Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-154/2021 10.03.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 oğuna qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 oğuna qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, mərhum X2 ilə xx xxxxxx 2013-cü il tarixdə evlənmiş və onların bu nikahdan xx xxxxxxx 2015-ci il təvəllüdlü Əsnad və xx xxxxxxx 2017-ci il təvəllüdlü Bahar adlı iki uşaqları doğulmuşdur. Mərhum əri X2 xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncə şəhərində yerləşən N saylı hərbi hissəsində MAXE kimi xidmət etməyə başlamışdır. X10 müharibəsi başlayanda, əri Sadiq Məmmədov da döyüş əməliyyatlarında iştirak etmiş, xx xxxxxxxx 2020-ci il tarixdə Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, xx xxxxxxx 2020-ci il tarixdə isə Siyəzən şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Dövlətin diqqət və qayğısı daim şəhid ailələrinin və qazilərin üzərində olmuş, eyni zamanda Siyəzən rayonu üzrə də bütün şəhid ailələrinə həm ölkə rəhbərliyi, həm də rayon rəhbərliyi maddi və mənəvi dəstəyini əsirgəməmişdir. Bu mənada, mərhum ərinin dəfnindən sonra müvafiq sənədlər toplanıb, təqdim edildikdən təxminən 1 həftə müddətində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən dəfn xərclərinin qarşılanması məqsədilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3000 manat pul verilmişdir. Bundan əlavə, xx xxxxxxx 2020-ci il tarixdə X13 tərəfindən ona rəsmi sənədlərə imza etdirməklə, himayəsində 2 azyaşlı uşaq olması da nəzərə alınaraq, 10000 manat məbləğində birdəfəlik sosial yardım edilmişdir. Belə ki, həmin gün Fondun iki nəfər əməkdaşı Siyəzən RİHB-nın adını bilmədiyi işçisi ilə birlikdə Siyəzən şəhəri, M.Müşfiq küçəsində yerləşən 21 nömrəli evə gələrək, ondan şəxsiyyət vəsiqəsini istəmişlər. O, müvafiq sənədlərə imza etdikdən sonra, pulun kart hesabına köçürüləcəyini fikirləşərək, mətbəxə keçmişdir. Sonradan qaynı Kamran evə gəldikdə bu pulu stolun üzərindən götürərək ona vermiş, o isə pulu öz otağına qoymuşdur. Bundan sonra, elə həmin gün qayınatası Cavabdeh1, bu pulu daha etibarlı yerdə saxlamaq bəhanəsi ilə ondan almışdır. Mərhum əri Sadiq Məmmədov şəhid olduqdan bir müddət sonra cavabdehlərin ona münasibəti daha da pisləşməyə başlamış, habelə digər Cavabdeh2 ona qarşı davam edən hədə-qorxusu, kobud rəftarı və psixoloji təzyiqləri nəticəsində məcbur qalıb, xx xxxxxx 2020-ci il tarixdə valideynlərinin yaşadığı ünvan 1 ünvanına köçmüş və övladları ilə birlikdə orada yaşamağa başlamışdır. Valideynlərinin evinə qayıtdıqdan sonra qaynanası Cavabdeh2 ilə telefon vasitəsi ilə danışıb, qayınatası Cavabdeh1 tərəfindən ondan alınmış 10000 manat məbləğində pulun qaytarılmasını xahiş etmişdir. Cavabdeh2 isə həmin pulu guya onlara ev almaq üçün beh kimi qohumları Cavabdeh3 verdiyini bildirmişdir. O, bu məsələyə inanmayıb, həmin müqaviləni tələb etmiş, günlərlə təkidli tələbindən sonra, cavabdehlər tərəfindən ona məxsus WhatsApp-a "Borc verən" Cavabdeh1 Babagül oğlu ilə, "Borc alan" Cavabdeh3 arasında xx xxxxxxx 2020-ci il tarixdə imzalanmış və Şabran rayon Notariat Kontorunda təsdiq olunmuş kredit müqaviləsi göndərilmişdir. Qeyd edir ki, tərəflər arasında imzalanmış müqavilə beh yox, borc müqaviləsidir və həmin borcun qaytarılması isə xx xxxxxx 2021-ci il tarixədək müəyyən edilmişdir. Cavabdehlərin ona olan laqeyd münasibətləri, hətta onlarla birgə yaşaya bilməyib valideynlərinin evinə qayıtması, eyni zamanda dövlət tərəfindən ediləcək bütün yardımların və övladlarının belə əlindən almaqla hədələnməsi, nikah dövründə hədiyyə olunmuş qızıl-zinət əşyalarının verilməməsi onların əsl niyyətlərinin nədən ibarət olmasının sübutudur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, iddiaçı mərhum oğlu şəhid Sadiq Məmmədovun arvadı olmuşdur. Mərhum oğlu Sadiq Məmmədov xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncə şəhərində yerləşən N saylı hərbi hissəsində MAXE kimi çalışmağa başlamış, X10 müharibəsi başlayanda, döyüş əməliyyatlarında iştirak etmiş və xx xxxxxxxx 2020-ci il tarixdə Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, xx xxxxxxx 2020-ci il tarixdə isə Siyəzən şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilmişdir. xx xxxxxxx 2020-ci il tarixdə X7 iki nəfər əməkdaşı Siyəzən RİHB-nin 1 nəfər işçisi ilə birgə yaşadıqları Siyəzən şəhəri, M. Müşfiq küçəsində yerləşən 21 nömrəli evə gəlmişlər. Fondun əməkdaşları şəhidin ailə üzvlərindən birinin şəxsiyyət vəsiqəsini istəmiş, həmin vaxt onunla evdə olan İddiaçı daha cəld tərpənərək, şəxsiyyət vəsiqəsini təqdim edib, müvafiq sənədlərə imza etməklə, 10 000 manat məbləğində pulu götürmüşdür. Elə həmin gün axşam əri Cavabdeh1 yaşadıqları evdə yas mərasimi keçirilməsi ilə bağlı pulu iddiaçıdan alıb, daha etibarlı yerdə saxlamaq məqsədilə onun bacısı Gülnisəyə vermişdir. Pulu iddiaçıdan almaqda məqsədləri şəhid oğlu Sadiqin övladları üçün ev almaq olmuş, buna görə hətta, iddiaçının qeyd etdiyi kimi ev almaqdan ötrü Elşad adlı qohumuna pul da vermişlər. Hazırda da Cavabdeh3 həmin pulu mərhum anasının yas mərasimlərini təşkil etməsi ilə əlaqədar qaytara bilməmişdir. X13 tərəfindən verilmiş 10 000 manat məbləğində pulun iki azyaşlı uşağı nəzərə alınmaqla, 3/5 hissəsinin iddiaçıya qaytarılmasına razıdır. Odur ki, iddia tələbinin qəbul etdiyi həcmdə təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, oğlu X8 Qarabağ müharibəsi zamanı xx xxxxxxxx 2020-ci il tarixdə qəhrəmancasına şəhid olmuş və xx xxxxxxx 2020-ci il tarixdə Siyəzən şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilmişdir. xx xxxxxxx 2020-ci il tarixdə ona özünü X7 əməkdaşı kimi təqdim edən bir nəfər şəxs yardım olunması üçün zəng etmiş, o isə evdə deyil, bazarlıqda olduğunu, lakin arvadı və kiçik oğlu Kamranın evdə olduğunu bildirmişdir. Həmin gün axşam evə gələrək, yaşadıqları evdə yas mərasimi keçirilməsi ilə bağlı Fond tərəfindən verilmiş 10 000 manat məbləğində sosial yardımı iddiaçıdan alıb, daha etibarlı yerdə saxlamaq məqsədilə baldızı Gülnisəyə vermişdir. Pulu iddiaçıdan almaqda məqsədləri şəhid oğlu Sadiqin övladları üçün ev almaq olmuş, buna görə hətta, iddiaçının qeyd etdiyi kimi, ev almaqdan ötrü Elşad adlı şəxsə 10 000 manat pul da vermişdir. İddiaçıya Cavabdeh3 nəvələri (Sadiqin övladları) üçün ev almaq istədiklərini bildirdikdə, o, anasının təsiri altında həmin evi istəmədiyini bildirərək, pulun qaytarılmasını tələb etmişdir. Hesab edir ki, Fond tərəfindən verilən pul şəhidin yas mərasimlərinin təşkilindən ötrü verilmiş və tərəflərindən təyinatı üzrə xərclənmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 831917 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X3 xx xxxxxx 2013-cü il tarixdə, 140 saylı akt qeydi ilə nikahlarını bağlamış, nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə "Məmmədova" soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elektron Məhkəmə informasiya sistemində olan şəxsiyyət vəsiqələri məlumatlarından görünür ki, mərhum X2 ilə X1 birgə nikahından xx xxxxxxx 2015-ci il tarixdə X4, xx xxxxxxx 2017-ci il tarixdə isə X5 doğulmuşlar. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsi tərəfindən xx xxxxxx 2021-ci il tarixdə verilmiş 42 nömrəli arayışın surətindən görünür ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununa əsasən xx xxxxxxxx 2020-ci il tarixdən X2 "Şəhid" onun ailəsi isə "Şəhid ailəsi" hesab edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı əri Sadiq Məmmədov da Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməklə, xx xxxxxxxx 2020-ci il tarixdə Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, xx xxxxxxx 2020-ci il tarixdə isə Siyəzən şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Bundan sonra, xx xxxxxxx 2020-ci il tarixdə X13 tərəfindən iddiaçıya rəsmi sənədlərə imza etdirməklə, himayəsində 2 azyaşlı uşaq olması da nəzərə alınaraq, 10000 manat məbləğində birdəfəlik sosial yardım edilmiş, lakin, qeyd olunan vəsait həmin gün Cavabdeh1 tərəfindən iddiaçıdan alınmışdır. Qeyd olunan bu hal işin faktiki halları, tərəflərin izahatları, habelə digər mötəbər sübutlarla öz təsdiqini tapmış və mübahisələndirilməyən hal kimi qəbul edilmişdir. Bununla belə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin vəsaiti əvvəlcə dəfn xərcləri üçün sərf edilməsi məqsədilə alındığını bildirsə də, daha sonra bu məbləğin iddiaçıya və övladlarına ev alınması üçün digər Cavabdeh3 beh kimi verildiyini qeyd etmişlər. Lakin, cavabdeh tərəf istinad etdikləri bu halları mötəbər sənəd və ya sübutlarla isbat edə bilməmişlər. Bundan əlavə, əgər həmin vəsait evin alışı üçün Cavabdeh3 verilmiş olsa idi, bu münasibətlər borc kimi deyil, başqa ilkin və ya beh müqaviləsi kimi rəsmiləşdirilməli olardı. Göründüyü kimi hazırda münasibətləri pozulmuş tərəflər arasında iddiaçıya məxsus 10000 manat vəsaitə dair mübahisə vardır. Çünki, İddiaçı cavabdehlərə verdiyi 10000 manat vəsaiti sonunculardan geri qaytarılmasını tələb etsə də, onun bu müraciəti müsbət nəticələnməmişdir. Bununla da, cavabdeh tərəfin həmin vəsaiti qaytarmaması səbəbindən iddiaçının hüquqları pozulmuş və onun tələb etmə hüququ yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135-ci maddəsinin İ və İİ hissəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.2-ci maddəsinin tələbinə əsasən öhdəliyinin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və lazımi öhdəlik deyildir. Həmin Məcəllənin 529.3-cü maddəsinin tələbinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Məhkəmə hesab edir ki, məhz Cavabdeh1 İddiaçı 10000 manat məbləğində pulu qaytarmadığından, sonuncunun mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur. Bununla da, iddiaçı Cavabdeh1 qanunsuz sahibliyindən öz əşyasını geri tələb etməkdə haqlıdır. Yəni, məhz Cavabdeh1 iddiaçının qarşısında sonuncudan aldığı pulun qaytarılmaması ilə əlaqədar məsuliyyət daşıyır. Çünki, tərəflərin izahatı, toplanmış, habelə tədqiq edilmiş mötəbər sübutlarla məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ona ödənilmiş birdəfəlik sosial yardım məbləğini digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 də tələb edir ki, bu da mülki qanunvericiliyin tələblərinə ziddir. Belə ki, hazırkı vəziyyətdə cavabdeh kimi Cavabdeh2 və Cavabdeh3 deyil, 10000 manat pulu qəbul etmiş Cavabdeh1 çıxış etməli olmasına baxmayaraq, iddiaçı mülki qanunvericiliyin tələblərini pozmaqla Cavabdeh2 və Cavabdeh3 də hazırkı tələb üzrə cavabdeh qismində cəlb etdiyindən, o cümlədən sonuncular cavab verməli şəxs olmadıqlarından onlara münasibətdə iddia tələbinin təmin edilməsi istisna edilir. Bundan əlavə, əvvəl də qeyd edildiyi kimi 10000 manat pul məbləğinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 İddiaçı bu və ya digər formada qəbul etməsi, habelə sərf etməsi işin faktiki halları və digər mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Bununla da, sübutların tədqiqatı zamanı məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 cavab verməli şəxs olmadıqları aydınlaşmış, həmçinin İddiaçı qanunla qorunan hüquqlarının və maraqlarının həmin şəxslər tərəfindən pozulması halı müşahidə edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli və Cavabdeh1 İddiaçı xeyrinə 10000 (on min) manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin qismən təmin edilməsinə baxmayaraq, İddiaçı və Cavabdeh1 şəhid ailəsi hesab edildiyindən, habelə bu kateqoriyadan olan şəxslər "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə dövlət rüsumununun ödənilməsindən azad edildiklərindən bu hal rüsumla bağlı hissədə nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı xeyrinə 10000 (on min) manat məbləğində pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-154/2021
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-154/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver