Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-168/2020 23.09.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçı və cavabdeh İddiaçı, cavabdeh və iddiaçı Balayeva (Rzayeva) Gülbacı Məmmədrza qızının, İddiaçı cavabdehlər Balayeva (Rzayeva) Gülbacı Məmmədrza qızına və Cavabdeh1 qarşı "yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə fərdi yaşayış evinə istifadə hüququnun tanınması", eyni zamanda iddiaçı Balayeva (Rzayeva) Gülbacı Məmmədrza qızının cavabdeh İddiaçı qarşı "cavabdehin yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə fərdi yaşayış evindən çıxarılması" tələbinə dair iddiaları üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Balayeva (Rzayeva) Gülbacı Məmmədrza qızına və Cavabdeh1 qarşı "yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə fərdi yaşayış evinə köçürülməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun uşağı Səma ilə birlikdə ünvan 1 ünvanına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı Balayeva (Rzayeva) Gülbacı Məmmədrza qızı cavabdeh İddiaçı qarşı "cavabdehin və digərlərinin fərdi yaşayış evindən istifadə hüququna xitam verilməklə, oradan çıxarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin və digərlərinin onun mülkiyyətində olan Siyəzən şəhərinin Xətai küçəsindəki 114 saylı fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə, mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(059)-168/2020 saylı qərardadı ilə İddiaçı cavabdehlər Balayeva (Rzayeva) Gülbacı Məmmədrza qızına və Cavabdeh1 qarşı "evə köçürülmə" tələbinə dair 2(059)-168/2020 saylı mülki işi ilə, iddiaçı Balayeva (Rzayeva) Gülbacı Məmmədrza qızının cavabdeh İddiaçı qarşı "evdən istifadə hüququna xitam verilməklə, oradan çıxarılması" tələbi barədə 2(059)-193/2020 saylı mülki işi birləşdirilərək bir icraatda 2(059)-168/2020 say altında baxılması qərara alınmışdır. Bundan sonra, iddiaçı və cavabdeh İddiaçı iddia predmetini dəyişdirərək, onun xx xxxxx 2013-cü il təvəllüdlü uşağı Səma ilə birlikdə 2012-ci ildə gəlin köçdüyü Siyəzən şəhərinin Xətai küçəsindəki 114 saylı fərdi yaşayış evinə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, cavabdeh və iddiaçı Gülbacı Balayeva (Rzayeva) iddia tələbinin həcminin azaldılması, eləcə də şəxslər dairəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı onunla birlikdə yaşayan qızı X4 ilə birlikdə onun mülkiyyətində olan Siyəzən şəhərinin Xətai küçəsindəki 114 saylı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və cavabdeh İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh1lə xx xxxx 2012-ci il tarixdə Siyəzən rayon qeydiyyat şöbəsində rəsmi nikah qeyd etdirməklə evlənmiş, xx xxxx 2012-ci il tarixdə el adəti üzrə toy etdikdən sonra isə mübahisəli evə gəlin köçmüş, bu nikahdan xx xxxxx 2013-cü il tarixdə Səma adlı bir qız övladları doğulmuşdur. Uşaq doğulduqdan sonra Cavabdeh1lə aralarında ailə səmimiyyəti pozulmağa başlamışdır. Belə ki, bundan bir müddət sonra, yəni 2013-cü ilin may ayında cavabdehin birinci arvadı Türkiyədən qayıtmış və Cavabdeh1 də ona qoşulub Sumqayıt şəhərinə getmiş, onlar orada yaşamağa başlamışlar. 3 ay sonra isə 2013-cü ilin avqust ayında digər cavabdeh olan qaynanası Cavabdeh2 Məmmədrza qızı da yaşadıqları evdən çıxıb Sumqayıt şəhərinə oğlunun yanına yaşamağa getmişdir. Hər iki cavabdeh qeyd edilən vaxtdan hal-hazıradək Sumqayıt şəhərində, o, isə elə o vaxtdan ünvan 2 ünvanında yerləşən bir otaqlı, bir aynabəndli evdə yaşayır. Son vaxtlaradək bu evdə demək olar, etirazsız yaşamışdır. Lakin, Cavabdeh1 cinayət törətdiyinə görə ziyana düşmüş və əldə etdiyi məlumata əsasən, onun yaşadığı ev şifahi razılaşma əsasında başqa şəxsə satılmışdır. Cavabdehlər əvvəlcə onu aldadaraq evi başqa şəxsə satdıqlarını desələr də, sonradan sözügedən evin o, yaşadığı otaqlarının Cavabdeh2 tərəfindən öz oğulluğuna satmasını öyrənmişdir. Bu faktı cavabdeh onu evdən çıxartmaq istədiyi xx xxxxxx 2020-ci il tarixində Siyəzən rayon Polis Şöbəsinə etdiyi müraciət əsasında aparılan araşdırma nəticəsində bilmişdir. Hazırda cavabdehlər nə uşağı saxlamaq üçün ona aliment verir, nə də alimentin əvəzinə onun uşaqla birlikdə bu ünvanda yaşamasına imkan vermirlər. Hazırda uşağı ilə birlikdə yeganə yaşayış yeri və əmlakının olduğu yer bu ünvanda yerləşən və gəlin gəldiyi otaqlardır. Onun uşağı ilə birlikdə hazırda yaşayış yeri yoxdur. Övladının gələcəyini nəzərə alaraq, hesab edir ki, bu mübahisəli evdə yalnız onlar yaşamalıdır. Bundan əlavə, evin açarları da hazırda ondadır. Hərdən anasıgilin evinə də gedib-gəlsə də, daimi olaraq mübahisəli evdə yaşayır. Odur ki, öz iddia tələbinin təmin edilməsi, Cavabdeh2 Məmmədrza qızının ona qarşı iddiasının isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh və iddiaçı Balayeva (Rzayeva) Gülbacı Məmmədrza qızı iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, mübahisəli Siyəzən şəhəri, Xətai küçəsi, evi 114 ünvanında yerləşən evin mülkiyyətçisidir. Mənzil 1992-ci ildən onun mülkiyyətində və istifadəsindədir. Keçmiş Dəvəçi rayonu dövlət notariat kontoru vasitəsi ilə vərəsə kimi tanınması, eləcə də Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx xxxxxx 1992-ci il tarixli, 2/768 saylı qeydiyyat vəsiqəsi də qeyd etdiklərini tamamilə sübuta yetirir. 2012-ci ildə oğlu Cavabdeh1 xahişi ilə zərurət yarandığından onun ailəsini, yəni yeni evləndiyi arvadı İddiaçı müvəqqəti olaraq mülkiyyətində olan mübahisəli evə yerləşdirməsinə baxmayaraq, bir müddət sonra oğlu Cavabdeh1 və İddiaçı boşanmışlar. Bundan sonra, o, cavabdehə dəfələrlə müraciət etsə də, sonuncu uşağı ilə birlikdə onun mülkiyyətində olan evində yaşamış və oranı boşaltmamışdır. Həmin tarixdən hal-hazıradək cavabdeh İddiaçı onun mülkiyyətində olan mübahisəli fərdi yaşayış evində yaşayır. Cavabdeh onun mülkiyyətində olan mənzildə qeydiyyatda olmasa da, uzun müddət bu mənzildə qeyri-qanuni yaşayır. Bundan əlavə, cavabdeh İddiaçı ona öz evində nəinki yaşamağa imkan vermir, hətta onu bu evin kandarından içəri buraxmır. Cavabdehin onun mülkiyyətində olan evdə yaşaması onun bir mülkiyyətçi kimi öz evindən istifadə və sərəncam vermək kimi bir sıra hüquqlarını pozur. Onun yeganə yaşayış yeri isə mülkiyyətində olan mübahisəli ev olsa da, o, bu evdə yaşaya və oradan istifadə edə bilmir. Ona görə də öz iddia tələbinin təmin edilməsi, İddiaçı iddiasının isə əsassız olduğundan təmin edilməməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdəki sənədləri tədqiq edib hesab edir ki, iddiaçı və cavabdeh İddiaçı iddiası rədd, cavabdeh və iddiaçı Balayeva (Rzayeva) Gülbacı Məmmədrza qızının iddiası isə təmin edilməlidir. Belə ki, keçmiş Dəvəçi rayonu VVAQ şöbəsi tərəfindən xx xxxxxx 1983-cü il tarixdə verilmiş İİİ-ЖГ seriyalı, 352019 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə Cavabdeh2 Məmmədrza qızı xx xxxxxx 1983-cü il tarixdə nikahlarını bağlamış və bu barədə həmin gün nikahın bağlanması haqqında akt qeydləri kitabında 1116 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalsa da, arvad "Balayeva" soyadı verilmişdir. İşdə olan keçmiş Dəvəçi rayon Siyəzən şəhər soveti tərəfindən xx xxxx 1991-ci il tarixdə verilmiş İV-ЖГ seriyalı, 330525 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx xxxx 1991-ci il tarixdə Siyəzən şəhərində vəfat etmiş və bu barədə həmin gün ölüm haqqında akt qeydləri kitabında 56 nömrə ilə qeydiyyat aparılmışdır. İşdə olan Azərbaycan SSR Ədliyyə Nazirliyi Dəvəçi rayon dövlət notariat kontoru tərəfindən xx xxxxxx 1992-ci il tarixdə reyestrdə 2/768 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 1991-ci il tarixdə vəfat etmiş X1 vərəsələri arvadı Balayeva (Rzayeva) Gülbacı Məmmədrza qızı və uşaqları Lalə, Cavabdeh1lərdir. Bu şəhadətnamənin verildiyi vərəsəlik əmlakı isə Siyəzən şəhərində 600 kv.m torpaq sahəsində yerləşən birmərtəbəli, iki otaqlı, cəmi 52,4 kv.m yaşayış sahəsi olan yaşayış evidir. İşdə olan Azərbaycan SSR Ədliyyə Nazirliyi Dəvəçi rayon dövlət notariat kontoru tərəfindən xx xxxxxx 1992-ci il tarixdə reyestrdə 2/769 nömrə ilə qeyd edilmiş mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 1991-ci il tarixdə vəfat etmiş X1 arvadı Balayeva (Rzayeva) Gülbacı Məmmədrza qızına nikah müddətində qeyd olunan ər-arvad tərəfindən əldə edilmiş ümumi birgə əmlakın 1/2 hissəsi üzrə mülkiyyət hüququ məxsusdur. Göstərilmiş hissə üzrə mülkiyyət hüququ Gülbacı Balayevanın (Rzayevanın) adına təsdiq olunan ümumi birgə əmlak Siyəzən şəhərində yerləşən birmərtəbəli, iki otaqlı, cəmi 52,4 kv.m yaşayış sahəsi olan yaşayış evindən ibarətdir. İşdə olan Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxx 2015-ci il tarixli, 2(059)-292/2015 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında Siyəzən rayon qeydiyyat şöbəsində bağlanmış xx xxxx 2012-ci il tarixli nikah pozulmuş, onların birgə nikahından doğulmuş xx xxxxx 2013-cü il təvəllüdlü Səmanın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxx 2015-ci il tarixdən başlayaraq, hər ay 108 manat sabit pul məbləğində alimentin Cavabdeh1 İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 247660 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1lə İddiaçı arasında olan nikah xx xxxxxx 2017-ci il tarixdə ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında həmin gün 03 nömrəli qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişi öz soyadında qalsa da, qadına “Eyvazova” soyadı verilmişdir. İşdə olan 25 fevral və xx xxxx 2020-ci il tarixli qəbzlərdən görünür ki, hər iki iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən müvafiq olaraq 10 (on) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bu Məcəllənin 6-cı maddəsinin İ hissəsinin İV, Vİİ, Vİİİ və İX bəndlərinə əsasən mülkiyyətin toxunulmazlığı; mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; pozulmuş hüquqların bərpasının təmin edilməsi; mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Gülbacı Balayevanın (Rzayevanın) adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmış Siyəzən şəhərinin Xətai küçəsindəki 114 saylı fərdi yaşayış evinə istifadə hüququ yoxdur, istifadə hüququ yaranmayıb. Belə ki, həmin hüququn yaranması üçün Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslar mövcud deyildir. Qeyd olunur ki, İddiaçı Cavabdeh1lə xx xxxx 2012-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş, xx xxxx 2012-ci il tarixdə el adəti üzrə toy etdikdən sonra isə mübahisəli fərdi yaşayış evinə gəlin köçmüş, bu nikahdan xx xxxxx 2013-cü il tarixdə Səma adlı bir qız övladları doğulmuş və xx xxxx 2015-ci il tarixdə nikahları məhkəmə qaydasında pozulduqdan sonra da, o, daimi olaraq mübahisəli evi tərk etməmiş və orada xx xxxxx 2013-cü il təvəllüdlü qızı Səma ilə birlikdə yaşamağa davam etmişdir. Mülkiyyətçi Gülbacı Balayeva (Rzayeva) İddiaçımübahisəli fərdi yaşayış evində müvəqqəti yaşamaq imkanı versə də, məhkəmə iclasında aparılmış araşdırma zamanı sonuncunun mübahisəli fərdi yaşayış evinə istifadə hüququnun mövcud olması barədə hər hansı hüquqi əsas aşkar edilməmişdir. Belə olan təqdirdə, İddiaçı Gülbacı Balayevanın (Rzayevanın) adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmış Siyəzən şəhərinin Xətai küçəsindəki 114 saylı fərdi yaşayış evinə istifadə hüququnun olmadığı müəyyən edilir. Çünki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin İ və İİ hissələrinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Həmçinin, məhkəmə qeyd edir ki, hazırkı mülki iş üzrə İddiaçı mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi Gülbacı Balayevaya (Rzayevaya) münasibətdə Mənzil Məcəlləsinin 30.1-ci maddəsində sadalanan mülkiyyətçinin ailə üzvləri (arvadı, valideynləri, uşaqları və sairə), eləcə də digər qohumlar kateqoriyasına aid olan şəxslərdən deyildir. Beləliklə, məhkəmə İddiaçı iddia tələbinə qiymət verərək belə hesab edir ki, sonuncunun Gülbacı Balayevaya (Rzayevaya) münasibətdə Mənzil Məcəllənin 30.1-ci maddəsində sadalanan mülkiyyətçinin ailə üzvləri (arvadı, valideynləri, uşaqları və sairə), eləcə də digər qohumlar kateqoriyasına aid olan şəxs olmadığı, beləliklə mübahisəli fərdi yaşayış evinə istifadə hüquqları olmayan şəxs olduğu müəyyən edildiyindən "yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə fərdi yaşayış evinə istifadə hüququnun tanınması" tələbinə dair iddiasının təmin edilməsi istisna edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəlləni 146-cı maddəsinin İ və İİ hissələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Gülbacı Balayevaya (Rzayevaya) hər hansı bir formada qohumluğu olmayan, eləcə də əvvəllər müvəqqəti yaşamasına icazə verilmiş İddiaçı artıq icazəsiz surətdə ona məxsus mübahisəli fərdi yaşayış evində yaşamaqla onun mülkiyyət hüquqlarını, o cümlədən sahiblik, istifadə və sərəncam hüquqlarını pozur. İddiaçı qızı Səma ilə birlikdə evdən çıxmaları ilə bağlı mülkiyyətçi tərəfindən dəfələrlə xəbərdarlıqlar edilsə də, sonuncular bundan imtina etmişlər. İddiaçı və qızı Səma mübahisəli evdə yaşasalar da, həmin evə hər hansı bir formada əmlak hüquqları əldə etməmişlər. Buna baxmayaraq Gülbacı Balayevanın (Rzayevanın) həmin evə yuxarıda qeyd edilən normativ hüquqi aktların tələblərinə müvafiq olaraq mülkiyyət hüququ mövcuddur və onun bu hüququ mülki qanunvericiliyin tələblərinə müvafiq olaraq qorunmalı və müdafiə olunmalıdır. Yəni, hazırda İddiaçı qızı Səma ilə birlikdə mübahisəli evdə hər hansı bir hüququ olmadan yaşaması Gülbacı Balayevanın (Rzayevanın) qanunla qorunan hüquq və maraqlarını pozur. Eyni zamanda, məhkəmə, yetkinlik yaşına çatmayan, xx xxxxx 2013-cü il təvəllüdlü X3 münasibətdə qeyd edir ki, o, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.3-cü maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan hesab edildiyindən, o cümlədən bu kateqoriyadan olan şəxslər cavabdeh sayıla bilməyərək valideynlərinin himayəsində olduqlarından iddia tələbinin ona qarşı hissəsində bu hal nəzərə alınmalı və onun qeyd edilən evdən çıxarılması valideyninin himayəsi altında baş verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Balayeva (Rzayeva) Gülbacı Məmmədrza qızına və Cavabdeh1 qarşı "yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə fərdi yaşayış evinə istifadə hüququnun tanınması" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməli, həmçinin iddiaçı Balayeva (Rzayeva) Gülbacı Məmmədrza qızının cavabdeh İddiaçı qarşı "cavabdehin yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə fərdi yaşayış evindən çıxarılması" tələbinə dair iddiası təmin edilməklə, cavabdeh İddiaçı yetkinlik yaşına çatmayan xx xxxxx 2013-cü il təvəllüdlü uşağı X4 ilə birlikdə iddiaçı Balayeva (Rzayeva) Gülbacı Məmmədrza qızının mülkiyyətində olan Siyəzən şəhərinin Xətai küçəsindəki 114 saylı fərdi yaşayış evindən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi rədd edildiyindən iddia tələbi üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119-cu maddəsinə əsasən Gülbacı Balayevanın (Rzayevanın) iddia tələbi üzrə ödənilmiş 10 manat dövlət rüsumunun tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı iddiaçı tərəfindən İddiaçı tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı cavabdehlər Balayeva (Rzayeva) Gülbacı Məmmədrza qızına və Cavabdeh1 qarşı "yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə fərdi yaşayış evinə istifadə hüququnun tanınması" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. İddiaçı Balayeva (Rzayeva) Gülbacı Məmmədrza qızının cavabdeh İddiaçı qarşı "cavabdehin yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə fərdi yaşayış evindən çıxarılması" tələbinə dair iddiası təmin edilsin. Cavabdeh İddiaçı yetkinlik yaşına çatmayan xx xxxxx 2013-cü il təvəllüdlü uşağı X4 ilə birlikdə iddiaçı Balayeva (Rzayeva) Gülbacı Məmmədrza qızının mülkiyyətində olan Siyəzən şəhərinin Xətai küçəsindəki 114 saylı fərdi yaşayış evindən çıxarılsın. İddia üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçı Balayeva (Rzayeva) Gülbacı Məmmədrza qızına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-168/2020
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-168/2020
23.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver