Məhkəmə qərarları › İş №2(059)-211/2022

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-211/2022

27.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-211/2022 27.04.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçı Siyəzən Rayonu İcra Hakimiyyəti Mənzil İstismar Sahəsinin rəisi X2, üçüncü şəxs "xxxx" MMC-nin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iştirakları ilə iddiaçı Siyəzən Rayonu İcra Hakimiyyəti Mənzil İstismar Sahəsinin Cavabdeh qarşı "cavabdehin mənzilə olan istifadə hüququnun itirilməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: iddiaçı Siyəzən Rayonu İcra Hakimiyyəti Mənzil İstismar Sahəsi cavabdeh X1 qarşı "cavabdehin mənzilə olan istifadə hüququ itirilməklə, qeydiyyatdan çıxarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Siyəzən şəhərinin Tofiq İsmayılov küçəsindəki 12 saylı korpusun 7-ci mənzilinə olan istifadə hüququ itirilərək, qeydiyyatdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, iddiaçı tərəf işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddia tələbinin həcminin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Siyəzən şəhərinin Tofiq İsmayılov küçəsindəki 12 saylı korpusun 7-ci mənzilinə dair istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia ərizəsi icraata qəbul edilmiş və müvafiq prosessual hərəkətlər edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Siyəzən Rayonu İcra Hakimiyyəti Mənzil İstismar Sahəsinin rəisi X4 məhkəməyə iddiadan imtinaya dair ərizə təqdim edərək, cavabdehlə aralarında heç bir mübahisə qalmadığını, sonuncunun özünün mübahisəli mənzildən qeydiyyatdan çıxması barədə Siyəzən rayon Polis Şöbəsinə ərizə təqdim etdiyini qeyd etməklə, iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını, habelə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş edib, iş üzrə icraata xitam verilməsinin əsasları və nəticələrinin ona aydın olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iş üzrə icraata xitam verilməsinin əsasları və nəticələrinin onlara aydın olduğunu qeyd etməklə, mülki iş üzrə icraata xitam verilməsinə etiraz etmədilər. Cavabdeh, eləcə də üçüncü şəxs X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Cavabdeh və üçüncü şəxs Telman Baxşiyevin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı tərəfin iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin məcəllənin 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Repsublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir Məhkəmə hesab edir ki, iddiaçı tərəfin iddiadan imtina etməsi qanuna zidd olmadığından və digər şəxslərin mənafeyinə toxunmadığından məhkəmə tərəfindən qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İcraata xitam verilmə qaydası və nəticələrini müəyyən edən Azərbaycan Respublikası MPM-nin 262-ci maddəsinin 2-ci hissəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə — büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunmuş şəxslər kateqoriyasından olduğundan, habelə iddiaçı tərəfindən hər hansı bir məbləğdə dövlət rüsumu ödənilmədiyindən bu hal dövlət rüsumunun qaytarılmasına münasibətdə nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261, 261.0, 261.0.4, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Siyəzən Rayonu İcra Hakimiyyəti Mənzil İstismar Sahəsinin Cavabdeh qarşı "cavabdehin mənzilə olan istifadə hüququnun itirilməsi" tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilsin, iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar