Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-315/2022 15.04.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Quba regional ərazi şöbəsinə qarşı “gözünün görmə qabiliyyətinin itməsi səbəbindən aldığı xəsarətin istehsalatda baş vermiş bədbəxt hadisə kimi tanınması, istehsalatda baş verən bədbəxt hadisənin təhqiqatının aparılması üçün məlumatın verilməsi, İZ formalı aktın tərtib edilməsi, uçota alınması, bədbəxt hadisənin təhqiqatının aparılması üçün komissiya yaradılması barədə müvafiq əmrin verilməsi və bu tədbirlərin yerinə yetirilməsi vəzifəsinin qoyulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Quba regional ərazi şöbəsinə qarşı “gözünün görmə qabiliyyətinin itməsi səbəbindən aldığı xəsarətin istehsalatda baş vermiş bədbəxt hadisə kimi tanınması, istehsalatda baş verən bədbəxt hadisənin təhqiqatının aparılması üçün məlumatın verilməsi, İZ formalı aktın tərtib edilməsi, uçota alınması, bədbəxt hadisənin təhqiqatının aparılması üçün komissiya yaradılması barədə müvafiq əmrin verilməsi və bu tədbirlərin yerinə yetirilməsi vəzifəsinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 26 sentyabr 2021-ci il tarixində, axşam təxminən saat 9:00-10:00 radələrində "Siyəzən Broyler” ASC-də işdə olarkən quş saxlama sexində iş görən zaman sağ gözünə zəhərli toyuq peyininə bulaşmış yad cismin düşməsi nəticəsində gözünün görmə qabiliyyətinin itməsi səbəbindən aldığı xəsarətin istehsalatda baş vermiş bədbəxt hadisə kimi tanınması, “İstehsalatda baş verən bədbəxt hadisənin təhqiqatının aparılması üçün məlumatın verilməsi, İZ formalı aktın tərtib edilməsi və uçota alınması öhdəliyinin cavabdeh "Siyəzən Broyler” ASC-nin üzərinə qoyulması, bədbəxt hadisənin təhqiqatının aparılması üçün komissiya yaradılması barədə müvafiq əmrin verilməsi və bu tədbirlərin yerinə yetirilməsi vəzifəsinin digər cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Quba regional ərazi şöbəsinin üzərinə qoyulması, həmçinin mediasiya prosesi ilə bağlı ödənilən 50 manat, dövlət rüsumu kimi ödənilən 50 manat olmaqla, cəmi 100 manat pulun cavabdehlərdən tutulub ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası MPM-in 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Mülki iş materialları nəzərdən keçirilərkən iddiaçının cavabdehlərə qarşı bir iddia ərizəsində bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdiyi müəyyən edilmişdir. Çünki, bədbəxt hadisə faktının müəyyən edilməsi barədə işlərə xüsusi, istehsalatda baş verən bədbəxt hadisənin təhqiqatının aparılması üçün məlumatın verilməsi, İZ formalı aktın tərtib edilməsi və uçota alınması haqqında işlərə isə iddia icraatı, bədbəxt hadisənin təhqiqatının aparılması üçün komissiya yaradılması barədə müvafiq əmrin verilməsi və bu tədbirlərin yerinə yetirilməsi vəzifəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Quba regional ərazi şöbəsinin üzərinə qoyulması isə inzibati icraat qaydasında baxılır. Belə ki, Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Bu Məcəllənin 307.2.7-ci maddəsinə əsasən məhkəmə bədbəxt hadisə faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, hazırkı iddia tələbi ilə bağlı qeyd etməyi zəruri hesab edirəm ki, iddiaçı tərəfindən cavabdehlərə qarşı irəli sürülmüş tələblər, yəni gözünün görmə qabiliyyətinin itməsi səbəbindən aldığı xəsarətin istehsalatda baş vermiş bədbəxt hadisə kimi tanınması, istehsalatda baş verən bədbəxt hadisənin təhqiqatının aparılması üçün məlumatın verilməsi, İZ formalı aktın tərtib edilməsi və uçota alınması öhdəliyinin "Siyəzən Broyler” ASC-nin üzərinə qoyulması, bədbəxt hadisənin təhqiqatının aparılması üçün komissiya yaradılması barədə müvafiq əmrin verilməsi və bu tədbirlərin yerinə yetirilməsi vəzifəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Quba regional ərazi şöbəsinin üzərinə qoyulması tələbi və həmin tələblərin əsası kimi istinad edilən hallar hər biri ayrı-ayrılıqda özlüyündə fərdi yanaşma tələb etdiyindən, eləcə də bir-birilə bağlı olmayan tələblər olduğundan həmin tələblərə ayrıca icraat qaydasında baxılması məqsədə müvafiqdir. Eyni zamanda nəzərə alınmalıdır ki, təqdim olunmuş iddia ərizəsinin İİİ hissəsi ilə əlaqədar məhkəmə aidiyyətinə diqqət yetirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələbinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi iddiaçı hazırda bədbəxt hadisənin təhqiqatının aparılması üçün komissiya yaradılması barədə müvafiq əmrin verilməsi və bu tədbirlərin yerinə yetirilməsi vəzifəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Quba regional ərazi şöbəsinin üzərinə qoyulmasını tələb etməklə, inzibati orqanın hərəkətsizliyindən müdafiəyə, o cümlədən inzibati orqanın üzərinə inzibati qaydada öhdəliyin qoyulmasına dair iddia irəli sürmüşdür. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabineti “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında 136 saylı qərarının 14.1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X1 Xidməti, onun yerli bölmələri inzibati orqanlar hesab edilmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə hesab edirəm ki, yuxarıda göstərilənlərə əsasən iddia ərizəsinin icraata qəbul olunaraq baxılması mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 268- 269-cu maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Quba regional ərazi şöbəsinə qarşı “gözünün görmə qabiliyyətinin itməsi səbəbindən aldığı xəsarətin istehsalatda baş vermiş bədbəxt hadisə kimi tanınması, istehsalatda baş verən bədbəxt hadisənin təhqiqatının aparılması üçün məlumatın verilməsi, İZ formalı aktın tərtib edilməsi, uçota alınması, bədbəxt hadisənin təhqiqatının aparılması üçün komissiya yaradılması barədə müvafiq əmrin verilməsi və bu tədbirlərin yerinə yetirilməsi vəzifəsinin qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-315/2022
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-315/2022
15.04.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver