Məhkəmə qərarları › İş №2(059)-285/2022

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-285/2022

16.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-285/2022 16.11.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı1, Cavabdeh, üçüncü şəxs "xxxx" MMC-nin icraçı direktoru X3 iştirakı ilə İddiaçı1 Cavabdeh qarşı "mənzilin satışından əldə edilmiş pulun cavabdehdən alınıb ona verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "mənzilin satışından əldə edilmiş pulun cavabdehdən alınıb ona verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Siyəzən şəhərinin Tofiq İsmayılov küçəsindəki 17 saylı korpusun (evin) 6-ci mənzilinin satışından cavabdehin əldə etdiyi 20300 manatın alınıb, onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, Siyəzən Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(059)- 285/2022 saylı qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "mənzilin satışından əldə edilmiş pulun cavabdehdən alınıb onlara verilməsi" tələbinə dair iddia ərizəsi üzrə İddiaçı2 iddiadan imtinası qəbul edilmiş və ona münasibətdə icraata xitam verilmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxxx 1989-cu il tarixdə Sumqayıt şəhərində doğulmaqla, Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 17-ci korpusun 6-cı mənzilində yaşamışdır. Bundan əlavə, atası, anası, üç bacısı və o, həmin ünvanda qeydiyyatda olmuş, orada yaşamışlar. Hazırda o və bacısı İddiaçı2 həmin ünvanda qeydiyyatdadırlar. Əvvəllər Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 17-ci korpusun 7 və 8-ci mənzilləri mərhum nənəsi X1 adına olmuş, habelə sonuncu mənzili nənəsi Firuzə dayısı X2 vermişdir. Dayısı hal-hazırda Sumqayıt şəhərində yaşayır. O, İİİ dərəcəli əlil olmaqla, müddətdən artıq hərbi qulluqçu kimi xidmətdə olmuş kiçik çavuşdur. Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə isə yararlıdır. Anası 24 noyabr 2014-cü il tarixdə vəfat etmişdir. Hazırda o, həmin mənzildə qeydiyyatdadır. Anası vəfat etdikdən sonra dayısı arvadı Cavabdeh ona məxsus mənzili dağıtmış, ona və anasına aid olan qab-qacağı, taxtı, bir ədəd çarpayını, içərisi qab dolu dolabı, bir ədəd şifoneri dağıtmış, elektrik xəttini kəsmişdir. Müddətdən artıq hərbi xidmətdən tərxis olub gəldikdən sonra yaşamağa yeri olmadığı üçün hərbçi dostları ilə kirayədə qalmışdır. 2017-ci ildə rəsmi olaraq polisə müraciət etmiş, ondan izahat alınsa da, heç bir tədbir görülməmişdir. 2-ci dəfə DİN-in “102” xidmətinə 2021-ci ilin noyabr ayında müraciət etmişdir. Dayısı arvadı Cavabdeh isə "xxxx" Tikinti Şirkətinin direktoru X3 yanına gedib, onunla heç bir probleminin olmadığını bildirmiş, həmçinin onun adına olan mənzili də öz adına keçirərək Siyəzəndə tikilən yeni 5 mərtəbəli binada 3 otaqlı mənzil almış, o, isə kənarda qalmışlar. Şirkətin rəhbərliyinə müraciət etdikdə ona dayısı arvadına mənzildən imtina etməsini təklif etməsi bildirilmiş, o, isə bu 3 otaqlı mənzilin ona aid olduğunu qeyd etmişdir. Həmin bir otaqlı mənzilin qiyməti 17000 manat, ona məxsus əmlaka dəymiş zərər isə 3300 manat, ümumilikdə 20300 manat təşkil edir. O, özü xəstəliyi ilə əlaqədar Bakıda qalmaqla, tez-tez müalicə və müayinələrdə olur. Beləliklə, o, 3 hərbçi yoldaşı ilə bir evdə qalmağa məcbur olmuşdur. Bundan əlavə, cavabdeh ona bu mənzildə heç bir hüququnun olmadığını bildirsə də, onun doğulduğu vaxtdan yaşadığı bu mənzildən istifadə hüquqları mövcuddur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, onun qeydiyyatda olduğu ev sökülmüş, dağılmış, bu evin əvəzinə Cavabdeh yeni ev almasından məlumatı olmamışdır. Hazırda bir otağa görə kompensasiya tələb etməkdə məqsədi Sumqayıtda bir otaqlı xidməti ev almaq niyyətinin olmasıdır. Cavabdeh onun ayrıca otağının çıxışını bağlayıb, yararsız hala salmış, otağın bir hissəsini öz otaqlarına qatmışdır. Bundan əlavə, Cavabdeh otağı yararsız hala saldığı üçün oradan istifadə etmək mümkün olmamışdır. 15 oktyabr 2021-ci il tarixdə sinif yoldaşı zəng edib, ev alması münasibətilə onu təbrik etdikdə, o, məsələdən məlumatlı olmadığını bildirmiş, habelə Cavabdeh zəng edərək, sonuncudan ev istəsə də, cavabdeh uşağı ilə birgə özünü kanala atacağını qeyd etmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının tələb etdiyi pulu verməyə imkanı da yoxdur. Neçə il olar, əvvəlki mənzildə xəstə uşağını tək böyütmüşdür. Hazırda yeni verilmiş evdə İ dərəcə əlil, doğuşdan travmalı 26 yaşlı övladı, əri İbrahim və özü yşayır. Özü işləməmiş və əvvəllər, uzun müddət ərzində çox pis şəraiti olan, qəzalı evdə çətin vəziyyətdə yaşamışdır. İddiaçı1 ailə üzvləri ilə birlikdə əvvəllər o evdə yaşasa da, uzun müddət olar oranı tərk edib, Sumqayıt şəhərində məskunlaşmışlar. Belə ki, 2003-cü ildə gedərkən İddiaçı1 mərhum anası evdə olan bütün avadanlıqları da özü ilə aparmışdır. Eyni zamanda, mərhum qayınanasının yaşadığı evin dam örtüyü bərbad vəziyyətdə olduğu üçün digər İddiaçı2 onu təmir etməyi təklif etsə də, sonuncu buna ehtiyacın olmamasını bildirmişdir. 2003-cü ildən etibarən bütün kommunal xərcləri özü ödəsə də, qəbzləri saxlamamışdır. Bundan əlavə, qəzalı vəziyyətdə olan köhnə ev əvvəlcə iki otaqlı olmuş, sonradan bir otaq əlavə tikilmişdir. İddiaçı1 yaşadığı bir otaqdan 2003-cü ildən sonra o, istifadə etməmiş, həmin otaqda heç kim yaşamamışdır. Mərhum qaynanası özü həmin otağa göy rəngli taxta qapı qoymuş, sözügedən otağa heç bir müdaxilə etməmiş, otaqdakı əşyaların hamısını Vaqifin anası özü ilə aparmışdır. Evlə əlaqədar prosedurlar başlananda 2021-ci ildə İddiaçı2 (Astanovaya) zəng edib, bu barədə sonuncuya məlumat vermişdir. Beləliklə, iddiaçının hazırkı iddiasının heç bir əsası olmadığından iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" MMC-nin icraçı direktoru X5 iddia tələbinə münasibətdə izahatında göstərdi ki, 2019-cu ilin may ayından Siyəzən Rayon Mənzil İstismar Sahəsi məsləhətləşib, sözügedən evin yerləşdiyi binada faktiki olaraq yaşayan sakinlərlə razılaşmışlar. İddiaçı1 isə şəxsən 2022-ci ilin yay aylarında onun yanına gəlmişdir. Eyni zamanda, başqa ünvanlarda yaşayan sakinlərin axtarıb tapılması tikinti şirkətinin borcu deyildir. Belə ki, Siyəzən Rayon Mənzil İstismar Sahəsindən faktiki yaşamayan şəxslərin qeydiyyatlarının məhkəmə qaydasında ləğv ediləcəyi barədə onlara məlumat belə verilmişdir. Bundan başqa, İddiaçı1 onun yanına artıq Cavabdeh mənzil verildiyi, həmçinin sonuncunun yenicə orada yaşadığı vaxt gəlmiş, habelə ev tələb edəcəyini bildirdikdə, o, sakinlərin heç də hamısını mənzillə təmin edə bilmədiyini, Cavabdeh isə yeni mənzilin müvəqqəti yaşamaq üçün verildiyini qeyd etmişdir. Üç otaqlı mənzilin əvəzinə yeni binada Mənzil Məcəlləsinə uyğun olaraq sahəsi bir qədər çox olan 3 otaqlı mənzil verilmişdir. Mənzillər sakinlərə adambaşına deyil, mənzillərin sahəsinə müvafiq olaraq təqdim edilmişdir. O, mənzil istismar sahəsinə orada qeydiyyatda olan bütün sakinlərin razılığının alınmasının zəruri olmasını bildirsə də, oradan bu məsələni məhkəmə qaydasında özlərinin həll edəcəkləri qeyd olunmuşdur. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Siyəzən rayon dövlət notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin ofis səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Siyəzən rayon dövlət notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(059)-213/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı1 və Hüseynova (Astanova) Aynurə Mehti qızının Siyəzən şəhərinin T. İsmayılov küçəsindəki 17 saylı korpusun 5-ci mənzilinə olan istifadə hüquqları itirilmişdir. İşdə olan “X4” MMC-nin 29 avqust 2022-ci il tarixli, 122 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatından görünür ki, aparılan təhlil və hesablamalar nəticəsində Siyəzən şəhəri, Azad Əfəndizadə küçəsindəki 44 saylı evin ümumi sahəsi 80 kv. metrdən ibarət 3 otaqlı 4-cü mənzilinin qiymətləndirmə tarixinə olan bazar dəyəri 39400 manat, o cümlədən 1 kv.m sahənin orta qiyməti 493 manat müəyyən edilmişdir. İşdə olan “X4” MMC-nin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə qiymətləndirmə ekspertizası tədqiqatının dəyəri 300 (üç yüz) manat təşkil edir. İşdə olan 24 sentyabr 2020-ci il tarixli qəbzlərdən görünür ki, iddia tələbi üzrə 151 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçı tərəfin üzərinə düşür. Çünki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bu mənada, tərəflərin izahatı, işin faktiki halları, o cümlədən tədqiq edilmiş mötəbər sübutlarla və Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 27 aprel 2022-ci il tarixli qətnaməsi ilə məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı1 Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 17-ci korpusun 6-cı mənzilində oranı 2001-ci ildə tərk edənədək oranın keçmiş sakinləri olan valideynləri ilə birgə yaşamaqla, ümumi təsərrüfatda iştirakçı olduğundan həmin mənzildən istifadə hüquqları yaranmış olsa da, o, 2001-ci ildən oranı tərk edib, yaşamaq üçün atası Mehti Hüseynovun yanına başqa ünvana getmiş və onun bundan sonra sökülmüş mənzillə bir daha daimi əlaqəsi olmamışdır. Belə ki, İddiaçı1 11 oktyabr 2007-ci il tarixdən 29 yanvar 2016-cı il tarixə qədər olan dövr ərzində hərbi qulluqçu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətdə olması, habelə sonuncu xidmətdən tərxis oldunduqdan sonra atası Mehti Hüseynovla birlikdə Abşeron rayonunun ərazisində yaşamağa davam etməsi, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 17 fevral 2020-ci il tarixli, 16 nömrəli sərəncamı ilə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxs qismində mənzil uçotuna götürülərək, mənzil növbəliliyi siyahısına daxil edilməsi işin mübahisələndirilməyən hallarındandır. Bununla da, qeyd olunur ki, iddiaçı mübahisəli mənzili tərk edərək daimi yaşayış yerinə malik olmuşdur ki, bu da mənzil qanunvericiliyinə (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə) əsasən onun sökülmüş mənzilə atası Mehti Hüseynovun vasitəsilə yaranmış istifadə hüququnun itirilməsi əsasına çevrilmiş, habelə bu hüquq itirilmişdir. Beləliklə, cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquq və azadlıqlarına, eləcə də maraqlarına hər hansı bir formada pozulması iş materiallarında olan mövcud sübutlarla öz təsdiqini tapmır. Yəni, iddiaçı cavabdehə qarşı hazırkı iddianı qaldırmaqda hüquqi səlahiyyətə (hüquqi ixtiyara) malik olmamış və öz hərəkətlərini əsaslandıran sübuta malik deyildir. Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaldır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdikləri halları sübut edə bilmədi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı1 Cavabdeh qarşı "mənzilin satışından əldə edilmiş pulun cavabdehdən alınıb ona verilməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 151 (bir yüz əlli bir) manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, eyni zamanda, iş üzrə aparılmış məhkəməəmtəəşünaslıq ekspertiza (müstəqil qiymətləndirici) tədqiqatının dəyərini təşkil edən 300 manat İddiaçı1 tutularaq “X4” MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sahil filialındakı hesablaşma hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı1 Cavabdeh qarşı "mənzilin satışından əldə edilmiş pulun cavabdehdən alınıb ona verilməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 151 (bir yüz əlli bir) manat dövlət rüsumu İddiaçı1 özünə aid edilsin. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza (müstəqil qiymətləndirici) tədqiqatının dəyərini təşkil edən 300 manat İddiaçı1 tutularaq “X4” MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sahil filialındakı (kod-201218, VÖEN(bank) **********, m/hAZ37NABZ********************; SWİFT AİİBAZ2X, MMC VÖEN: **********, hesab № AZ64AİİB400900C**********208) hesablaşma hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar