Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-199/2021 28.04.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Natiq oğluna, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı "cavabdehlərin istifadə hüququna xitam verilmiş hesab edilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər X2, X4, Cavabdeh2, X6, Cavabdeh3, Cavabdeh4 Natiq oğluna, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı "yaşayış sahəsindən istifadə hüququnun qazanılmamış hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus Siyəzən şəhəri, T. İsmayılov küçəsində yerləşən 8 saylı evin 12-ci mənzilinə istifadə hüququnun qazanılmamış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi, həmçinin X3 və X5 cavabdehlər sırasından çıxarılması barədə ərizə ilə müraciət edərək, cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Natiq oğlunun, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 Siyəzən şəhəri, T. İsmayılov küçəsində yerləşən 8 saylı evin 12-ci mənzilinə olan istifadə hüquqlarına xitam verilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Siyəzən şəhəri, T. İsmayılov küçəsində yerləşən 8 saylı evin 12-ci mənzilini 11 dekabr 2012-ci il tarixli müqaviləyə əsasən Cavabdeh7 11 000 manata almış, elə həmin müqavilə əsasında da, bu mənzil 14 dekabr 2012-ci il tarixdə dövlət reyestrində onun adına qeydiyyata alınmışdır. Bundan sonra, bu evi oğluna bağışlamaq üçün Siyəzən rayon Notariat Ofisinə yaxınlaşsa da, cavabdehlərin orada qeydiyyatda olmaları ona bu hüququnu həyata keçirməyə mane olmuş, bu zaman notariat ofisinin əməkdaşı cavabdehlərin qeydiyyatdan çıxarılması üçün Siyəzən RPŞ-yə müraciət etməsini tövsiyə etmişdir. Daha sonra, cavabdehlərin ona məxsus mənzildən pasport qeydiyyatından çıxmaları üçün o, Siyəzən RPŞ-yə ərizə ilə müraciət etsə də, müraciəti müsbət həll edilməyərək, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Hazırda cavabdehlərin pasport qeydiyyatında qalması onun xüsusi mülkü olan mənzilinə hüquqlarının həyata keçirilməsinə maneçilik törədir, mülkiyyət hüquqlarını məhdudlaşdırır. Ona görə də iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlərin məlum olan axırıncı yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada bildiriş vərəqələri göndərilmiş, lakin onlar həmin ünvanda yaşamadıqlarına görə bildiriş vərəqələrini təqdim etmək mümkün olmamış və bu barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyat aparılmış məhkəmə bildirişi məhkəməyə daxil olmuşdur. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 147, 185.5-ci maddələrinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Siyəzən rayon Dövlət Notariat Kontorunun notariusu tərəfindən təsdiqlənmiş, 11 dekabr 2012-ci il tarixdə 4Ə-239 reyestr nömrəsi ilə qeydə alınmış həmin tarixli müqaviləyə əsasən satıcı Cavabdeh7 mülkiyyətindəki Siyəzən şəhəri, T. İsmayılov küçəsində yerləşən 8 saylı evin 12-ci mənzilini İddiaçı 11 000 manata satmışdır. İşdə olan 11 dekabr 2012-ci il tarixli, 4Ə-239 nömrəli notariat işində olan sənədlərdən, o cümlədən Aytəkin Həsənova və Cavabdeh4 ərizələrinin, eləcə də doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, cavabdehlər Aytəkin Həsənova və Cavabdeh4 Cavabdeh7 mülkiyyətindəki Siyəzən şəhəri, T. İsmayılov küçəsində yerləşən 8 saylı evin 12-ci mənzilinin satılmasına etiraz etməsələr də, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 həmin vaxt yetkinlik yaşına çatmayan olmuşlar. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 14 dekabr 2012-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən şəhəri, T. İsmayılov küçəsində yerləşən 8 saylı evin ümumi sahəsi 29,5 kv.m-dən ibarət 12-ci mənzili həmin tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına **********72-05101-093002 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan ASAN-Quba tərəfindən 24 noyabr 2020-ci il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, cavabdehlər iddiaçıya məxsus mübahisəli mənzildə qeydiyyatdadır. İşdə olan 15 fevral 2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 10 (on) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, məhkəmə iclasında iddiaçının izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu və iş materiallarında olan digər sənədlərlə təsdiq olundu ki, 11 dekabr 2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh7 mülkiyyətindəki Siyəzən şəhəri, T. İsmayılov küçəsində yerləşən 8 saylı evin 12-ci mənzilini İddiaçı 11 000 manata satmış, elə həmin müqavilə əsasında da, bu mənzil 14 dekabr 2012-ci il tarixdə dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Mənzilin satıldıqdan sonra mənzilin keçmiş sakinləri orada yaşamamış, habelə köçüb getmiş, lakin mənzildən qeydiyyatdan çıxmamışlar. Məhkəmə hesab edir ki, Cavabdeh7 adına mübahisəli mənzilin dövlət reyestrində qeydiyyat yazısı ləğv edildiyi və həmin mənzilə mülkiyyət hüququ İddiaçı keçdiyi, o cümlədən cavabdehlər mübahisəli mənzilin satılmasına razılıq verdikləri üçün onların Siyəzən şəhəri, T. İsmayılov küçəsində yerləşən 8 saylı evin 12-ci mənzilinə olan istifadə hüquqlarına xitam verilmiş hesab edilməlidir. Eyni zamanda, məhkəmə qeyd edir ki, bu qəbildən olan iddialara baxılarkən iddiaçının hansı hüququnun müdafiəsi üçün və hansı məqsədlə müraciət etdiyi də nəzərə alınmalıdır. Hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının məqsədi cavabdehlərin qeydiyyatda olduğu ünvandan qeydiyyatdan çıxarılmasına da nail olmaqdır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Bu baxımdan cavabdehlərin Siyəzən şəhəri, T. İsmayılov küçəsində yerləşən 8 saylı evin 12-ci mənzilinə olan istifadə hüquqlarına xitam verilmiş hesab edilməsi barədə qətnamə onların həmin mənzildən qeydiyyatdan çıxmaları üçün əsas verir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia tələbi üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Natiq oğlunun, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 Siyəzən şəhəri, T. İsmayılov küçəsində yerləşən 8 saylı evin 12-ci mənzilinə olan istifadə hüquqlarına xitam verilmiş hesab edilsin. Bu qətnamə qanuni qüvvəyə mindikdən sonra "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Natiq oğlunun, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 Siyəzən şəhəri, T. İsmayılov küçəsində yerləşən 8 saylı evin 12-ci mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. İddia üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-199/2021
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-199/2021
28.04.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver