Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-248/2024 10.06.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, İddiaçı cavabdeh Siyəzən Rayon Dövlət Notariat Ofisinə qarşı “mirasın qəbulu üzrə qanunvericilikdə müəyyən olunmuş müddətin bərpa olunması və arxiv çıxarışına əsasən məhruma məxsus evə və torpaq sahəsinə vərəsəliyinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Siyəzən Rayon Dövlət Notariat Ofisinə qarşı “mirasın qəbulu üzrə qanunvericilikdə müəyyən olunmuş müddətin bərpa olunması və arxiv çıxarışına əsasən məhruma məxsus evə və torpaq sahəsinə vərəsəliyinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mirasın qəbulu üzrə qanunvericilikdə müəyyən olunmuş müddətin bərpa olunması, eləcə də Siyəzən Rayon Dövlət Arxivinin 30 dekabr 2023-cü il tarixli, 3-48-40/RA/2-B-1xx-xx/2023 saylı arxiv çıxarışına əsasən məhrum atası X1 Beşdam kəndindəki 0,01 ha evinə və 0,24 ha torpaq sahəsinə vərəsəliyinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclası 10 iyun 2024-cü il tarixə, saat 12:00-a təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, bəzi sənədləşmə işləri ilə əlaqədar iddia ərizəsinin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etdi. Cavabdeh Siyəzən Rayon Dövlət Notariat Ofisi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2, X7, X6, X3, X4, X8 və X5 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasında iştirak etməmiş, etməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə iclasın cavabdehin və sözügedən üçüncü şəxslərin (onların nümayəndələrinin) iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən, cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Siyəzən Rayon Dövlət Notariat Ofisinə qarşı “mirasın qəbulu üzrə qanunvericilikdə müəyyən olunmuş müddətin bərpa olunması və arxiv çıxarışına əsasən məhruma məxsus evə və torpaq sahəsinə vərəsəliyinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-248/2024
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-248/2024
10.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver