Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-21/2021 12.04.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı "cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılması" tələbi barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı "torpaq sahəsi üzərində qanunsuz fəaliyyətin dayandırılması" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Siyəzən rayonu, Zarat kəndindəki ona məxsus torpaq sahəsində “xxxx” MMCnin qanunsuz fəaliyyətinin onunla razılıq əldə olunanadək dayandırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Siyəzən rayonu, Zarat kəndində mülkiyyətindəki 1,2795 ha torpaq sahəsinin 0,61 ha hissəsindən cavabdeh “xxxx” MMC-nin kompensasiya ilə bağlı razılığa gəlinənədək çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Siyəzən rayon Zarat kəndi ərazisində xüsusi mülkiyətində olan 1,2795 ha torpaq sahəsinin 0,61 ha hissəsi Azərbaycan Avtomobil yolları dövlət agentliyi tərəfindən həyata keçirilən Bakı-Quba-Rusiya Fedarasiyası ilə dövlət sərhəd yeni avtomobil yolunun tikintisi lahiyəsi çərçivəsində yolun təhkim zolağına düşmüş və dəymiş ziyana görə 18562,27 manat hesablanaraq heç bir əsas olmadan kompensasiya “xxxx” ASC-nin Sumqayıt Filialına köçürülmüşdür. Həmçinin, 2020-ci ilin may ayının 2-ci yarısından etibarən cavabdeh “xxxx” MMC-nin işçiləri MMC-yə aid texnikanı onun Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən 1,2795 ha torpaq sahəsinin 0,61 ha hissəsinə yol inşa edilməsi məqsədilə yerləşdirmişlər. Torpaq sahəsinin əlverişli ərazidə yerləşməsi, hesablanmış kompensasiyasının yetərli olmaması səbəbindən o, dəfələrlə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin rəhbərliyinə və Nazirlər Kabinetinə rəsmi məktublarla müraciət etmiş, lakin, müraciətləri müsbət həll edilməyərək məhkəməyə müraciət hüququnun olduğu tövsiyə olunmuşdur. Məhz bundan sonra, o, cavabdeh “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi ilə kompensasiya məbləği razılaşana qədər mübahisəli ərazidə tikinti işləri dayandırılması məqsədilə Sumqayıt İnzibati Məhkəməyə müraciət etmiş, hazırda da həmin mübahisə məhkəmə qaydasında araşdırılmaqdadır. Buna baxmayaraq, Bakı-Quba-RF avtomobil yolunun tikintisi üzrə ümumi işin 60-70%-i görülüb başa çatdırılmış, ona məxsus ərazidə isə cavabdeh tərəfindən görülən işlər yekunlaşmaqla, yəni asfaltlama işləri tamamlanaraq şirkətin işçiləri ona məxsus ərazini tərk etmişlər. Nəticə etibarilə, onun mülkiyyətçi kimi dövlət tərəfindən qorunan hüquqlarına ciddi xələl yetirilmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh “xxxx” MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, cavabdeh “xxxx” MMC-nin direktoru tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsinə etirazda göstərilmişdir ki, Siyəzən rayon ərazisində “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin “xxxx” MMC ilə bağlanılmış müqavilə əsasında şirkətləri yalnız subpodrat tikinti işlərini icra edir. Həmin yolun sifarişçisi “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi olmaqla, məhz bu qurum yolun tikinti sahələrini dəqiq müəyyən edir. Müvafiq torpaq sahələrinin ayrılması, həmçinin üzərində tikintisi aparılan torpaq sahələrinin sahiblərinə kompensasiyalarının verilməsi və sair bu kimi məsələlər MMC-nin yox, yalnız “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin səlahiyyətindədir. Yəni, iddiaçının Siyəzən Rayon Məhkəməsinə MMC-yə qarşı irəli sürdüyü iddia əsassızdır və “əsl olmayan” (MPM 54 maddəsi) tərəfə yönəldilmişdir. İddianın əsl olmayan tərəfə yönəlməsi Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2- 1(118)-192/2020 saylı iş üzrə Qərarı əyani təsdiq edir. Bu məhkəmə Qərarından açıq görünür ki, Bakı-Quba-Rusiya Federasiyası avtomobil yolunun tikintisi, müvafiq torpaq sahələrinin ayrılması və torpaq sahələrinin sahiblərinə hər-hansı kompensasiyaların verilməsi “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin səlahiyyətidir. İddiaçı eyni predmet və əsaslarla “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə qarşı verdiyi iddia əsassız olduğu üçün məhkəmə tərəfindən təmin edilməmişdir. Hazırda iş üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə minməmiş, o cümlədən kasasiya instansiyada baxılmaqdadır. Məhkəmə sənədlərindən bilavasitə görünür ki, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən həyata keçirilən Bakı-Quba-Rusiya Federasiyası avtomobil yolunun tikintisi çərçivəsində X3 Komitəsi tərəfindən hazırlanmış kadastr planına əsasən iddiaçıya məxsus 125,95 ha torpaq sahəsindən 61,8749 ha hissəsi yolun təhkim zolağına düşmüş və qeyd olunan əmlaka dəymiş ziyana görə dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən 18562,47 manat kompensasiya hesablanmışdır. Müəyyən edilmiş məbləğ iddiaçıya ödənilmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası X3 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən xx xxxxxxxx 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən rayonunun Zarat kəndində yerləşən 1,2795 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 64 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin rəsmi internet səhifəsindən çıxarışdan görünür ki, MMC podratçı kimi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında Bakı-Quba-Rusiya Fedarasiyası ilə dövlət sərhəd yeni avtomobil yolunun tikintisi lahiyəsi çərçivəsində müvafiq işlərin görülməsi həvalə edilmişdir. İşdə olan Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(118)- 192/2020 saylı qərarının surətindən görünür ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində X3 Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən hazırlanmış kadastr planına əsasən iddiaçıya məxsus 127.95 sot torpaq sahəsindən 61.8749 sot hissəsi yolun təhkim zolağına düşmüş və qeyd olunan əmlaka dəymiş ziyana görə kompensasiya hesablanmışdır. Qeyd edilən kompensasiya “xxxx” ASC-nin Sumqayıt rayon Filialına köçürülmüşdür. İddiaçının və onunla yanaşı Siyəzən rayonu Zarat kəndinin yol tikintisi altına düşən bütün mülkiyyətçilərə məxsus olan torpaqların və tikililərin qiymətləndirilməsi cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında aparılmış, bu məqsədlə qiymətləndirici tərəfindən mülkiyyətin ümumi bazar qiyməti müəyyənləşdirilmiş, həmin qiymətə 20 faiz əlavə edilərək ödəniləcək kompensasiyanın ümumi məbləği mülkiyyətçinin adına “Kapitalbank”da açılmış hesabına köçürülmüşdür. İşdə olan Azərbaycan Respublikası X3 Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” MMC-nin Xaçmaz Layihə Tədqiqat İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, C-114 saylı mütəxəssis rəyindən, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 10/206 nömrəli rəyindən görünür ki, mübahisə predmeti olan Siyəzən rayonu, Zarat kəndində yerləşən 0,61 ha torpaq sahəsinin DƏDRX tərəfindən İddiaçı verilmiş **********53 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlarla, eləcə də bu koordinatlara əsasən 1,2795 ha torpaq sahəsinin 0,61 ha hissəsinin “xxxx" MMC tərəfindən inşa edilmiş yolun mübahisəli ərazidən keçən hissəsi ilə üst-üstə düşdüyü, habelə mübahisə predmeti olan Siyəzən rayonu, Zarat kəndində yerləşən 0,61 ha torpaq sahəsinin üzərində cavabdeh “xxxx” MMC tərəfindən yolun inşa edildiyi müəyyən edilmişdir. Eyni zamanda, iş materiallarında olan mötəbər maliyyə sənədlərindən görünür ki, aparılmış tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 manat, torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 50,36 manat, iddia üzrə İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu isə 20 manat təşkil edir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçı tərəfin üzərinə düşür. Çünki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası qanununun 3-cü maddəsinin İ hissəsinə əsasən bu Qanuna əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi; dəniz limanının ərazisinin artırılması torpağın alına biləcəyi dövlət ehtiyaclarıdır. Bu Qanunun 5-ci maddəsinin İ hissəsinə əsasən istifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq xüsusi və bələdiyyə mülkiyyətdə olan aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər. Qeyd olunan Qanunun 6-cı maddəsinin İ hissəsinə əsasən torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra — alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. Sözügedən qanunun 20-ci maddəsinin İ hissəsinin 6-cı bəndinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən, alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır. Yenə bu qanunun 54-cü maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. “Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli Sərəncamının İ bəndinə əsasən M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilməsi məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının 1.14.3.3.9cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 150,0 (yüz əlli) milyon manat ayrılmışdır. Məhkəmə iclasında tədqiq edilən mötəbər sübutlarla, o cümlədən ekspert və mütəxəssis rəyləri, eləcə də işin faktiki halları ilə müəyyən edildi ki, “Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli Sərəncamı əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən Bakı-Quba- Rusiya Federasiyası ilə dövlət sərhəd yeni avtomobil yolunun tikintisi layihəsi çərçivəsində iddiaçıya məxsus 1,2795 ha torpaq sahəsinin 0,61 ha hissəsi yolun təhkim zolağına düşmüş, ona dəymiş ziyana görə 18562,27 manat hesablanaraq “xxxx” ASC-nin Sumqayıt Filialına köçürülmüş, habelə bu layihənin icrası ilə bağlı işlərin görülməsi cavabdeh “xxxx” MMC-yə həvalə edilmişdir. Beləliklə, mübahisəli ərazinin yol tikintisinin ərazisinə düşməsi və torpağın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dövlət ehtiyacları məqsədilə alınması, eləcə də cavabdeh “xxxx” MMC-nin müvafiq işlər görməsi işin mübahisələndirilməyən hallarını təşkil edir. Bundan əlavə, mübahisə predmeti olmaqla, Siyəzən rayonu, Zarat kəndində yerləşən iddiaçıya məxsus 1,2795 ha torpaq sahəsinin 0,61 ha hissəsinin “xxxx" MMC tərəfindən inşa edilmiş yolun mübahisəli ərazidən keçən hissəsi ilə üst-üstə düşsə də, bu torpaq sahəsinin üzərində cavabdeh podratçı MMC tərəfindən yol inşa edilməklə, iş yekunlaşdırılmış, habelə yerinə yetirilmiş iş sifarişçi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təhvil alınmış, cavabdeh isə artıq həmin ərazidən çıxmışdır. Bununla da, tələb hazırkı məqamda öz əhəmiyyətini itirmişdir. Digər tərəfdən, iddiaçı torpaq sahəsinin əlverişli ərazidə yerləşdiyini, hesablanmış kompensasiyasının yetərli olmadığını əsas gətirməklə, Sumqayıt İnzibati Məhkəməsində cavabdeh Azərbaycan X1rşı kompensasiya məbləği razılaşana qədər mübahisəli ərazidə tikinti işlərinin dayandırılması ilə bağlı iddia qaldırmasına və bu iddianın həmin məhkəmə tərəfindən icraata qəbul edilməsinə baxmayaraq, ümumi məhkəmədə də eyni mahiyyətli iddia qaldırıb, mövcud qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası İPM-in 45-ci maddəsinin İ hissəsinin İ bəndinə əsasən iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Eyni zamanda, iş materiallarına əlavə edilmiş yuxarı məhkəmə instansiyalarıın qərarlarından da göründüyü kimi İddiaçılə cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi arasında mübahisə hazırda da qalmaqdadır və Sumqayıt İnzibati Məhkəməsində araşdırılmalıdır. Göründüyü kimi hazırda cavabdeh “xxxx” MMC tərəfindən İddiaçı qanunla qorunan hüquqlarının və maraqlarının pozulması halı müşahidə edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bununla belə, məhkəmə qeyd edir ki, hazırkı vəziyyətdə iddiaçı ona münasibətdə ilkin vəziyyətin bərpası mümkün olmayacağı təqdirdə, iddiaçı, ona dəymiş zərərin əvəzini “Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli Sərəncamını dövlətin adından icra edən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tələb edə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. İşin faktiki hallarından göründüyü kimi mübahisələndirilən ərazidə çəkilmiş dövlət əhəmiyyətli yolun sökülməsi tənasübsüz surətdə böyük xərcin əmələ gəlməsinə səbəb ola bilər ki, bu halda da iddiaçının dövlətin adından vəzifəni icra edən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən zərərin əvəzi olaraq ağlabatan məbləğdə pul tələb etməsi daha məqsədəmüvafiqdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdikləri halları sübut edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına uyğun məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı "cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılması" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu İddiaçı özünə aid edilməli, eyni zamanda, aparılmış məhkəmə tikintitexniki obyektlərin tədqiqi ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat iddiaçıdan Azərbaycan Respublikasının dövlət büdcəsinin xeyrinə tutulmaqla, yanaşı, aparılmış torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 50,36 (əlli manat 36 qəpik) manat məbləğində pul da ondan alınaraq xxxx MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 1 saylı Xətai filialındakı hesablaşma hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı "cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılması" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə, iş üzrə aparılmış torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 50,36 (əlli manat 36 qəpik) manat isə alınaraq xxxx MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 1 saylı Xətai filialındakı (kod-200071, VÖEN(bank) **********, m/h- AZ37NABZ********************; SWİFT AİİBAZ2X, MMC VÖEN: **********, hesab № AZ23AİİB********************) hesablaşma hesabına keçirilsin. İş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-21/2021
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-21/2021
12.04.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver