Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-210/2022 06.04.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçı Siyəzən Rayonu İcra Hakimiyyəti Mənzil İstismar Sahəsinin rəisi X5, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" MMC-nin direktoru X4, MMC-nin nümayəndəsi Nümayəndə və X1 iştirakları ilə iddiaçı Siyəzən Rayonu İcra Hakimiyyəti Mənzil İstismar Sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "cavabdehlərin mənzildən istifadə hüquqlarının itirilməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: iddiaçı Siyəzən Rayonu İcra Hakimiyyəti Mənzil İstismar Sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "cavabdehlərin mənzildən istifadə hüquqlarının itirilməklə, qeydiyyatdan çıxarılmaları" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Siyəzən şəhərinin Tofiq İsmayılov küçəsindəki 12 saylı korpusun 6-cı mənzilindən istifadə hüquqlarının itirilərək, qeydiyyatdan çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, iddiaçı tərəf iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Siyəzən şəhərinin Tofiq İsmayılov küçəsindəki 12 saylı korpusun 6-cı mənzilinə dair istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmənin hazırlıq iclası əvvəlcə 16 mart 2022-ci il tarixə, saat 10:00-a, sonuncu dəfə 06 aprel 2022-ci il tarixə, saat 09:30-a təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Siyəzən Rayonu İcra Hakimiyyəti Mənzil İstismar Sahəsinin rəisi X7 ərizə ilə müraciət edərək, iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" MMC-nin direktoru X6, MMC-nin nümayəndəsi Nümayəndə və X2 ərizəyə münasibətdə iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması barədə qərardad çıxarılmasına etiraz etmədilər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə iclasın cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. Məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 170.1, 263-268ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. iddiaçı Siyəzən Rayonu İcra Hakimiyyəti Mənzil İstismar Sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "cavabdehlərin mənzildən istifadə hüquqlarının itirilməsi" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmadan qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-210/2022
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-210/2022
06.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver