Məhkəmə qərarları › İş №2(059)-206/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-206/2021

16.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-206/2021 16.05.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ərizəçi, eləcə də digər ərizəçi Ərizəçi3 nümayəndəsi Ərizəçi1, ərizəçi, eləcə də digər ərizəçi Ərizəçi4 nümayəndəsi Ərizəçi2 iştirakları ilə ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpağa mülkiyyət hüququna dair 03 may 2006-cı il tarixli, JN seriyalı 644A nömrəli, 30501004 kodlu şəhadətnamənin digər mülkiyyətçilərlə yanaşı, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra, ərizəçi tərəf ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpağa mülkiyyət hüququna dair 03 may 2006-cı il tarixli, JN seriyalı 644A nömrəli, 30501004 kodlu şəhadətnamədə, torpağın paylı mülkiyyətçisinin ailə üzvü kimi qeyd edilən 2-ci sətirdə “Rahibə” adının “Rəhilə” kimi, “Əkbər” ata adının “Əli” kimi, 6cı sətirdə “Vüsal” adının “Vüqar” adı kimi, 8-ci sətirdə “Qasımova” soyadının “Osmanova” kimi olması (oxunması) faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən ərizəçi, eləcə də digər ərizəçi Ərizəçi3 nümayəndəsi Ərizəçi1 ərizəni müdafiə edərək izahatında bildirdi ki, Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 nömrəli sərəncamı ilə 0,02 ha torpaq sahəsi onun və ailə üzvləri Ərizəçi2, X5, X7, X8, Ərizəçi3, X10 və Ərizəçi4 mülkiyyətinə verilmiş və müvafiq olaraq torpağa mülkiyyət hüququna dair JN seriyalı 644A nömrəli, 30501004 kodlu şəhadətnamə tərtib edilsə də, torpağa mülkiyyət hüququna dair şəhadətnamənin arvadına aid hissəsində sonuncunun adı, ata adı, oğluna aid hissəsində oğlunun adı, qayınanasına aid hissədə isə soyad yanlış qeyd edilmişdir. Belə ki, arvadının adı “Rəhilə” əvəzinə yanlışlıqla “Rahibə”, ata adı “Əli” əvəzinə yanlışlıqla “Əkbər” kimi, oğlunun adı “Vüqar” əvəzinə yanlışlıqla “Vüsal” kimi, qayınanasının soyadı “Osmanova” əvəzinə yanlışlıqla “Qasımova” kimi qeyd edilmiş, bununla da, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yanlışlığa yol verilmişdir. Qeyd olunan mexaniki yanlışlığa görə onun, digər ailə üzvləri ilə ümumi birgə mülkiyyətində olan və ona çatan torpaq sahəsi üzərində mülkiyyət hüququnu Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-də qeydiyyatdan keçirə bilmir və bununla da mülkiyyət hüquqları məhdudlaşmışdır. Bu yanlışlığın düzəldilməsi üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etsə də, müraciətinə müsbət cavab verilməmişdir. Bununla da, hazırda onlara çatan torpaq payı üzərində mülkiyyət hüquqlarının təsdiqi üçün soyad, ad, ata adlarında olan yanlışlığın düzəldilməsi və torpağın mülkiyyət verilməsinə dair şəhadətnamədə qeyd edilən şəxslərin Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 olması faktının müəyyən edilməsi üçün qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən ərizəçi, eləcə də digər Ərizəçi4 nümayəndəsi Ərizəçi2 ərizəçi, eləcə də digər ərizəçi Ərizəçi3 nümayəndəsi Ərizəçi1 izahatına uyğun, eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İdarə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və təmin etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəçi tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Siyəzən rayon VVAQ bürosu tərəfindən 12 oktyabr 1953-cü il tarixdə verilmiş, ИЕ seriyalı, 902886 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X3, anası X2 olan X11 xx xxxxxx 1942-ci il tarixdə Siyəzən rayonu, Darazarat kəndində doğulmuşdur. İşdə olan keçmiş Dəvəçi rayon VVAQ bürosu tərəfindən 20 oktyabr 1958-ci il tarixdə verilmiş İ-ИЕ seriyalı, 040758 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X11 20 oktyabr 1958-ci il tarixdə, 86 saylı akt ilə qeydi ilə nikahlarını bağlamış və nikah bağlandıqdan sonra ər öz soyadında qalsa da, arvada "Osmanova" soyadı verilmişdir. İşdə olan keçmiş Dəvəçi rayon Siyəzən şəhər soveti tərəfindən 20 fevral 1961-ci il tarixdə verilmiş, İİ-ИЕ seriyalı, 140219 nömrəli doğum haqqında şəhadətnamənin, eləcə də AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, atası X19, anası Ərizəçi4 olan X17 xx xxxxxx 1961-ci ildə Siyəzən şəhərində doğulmuş və evləndikdən sonra soyadını “Muradova” soyadına dəyişdirmişdir. İşdə olan Siyəzən şəhər Soveti tərəfindən 07 mart 1989-cu il tarixdə verilmiş, XİV-ЖГ seriyalı, 349317 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Ərizəçi1, anası Ərizəçi2 olan Ərizəçi3 xx xxxxxx 1989-cu il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan torpağa mülkiyyət hüququna dair 03 may 2006-cı il tarixli, JN seriyalı 644A nömrəli, 30501004 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 nömrəli sərəncamı ilə 0,02 ha torpaq sahəsi Siyəzən şəhər sakinləri Ərizəçi1, onun ailə üzvləri X6, X5, X7, X8, X12, X13 və X4 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 11 dekabr 2020-ci il tarixli məktubundan görünür ki, JN seriyalı 644A nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin Ərizəçi1, eləcə də ailə üzvlərinə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilir. İşdə olan 10 fevral 2021-ci il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 11 (on bir) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norm3alarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi, Ərizəçi1 ailə üzvləri olan digər ərizəçilərə məxsus olan bütün sənədlərdə soyad, ad və ata adları düzgün qeyd edilmişdir. Lakin, torpağa mülkiyyət hüququna dair 03 may 2006-cı il tarixli, JN seriyalı 644A nömrəli, 30501004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpağın mülkiyyətçisi, eləcə də ailə üzvləri kimi qeyd edilməli olan Ərizəçi2 əvəzinə yalnış olaraq X16, Ərizəçi3 əvəzinə yalnış olaraq X18, Ərizəçi4 əvəzinə yanlış olaraq X14 qeyd edilmiş, nəticədə, bu hal ərizəçilərin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçilərin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, torpağa mülkiyyət hüququna dair 03 may 2006-cı il tarixli, JN seriyalı 644A nömrəli, 30501004 kodlu şəhadətnamədə torpağın mülkiyyətçisinin ailə üzvü kimi 2-ci sırada qeyd edilən X6 adının “Rəhilə”, ata adının “Əli” olması və həmin şəhadətnamədə 2-ci sırada qeyd edilən mülkiyyətçinin ailə üzvünün Ərizəçi2, torpağın mülkiyyətçisinin ailə üzvü kimi 6-cı sırada qeyd edilən X12 adının “Vüqar” olması və həmin şəhadətnamədə 6-cı sırada qeyd edilən mülkiyyətçinin ailə üzvünün Ərizəçi3, 8-ci sırada qeyd edilən X1 “Osmanova” olması və həmin şəhadətnamədə 8-ci sırada qeyd edilən mülkiyyətçinin ailə üzvünün Ərizəçi4 olması faktı müəyyən edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 11 (on bir) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair 03 may 2006-cı il tarixli, JN seriyalı 644A nömrəli, 30501004 kodlu şəhadətnamədə torpağın mülkiyyətçisinin ailə üzvü kimi 2-ci sırada qeyd edilən X6 adının “Rəhilə”, ata adının “Əli” olması və həmin şəhadətnamədə 2-ci sırada qeyd edilən mülkiyyətçinin ailə üzvünün Ərizəçi2, torpağın mülkiyyətçisinin ailə üzvü kimi 6-cı sırada qeyd edilən X12 adının “Vüqar” olması və həmin şəhadətnamədə 6-cı sırada qeyd edilən mülkiyyətçinin ailə üzvünün Ərizəçi3, 8-ci sırada qeyd edilən X1 “Osmanova” olması və həmin şəhadətnamədə 8-ci sırada qeyd edilən mülkiyyətçinin ailə üzvünün Ərizəçi4 olması faktı müəyyən edilsin. Ödənilmiş 11 (on bir) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar