Məhkəmə qərarları › İş №2(059)-259/2020

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-259/2020

16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-259/2020 16.06.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu İddiaçı cavabdeh "xxxxxxxxxxx" QSC-yə qarşı "zaminlik müqaviləsinə xitam verilməsi" tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı cavabdeh "xxxxxxxxxxx" QSC-yə qarşı "zaminlik müqaviləsinə xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən də göründüyü kimi cavabdeh QSC-nin hüquqi ünvanı ünvan 1 məhəllə 1033 ünvanında yerləşir. Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Göründüyü kimi həmin norma imperativ xarakter daşımaqla iddia ərizəsinin cavabdehin ünvanının olduğu yerin məhkəməsinə verilmə qaydasını müəyyən edir. Həmçinin, qeyd edirəm ki, iddiaçı iddia ərizəsində cavabdeh QSC-nin ünvanını Bakı şəhəri, Yasamal rayonunun inzibati ərazisi kimi göstərməsinə baxmayaraq, iş materiallarına QSC-nin həqiqətən də qeyd edilən ünvanda olması barədə hər hansı bir mötəbər sübut və ya sənəd əlavə edilməmiş, əksinə Azərbaycan Respublikası Vergilər Nazirliyinin İnternet Vergi İdarəsinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatında QSC -nin hüquqi ünvanının ünvan 1 məhəllə 1033 kimi qeydə alındığı göstərilmişdir ki, bu da hazırkı tələbə Siyəzən Rayon Məhkəməsində baxılmasını istisna edir. Beləliklə, məhkəməyə ünvanlanmış iddia ərizəsindən görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə aidiyyəti üzrə cavabdehin ünvanının olduğu yer üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməli olduğu halda, Azərbaycan Respublikasının MPM-nin tələblərinə əməl etməyərək Siyəzən Rayon Məhkəməsinə müraciət etmişdir. Həmçinin, iddiaçının nəzərinə çatdırılır ki, hazırkı iddianın iddiaçının yaşayış yeri üzrə verilməsi üçün Azərbaycan Respublikası MPM-nin 36-cı maddəsində nəzərdə tutulumuş əsaslardan hər hansı biri mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Odur ki, yuxarıda göstərilənlərə əsasən iddia ərizəsinin icraata qəbul olunaraq baxılması mümkün deyildir. İddiaçıya izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı cavabdeh "xxxxxxxxxxx" QSC-yə qarşı "zaminlik müqaviləsinə xitam verilməsi" tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar