Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-190/2022 25.04.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "cavabdehlərin mənzilə olan istifadə hüquqlarına xitam verilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "cavabdehlərin istifadə hüquqlarına xitam verilməklə, onların mənzildən pasport qeydiyyatından çıxarılmaları" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Siyəzən şəhəri, T. İsmayılov küçəsində yerləşən 28 saylı evin 4-cü mənzilinə olan istifadə hüquqlarına xitam verilməklə, onların həmin mənzildən pasport qeydiyyatından çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, Siyəzən şəhəri, T. İsmayılov küçəsində yerləşən 28 saylı evin 4-cü mənzilini 23 yanvar 2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 almış, elə həmin müqavilə əsasında da, bu mənzil 03 mart 2011-ci il tarixdə dövlət reyestrində onun adına qeydiyyata alınmışdır. Evin çıxarışını aldıqdan sonra bu mənzilin əvvəlki sahibi olan cavabehlərin oradan qeydiyyatdan çıxmadıqları məlum olmuşdur. Göründüyü kimi cavabdehlərin alqı-satqı zamanı verdikləri razılıq əsasında o, Siyəzən şəhəri, T. İsmayılov küçəsində yerləşən 28 saylı evin 4-cü mənzilinin mülkiyyətçisidir. Cavabdehlər başqa yerdə yaşadıqlarından onların onun mülkiyyətindəki mənzilə olan qeydiyyatları silinməlidir. Cavabdehlərin onya məxsus mənzildən pasport qeydiyyatından çıxmaları üçün Siyəzən RPŞ-yə ərizə ilə müraciət etsə də, müraciəti müsbət həll edilməmiş, habelə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdehlərin pasport qeydiyyatında qalması onun xüsusi mülkü olan mənzilinə hüquqlarının həyata keçirilməsinə maneçilik törədir, mülkiyyət hüquqlarını məhdudlaşdırır. Ona görə də iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məlum olan axırıncı yaşayış yerlərinə məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri göndərilmişdir. Lakin, cavabdehlər qeydiyyatda olduqları ünvanda yaşamadıqları üçün məhkəmə bildirişlərini onlara təqdim etmək mümkün olmamış və bildirişlər aidiyyəti icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməklə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 147 və 185.5-ci maddələrinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Siyəzən rayon Dövlət notariat kontorunun dövlət notariusu tərəfindən 23 yanvar 2011-ci il tarixdə təsdiqlənmiş, 4Ə-06 reyestr nömrəsi ilə qeydə alınmış həmin tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh1 mülkiyyətindəki Siyəzən şəhəri, T. İsmayılov küçəsində yerləşən 28 saylı evin 4-cü mənzilini İddiaçı 11000 manata satmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən 03 mart 2011-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən şəhərinin T. İsmayılov küçəsində 28 saylı evin ümumi sahəsi 29,2 kv.m-dən ibarət 4-cü mənzili həmin tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına **********27-05101-093006 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Siyəzən RPŞ QvŞV qrupu tərəfindən 13 yanvar 2022-ci il tarixdə verilmiş ******* nömrəli arayışdan görünür ki, cavabdehlər iddiaçıya məxsus mübahisəli mənzildə qeydiyyatdadırlar. İşdə olan 19 yanvar 2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkilinın izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu və iş materiallarında olan digər sənədlərlə təsdiq olundu ki, 23 yanvar 2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətindəki Siyəzən şəhəri, T. İsmayılov küçəsində yerləşən 28 saylı evin 4-cü mənzilini İddiaçı 11000 manata satmış, elə həmin müqavilə əsasında bu mənzil 03 mart 2011-ci il tarixdə dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Mənzilin satıldığı vaxtdan mənzilin keçmiş sakinləri köçüb getmiş, lakin keçmiş sakinlərdən olan cavabdehlər mənzildən qeydiyyatdan çıxmamışlar. Məhkəmə hesab edir ki, Cavabdeh1 adına mübahisəli mənzilin dövlət reyestrində qeydiyyat yazısı ləğv edildiyi və həmin mənzilə mülkiyyət hüququ İddiaçı keçdiyi, o cümlədən bu mənzilin keçmiş sakinləri mübahisəli mənzilin satılmasına razılıq verdikləri üçün cavabdehlərin Siyəzən şəhəri, T.İsmayılov küçəsində yerləşən 28 saylı evin 4-cü mənzilinə olan istifadə hüquqlarına xitam verilməlidir. Həmçinin, Siyəzən Rayon Məhkəməsinin 25 aprel 2022-ci tarixli, 2(059)-190/2022 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "cavabdehlərin istifadə hüquqlarına xitam verilməklə, onların mənzildən pasport qeydiyyatından çıxarılmaları" tələbinə dair iddiasının “cavabdehlərin mənzildən pasport qeydiyyatından çıxarılmaları” hissəsi üzrə icraata xitam verilmişdir ki, bu hal nəzərə alınmalıdır. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Siyəzən şəhəri, T.İsmayılov küçəsində yerləşən 28 saylı evin 4-cü mənzilinə olan istifadə hüquqlarına xitam verilsin. İddia üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-190/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-190/2022
25.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver