Məhkəmə qərarları › İş №2(059)-32/2020

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-32/2020

31.08.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-32/2020 31.08.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı "İddiaçı" ASC-nin Cavabdeh qarşı "qazanxananın mühafizə zolağında tikilmiş fərdi qarajın sökülməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "İddiaçı" ASC Cavabdeh qarşı "qazanxananın mühafizə zolağında tikilmiş fərdi qarajın sökülməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında "İddiaçı" ASC X2 İstismar Sahəsinin balansında olan 53/8 saylı qazanxananın mühafizə zolağında tikilmiş fərdi qarajın sökülməsi və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun "İddiaçı" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixə saat 15:00-a təyin edilmişdir. İddiaçı "İddiaçı" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, iddiaçı ASC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini və mülki işin Azərbaycan Respublikası MPMnin 259.0.7-ci maddəsinə əsasən baxılmamış saxlanmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 259.0.7-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi göstərilən tarixlərdə məhkəməyə gəlmədiyindən, işə onların iştirakları olmadan baxılmasını məhkəmədən xahiş etmədiyindən, həmçinin Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Ərizənin baxılmamış saxlanması qaydası və nəticələrini müəyyən edən Azərbaycan Respublikası MPM-nin 260-cı maddəsinin 3-cü hissəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 29228 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə tikinti-texniki ekspertizasının tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Həmçinin, iş materiallarında olan mötəbər maliyyə sənədlərindən görünür ki, aparılmış torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 89 (səksən doqquz) manat təşkil edir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığına görə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manatın 50 %-i, yəni 50 (əlli) manatı iddiaçı "İddiaçı" ASC-dən, 50-i, yəni 50 (əlli) manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda, aparılmış torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 89 (səksən doqquz) manat məbləğində pulun 50%-i, yəni 44,50 (qırx dörd manat 50 qəpik) manatı iddiaçı "İddiaçı" ASC-dən, 50-i, yəni 44,50 (qırx dörd manat 50 qəpik) manatı isə Cavabdeh tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin "Kapital Bank" X4 1 saylı Xətai filialındakı (kod-200071, VÖEN (bank) **********, m/h- AZ37NABZ********************; SWİFT AİİBAZ2X, MMC VÖEN: **********, hesab № AZ23AİİB********************) hesablaşma hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən iddia ərizəsi üzrə iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.7, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "İddiaçı" ASC-nin Cavabdeh qarşı "qazanxananın mühafizə zolağında tikilmiş fərdi qarajın sökülməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və 30 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.7-ci maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manatın 50 %-i, yəni 50 (əlli) manatı iddiaçı "İddiaçı" ASC-dən, 50-i, yəni 50 (əlli) manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Aparılmış torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 89 (səksən doqquz) manat məbləğində pulun 50%-i, yəni 44,50 (qırx dörd manat 50 qəpik) manatı iddiaçı "İddiaçı" ASC-dən, 50-i, yəni 44,50 (qırx dörd manat 50 qəpik) manatı isə Cavabdeh tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin "Kapital Bank" X4 1 saylı Xətai filialındakı (kod-200071, VÖEN (bank) **********, m/h- AZ37NABZ********************; SWİFT AİİBAZ2X, MMC VÖEN: **********, hesab № AZ23AİİB********************) hesablaşma hesabına ödənilsin. Qərardaddan 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar