Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-146/2023 03.04.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Siyəzən şəhər İnteqrasiya X1rşı “əmək haqqının tam həcmdə ödənilməsi və dərs yükünün (saatlarının) bərpa edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Siyəzən şəhər İnteqrasiya X1rşı “əmək haqqının tam həcmdə ödənilməsi və dərs yükünün (saatlarının) bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 sentyabr 2020-ci il tarixdən 05 noyabr 2022-ci il tarixə qədər olan dövrdə əmək haqqının tam həcmdə ödənilməsi (həftədə 36 saat tam dərs yükü hesabı ilə ödənilməsi), 05 noyabr 2022-ci il tarixdən etibarən dərs saatının (dərs yükünün) hər həftə 36 saat həcmində verilməsi və mediasiya xərcinin əvəzi olaraq 25 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilmiş və müvafiq prosessual hərəkətlər yerinə yetirilmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, 17 avqust 1992ci il tarixdən hal-hazıradək Cavabdeh tərbiyəçi-müəllim peşəsində çalışır. 26 noyabr 2020ci il tarixdə xəbəri olmadan 80 saylı əmrlə işdən azad edilsə də, Siyəzən Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2(059)-24/2022 saylı qətnaməsi ilə barəsində verilmiş 26 noyabr 2020-ci il tarixli, 80 saylı əmr ləğv edilməklə, işinə bərpa edilmiş, həmçinin 26 noyabr 2020-ci il tarixdən etibarən məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi təmin edilmişdir. Qanunsuz olaraq işdən çıxana qədər (26 noyabr 2020-ci il) o, həftə ərzində 36 saat dərs aparmışdır. Bunu, Siyəzən Rayon Məhkəməsinin yuxarıda adı çəkilən qətnaməsi də təsdiqləyir. Lakin, Gimnaziya rəhbərliyi 15 sentyabr 2020-ci il tarixdən 05 noyabr 2022-ci il tarixə qədər ona 30 saat əsas, 6 saat isə boş əvəz (vakant yer) kimi tərbiyəçilik saatlarının əmək haqqını ödəmişdir. 05 noyabr 2022-ci il tarixdən o, 82 saylı əmrə əsasən tərbiyəçi vəzifəsinə bərpa edilərək həftədə 24 saat dərs yükü ilə təmin olunmuşdur. Hal-hazırda ona hər həftədə 24 saat dərs yükü olmaqla, dərs saatı verilmişdir. Gimnaziyanın rəhbərliyi hər həftədə ona 24 saat dərs saatı verməklə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 93-cü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2010-cu il tarixli, 215 saylı “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” qərarının tələblərini pozmuşdur. Yuxarıda adları çəkilən qanun normalarına görə “tərbiyəçi-müəllimlərin həftəlik iş vaxtının müddəti 36 saatdan çox olmamalıdır”. Həmçinin, qeyd etdiyi kimi ona məcburi işdən çıxan tarixədək həftədə 36 saat dərs yükü verilmiş (30 saat əsas, 6 saat boş olan iş yerinə görə) və həmin saatlara ödəniş edilmişdir. 15 sentyabr 2020-ci il tarixdən 05 noyabr 2022-ci il tarixə qədər olan dövrdə əmək haqqının tam həcmdə ödənilməsi (həftədə 36 saat tam dərs yükü hesabı ilə ödənilməsi), 05 noyabr 2022-ci il tarixdən etibarən dərs saatının (dərs yükünün) hər həftə 36 saat həcmində verilməsi və mediasiya xərcinin əvəzi olaraq 25 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Mediasiya prosesi zamanı cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 3.4-cü maddəsinə əsasən mediasiya prosesi zamanı o, dövlət rüsumu ödəmişdir. Bunu 23 yanvar 2023-cü il tarixli, MŞQ38100264 saylı arayış təsdiq edir. Odur ki, göstərilən halların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, 31 ildir Cavabdeh tərbiyəçi müəllim işləyir. İşlədiyi dövr ərzində istər məktəb rəhbərliyindən, istərsə də Təhsil Nazirliyi tərəfindən heç bir töhmət, xəbərdarlıq almamışdır. Bundan əlavə, Azərbaycan Respublikasının Təhsil naziri 28 aprel 2023-cü il tarixdə bölgəyə gələcək, o, görüş zamanı cavabsız qalan suallarını bir daha nazirin nəzərinə çatdıracaqdır. İşini də şərəflə, vicdanla sevə-sevə görmüş və görür. Çox təəssüf ki, Cavabdeh 2019-cu ilin oktyabr ayından direktor səlahiyyətlərini müvəqqəti olaraq həyata keçirən Aynurə Dadaşova təyin olunduqdan sonra sonuncu ona qarşı şəxsi qərəz ədavətçiliyini göstərərək, indiyə kimi onun başına açmadığı oyun qalmamışdır. Belə ki, Aynurə Dadaşova şəxsi ailəsinə qədər qarışmış (bütün Siyəzən rayonu artıq bunu bilir), nəinki işinə, əvvəlcə hüquq-mühafizə orqanlarına düzgün informasiya verməməklə, onu şərləməklə, sonra dərs saatlarını almaqla, şərləyib işdən çıxarmaqla, ona və ailəsinə maddi və mənəvi zərbələr vurmuşdur. Üç ilin stressini heç bir maddiyyət əvəz edə bilməz. Çünki, onlar Aynurə Dadaşovanın üç il ərzində onlara yaşatdıqları stressin hələ də içindədirlər. Nəhayət ki, Siyəzən Rayon Məhkəməsinin ədalətli qərarı ilə və həmin qərarı yuxarı məhkəmələr təsdiqləndikdən sonra onun işə bərpası təmin olunmuş, haqq-ədalət öz yerini tapmışdır. Verəcəyi məlumat qarşı tərəfdə, yəni Cavabdeh tərbiyəçilik saatlarının iddia ərizəsində göstərdiyi kimi təmin edilməsi üçün təqdim etdiyi əsaslı sənədlərdir. Həmin məktəbin əvvəlki rəhbərliyi Aynurə Dadaşova ona qarşı şəxsi qərəz və ədavəti olduğu üçün tərbiyəçilik saatlarında qanunsuz olaraq oynamışdır. Belə ki, 2019-2020 tədris illərində onun məlumatı olmadan, 41 saat dərs yükünün 23 saat dərs yükü olduğunu 29 mart 2020-ci il tarixində telefonuna gələn mesajla əmək haqqının az olmasından, həmçinin Aynurə Dadaşovanın yaxın qohumu, məktəbin mühasibi Nicat Qurbanova zəng edərkən bilmişdir. 41 saat dərs yükünün olmasından keçmiş rəhbər Aynurə Dadaşovanın məlumatı olmamış, bu 6 ay keçəndən sonra məlum olmuşdur. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin qarşısında çıxışı, şikayətləri nəticəsində daxili nəzarət şöbəsinin üç nəfərdən ibarət əməkdaşı yoxlama kimi gimnaziyaya göndərilmiş, bu zaman o, Aynurə Dadaşovanın əməllərini tam şəkildə ifşa etmiş, yoxlamaya gəlmiş şəxslər çoxlu qanun pozuntularının olmasını bildirmişlər. Buna baxmayaraq, həmin yoxlama qərarı indiyə kimi ona təqdim edilməmişdir. Hətta, Təhsil nazirinin qəbulunda olarkən ondan qeyd etdiyi qərarın ona verilməsini tələb etsə də, sonuncu bunu nazirliyin insan resursları şöbəsinin müdiri Eşqi Bağırova həvalə etmiş, o, isə nazirə onun qəbuluna gəldiyini vurğulamışdır. Beləliklə, qərarın verilməsi təmin edilməmişdir. Bundan başqa, üzərində xüsusi siniflər üçün 3 saat dərs, 2 saat fakültativ ondan alınıb, 36 saat tam tərbiyəçilik saatı saxlanılmışdır. 36 saat tam tərbiyəçilik saatları qanunvericilik yol verdiyi üçün Təhsil Nazirliyinin daxili nəzarət aparatından gələn nümayəndələr də, 36 saat tam tərbiyəçilik saatını saxlamışlar. 14 fevral 2020-ci il tarixdə onun rəsmi şikayəti əsasında Təhsil Nazirliyindən məktəbə gələn yoxlamanın qərarı indiyə kimi ona verilmədiyi halda, Aynurə Dadaşova həmin o yoxlamaya istinadən ona göndərdiyi 24 aprel 2020-ci il tarixli cavab məktubunda 5 saat artıq apardığını və bunun yoxlama nəticəsində müəyyən etdiyini bildirmişdir. Guya, COVİD-19 pandemiyasını nəzərə alıb, tərbiyəçilik saatını tam 36 saatda saxlamışdır. Əgər tərbiyəçi müəllimlərin həftəlik iş saatı 24 saat müəyyənləşdirilirsə, 12 saat əlavə aparmaq qanuna ziddirsə, həmin o yoxlamanın əlavə 12 saatı ondan almaq hüququ olmuşdur. Bu məktubdan da Aynurə Dadaşovanın ona qarşı şəxsi qərəz və ədavət apardığı bilinir. Gimnaziyanın keçmiş rəhbəri olmuş Aynurə Dadaşova X5 Quba regional ərazi şöbəsinin rəisi Təngiz Nəzərova 16 iyun 2020-ci il tarixində ünvanlanmış rəsmi məktubunda 2019-2020-ci tədris illərində guya gimnaziyanın HİK-ilə birgə tərbiyəçilik saatlarının tənzimlənməsi barədə iclas keçirmiş guya onu şifahi dəvət etsə də, onun iclasda iştirak etməməsini əsas gətirərək 36 saat tam tərbiyəçilik saatlarına dəymədiyini göstərmişdir. Yəni, Təngiz Nəzərova başqa bir formada desə də, işə bərpası ilə əlaqədar məhkəmə iclasında HİK-in iclasının keçirilmədiyini bildirmişdir. Buradan da Aynurə Dadaşovanın yalan məlumat verdiyi aydın olur. Gimnaziyanın HİK iclası o, işlədiyi müddətdən keçmiş rəhbər Aynurə Dadaşova onu şərləyib işdən çıxarana kimi bir dəfə də olsun keçirilməmişdir. Gimnaziyanın HİK iclası keçmiş rəhbər Aynurə Dadaşovanın sifarişi ilə sərt pandemiya dövründə, onu şərləyib işdən çıxarmaq üçün 2020-ci ilin noyabr aylarında təşkil olunmuşdur. 24 aprel 2020-ci il tarixində ona göndərdiyi məktubda isə guya COVİD-19 pandemiyasını əsas götürərək onun 36 saat tam tərbiyəçilik saatlarına dəymədiyini bildirmişdir. Keçmiş direktor X10 və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırova ünvanlamış 13 aprel 2020-ci il tarixindəki məktubunda yazdığı cümlələrdən birində bildirilir, “Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin apardığı təftiş nəticəsində göstərdiyim nöqsanlar üst-üstə düşdü. Məktəbin əmr kitabı 1 ay müddətində X3. (14.02-xx.xx.2020 aralığında)” Bu cümlələrdən də 2019-2020 tədris illərində yoxlamanın onun 36 saat tam tərbiyəçilik saatlarına dəymədiyi aydın olunur. Təsdiq olunur ki, bir ixtisaslı tərbiyəçi müəllim kimi onun 36 saat tam tərbiyəçilik aparmağına qanunvericilik yol verir. Keçmiş rəhbər Aynurə Dadaşova isə 2020-2021 tədris illərində 36 saat tam tərbiyəçilik saatlarına qanunsuz olaraq dəymiş, açıq qərəzini göstərərək 30 saat tam, 6 saat boş əvəz kimi vermişdir. 2019-2020 tədris illərində apardığı 36 saat tam tərbiyəçilik saatlarının qanunvericiliyin tələbləri uyğun olduğu üçün bunu hətta X5 Quba regional ərazi şöbəsinin rəisi Təngiz Nəzərov 06 iyul 2020-ci il tarixli məktubunu ona və X5 Xidmətinin rəisi Fuad Heydərova göndərmişdir. Bu sənəd də onun 36 saat tam tərbiyəçilik saatlarını aparmasına qanuni hüququnun olduğunu göstərir. 2020- 2021-ci il tədris illərində sentyabr ayının axırlarına kimi Aynurə Dadaşova onu məktəbə qoymayaraq “hələ sənə saat verilmir, veriləndə gələrsən, ya da sənə xüsusi siniflərin tərbiyəçilik saatlarını verirəm, 24 saat” deyərək ona qarşı açıq-qərəz və ədavətini göstərmişdir. Təhsil Nazirliyi tərəfindən yəni, əməkdaşı Həbib Kərimov tərəfindən qəbul edilərkən sonuncu ona “xüsusi siniflər üzrə tərbiyəçilik saatları hələ qanuni surətdə ayrılmayıb. Biz də çalışırıq ki, açılsın” deyə bildirmişdir. “Sentyabr ayının axırlarında 2020ci ildə 4-cü sinfə kimi apardığı sinfin ona verilməsi üçün, həm də 36 saat tərbiyəçilik saatlarının tam həcmdə verilməsi üçün Aynurə Dadaşovaya rəsmi məktub göndərsə də, indiyə kimi rəsmi məktubuna Aynurə Dadaşova tərəfindən cavab verilməmişdir. 2020-2021 tədris illərində 23 sentyabr 2020-ci il tarixində Aynurə Dadaşovadan əlinə alacağı aylıq maaşının arayışını Azərbaycan Diplomatiya Mərkəzinə təqdim etmək üçün istəmişdir. Həmin bu aylıq vergilər çıxıldıqdan sonra maaşının arayışda göstərildiyi kimi 36 saat tam tərbiyəçilik saatının üzərində olduğunu göstərir. Oktyabr ayının 2020-ci il tarixindəki maaşının, həmçinin sentyabr ayının da maaşının kəsildiyini yəni, 30 saat tam, 6 saat boş əvəz kimi ona verməsi keçmiş rəhbər Aynurə Dadaşovanın ona qarşı şəxsi qərəzin və ədavətin bir daha olduğunu təsdiqləyir. Bütün respublikada, həmçinin rayonda məlum olduğu kimi 26 noyabr 2020-ci il tarixdə keçmiş direktor Aynurə Dadaşova tərəfindən şərlənib işdən çıxarılmışdır. Şərlənib işdən çıxarılmamışdan qabaq 2020-ci ilin noyabr ayının əvvəllərində tərbiyəçilik dərs saatlarının tam bərpa olunması üçün Siyəzən Rayon Məhkəməsinə müraciət etmişdir. İndi 2-ci dəfə verdiyi iddia tələbinin göstərdiyi danılmaz əsaslı fakt və xüsusatlarla qanuni sənədlərlə öz təsdiqini tapacağına inanır. Siyəzən Rayon Məhkəməsi sonunda ədalətli, yekun qərarını qəbul edəcəkdir. Keçmiş rəhbər Aynurə Dadaşova tərəfindən şərlənib işdən çıxarıldıqdan sonra onun 30 saat tam, 6 saat boş əvəz kimi tərbiyəçilik saatları olmuşdur. O vaxt ilk iddia tələbini buna görə vermiş, hazırda da onu istəyir. 15 sentyabr 2020-ci il tarixdən 05 noyabr 2022-ci il tarixə kimi, yəni işə bərpa əmrinə kimi ona ödəniş 30 saat tam, 6 saat boş əvəz kimi tərbiyəçilik saatlarının əmək haqqı olaraq verilmişdir. Hətta, indiki məktəb direktoru Ruhiyyə xanım Hacıyevanın 27 yanvar 2023-cü il tarixdə Siyəzən rayon icra və probasiya şöbəsinə təqdim etdiyi arayış da bunu sübut edir. İndiki rəhbərliyə həmin 36 saat tam tərbiyəçilik saatlarının qanuni haqqının olduğunu bildirməklə, rəsmi məktub verməsinə, həmçinin Dövlət Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə, Təhsil Nazirliyinə rəsmi məktublar göndərməsinə baxmayaraq, ona nəinki rəsmi cavab verilməmiş, hətta həmin mövzudan kənar, səthi məzmunsuz şifahi cavablar verilmişdir. Hətta, 13 dekabr 2022-ci il tarixdə onun Dövlət Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə, eləcə də Təhsil Nazirliyinin aparat rəhbəri Həsən Həsənliyə göndərdiyi vətəndaşın əmək hüquqlarının pozulması haqqında sorğusuna hələ də rəsmi cavab verilməmişdir. Elm və Təhsil Nazirliyinin tərbiyəçilik işi üzrə qəbulu 2022-ci ilin yay aylarında baş tutsa da, gimnaziyanın keçmiş direktoru Aynurə Dadaşova kiminsə və nəyinsə xatirinə, maraqları üstün tutaraq, tərbiyəçilik üzrə qeyriixtisaslı işçiləri 2021 oktyabr-noyabr aylarında müddətli işə götürmüşdür. Hətta, bu şəxslərdən ikisinin ümumiyyətlə, iş təcrübəsi yoxdur. Eşitdiyinə görə Aynurə Dadaşovanın özü vakansiya çıxartmış, vakansiyanın şərtlərində işçinin ali təhsilli, 3 il iş təcrübəsinin olmasını göstərilmişdir. Aynurə Dadaşovanın tərbiyəçilik üzrə işə götürdüyü işçilərdən ikisi orta ixtisaslı, ibtidai sinif müəllimləri, biri isə ali təhsilli riyaziyyat müəllimidir. Hətta, halhazırda da hər üç müəllim məktəbdə tərbiyəçi işləyir. Məktəblərində qanun yol vermədiyi halda, fənn müəllimləri də tərbiyəçilik saatları aparır. Hətta, Ruhiyyə xanım gələn ildən həmin müəllimlərdən tərbiyəçilik saatlarını alacağını bildirmişdir. İndiki rəhbərlik Ruhiyyə Hacıyeva ona bildirmişdir ki, “Ceyran müəllimə mənim isə sizə qarşı heç bir ədavətim yoxdur, mən yeni gəlmişəm, görürəm və başa düşürəm ki, bu sizin qanuni haqqınızdır. Mən sizinlə ziddiyyətə getməyəcəm. Siyəzən Rayon Məhkəməsinin qətnaməsi İnşallah sizin xeyrinizə olar. O, qətnaməni mənə gətirin gələn il 2023-2024 tədris illərində 36 saat tam tərbiyəçilik saatlarını sizə verim. Kifayət qədər tərbiyəçilik saatlarımız var. Çünki, mən 28 noyabr 2022-ci ildə məktəbə yeni təyin olunmuşam. Artıq, sentyabrda dərs bölgüləri olub”. Bundan başqa, Təngiz Nəzərov ona göndərdiyi 24 iyul, 19 avqust və 05 oktyabr 2020-ci il tarixli rəsmi cavablarda 06 iyul 2020-ci il tarixli sənədə istinad edərək, onun 36 saat tam tərbiyəçilik saatlarının aparılmasına qanunvericiliyin yol verildiyini bildirmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırovun 22 dekabr 2022-ci il tarixli məktubunda 36 saat tam tərbiyəçilik saatlarının verilməsinə icazənin verilib-verilməməsi, olar-olmaz bildirilməlidi. Tərbiyəçi müəllimlərin 24 saatlıq iş vaxtının məcburi olduğu göstərilməmişdir. Yəni, 36 saat aparıla bilər. Bu səbəbdən də onun və uşaqlarının vəziyyəti nəzərə alınıb, ədalətli qərar çıxarılmasını xahiş edir. Cavabdeh Siyəzən şəhər X4 Tipli Gimnaziya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin gimnaziya nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, etməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, cavabdeh Siyəzən şəhər X4 Tipli Gimnaziyanın direktoru Ruhiyyə Hacıyeva tərəfindən məhkəməyə ünvanlanmış iddia tələbinə etirazda göstərilmişdir ki, iddia əsassız olduğundan təmin oluna bilməz. Belə ki, iddiaçı eyni tələblə məhkəməyə müraciət etmiş və tələbi təmin edilməmişdir. Siyəzən Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2(059)-24/2022 saylı qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilərək onun işə bərpa edilməsi qət edilmiş, iddia qalan hissədə, həmçinin 36 saat Tərbiyəçimüəllim kimi dərs yükünün bərpa edilməsi və sair hissələrdə təmin edilməmişdir. Bununla yanaşı, Siyəzən Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2(059)-24/2022 saylı qərardadı ilə iddiaçının Siyəzən Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2(059)- 24/2022 saylı qətnaməsinə 36 saat Tərbiyəçi-müəllim kimi dərs yükünün bərpa edilməsi və ödənilməsi üzrə izah verilməsinə dair ərizəsi də təmin edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Gimnaziyaya ünvanlanmış 22 dekabr 2022-ci il tarixli, xx-xx-1012/13 nömrəli məktubunda “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinentinin 24 noyabr 2010-cu il tarixli, 215 nömrə Qərarına əsasən ümumtəhsil məktəblərində, internatlarda, lisey, gimnaziyalar və peşə-məktəblərində tərbiyəçimüəllimlərin həftəlik iş vaxtının 24 saat müəyyən edildiyi göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gimnaziyaya ünvanlanmış 22 dekabr 2022-ci il tarixli, **********7 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 93-cü maddəsinə əsasən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerlərində (həkimlərə, müəllimlərə, elektrotexniki qurğularda, cihazlarda və qanunvericilikdə nəzərdə tutulan digər iş yerlərində işləyənlərə) həftə ərzində 36 saatdan çox olmamaq şərtilə qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin iş yerləri üzrə peşələrin, vəzifələrin siyahısı iş vaxtının konkret müddəti göstərilməklə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2010-cu il tarixli, 215 nömrəli qərarının 1-ci bəndinin 4-cü abzasına əsasən ümumtəhsil məktəblərində, internatlarda lisey, gimnaziyalar və peşə məktəblərində tərbiyəçi-müəllimlərin həftəlik iş vaxtı 24 saat müəyyən edilmişdir. Siyəzən şəhər X4 tipli gimnaziyada çalışan tərbiyəçi-müəllimlərin həftəlik iş vaxtı müddətinin 24 saat müəyyən edilməsi qanunvericiliyin tələblərinə uyğundur. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2(059)-24/2022 saylı qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilməklə, cavabdeh Siyəzən şəhər X4 tipli gimnaziya tərəfindən İddiaçı barəsində verilmiş 26 noyabr 2020-ci il tarixli, 80 saylı əmr ləğv edilməklə, onun həmin gimnaziyanın tərbiyəçisi vəzifəsinə işə bərpa olunması və 26 noyabr 2020-ci il tarixdən etibarən məcburi iş buraxma müddəti üçün ona əmək haqqının ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Eyni zamanda, qanuni qüvvəsini almış həmin qətnamədən görünür ki, İddiaçı cavabdeh Siyəzən şəhər İnteqrasiya X1rşı 11 noyabr 2020-ci il tarixdə icraata qəbul edilmiş ilk tələbində də iddiaçı 36 saat əvəzsiz, tam Tərbiyəçi-müəllim dərs yükünün bərpa edilməsini, 2020-ci ilin sentyabr ayından əmək haqqı məbləğinin 6 saat əvəzçilik tədrisinə görə azalan hissəsi həcmində ona vurulan maddi ziyanın cəmləşdirilmiş məbləğinin tam 36 saat Tərbiyəçi-müəllim kimi dərs yükünün bərpa edilməsinə qədər hesablanıb ödənilməsini xahiş etmiş, lakin tələb bu hissələrdə təmin edilməmişdir. Göründüyü kimi, İddiaçı cavabdeh Siyəzən şəhər İnteqrasiya X1rşı “dərs yükünün bərpa edilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” və “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə baxılmış və hazırkı “əmək haqqının tam həcmdə ödənilməsi və dərs yükünün (saatlarının) bərpa edilməsi” iddia tələbi ilə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə həmin iddiaya qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qətnaməsi ilə artıq münasibət bildirilmiş və qeyd edilən iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Belə ki, eyni tərəflər arasında olan mülki mübahisə ilə bağlı həm hazırkı iddia ərizəsi, həm də əvvəlki iddia ərizəsi nəzərdən keçirilərkən hər iki iddia tələbinin məzmun və mahiyyət etibarı ilə eyni əsasla verilməklə, eyni predmeti ehtiva etdiyi məlum olur. Bundan əlavə, İddiaçı özü də məhkəmə iclasında o vaxt verdiyi iddia tələbi ilə hazırda irəli sürdüyü tələbin eyniyyət təşkil etdiyini göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə məhkəmə, İddiaçı cavabdeh Siyəzən şəhər İnteqrasiya X1rşı “əmək haqqının tam həcmdə ödənilməsi və dərs yükünün (saatlarının) bərpa edilməsi” tələbinə dair iddiasına münasibət bildirməklə belə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisəyə dair artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan hazırkı iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. İcraata xitam verilmə qaydası və nəticələrini müəyyən edən Azərbaycan Respublikası MPM-nin 262-ci maddəsinin 2-ci hissəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Həmçinin, məhkəmə hesab edir ki, mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş məhkəmə xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 261.0.2, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Siyəzən şəhər İnteqrasiya X1rşı “əmək haqqının tam həcmdə ödənilməsi və dərs yükünün (saatlarının) bərpa edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş məhkəmə xərci iddiaçıya aid edilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-146/2023
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-146/2023
03.04.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver