Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-20/2021 15.02.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mülkiyyətdən istifadəyə qəsd edəndən bu hərəkətlərə son qoyulması və torpaq sahəsinin cənub sərhədinin ilkin vəziyyətə qaytarılmasının cavabdehin hesabına yerinə yetirilməsinin məcbur edilməsi” tələbi barədə iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı "mülkiyyətdən istifadəyə qəsd edəndən bu hərəkətlərə son qoyulması və torpaq sahəsinin cənub sərhədinin ilkin vəziyyətə qaytarılmasının cavabdehin hesabına yerinə yetirilməsinin məcbur edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətdən (mal tövləsindən) təyinatı üzrə maneəsiz, iqtisadi baxımdan səmərəli istifadəsinə və əmlakın normal vəziyyətdə saxlanması üçün ona qulluq edilməsinə qəsd edən cavabdehdən bu hərəkətlərə son qoyulması, o cümlədən, qapının arxasında yığdığı beton dirəkləri götürməklə qapıdan istifadənin bərpa edilməsi və qanunsuz zəbt edilmiş torpaqdan özünün şimala doğru ilkin cənub sərhədinə qayıtmasının cavabdehin hesabına yerinə yetirilməsinə məcbur edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, hazırda yaşadığı Siyəzən rayonunun Böyük Həmyə kəndində mülkiyyətində olan torpaq sahəsi, 1959-cu il tarixdən əvvəlcə atasına məxsus olmuş, sonradan Siyəzən rayon X1 xx xxxxxx 1998-ci il tarixli qərarı ilə 0,18 ha həyətyanı torpaq sahəsi JN-136 F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, onun və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş, bu torpaq sahəsi üzərində yaşayış evi, habelə müxtəlif təyinatlı təsərrüfat tikililəri inşa edilmişdir. Lakin, hazırda həyətyanı torpaq sahəsinin qonşuluğunda, 1964-cü ildən məskunlaşmış cavabdehin, onun tövləsinin arxasındakı təxminən 225 kv.m ölçüdə torpaq sahəsini özbaşına zəbt etməsi nəticəsində mal tövləsinin təyinatı üzrə yerli şəraitə və adətlərə uyğun olaraq istifadəsi, habelə cari və əsaslı təmir edilməsi və bu torpaq sahəsindən ailəsinin, həmçinin kənd sakinlərinin ümumi istifadə hüquqları məhdudlaşdırılmışdır. Belə ki, özbaşına zəbt edilmiş mübahisəli torpaq sahəsi, cavabdehin sahəsindən çox uzaqda yerləşməklə, bu sahəyə onun çıxışının olmaması səbəbindən, ərazi cavabdeh tərəfindən zəbt edilənədək, yəni 2017-ci ilin sonuna qədər, əvvəllər bilavasitə onun sahibliyində olmuş və onların bu əraziyə piyada yolu, həmçinin tövlələrinin kanalizasiya çıxışı olmuşdur. Mal tövləsi, 1995-ci ilin oktyabr ayında güclü sel fəlakəti zamanı dağıldıqdan sonra yenidən tikilsə də, həmin mübahisəli torpaq sahəsi əvvəlki kimi onun tərəfindən hasara alınmamışdır. Bundan sui-istifadə edən cavabdeh, 1959-cü ildən ailəsinə məxsus həyətyanı torpaq sahəsinin mövcud olmuş sərhədini, özbaşına cənub istiqamətinə 15 metr artıraraq bilavasitə onun sahibliyində olan ərazini, bir tərəfi onun tövləsinin arxa divarı olmaqla zəbt edərək, həmin əraziyə açılan dəmir qapının arxasına beton dirəklər yığaraq bağlamış və bununla da mal tövləsindən təyinatı üzrə yerli şəraitə və adətlərə uyğun olaraq istifadəsini, o cümlədən, zəruri hallarda təmir işlərini, yəni istismara yararlı vəziyyətdə saxlanılmasını məhdudlaşdırmışdır. Həmin ərazidən çəkilən fotoşəkillərdən torpaq sahəsinin əvvəlki cənub sərhədinin keçdiyi xətt, hazırda həmin ərazidə qalan, yəni sərhəd boyunca əkilmiş meyvə ağaclarının düzülüşündən, habelə basdırılmış dirəklərdən, cavabdehə məxsus həyətyanı torpaq sahəsinin, zəbtdən əvvəlki, cənub tərəfinin mövcud olmuş ilkin sərhədi açıq-aydın görünür. Beləliklə, hazırda həmin ərazidə cavabdehin faktiki sahibliyində 0,41 hektar, bundan 0,09 ha hissəsi zəbt torpaq sahəsi olmasına baxmayaraq, 0,18 ha torpaq sahəsi, yəni 2 dəfədən də az torpaq sahəsi olan qonşusunun bilavasitə istifadəsində olmuş 225 kv.m ölçüdə torpaq sahəsini özbaşına zəbt etməsi nəticəsində onun mülkiyyətindən iqtisadi baxımdan səmərəli istifadəsinə maneçilik göstərmişdir. Onun tərəfindən mal tövləsinin təyinatı üzrə yerli şəraitə və adətlərə uyğun olaraq istifadəsi, habelə cari və əsaslı təmir edilməsi və bu torpaq sahəsindən ailənin, həmçinin kənd sakinlərinin ümumi istifadə hüquqları məhdudlaşdırılmışdır. Bundan başqa, cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun öz mülkiyyəti üzərində istədiyi kimi sahiblik, təyinatı üzrə istifadə hüquqları, mülkiyyətindən iqtisadi baxımdan səmərəli istifadəsinə maneçilik törədilmiş və əmlakın normal vəziyyətdə saxlanması üçün ona qulluq edilməsi, bununla da mülkiyyətdən maneəsiz istifadə hüquqları məhdudlaşmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Siyəzən rayonunun Böyük Həmyə kəndində ailə üzvləri ilə birlikdə mülkiyyətinə verilmiş 0,08 ha və mərhum atası Zahir Zeynalovdan ona miras qalmış 0,23 ha torpaq sahələri ilə iddiaçının torpaq sahəsi qonşuluqda yerləşir. Bununla belə, istifadəsində olan torpaq sahələrinin dəqiq sərhədləri ona məlum deyildir. Belə ki, 2014-cü ildə Siyəzən rayon Həmyə bələdiyyəsinin üzvləri istifadəsində olan həyətyanı torpaq sahəsini ölçdükdə faktiki istifadəsində olan torpaq sahənin rəsmi mülkiyyətdə olan sahədən qat-qat az olduğunu müəyyən etmişlər. Bundan sonra, o, mübahisəli torpaq sahəsindən istifadə etməyə başlamışdır. İddiaçı isə qeyd edilən mübahisəli ərazinin ona məxsus olmasını təsdiq edən hər hansı bir hüquq müəyyənedici sənədə malik deyildir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdəki sənədləri tədqiq edib hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(059)-254/2020 saylı yerində müayinə protokolundan görünür ki, İddiaçı evinin giriş darvazasının qarşı tərəfindən sol istiqamətdə fərdi yaşayış evinin arxasında mal tövləsi yerləşir. Bu mal tövləsinin arxa, hissəsi hazırda faktiki olaraq cavabdehin istifadəsindədir. İddiaçıya məxsus mal tövləsinin arxa hissəsinə tövlə ilə üzbəüz duranda sağ tərəfdən sonuncu tərəfindən dəmir qapı qoyulmuşdur. Bu qapı tərəflərin deməsinə görə 1995-ci il tarixdə iddiaçı tərəfindən qoyulmuş, həmin qapı vasitəsilə o, mübahisəli əraziyə sərbəst gedibgəlmişdir. Cavabdehin sözlərinə görə, o, bu qapını 2-3 il bundan əvvəl bağlamışdır. Eyni zamanda, hazırda bu tövlənin arxa hissəsinə açılan qapının mübahisəli ərazi hissəsi cavabdeh tərəfindən beton yığıntısı ilə bağlanmışdır. Həmçinin ərazidə cavabdeh tərəfindən müxtəlif meyvə ağacları da, burada əkilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” MMC-nin X2 İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, C-97 saylı mütəxəssis rəyindən, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-cu il tarixli, 10/2464 nömrəli rəyindən görünür ki, iddiaçı və cavabdehin naturada faktiki istifadə etdikləri torpaq sahələri ilə onların mülkiyyətlərinə verilmiş torpaq sahələrinin, sənədləri arasında kəskin uyğunsuzlar olduğundan Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Həmçinin rəylərdə, xəritələrdəki bu cür uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”-əsasında aparılan uçot işləri başa çatdıqdan və torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra mümkün olacağı göstərilmişdir. Eyni zamanda, iş materiallarında olan mötəbər maliyyə sənədlərindən görünür ki, aparılmış tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 manat, torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 137,42 manat, iddia üzrə İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu isə 30 manat təşkil edir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçı tərəfin üzərinə düşür. Çünki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə iclasında tədqiq edilən mötəbər sübutlarla, o cümlədən ekspert rəyi, mübahisə predmeti olan torpaq sahəsinin ölçü planı, yerində müayinə protokolu, eləcə də işin faktiki halları ilə müəyyən edildi ki, Siyəzən rayonunun Böyük Həmyə kəndində yerləşən iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinə və üzərindəki tövləyə onun gedişgəlişinə cavabdeh tərəfindən hər hansı bir formada maneələr yoxdur. Belə ki, iddiaçı, cavabdehin mübahisəli torpaq sahəsini özbaşına zəbt etməsi nəticəsində onun mülkiyyətindən iqtisadi baxımdan səmərəli istifadəsinə maneçilik yarandığını, onun tərəfindən mal tövləsinin təyinatı üzrə yerli şəraitə və adətlərə uyğun olaraq istifadəsinin, habelə cari və əsaslı təmir edilməsi və bu torpaq sahəsindən ailənin, həmçinin kənd sakinlərinin ümumi istifadə hüquqlarının məhdudlaşdırıldığını göstərsə də, o, istinad etdiyi bu halları əsaslandıra bilməmiş, habelə cavabdehin hərəkətlərinin onun hansı hüquqlarına nə kimi təsir göstərdiyini sübut edə bilməmişdir. Əvvəla, ekspert və mütəxəssis rəylərinə əsasən iddiaçı və cavabdehin naturada faktiki istifadə etdikləri torpaq sahələri ilə onların mülkiyyətlərinə verilmiş torpaq sahələrinin, sənədləri arasında kəskin uyğunsuzlar olduğundan mülkiyyətdə olan torpaq sahələrinin tutulub-tutulmamasının müəyyənləşdirilməsi mümkün olmamışdır. Eyni zamanda, tərəflərdən hər hansı biri mübahisəli əraziyə dair istifadə, sərəncam, sahibliklə bağlı qanunla müəyyən edilən hər hansı hüquq müəyyənedici sənədə malik deyildirlər. Beləliklə iddiaçı mülki qanunvericiliyin tələblərinə əsasən mübahisəli torpaq sahəsinə münasibətdə hər hansı bir formada əmlak hüquqları əldə etməmişdir. Həmçinin, tədqiqat obyektinin yerində müayinə olunması zamanı da müəyyən edilmişdir ki, tövlənin arxasındakı mübahisəli əraziyə açılan qapı cavabdeh tərəfindən orada meyvə ağacları əkilməklə bağlansa da, iddiaçının faktiki istifadəsində olan torpaqdakı tövləyə gediş-gəlişini təmin edən əsas yoldan sərbəst şəkildə istifadə etmək imkanı vardır, həmçinin bu imkan hər hansı bir formada cavabdeh tərəfindən məhdudlaşdırılmamışdır. Beləliklə, cavabdeh tərəfindən iddiaçının gediş-gəlişinə maneələrin yaradılması, o cümlədən sonuncunun qanunla qorunan hüquq və azadlıqlarına, eləcə də maraqlarına hər hansı bir formada müdaxilənin olması iş materiallarında olan mövcud sübutlarla öz təsdiqini tapmır. Eyni zamanda, məhkəmə belə hesab edir ki, faktiki istifadə etdiyi torpaq sahəsinə və üzərindəki tövləyə hüquqları dövlət reyestrində qeydiyyatdan keçmədiyinə və həmin tiklinin hər hansı bir hüquq müəyyən edici sənədi mövcud olmadığına görə iddiaçı, cavabdehə qarşı hazırkı iddianı qaldırmaqda hüquqi səlahiyyətə (hüquqi ixtiyara) malik olmamış və öz hərəkətlərini əsaslandıran sübuta malik deyildir. Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaldır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdikləri halları sübut edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına uyğun məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mülkiyyətdən istifadəyə qəsd edəndən bu hərəkətlərə son qoyulması və torpaq sahəsinin cənub sərhədinin ilkin vəziyyətə qaytarılmasının cavabdehin hesabına yerinə yetirilməsinin məcbur edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı özünə aid edilməli, eyni zamanda, aparılmış məhkəmə tikintitexniki obyektlərin tədqiqi ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat iddiaçıdan Azərbaycan Respublikasının dövlət büdcəsinin xeyrinə tutulmaqla, yanaşı, aparılmış torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 137,42 (bir yüz otuz iki manat 42 qəpik) manat məbləğində pul da ondan alınaraq xxxx MMC-nin "Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin 1 saylı Xətai filialındakı hesablaşma hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “mülkiyyətdən istifadəyə qəsd edəndən bu hərəkətlərə son qoyulması və torpaq sahəsinin cənub sərhədinin ilkin vəziyyətə qaytarılmasının cavabdehin hesabına yerinə yetirilməsinin məcbur edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. İş üzrə aparılmış torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 137,42 (bir yüz otuz iki manat 42 qəpik) manat İddiaçı tutularaq xxxx MMC-nin "Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin 1 saylı Xətai filialındakı (kod-200071, VÖEN(bank) **********, m/h- AZ37NABZ********************; SWİFT AİİBAZ2X, MMC VÖEN: **********, hesab № AZ23AİİB********************) hesablaşma hesabına keçirilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-20/2021
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-20/2021
15.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver