Məhkəmə qərarları › İş №2(059)-159/2021

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-159/2021

13.10.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-159/2021 13.10.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Cavabdeh iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 Cavabdeh qarşı “mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsaitin mülkiyyətçilər arasında onların payına mütənasib surətdə bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 Cavabdeh qarşı “mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsaitin mülkiyyətçilər arasında onların payına mütənasib surətdə bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 36,1 kv.m., yaşayış sahəsi 26,2 kv.m olan 10 saylı mənzilin açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitinin mənzilin paylı mülkiyyətçiləri ½ hissədə onun, qalan ½ hissəyə münasibətdə isə 1/8 hissədə Cavabdeh, 1/8 hissədə İddiaçı2, 1/8 hissədə X2, 1/8 hissədə İddiaçı3, 1/8 hissədə İddiaçı4, 1/8 hissədə İddiaçı5, mərhum X3 çatası 1/8 hissəyə münasibətdə sonuncunun yeganə vərəsəsi İddiaçı6, X1 çatası 1/8 hissəyə münasibətdə sonuncunun vərəsələri İddiaçı7, İddiaçı8 və İddiaçı9 (hər bir vərəsəyə 1/3 hissədə) arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə iclası 13 oktyabr 2021-ci il tarixə, saat 17:00-a təyin edilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9, eləcə də, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Eyni zamanda, məhkəmə iclasında iştirak edən Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyi üçün mülki işin baxılmamış saxlanmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 259.0.7-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə hesab edir ki, iddiaçılar və üçüncü şəxs göstərilən tarixdə məhkəməyə gəlmədiyindən, işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmədiyindən, həmçinin Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Həmçinin, iş materiallarında olan mötəbər maliyyə sənədlərindən görünür ki, aparılmış tikinti-texniki obyektlərin ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat, məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizalarının xərci 300 (üç yüz) manat təşkil edir. İşdə olan İddiaçı1 tərəfindən məhkəməyə təqdim edilmiş qəbzdən görünür ki, məhkəmə əmtəəşünaslıq ekspertizalarının xərci 300 manat müvafiq hesaba köçürülmüşdür. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Eyni zamanda, məhkəmə belə hesab edir ki, məhkəmə əmtəəşünaslıq ekspertizalarının xərcini təşkil edən 300 (üç yüz) manat İddiaçı1 tərəfindən cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməli, həmçinin aparılmış aparılmış tikinti-texniki obyektlərin ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.7, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 Cavabdeh qarşı “mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsaitin mülkiyyətçilər arasında onların payına mütənasib surətdə bölünməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.7-ci maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. İş üzrə aparılmış tikinti-texniki obyektlərin ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Məhkəmə əmtəəşünaslıq ekspertizalarının xərcini təşkil edən 300 (üç yüz) manat İddiaçı1 özünə aid edilsin. Qərardaddan 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar