Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-29/2022 18.04.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, cavabdeh X1 iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı “evin özəlləşdirilməsinin etibarsız hesab edilərək, çıxarışın ləğv olunması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı “evin özəlləşdirilməsinin etibarsız hesab edilərək, çıxarışın ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Siyəzən şəhəri, Əzizbəyov küçəsindəki 7 nömrəli evin cavabdeh Güldənə Şahbazovanın adına özəlləşdirilməsinin etibarsız hesab edilməklə, sonuncunun adına həmin ev üzrə verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qərardadına əsasən hazırkı mülki iş üzrə cavabdeh X6 öldüyünə və mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verdiyinə görə onun hüquq varisi müəyyən edilənədək mülki iş üzrə icraat dayandırılmışdır. Bundan sonra, Güldənə Şahbazovanın vərəsəsi X5 tərəfindən Siyəzən Rayon Dövlət Notariat Ofisinin 21 dekabr 2021-ci il tarixli məktubu məhkəməyə təqdim edilmişdir. Güldənə Şahbazovadan miras qalmış əmlaka dair 07 iyul 2021-ci il tarixdə vərəsəlik işi açılmış, vəsiyyət üzrə vərəsəsi kimi Bəsti Mustafayeva tanındığına görə, məhkəmənin 06 yanvar 2022-ci il tarixli qərardadına əsasən mülki iş üzrə icraat təzələnmişdir. Həmçinin, 21 fevral 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında X5 Azərbaycan Respublikasının MPM-nin 58.1-ci maddəsinin tələbləri qaydasında cavabdeh X3 hüquqi varisi qismində işə cəlb edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. İşin məhkəmə baxış iclası əvvəl 28 mart 2022-ci il tarixə, saat 16:00-a, sonuncu dəfə isə 18 aprel 2022-ci il tarixə, saat 15:00-a təyin edilmişdir. Lakin, iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclaslarına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Eyni zamanda, sonuncu məhkəmə iclasında iştirak edən cavabdeh X5 iddiaçılar məhkəmədə iştirak etmədiyinə görə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Bundan əlavə, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 2 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin, qeyd olunan qurum nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, etməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə, iclasın cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.7-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmədə iştirak etmədiklərindən, işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmədiklərindən, həmçinin cavabdeh X5 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 2 saylı Ərazi İdarəsinin nümayəndəsi işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən iddia ərizəsi üzrə İddiaçı2 tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.7, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı “evin özəlləşdirilməsinin etibarsız hesab edilərək, çıxarışın ləğv olunması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı2 geri qaytarılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.7-ci maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardaddan 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-29/2022
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-29/2022
18.04.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver