Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-24/2022 19.01.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, cavabdeh Siyəzən şəhəri X7 tipli gimnaziyasının direktoru Cavabdeh iştirakları ilə İddiaçı cavabdeh Siyəzən şəhər X7 tipli gimnaziyaya qarşı “dərs yükünün bərpa edilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” və “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdeh Siyəzən şəhər X7 tipli gimnaziyaya qarşı "dərs yükünün bərpa edilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 36 saat əvəzsiz, tam “Tərbiyəçi-müəllim” dərs yükünün bərpa edilməsi, 2020-ci ilin sentyabr ayından əmək haqqı məbləğinin 6 saat əvəzçilik tədrisinə görə azalan hissəsi həcmində ona vurulan maddi ziyanın cəmləşdirilmiş məbləğinin tam 36 saat Tərbiyəçi-müəllim kimi dərs yükünün bərpa edilməsinə qədər hesablanıb ödənilməsi, ona vurulan 3600 manat məbləğində mənəvi ziyanın əvəzinin ödənilməsi, eləcə də əmək müqaviləsinin şərtlərinin və əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada cavabdehin müvafiq məsuliyyətə cəlb edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2(059)-478/2020 (hazırda 2(059)-85/2021 sayı altında) saylı qərardadı əsasında İddiaçı cavabdeh Siyəzən şəhər X7 tipli gimnaziyaya qarşı "dərs yükünün bərpa edilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair mülki işi icraata götürülmüşdür. Eyni zamanda, İddiaçı cavabdeh Siyəzən şəhər X7 tipli gimnaziyaya qarşı "“əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə 22 dekabr 2020ci il tarixdə Siyəzən Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin həmin tarixli, 2(059)-525/2020 saylı ( 2(059)-123/2021 sayı altında) qərardadı ilə sözügedən iş icraata götürülmüşdür. Belə ki, iddiaçı həmin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair Siyəzən şəhər X7 tipli gimnaziyanın 26 noyabr 2020-ci il tarixli, 80 nömrəli əmrinin qanunsuz hesab edilib, ləğv edilməsi onun əvvəlki iş yeri olan, o cümlədən gimnaziyanın tərbiyəçisi vəzifəsinə bərpa edilməsi, qanunsuz olaraq işləməkdən məhrum edildiyi bütün vaxt üçün 26 noyabr 2020-ci il tarixdən başlayaraq işə faktiki bərpa olunduğu günə qədər olan orta əmək haqqının müvafiq olaraq tutulmaqla, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, Siyəzən Rayon Məhkəməsinin icraatında olan hər iki iş bir-biri ilə əlaqəli olmaqla, tərəflər arasında yaranmış mübahisələrin əsasını əmək münasibətləri təşkil etdiyindən tərəflərin hər hansı təşəbbüsü olmadığı halda, bu məhkəmə 01 mart 2021-ci il tarixli, 2(059)-85/2021 saylı qərardadı ilə mübahisənin obyektiv araşdırılması, məhkəmə süründürməçiliyinin qarşısının alınması, hüquq və mənafelərin bərpasının tezliyi baxımından qeyd edilən prosessual hərəkəti öz təşəbbüsü ilə həyata keçirib, İddiaçı cavabdeh Siyəzən şəhər X7 tipli gimnaziyaya qarşı "dərs yükünün bərpa edilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair 2(059)-85/2021 saylı mülki iş ilə, İddiaçı cavabdeh Siyəzən şəhər X7 tipli gimnaziyaya qarşı "“əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi " tələbi barədə 2(059)-123/2021 saylı mülki işi bir icraatda birləşdirərək 2(059)-85/2021 say altında baxılmasını qərara almışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, 30 il olar, Siyəzən şəhəri X7 tipli gimnaziyada müəllim işləmiş, bu müddətdə məktəb rəhbərliyi tərəfindən hazırkı rəhbərlik, yəni Cavabdeh təyin edilənədək heç bir şifahi və rəsmi xəbərdarlıq və töhmət almamışdır. Həmçinin, işlədiyi müddət ərzində töhmət, xəbərdarlıq kimi inzibati tənbeh tədbirlərinə məruz qalmamış, heç zaman işə gecikməmiş, əmək vəzifələrini daim düzgün icra etmişdir. Məktəb rəhbərlikləri tərəfindən dövlətə, təhsilə verdiyi zəhmət müsbət qiymətləndirilmiş, məktəb kollektivi ilə sakit və mehriban şəraitdə gənc nəslə təhsil və təlim-tərbiyə vermiş, kollektiv surətdə bir-birilərinin xeyir və şər məclislərində iştirak etmişdir. Çox təəssüflər olsun ki, Siyəzən şəhəri X7 tipli gimnaziyanın mehriban şəraitinə Cavabdeh öz qanunsuz əməlləri ilə son qoymuşdur. Belə ki, 02 sentyabr 2019-cu il tarixdə əmri verilsə də, 02 oktyabr 2019-cu il tarixdən məktəbdə direktor səlahiyyətlərini müvəqqəti olaraq icra edən Cavabdeh özünün qanunsuz əməlləri, kollektivə yuxarıdan aşağı baxması, özündən böyük və kiçik təhsil və texniki işçilərlə, həmçinin onunla kobud davranmağa başlamışdır. Cavabdehin ona qarşı qərəzli davranışlarını aşağıda qeyd etdikləri də təsdiq edir: 1.Belə ki, Cavabdeh məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyən Aydın Məmmədov vasitəsilə onu Siyəzən RPŞ-yə, Siyəzən rayon prokurorluğuna və Siyəzən Rayon Məhkəməsinə cəlb edib cəzalandırmaq niyyəti olsa da, məhkəmə bu işin icraatına xitam vermişdir. 2.Cavabdeh haqqında yuxarı və yerli instansiyalara yazdığı saysız-hesabsız şikayət məktubları əsasında sonuncunun onu susdurmaq üçün şərəf və ləyaqətin alçaldılması barədə verdiyi iddia ərizəsi üzrə mülki iş hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatındadır. 3. Pandemiya dövründə tədrisin dayandığı bir vaxtda 5 saat dərs yükü 29 mart 2020-ci il tarixində onun xəbəri olmadan alınmış və bu 41 saat dərs yükünün olması, 36 saatlıq dərs yükünü aşması ilə əsaslandırılmışdır. Əgər o, 36 saatlıq dərs yükünü keçdiyini bilsə, qalan 5 saatı artıq aparmazdı. Cavabdeh məktəb rəhbəri təyin olunduqdan sonra, dərs bölgüsünü müəyyən etməli olduğu halda, 6 aydan sonra bu qənaətə gəlməsi ona qarşı aşkar qərəzliliyin sübutudur. 4. Direktorun ona qarşı istifadə etdiyi hər cür çirkin oyunların bitmədiyini, sakit şəraitdə işləməyə qoymadığını, hər vəchlə onu intihar həddinə çatdırmaq istədiyini görüb 12 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Təhsil Nazirliyi qarşısında “Kanal 13” vasitəsilə ictimailəşdirilmiş çıxışı olmuş, həmin çıxışından sonra həmin gün saat 17:00 radələrində Firudin Qurbanov onu qəbul edərək, məktəbə komissiya göndəriləcəyini bildirmişdir. 14 fevral 2020-ci il tarixində 3 nəfərdən ibarət komissiya məktəbə yoxlamaya gəlmiş və o, həmin komissiya qarşısında direktorun qanunsuz əməllərini sənədlər əsasında sübut etmişdir. Komissiyanın üzvü olan Aydın Əliyev bu sənədlər Eşqi Bağırova göstərilərsə, faktların təsdiqini tapacağını onun yanında direktora bildirərək barışıq təklif etmiş, həmin gün direktor onu barışığa dəvət etsə də, bundan imtina etmişdir. Sonradan məktəbin həmkarlar təşkilatının sədri Tağı Abbasov ona təhdid dolu mesajlar yazaraq barışıq tələb etsə də, o, barışmamışdır. Qeyd edir ki, hal-hazıradək həmin komissiyanın nəticələri barədə ona rəsmi cavab verilməmişdir. 5. Barışığa gəlmədiyini görən direktor bundan hiddətlənərək yeni tədris ilində, yəni 2020-ci ilin sentyabr ayında yenidən onun haqqı ilə oynamağa başlamaqla, sentyabr ayının axırlarınadək onu işə gəlməyə qoymamış, səbəb və məqsədi də fiziki və əqli məhdudiyyətli uşaqlardan ibarət xüsusi sinifdə tərbiyəçilik stavkası Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ayrılmadığı halda, qanunsuz olaraq ona verməsi və onu qurma oyun quraraq işdən qovdurmaq olmuşdur. O, təkidlə birinci sinifdən götürdüyü və 4 il ərzində dərs dediyi 4-cü sinfi yarımçıq qoymaq istəmədiyini bildirsə də, direktor dərs saatlarını azaltmış, 21 sentyabr 2020-ci il tarixdə direktora rəsmi şikayət məktubunu göndərsə də, hal-hazıradək məktuba rəsmi cavab verilməmişdir. X16 Xidmətinin Quba regional şöbəsi üzrə rəisi Təngiz Nəzərov isə şikayətinə rəsmi cavab verərək 36 saat tam, əvəzsiz dərs saatı (yəni tərbiyəçilik saatı) aparmağın qanuni haqqı olduğunu təsdiq edən rəsmi sənəd göndəmişdir. 6.Bundan ürəyi soyumayan direktor şəxsi qərəz və ədavətini daha da genişləndirərək, işində heç bir nöqsan tapa bilmədiyi üçün onu susdurmaq məqsədilə daha bir çirkin oyuna əl atmışdır. Belə ki, Cavabdeh tərbiyəçi olduğu dördüncü sinfə (hal-hazırkı 5-ci sinif) yeni tədris ilində yeni gələn şagird Eldar Osmanov vasitəsilə qurma oyun qurmaqla, bu işdə güc strukturlarını da öz çirkin oyunlarına alət edərək, şər-böhtanla Siyəzən RPŞ-nin 30 oktyabr 2020-ci il tarixli qanuni qüvvəsini almamış sifarişli qərarı ilə onun xəbəri olmadan işinə 26 noyabr 2020-ci il tarixdə xitam vermişdir. 25 noyabr 2020-ci il tarixdə həmkarların məktəbdə keçiriləcək iclası, eləcə də, direktorun işinə xitam verməsi haqqında da rəsmi məktubunu Siyəzən rayon poçtu vasitəsilə rəsmi qaydada 28 noyabr 2020-ci il tarixində almışdır. Vətən müharibəsinin davam etdiyi, kütləvi tədbirlərin keçirilməsinin qadağan edildiyi bir dövrdə gimnaziyada 3 dəfə həmkarların iclasının keçirilməsinə direktor tərəfindən təzyiq göstərilmişdir. Açıqaydın görünür ki, bu işdə şəxsi qərəz və ədavət, həmkarlar komitəsinə təzyiq var. Halbuki 30 il ərzində işlədiyi məktəbdə həmkarlar komitəsinin üzvü olduğu halda, məktəbdə heç bir həmkarlar iclası keçirilməmişdir. Məktəbin həmkarlar təşkilatının sədri Tağı Abbasov isə direktor Cavabdeh məktəbdə sabitliyi pozması, məktəbin təhsil işçilərinə qarşı təzyiqlərə görə rəhbərliyin məsələsini müzakirə etməkdənsə, direktorun sifarişlərini yerinə yetirir. Karantin rejimində həmkarların 3 dəfə keçirilən iclası, həmçinin karantin rejimində törətdiyi digər qanun pozuntularına görə Cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən 07 iyul 2020-ci il tarixli rəsmi məktub əsasında intizam tənbehi almışdır. Odur ki, Siyəzən Rayon Məhkəməsindən məktəbin həmkarlar təşkilatının işinə də hüquqi qiymət verilməsini xahiş edir. Cavabdeh gimnaziyanın direktoru Cavabdeh məqsədi Siyəzən RPŞnin 30 oktyabr 2020-ci il tarixli qanuni qüvvəyə minməmiş qərarını o, hələ rəsmi surətdə almadan iclasda onun üzünə bildirmək, bu sifarişli oyun əsasında Siyəzən RPŞ-nin əməkdaşlarını, Siyəzən rayon prokurorunu da bu işə cəlb edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə onu cəzalandırıb, 30 illik müəllimlik şərəfinə, ləyaqətinə qəsdən toxunmaqla, şüurlu şəkildə bilərəkdən həyatı ilə oynamaq olmuşdur. Cavabdeh sifarişli, qüvvəyə minməmiş qərarla tələm-tələsik işinə xitam verməsi haqqında məsələ ilə əlaqədar “Space” televiziya kanalının “Gəl dərdini danış” adlı verilişinə dəvət almış və bütün danılmaz faktları verilişdə, ekspertlərin qarşısında, ictimaiyyətin gözü qabağında bildirmiş, çıxışını bitdikdən bir neçə gün sonra Cavabdeh müsahibə alınmış, həmin müsahibə də verilişə əlavə edilmişdir. Cavabdeh bu müsahibədə 10 milyonluq xalqın qarşısında onun şərəf və ləyaqətini ləkələyərək, işgüzar nüfuzuna xələl gətirməklə, şər və böhtan dolu ifadələr işlətmiş və “Ceyran müəllimənin uşağı döyməsi 157-ci maddə ilə tam təsdiq olunub.” deyə bildirmişdir. Çox təəssüf edir ki, Cavabdeh sifarişli oyunlarına Siyəzən Rayon Məhkəməsi, Siyəzən rayon Polis Şöbəsi və Siyəzən rayon prokurorluğu da cəlb olunmuşdur. Ancaq onun ayıq-sayıqlığı nəticəsində onların bu planları heçə enmişdir. Belə ki, 30 oktyabr 2020-ci il tarixində Siyəzən RPŞ-nin sifarişli qərarını onun 16 mart 2021-ci il tarixində Baş Prokurorluğun qarşısında intihara cəhd etdiyi çıxışından sonra Baş prokurorun birinci müavini 3-cü dərəcəli ədliyyə müşaviri Elçin Məmmədov haqlı olaraq ləğv edərək, araşdırılması üçün yenidən Siyəzən RPŞ-ə göndərsə də, RPŞ özünü sığortalamaq üçün qərarlarını qüvvədə saxlamışdır. 22 aprel 2020-ci il tarixli həmin qərardan Siyəzən rayon prokuroru Ramil Əliyevə və Baş prokurora rəsmi şikayət etsə də, ona rəsmi cavab verilməmişdir. 05 noyabr 2021-ci il tarixində Baş prokurorluqda Daxili İşlər orqanlarının rəis müavini Pərviz Əliyev və Elçin Yusifovun qəbulunda olarkən onlardan həmin işin daha da obyektiv araşdırılması və Baş Prokurorluqda ləğv edilib, yekun ədalətli tam qərar çıxardılmasını xahiş etmiş, Pərviz Əliyev isə onun yanında Siyəzən Rayon Prokuroru Ramil Əliyevlə telefon əlaqəsi zamanı sərt şəkildə bu işlə bağlı materialların dərhal ona göndərilməsini və Baş prokurorluqda araşdırılacağını bildirmişdir. Lakin, hal-hazıradək Siyəzən rayon prokuroru Ramil Əliyev cənabları 26 noyabr 2020-ci il və 22 aprel 2021-ci il tarixli qərarlardan və digər etdiyi rəsmi şikayətlər üzrə ona rəsmi cavab verməmiş, daha sonra 04 dekabr 2020-ci il tarixində evinə Cavabdehnm sifarişi ilə Siyəzən RPŞ-nin keçmiş rəisi Valik Vəlimətovun əməkdaşları, Siyəzən rayon prokuroru və Siyəzən Rayon Məhkəməsi vasitəsilə olan polis basqınından 07 dekabr 2020-ci il tarixində etdiyi rəsmi şikayətinin düzgün cavablandırılması halhazıradək təmin olunmamışdır. Hazırda da rəsmi şikayətləri polis basqını barədə həm Siyəzən rayon prokuroruna, həm də Baş prokuroruna ünvanlanmışdır. Lakin, ailəsi ilə bərabər 1 il ərzində maddi yə mənəvi cəhətdən çəkdiyi əzab-əziyyət heç olmamışdır. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına Siyəzən Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli qərarına əsasən xitam verilmiş və bunun Cavabdeh sifarişi ilə güc strukturlarının bir qurma oyun oluduğunun sübutu olmuşdur. Cavabdeh onun haqlı olduğunu görüb rayon ictimaiyyəti və məktəb kollektivi arasında şərəf və ləyaqətini alçaldan, nüfuzuna xələl gətirən ifadələri “vatsap”da yaratdığı müəllimlər qrupunda, həmçinin pedaqoji iclaslar adı altında məktəbdə keçirdiyi iclaslarda qüvvəyə minməmiş məhkəmə qərarlarını bilərəkdən nümayiş etdirib ünvanına şər və böhtan dolu nalayiq ifadələr işlətməklə, onu intihar həddinə çatdırmışdır. 11 oktyabr 2021ci il tarixində DİN-nin 102 xidmətinə bu barədə etdiyi şikayət əsasında Siyəzən RPŞ-nin təhqiqatçısı Emil Zülfüqarov ərizə və izahatını almış və o, rəsmi surətdə Siyəzən RPŞ-nin rəisi polis polkovniki Xəqani Məmmədov cənablarına həmin işlə bağlı əlində olan danılmaz faktları izahatına əlavə olunması üçün rəsmi surətdə göndərmişdir. Siyəzən RPŞ-nin 27 oktyabr 2021-ci il tarixli iş üzrə verdiyi qərardan həqiqətən Cavabdeh onun şərəf və ləyaqətinə toxunduğu, alçaltdığını təsdiq etməsi sübut olunmuşdur. Qeyd edir ki, o, 23 iyul 2021-ci il tarixdə Təhsil naziri X14 rayon Təhsil Şöbəsində onlayn keçirilən qəbulunda iştirak etmiş, nazir isə haqlı olduğu halda işə bərpa olunacağını və nazirlik tərəfindən həmin diektor barəsində qanunamüvafiq qaydada lazımi tədbirlər görüləcəyini bildirmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Bundan əlavə, İddiaçı izahatına əlavə olaraq göstərdi ki, X2 Komitəsinin 25 noyabr 2020-ci il tarixli qərarı ilə razı deyildir. Həmkarlar İttifaqının qərarını məhkəməyə və cavabdehə göstərərək, bunun tamam qanunsuz, etibarsız olduğunu sübut edən faktları bildirmişdir: 1. Həmkarların sifarişli qərarını tərtib edən sədr Tağı Abbasov öz adını bilməyərək iki yerdə iki dəfə öz soyadını səhv qeyd etmiş, qərar ştampsız, möhürsüz qeyd edilmiş, sərt karantin dövründə ənənəvi üsulla keçirilmiş, iclasda iştirak edən 5 nəfərin adı göstərilsə də, 5 nəfər fərqli şəxslər protokolu imza etmişdir. Bundan başqa qeyd edir ki, Komitənin sədri Tağı Abbasov özü dəfələrlə spirtli içki qəbul edərək gimnaziyaya gəlmiş və o, hər dəfə buna görə ona öz iradlarını bildirmişdir. Bundan başqa, iclasda iştirak edənlərdən Təranə Səfərəliyeva və Narxanım Qədəşovaya töhmət verilmişdir. Qeyd edilən səbəblərdən X2 Komitəsinin 25 noyabr 2020-ci il tarixli qərarını tam qanunsuz hesab edərək, bir daha iddia tələbinin təmin edilməsi, həmçinin ona dəymiş maddi və mənəvi zərərin 10 (on min) manat qiymətləndirilməsi, dövlətə ziyan vurulmaması üçün məcburi iş buraxma müddəti üçün əmək haqqının Cavabdeh şəxsi vəsaitindən tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Siyəzən şəhəri X7 tipli gimnaziyasının direktoru Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, 18 avqust 1976-cı ildə Siyəzən şəhərində doğulmuş, 1994-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olmuş və 1998-ci ildə həmin universitetin riyaziyyat müəllimi fakültəsini bakalavr dərəcəsi üzrə bitirmiş, elə həmin ildən əmək fəaliyyətinə Siyəzən şəhər 2 saylı tam orta məktəbdə riyaziyyat müəllimi kimi başlamışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 02 sentyabr 2019-cu il tarixli, K-1354 saylı əmri ilə Siyəzən şəhər X7 tipli gimnaziyanın direktoru vəzifəsi 3 ay sınaq müddəti ilə ona həvalə edilmişdir. O, direktorların işə qəbulu imtahanında 48 bal toplamaqla müsabiqədən müvəffəqiyyətlə keçmiş, sınaq müddətini uğurla başa vurduğu üçün Təhsil Nazirliyinin 16 yanvar 2020-ci il tarixli, K-74 nömrəli əmri ilə 31 avqust 2020-ci il tarixinədək gimnaziyanın direktoru vəzifəsinə təyin olunmuş, işə başladığı vaxtdan gimnaziyanın fəaliyyətində islahatlar aparmağa, sağlam, mehriban və yüksək tədris, təlim, nizam-intizama köklənmiş bir kollektiv yaratmağa çalışmışdır. İddiaçı isə o, səlahiyətlərini icra etməyə başladığı vaxtdan etibarən əsassız şikayətlərlə müxtəlif dövlət orqanlarına müraciət etməkdədir. 2020-ci ilin sentyabr ayında yeni tədris ilində gimnaziyaya gələn şagird Eldar Osmanov 08 oktyabr 2020-ci il tarixdə döyülmüş, sonuncunun atası Mətləb Osmanov bununla bağlı şifahi qaydada ona məlumat vermişdir. Daha sonra, 13 oktyabr 2020-ci il tarixdə Eldar Osmanov direktor müavini Rüfanə Rzayevaya müraciət edərək, atası ilə telefon vasitəsilə əlaqə saxlamaq istədiyini bildirmiş, şagirdə bu şərait yaradıldıqdan sonra isə o, atasına döyüldüyünü bildirmişdir. Onlar da məktəb rəhbərliyi olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Xidmətinə müraciət etmişdir. Məhkəmə Tibbi Ekspertiza və X5 14 oktyabr 2020-ci il tarixli ekspert rəyində Eldar Osmanovun əlində bərk küt əşyanın təsirindən yaranmış bədən xəsarətinin olması müəyyən edilmişdir. Qeyd edir ki, həmin vaxt hadisənin baş verdiyi otaqda kamera quraşdırılmamışdır. 17 oktyabr 2020-ci il tarixdə pandemiya ilə əlaqədar məktəblərdə tədris prosesi dayandırılmışdır. Dəfələrlə İddiaçı məktəbin həmkarlar təşkilatının iclası barədə şifahi və yazılı qaydada xəbərdarlıq edilmiş, habelə katibə də iddiaçıya telefon vasitəsilə məlumat vermişdir. Pandemiya ilə əlaqədar 54 üzvdən ibarət həmkarlar ittifaqı komitəsinin 15 üzvünün iştirakı ilə 25 noyabr 2020-ci il tarixdə iclas keçirmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə poses iştirakçılarının izahatlarını, eləcə də şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid X4 ifadəsində göstərdi ki, Siyəzən şəhər X7 tipli gimnaziyada gecə növbəsində dayə işləyərək, axşam saat 21:00-da uşaqları təhvil alır. 08 oktyabr 2020-ci il tarixdə Eldar Osmanovu o, döyməmişdir. Lakin, Eldar Ceyran müəllimənin ondan şikayət etməsini tələb etdiyini bildirmişdir. Halbuki, o, Eldarın anasının vəfat etməsini bildiyi üçün ona digər uşaqlara nisbətən daha həssas münasibət bəsləmiş və onu heç vaxt döyməmişdir. Uzun müddət eyni kollektivdə işlədiyi İddiaçı bu davranışı isə ona müəmmalı qalmışdır. Çünki, iddiaçı ilə münasibətləri hər zaman normal olmuş, aralarında heç bir ədavət olmamışdır. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərdi ki, anası İddiaçı işdən azad edildikdən sonra çox əziyyətlər çəkmiş, onun çəkdiyi əziyyətlərin şahidi olmuşdur. 04 dekabr 2020-ci il tarixdə evlərinə polislər tərəfindən basqın olunduqda yüksək təzyiqdən əziyyət çəkən anası güclü stress keçirmişdir. Anası ailədə yeganə işləyib qazanc əldə edən şəxs olduğundan, onun işdən azad edilməsi ailənin dolanışığına ciddi zərbə vurmuşdur. 2020-ci ilin noyabr ayından etibarən anası həm maddi, həm də mənəvi iztirablar keçirmiş, sonuncunun ailə üzvü kimi o da bunların şahidi olmuşdur. Cavabdeh gimnaziyanın direktoru olan Cavabdeh onun da gimnaziyada işə düzəlməsinə mane olmuşdur. Belə ki, tərbiyəçi vəzifəsində vakansiya elan olunduğunu bilib, o, sənədlərini həmin vəzifə üzrə təqdim etsə də, kolleci bitirənlər işə götürülmüşdür. O, isə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirməsinə baxmayaraq, işlə təmin olunmamışdır. Direktorun qərəzli münasibəti burada da öz rolunu oynamışdır. Məhkəmə iclasında şahid X11 ifadəsində bildirdi ki, Siyəzən şəhər X7 tipli gimnaziyanın riyaziyyat müəllimidir. İşlədiyi müddətdə bir dəfə də iclası keçirilməyən 54 nəfər üzvdən ibarət gimnaziya həmkarlar komitəsinin 2020-ci ilin noyabr ayında keçiriləcək iclası barədə (günü dəqiq xatırlamır) komitənin sədri Tağı Abbasov ona telefon vasitəsilə məlumat vermişdir. İclasın keçirilmə səbəbini soruşduqda komitə sədri bundan məlumatlı olmadığını bildirmiş, o isə pandemiya şəraitində iclas keçirilməsinə etiraz etmişdir. Lakin, İddiaçı iştirak etmədiyinə görə təxirə salınmış bu iclasda gimnaziyanın direktoru hazırda gimnaziyada 5-ci sinifdə təhsil alan Eldar Osmanovun 2020-ci ilin oktyabr ayının 8-i iddiaçı tərəfindən döyüldüyünü bildirmişdir. Halbuki həmin vaxt Eldarın döyülməsini, ümumiyyətlə, İddiaçı əvvəllər şagirdlərlə aqressiv davranışını müşahidə etməmiş, bu barədə başqalarından eşitməmişdir. Buna baxmayaraq, gimnaziya həmkarlar komitəsinin sədri Tağı Abbasovun dəfələrlə uşaq döyməsindən valideynlər tərəfindən şikayətlər olunarkən məlumatı olmuşdur. Həmkarlar komitəsinin sonradan keçirilmiş iki iclasında isə iştirak etməmişdir. Eldar adlı uşağa gəldikdə isə qeyd edir ki, bu uşaqda müəyyən qədər aqressivlik var, belə ki, o, dərslərə girmək istəmir, ona qarşı rəftarı normal olsa da, uşaqlarla pis davranmasını müşahidə etmişdir. 2020-ci ilin oktyabr-noyabr aylarında Eldar Osmanovu bir neçə dəfə direktorun kabinetində görmüş, orada onun özünə qarşı da qərəzli münasibət göstərən Cavabdeh gəlişini hiss edib şagirdlə söhbətini dayandırmışdır. İşdə olan Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin M.Ə.Sabir adına Bakı Pedoqoji Texnikumu tərəfindən 30 iyun 1992-ci il tarixdə verilmiş МТ-İ seriyalı, 297400 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1990-cı ildə Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin M.Ə.Sabir adına Bakı Pedoqoji Texnikumuna daxil olmuş və 1992ci ildə məktəbdənkənar, sinifdənxaric tərbiyə işi ixtisası üzrə tam kursu bitirmiş, habelə 25 iyun 1992-ci il tarixli qərarı ilə ona tərbiyəçi, gənclər təşkilatı rəhbəri ixtisası verilmişdir. İşdə olan Azərbaycan Baş Pedaqoji X1 və X3 tərəfindən 28 oktyabr 1993-cü il tarixdə verilmiş 812/32 nömrəli arayışın surətindən görünür ki, İddiaçı 04 oktyabr 1993-cü il tarixdən 31 oktyabr 1993-cü il tarixədək sözügedən institutun nəzdində təşkil edilmiş ibtidai sinif müəllimləri üçün kursun dinləyicisi olmuş və müəyyən zaçotları vermişdir. İşdə olan Azərbaycan Müəllimlər İnstitutu tərəfindən 24 aprel 2014-cü il tarixdə verilmiş İB seriyalı, 128156 nömrəli ixtisasartırma təhsili haqqında sertifikatın surətindən görünür ki, ibtidai sinif müəllimi İddiaçı müəllimlərin 24 günlük ixtisasartırma təhsili üzrə proqramı bitirmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 12 saylı region üzrə X9 06 iyul 2020-ci il tarixli, **********0 nömrəli məktubunun surətindən görünür ki, 2019-2020-ci tədris ilinin əvvəlində İddiaçı 41 saat dərs yükü həvalə edilmiş, 02 oktyabr 2019-cu il tarixdə gimnaziyaya yeni direktor təyin olunduqdan sonra qeyd olunan tədris ili üçün ona həvalə edilmiş 41 saat dərs yükünün qanunvericiliyə zidd olduğu aşkar edildiyindən 02 mart 2020-ci il tarixdə onun dərs yükü 36 saata endirilmişdir. Azərbayca Respublikası Əmək Məcəlləsinin 93-cü maddəsinə və Azərbayca Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2010-cu il tarixli, 215 nömrəli “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” Qərarına əsasən tərbiyəçi-müəllimlərin həftəlik iş vaxtının müddəti 36 saatdan çox olmamalıdır. Bununla da, İddiaçı 36 saat (1,5 stavka) dərs yükünün olduğu nəzərə alınmaqla, Siyəzən şəhəri X7 tipli gimnaziyada onun əmək haqqının hesablanaraq ödənilməsində qanunvericiliyin tələblərinin gözlənildiyi qeyd olunmuşdur. İşdə olan mötəbər sənədlərdən, o cümlədən Siyəzən RPŞ-nin TQ-nun baş təhqiqatçısının cinayət işinin başlanmasının rədd edilməsi barədə 22 aprel 2021-ci il tarixli, Siyəzən Rayon Məhkəməsinin isə 05 noyabr 2021-ci il tarixli, 3(059)-10/2021 saylı qərarlarının surətindən görünür ki, İddiaçı 08 oktyabr 2020-ci il tarixdə, saat 16:30 radələrində Siyəzən şəhəri X7 Tipli Gimnaziyanın oyuncaq otağında X8 əlinə xətkeşlə vuraraq sonuncuya qəsdən fiziki ağrı yetirmiş, lakin, İddiaçı barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması bir ildən artıq davam etdiyindən sonuncunun barəsindəki inzibati xəta haqqında iş üzrə dayandırılmış icraata xitam verilmişdir. Eyni zamanda, 08 oktyabr 2020-ci il tarixdə, saat 16:30 radələrində Siyəzən şəhəri X7 Tipli Gimnaziyanın oyuncaq otağında X12 İddiaçı tərəfindən qəsdən fiziki ağrı yetirilməsi 13 oktyabr 2020-ci il tarixdə sonuncu ilə Eldar Osmanovun atası Mətləb Osmanovun birbirindən Siyəzən RPŞ-yə etdiyi şikayət nəticəsində aşkar edilmişdir. İşdə olan bildirişlərdən, eləcə də teleqram və poçt xəbərnamələrinin surətlərindən görünür ki, İddiaçı Siyəzən şəhəri X7 tipli gimnaziya daxilində barəsində Həmkarlar Təşkilatının üzvləri ilə 16 noyabr və 18 noyabr 2020-ci il tarixlərdə keçiriləcək iclaslarla bağlı lazımi qaydada məlumatlandırılsa da, 25 noyabr 2020-ci il tarixdə keçiriləcək iclasla bağlı lazımi qaydada məlumatlandırılmamış, o cümlədən sonuncu iclas barədə məlumat iclasdan sonra, yəni 28 noyabr 2020-ci il tarixdə poçt vasitəsilə ona çatdırılmışdır. İşdə olan Siyəzən şəhəri X7 tipli X2 Komitəsinin 25 noyabr 2020-ci il tarixli, 1 nömrəli iclas protokolunun, 25 noyabr 2020-ci il tarixli, 80 nömrəli əmrindən çıxarışın surətlərindən, 26 noyabr 2020-ci il tarixli, 80 nömrəli əmrdən, eləcə də əmək kitabçasının surətindən görünür ki, 17 avqust 1992-ci il tarixdən Siyəzən şəhər İnternat məktəbinə tərbiyəçi müəllim təyin edilmiş İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən birinci əmrlə işdən azad edilsə də, ikinci əmrlə yenə həmin bəndlə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və işdən azad olma 25 noyabr və 26 noyabr 2020-ci tarixli fərqli məzmunlu və əsaslı əmrlərlə baş vermiş, habelə məhz sonuncu əmr əmək kitabçasında qeyd edilmişdir. İşdə olan 25 noyabr 2020-ci il tarixli aktın surətindən görünür ki, Siyəzən şəhəri X7 tipli gimnaziyanın tərbiyəçisi İddiaçı gimnaziyanın daxili nizam-intizam qaydalarına riayət etməməsi və pedaqoji etik qaydaları pozması ilə bağlı 16,18 və 25 noyabr 2020-ci il tarixlərində həmkarlar təşkilatının iclasları keçirilmiş, habelə iclaslarla bağlı ona xəbərdarlıq edilmiş, iclasın təşkili və gündəliyində duran məsələnin tərbiyəçi İddiaçı gimnaziya daxilində qeyri-etik davranışı barədə olduğu üçün onun iclasa gəlməməsi səbəbinin məsuliyyətdən yayınmaq niyyətinin olması kimi qiymətləndirilmişdir. İşdə olan 10 noyabr 2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.22-ci bəndinə əsasən təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarını müəyyən etmək təhsil sahəsində dövlətin vəzifələrindəndir. “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2010-cu il tarixli, 215 nömrəli qərarına əsasən bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin 1 (bir) stavka dərs yükü – 18 saat (bu zaman həftəlik dərs yükü 2 (iki) stavkanı aşmamalıdır), idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik 1 (bir) stavka dərs yükü - 12 saat (bu zaman həftəlik dərs yükü 3 (üç) stavkanı aşmamalıdır) müəyyən edilmişdir. Ümumtəhsil məktəblərində, internatlarda, lisey, gimnaziyalar və peşə məktəblərində tərbiyəçi-müəllimlərin həftəlik iş vaxtı - 24 saat müəyyən edilmişdir. İşin faktiki halları və təqdim olunmuş sübutlarla məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh 02 oktyabr 2019-cu il tarixdən gimnaziyaya direktor səlahiyyətlərini icra etməyə başladıqdan sonra qeyd olunan tədris ili üçün İddiaçı həvalə edilmiş 41 saat dərs yükünün qanunvericiliyə zidd olduğu aşkar edildiyindən 02 mart 2020-ci il tarixdə onun dərs yükü 36 saata endirilmişdir. Azərbayca Respublikası Əmək Məcəlləsinin 93-cü maddəsinə və Azərbayca Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2010-cu il tarixli, 215 nömrəli “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” Qərarına əsasən tərbiyəçi-müəllimlərin həftəlik iş vaxtının müddəti 36 saatdan çox olmamalıdır. Bununla da, İddiaçı işədiyi dövrdə 36 saat dərs yükü təmin olduğu üçün Siyəzən şəhəri X7 tipli gimnaziyada onun əmək haqqının hesablanaraq ödənilməsində qanunvericiliyin tələblərinin gözlənilmiş, habelə aparılmış araşdırma nəticəsində bu hal bir daha təsdiqlənmişdir. Eyni zamanda, iddiaçı məhz cavabdehin direktoru tərəfindən dərs saatlarının əsassız azaldıldığını qeyd etsə də, o, bu halı təsdiq edəcək mötəbər sübut və ya sənədi məhkəməyə təqdim etməmiş, o cümlədən bu halı təsdiq edəcək hallar təsbit edilməmişdir. Digər tərəfdən iddiaçı Siyəzən şəhəri X7 tipli gimnaziyadan işdən azad oldunduğu üçün hazırkı məqamda iddia tələbinin “dərs yükünün bərpa edilməsi, maddi zərərin əvəzinin ödənilməsi” hissəsi öz mübahisə əhəmiyyətini itirmiş, o cümlədən tələbin bu hissəsi “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” hissəsi ilə birbaşa bağlı olmaqla, gələcək münasibətləri özündə ehtiva etdiyindən sözügedən tələb iddiaçı işə bərpa olunduqdan sonra tərəflər arasında icra mərhələsində həll oluna bilər. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MM-nin 5.3-cü mddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bundan əlavə, iddiaçı dərs yükünün bərpa edilməsi ilə yanaşı bununla əlaqədar cavabdeh tərəfindən ona dəymiş mənəvi zərərin ödənilməsini də tələb etmişdir. Məhkəmə qeyd edir ki, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya"nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə məhkəmə münasibət bildirərək qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Sübutların tədqiqi zamanı İddiaçı cavabdehin hərəkətləri nəticəsində onun hər hansı mənəvi sarsıntı, iztirablar keçirməsi halları barədə sübut təqdim etməmiş, habelə iddia tələbində mənəvi zərərlə əlaqədar göstərilən hallar məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Bu səbəbdən də, iddia tələbinin “dərs yükünün bərpa edilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi əsaslı hesab edilməməli və təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Məhkəmə tərəflərin tələb və etirazında istinad etdiyi hallar üzrə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin İ hissəsinin “d” bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biri də işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etməkdir. Bu Məcəllənin 186-cı maddəsinin İ və İİ hissələrinə hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət vermək, sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək kimi intizam tənbehlərindən birini verə bilər. Göründüyü kimi, işçiyə işəgötürən tərəfindən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilməsi sonuncuya qanunvericiliklə verilən hüquqdur. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. İntizam tənbehinin verilməsi qaydaları isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsi ilə tənzimlənir. Həmin normanın İ və İİ hissələrinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, eləcə də Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin İ hissəsinə və İİ hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Sözügedən Məcəllənin 71-ci maddəsinin İİ və İİİ hissələrinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllinin 72-ci maddəsində isə hansı konrket hallarda işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması öz əksini tapmışdır. Həmin normanın “f” bəndinə əsasən iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Əmək Məcəlləsinin 80-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. İşin faktiki hallarından da göründüyü kimi Siyəzən şəhəri X7 tipli gimnaziyanın tərbiyəçisi İddiaçı gimnaziyanın daxili nizam-intizam qaydalarına riayət etməməsi və pedaqoji etik qaydaları pozması ilə bağlı 16,18 və 25 noyabr 2020-ci il tarixlərində həmkarlar təşkilatının iclasları keçirilmiş, habelə iclaslarla bağlı iddiaçının xəbərdarlıq edilməsi, iclasın təşkili və gündəliyində duran məsələnin tərbiyəçi İddiaçı gimnaziya daxilində qeyri-etik davranışı barədə olduğu üçün onun iclasa gəlməməsi səbəbinin məsuliyyətdən yayınmaq niyyətinin olması kimi qiymətləndirilməsi barədə 25 noyabr 2020ci il tarixli akt tərtib edilsə də, sonuncu iclasla bağlı iddiaçı lazımi qaydada məlumatlandırılmamış, habelə bu barədə olan bildiriş həmin iclasdan sonra, yəni 28 noyabr 2020-ci il tarixdə sonuncuya çatdırılmışdır. Yəni, müəyyən bildiriş göndərilməsi və bununla bağlı poçt qəbzlərinin əlavə edilməsi hələ həmin bildirişin ünvanına lazımi qaydada çatdırılması demək deyildir. Halbuki, fəaliyyəti və davranışı müzakirə olunan iclaslarda şəxsən iştirak etmək iddiaçının hüququ olmuş, lakin onun məlumatlandırılmaq hüququ pozulmuşdur. Çünki, Azərbaycan Təhsil İşçiləri X13 Nizamnaməsinin 6.7-ci bəndinə əsasən onun fəaliyyəti və davranışı müzakirə olunan iclaslarda şəxsən iştirak etmək üzvlərin hüquqlarındandır. Bundan əlavə, həmin nizamnamənin 5.8-ci bəndinə əsasən bütün yığıncaqlar o zaman səlahiyyətli sayılır ki, iclaslarda ittifaq üzvlərinin səlahiyyətli nümayəndələrinin üçdə iki hissəsi iştirak etsin. Yenə bu nizamnamənin 6.11-ci intizam tənbehlərinin tətbiq edilməsi barədə qərarı ilk həmkarlar ittifaqı təşkilatının ümumi yığıncağı (konfrans) qəbul edir. Ümumi yığıncaqda (konfransda) və ya seçkili orqanın iclasında iştirak edənlərin yarıdan çoxu lehinə səs verdikdə və yetərsay olduqda, qərar qəbul edilmiş hesab edilir. İşdə olan Siyəzən şəhəri X7 tipli X2 Komitəsinin 25 noyabr 2020-ci il tarixli, 1 nömrəli iclas protokolundan da göründüyü kimi həmin iclasda HİK-in 14 nəfər üzvü, 1 nəfər işəgötürənin nümayəndəsi iştirak etmiş, habelə səs vermədə 15 nəfərin iştirak etməsi baxmayaraq, qərar cəmi 5 nəfər şəxs tərəfindən imzalanmışdır. Halbuki, keçirilmiş iclasın səlahiyyətli olması üçün həmin dövrdə 54 nəfər üzvü olan HİK-in 36 nəfər üzvünün iştirak etməsi zəruri idi (komitənin tərkibi ilə bağlı müvafiq arayış iş materiallarına əlavə edilmişdir). Belə olan təqdirdə isə Siyəzən şəhəri X7 tipli X2 Komitəsinin səlahiyyəti (yetərsay) olmadığı halda, iddiaçının barəsində müvafiq qərar qəbul etmişdir. Digər tərəfdən, işəgötürən-cavabdeh iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmasının zəruriliyini əsaslandıra bilməmiş, o cümlədən belə bir sübuta malik olmamışdır. Yəni, işəgötürən-cavabdeh belə bir sərt qərar verməklə, məhrumiyyətlərə məruz qoyduğu iddiaçının işlədiyi 28 il müddətdəki nöqsansız xidmətlərini nəzərə almamış, habelə əmək qanunvericiliyində töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək kimi daha yüngül intizam tənbehləri olduğu halda, ilk dəfə qayda pozuntusuna yol vermiş iddiaçı barəsində adekvat olmayan ən ağır intizam tənbehi tətbiq etmişdir. Bundan əlavə, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən törədilmiş inzibati xəta hadisəsi nəticəsində müvafiq iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulması, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi halı müəyyən edilməmiş, o cümlədən cavabdeh tərəf bunun əksini sübut edə biləcək mötəbər sübut və ya sənədə malik olmamışdır. Bununla da, cavabdeh gimnaziyanın direktoru həmin vaxt ondan çoxsaylı şikayətlər etdiyi üçün aralarında kəskinləşmiş münasibətlər yaranmış işçi üzərində vəzifəsindən irəli gələn üstünlüyündən istifadə etmiş, habelə HİK-in vasitəsilə öz maraqlarına uyğun, müvafiq qərarın çıxarılmasına nail olmuşdur. Məhz bu məqamda isə əmək münasibəti tərəflərinin hüquq bərabərliyi, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipləri pozulmuşdur. Əmək qanunvericiliyi isə əmək münasibətlərində tərəflərin - işçi və işəgötürənin bərabər hüquq və vəzifələrə malik olduğunu, həm işçinin, həm də işəgötürənin hüquqlarının müdafiə edildiyini və tərəflərdən hər hansı birinə üstünlük verilməsinin yolverilməzliyini imperativ qaydada müəyyən edir. Bundan başqa, iddiaçının hərəkətlərində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndində nəzərdə tutulan hal (iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi) olduğu halda belə cavabdeh-işəgötürən tərəfindən iddiaçı ilə əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməklə işdən azad olunması kimi intizam tənbehinin işçi tərəfindən əmək intizamının pozulduğu aşkar edildiyi gündən, yəni 13 oktyabr 2020-ci il tarixdən 1 ay keçənədək deyil, hadisədən 1 aydan çox vaxt keçdikdən, yəni 25 noyabr 2020-ci il tarixdə verilməsi Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbləri baxımından qanun pozuntusudur. Çünki, 08 oktyabr 2020-ci il tarixdə, saat 16:30 radələrində Siyəzən şəhəri X7 Tipli Gimnaziyanın oyuncaq otağında X12 İddiaçı tərəfindən qəsdən fiziki ağrı yetirilməsi 13 oktyabr 2020-ci il tarixdə sonuncu ilə Eldar Osmanovun atası Mətləb Osmanovun bir-birindən Siyəzən RPŞ-yə etdiyi şikayət nəticəsində aşkar edilmiş, habelə bu hal iş materiallarında olan mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya intizam tənbehinin verilməsi zamanı əmək qanunvericiliyi ilə təsbit edilmiş prosedur qaydalarına və müddətlərə riayət edilibedilməməsinə hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, cavabdeh Əmək Məcəllənin 186cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini qanun pozuntusunun aşkar edildiyi gündən bir ay keçənədək tətbiq etmək hüququna malik olduğu halda, qanunun bu tələbini nəzərə almayaraq iddiaçıya əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi aşkar edildiyi gündən 1 aydan çox vaxt keçdikdən sonra intizam tənbehi verməklə, həmin Məcəllənin 187-ci maddəsində nəzərdə tutulmuş qayda və müddətlərə riayət etməməklə qanunvericiliyin tələbləri ilə yanaşı iddiaçının hüquqlarını da pozumuşdur. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən 25 və 26 noyabr 2020ci il tarixlərdə bir-birindən məzmun baxımından fərqlənən, eləcə də ləğv edilməməklə və ya dəyişdirilməməklə, qüvvədə olan əmrlərlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmiş (əmək müqaviləsinə xitam verilmiş), onun əmək kitabçasında 26 noyabr 2020-ci il tarixli əmr qeyd olunmuşdur. Bununla da, cavabdeh kargüzarlıq işinin tənzimlənməsi qaydalarını pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 81-ci maddəsinə əsasən kargüzarlıq işini tənzimləmək məqsədi ilə zəruri hallarda bağlanmış əmək müqaviləsi qüvvəyə mindikdən sonra işəgötürənin mülahizəsinə əsasən onun əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilə bilər. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır. Sözügedən Məcəllənin 82-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir. Bu Məcəllənin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair təlimatın 1, 2 və 3-cü bəndlərinə əsasən bu Təlimat dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında (bundan sonra - təşkilatlar) kargüzarlığın aparılması işini, o cümlədən sənədlərin hazırlanmasını, qeydiyyatını, hərəkətini, icrasını, uçotunu və arxivə verilməsini tənzimləyir. Yerli icra hakimiyyəti orqanlarında kargüzarlıq “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat” əsasında aparılır. Bu Təlimatın müddəaları təşkilatlarda vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına şamil edilmir. Kargüzarlıq - təşkilatın, öz vəzifələrini həyata keçirməsi ilə əlaqədar sənədləşdirmə və sənədlərlə işin təşkili üzrə fəaliyyətidir. Təşkilatlarda kargüzarlıq Azərbaycan Respublikasının dövlət dilində aparılır. Təşkilatlarda kargüzarlığın aparılması dəftərxana və ya xüsusi olaraq bu məqsəd üçün ayrılan əməkdaşlar (bundan sonra - kargüzarlıq xidməti) tərəfindən həyata keçirilir. Kargüzarlıq xidməti tərəfindən bu Təlimatın tələblərinə riayət edilməsinə nəzarəti təşkilatın rəhbərliyi həyata keçirir. Tabe təşkilatlarda kargüzarlığın aparılması qaydalarına riayət olunması üzərində nəzarətin həyata keçirilməsi vəzifəsini onların baş təşkilatları daşıyır. Bu təlimatın 62, 63 və 64-cü bəndlərinə əsasən əmr şərh və sərəncam hissələrindən ibarət olur. Şərh hissəsində əmr verilməsi üçün əsas götürülən faktlar ifadə edilir, sərəncam hissəsində isə görülməli tədbirlər sadalanır. Əmrin sərəncam hissəsi mətn dayandırılmadan “əmr edirəm” sözləri ilə başlanır. Nəzərdə tutulan fikirlər ərəb rəqəmləri ilə nömrələnən bəndlər üzrə yerləşdirilir. Hər bənd struktur bölməsinin konkret icraçısının və ya vəzifəli şəxsin adının və soyadının göstərilməsi ilə başlanır. Əmrin mətni əlaqədar struktur bölmələri ilə, lazımi hallarda isə tabelikdə olan əlaqədar təşkilatlarla razılaşdırılır. Əmrin layihəsinin son variantına ancaq əmri imzalayan və tarix qoyan təşkilat rəhbəri düzəlişlər edə bilər. Göründüyü kimi, cavabdeh iddiaçı barəsində verilmiş 26 noyabr 2020-ci il tarixli, 80 saylı əmri qəbul edərkən əmək qanunvericiliyinin tələblərinə əməl etməməklə, yuxarıda sadalanan qaydaları pozmuşdur, bu səbəbdən də həmin əmr ləğv olunmalıdır. Əmək Məcəlləsinin 300-cü maddəsinin İ hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İstinad olunan maddənin məzmunundan da görünür ki, iddia tələbindən asılı olmayaraq, əmək münasibətləri ilə bağlı məsələlərdə məhkəmə, iddiaçının hüquqlarının pozulduğunu müəyyən etdikdə, işçinin pozulmuş əmək hüquqlarını bərpa etməli, hətta tələb olmadığı halda belə məcburi iş buraxmaya görə əmək haqqını tutmaqla onu vəzifəsinə bərpa etməlidir. Eyni zamanda həmin normanın məzmunundan aydın olur ki, həmin normada nəzərdə tutulmuş tələb məhkəmənin vəzifəsi kimi müəyyən edilmiş və imperativ xarakter daşıyır. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. "Mahmudov Rusiyaya qarşı" iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin "Qavazov Bolqarıstana qarşı" 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Siyəzən şəhər X7 tipli gimnaziya tərəfindən İddiaçı barəsində verilmiş 26 noyabr 2020-ci il tarixli, 80 saylı əmr ləğv edilməklə, İddiaçı həmin gimnaziyanın tərbiyəçisi vəzifəsinə işə bərpa olunmalı və 26 noyabr 2020-ci il tarixdən etibarən məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddia ərizəsində və məhkəmə baxışında cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə qət e t d i: İddia qismən təmin edilsin. Cavabdeh Siyəzən şəhər X7 tipli gimnaziya tərəfindən İddiaçı barəsində verilmiş 26 noyabr 2020-ci il tarixli, 80 saylı əmr ləğv edilməklə, İddiaçı həmin gimnaziyanın tərbiyəçisi vəzifəsinə işə bərpa olunsun və 26 noyabr 2020-ci il tarixdən etibarən məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №2(059)-24/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-24/2022
19.01.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver