələr yaratmışlar. Bu səbəbdən də, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəf hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Eyni zamanda, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 hazırda Siyəzən şəhəri, Alı Mustafayev küçəsindəki 20 saylı evdə yaşadığını bildirməklə, qarşılıqlı iddia tələbini özünə aid hissədə müdafiə etməməklə, bu hissədə təmin edilməməsinə etiraz etməmişdir. Göründüyü kimi, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsini ilk iddia üzrə Cavabdeh2 Cavabdeh3 ilə birgə nikah dövründə əvəzli olaraq əldə etmiş və bu hal tərəflərin izahatları, eləcə də işin faktiki halları ilə öz təsdiqini tapmış, habelə bunun əksini təsdiq edəcək mötəbər sübut və ya sənəd məhkəməyə təqdim edilməmişdir. Beləliklə, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilə Cavabdeh3 birgə nikah dövründə qazandıqları əmlak olduğundan məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın ümumi mülkiyyəti hesab olunmalıdır. Beləliklə, məhkəmə qarşılıqlı iddia tələbinə qiymət verərək hesab edir ki, ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3 və Cavabdeh2 mübahisəli yaşayış sahəsindən öz iradəsindən asılı olmayan səbəbdən istifadə edə bilməməsi onların həmin sahədə yaşamaq hüquqlarının itirilməsinə səbəb ola bilməz. İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3 və Cavabdeh2 normal yaşayış yeri və onun layiqli həyat şəraiti təmin edilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, mübahisəli tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin tikili mövcuddur və hazırda da yaşayış sahəsi kimi istifadə olunur. Belə ki, bu fakt tərəflərin izahatı, eləcə də mülki iş materiallarında olan digər mötəbər sübutlarla öz təsdiqini tapır. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mübahisəli yaşayış sahəsində normal şərtlər daxilində yaşadığından, ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3 və Cavabdeh2 da həmin şərtlər daxilində tikilidə yaşamaq hüququ vardır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların tədqiqatı zamanı ilk iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməsə də, qarşılıqlı iddiaçılar qismən sübut edə bildilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı "evə istifadə hüququnun tanınması" tələbinə dair ilk iddiası əsassız olduğundan təmin edilməməli, qarşılıqlı iddia isə qismən əsaslı olduğundan qismən təmin edilməli, habelə ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3 və Cavabdeh2 sonuncunun mülkiyyətində olan ünvan 1ndə yerləşən 0,06 ha torpaq sahəsinin üzərindəki tikiliyə (yaşayış sahəsinə) köçürülməlidir. Həmçinin, qarşılıqlı iddia tələbinin "ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 mübahisəli tikiliyə köçürülməsi" hissəsinə münasibətdə qeyd edilir ki, qarşılıqlı tələb bu hissədə ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar, o cümlədən Cavabdeh1 tərəfindən müdafiə edilmədiyindən təmin edilməsi istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, ilk iddia tələbi rədd edildiyindən ödənilmiş 10 (on) manat dövlət rüsumu ilk İddiaçı özünə aid edilməlidir. Eyni zamanda, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumunun tutulması həm qarşılıqlı iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı qarşılıqlı iddiaçı tərəfindən ilk iddiaçıdan tələb edilmədiyindən həmin məbləğ qarşılıqlı iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı "evə istifadə hüququnun tanınması" tələbinə dair ilk iddiası əsassız olduğundan təmin edilməsin. İlk iddia üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3 və Cavabdeh2 sonuncunun mülkiyyətində olan ünvan 1ndə yerləşən 0,06 ha torpaq sahəsinin üzərindəki tikiliyə (yaşayış sahəsinə) köçürülsünlər. Qarşılıqlı iddia üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 aid edilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar