Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-29/2024 08.01.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “miras əmlakı vərəsə olaraq qəbul etməklə, ona dair tam hissədə qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “miras əmlakı vərəsə olaraq qəbul etməklə, ona dair tam hissədə qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birinci növbədə vərəsəsi olduğu mərhum atası X2 mülkiyyət hüququ ilə məxsus olmuş, habelə 26 fevral 2017-ci il tarixdə miras açılan gündən faktiki olaraq sahiblik etməklə, qəbul etdiyi ünvan 1 ünvanında yerləşən miras kütləsinə daxil olan əmlakı vərəsə olaraq qəbul etməsi, həmçinin, ona həmin miras əmlaka dair tam hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclası 08 yanvar 2024-cü il tarixə, saat 16:00-a təyin edilmişdir. Buna qədər, məhkəmənin təşəbbüsü, həmçinin İddiaçı razılığı ilə X1 və X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işdə iştirak etməyə cəlb edilmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Daha sonra, İddiaçı 08 yanvar 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, işin məhkəmədən kənar qaydada həll edilməsini istədiyini qeyd etməklə, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını, habelə iddia ərizəsinin əlavə olunmuş sənədlərlə birlikdə ona qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Siyəzən rayon Dövlət Notariat Ofisi, X1 və X3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq, onlar (səlahiyyətli nümayəndələri) məhkəmə iclasına gəlməmiş, üçüncü şəxslər (səlahiyyətli nümayəndələri) gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməsələr də, iddiaçı məhkəməyə təqdim etdiyi sonuncu ərizəsində iclasın onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Eyni zamanda, Cavabdeh məlum olan axırıncı yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada bildiriş vərəqəsi göndərilmiş, lakin sonuncuya bildiriş vərəqəsini təqdim etmək mümkün olmamış və bu barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyat aparılmış məhkəmə bildirişi məhkəməyə daxil olmuşdur. Buna görə də məhkəmə, iclasın tərəflərin və üçüncü şəxslərin (onların nümayəndələrinin) iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən, cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən iddia ərizəsi üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “miras əmlakı vərəsə olaraq qəbul etməklə, ona dair tam hissədə qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası baxılmamış saxlanılsın, iddia ərizəsi, ona əlavə olunmuş sənədlər və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-29/2024
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-29/2024
08.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver