Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-325/2021 07.10.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə Ərizəçi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında doğum akt qeydinin düzgün olmamasının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, xüsusi icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında doğum akt qeydinin düzgün olmamasının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs tərəfindən tərtib olunmuş İ-ИЕ seriyalı, 762193 nömrəli 66 saylı doğum haqqında akt qeydində onun doğum tarixinin 22 avqust 1959-cu ildən 20 oktyabr 1959-cu ilə düzəliş olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, Ərizəçi ərizəsinin dəqiqləşdirilməsi barədə başqa bir ərizə ilə məhkəməyə müraciət edərək, 20 oktyabr 1959-cu il tarixdə doğulmasına baxmayaraq, onun Maraqlı şəxsndə saxlanılan doğum tarixi 22 avqust 1959-cu il tarixi kimi qeyd edilmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında doğum akt qeydinin düzgün olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Siyəzən Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 2(059)-325/2021 saylı qətnaməsi ilə ərizə təmin olunmuş və 20 oktyabr 1959-cu il tarixdə doğulmuş Ərizəçi Maraqlı şəxsndə saxlanılan, doğum tarixi 22 avqust 1959-cu il tarixi kimi qeyd edilmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında doğum akt qeydinin düzgün olmaması müəyyən edilmişdir. Bundan sonra, Maraqlı şəxs rəisi Nəzakət Fətəliyeva ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Ərizəçi adına tərtib edilmiş doğum haqqında akt qeydinin düzgün olmaması barədə qətnamə qəbul edilmişdir. Lakin, qətnamənin icra edilməsi üçün doğum akt qeydinin tərtib edildiyi tarix münasib deyildir. Yəni, akt qeydi 1959-cu ilin avqust ayında tərtib edilmişdir. Avqust ayında tərtib edilmiş akt qeydində doğum tarixinin isə oktyabr ayı kimi qeyd edilməsi mümkün deyildir. Qətnamədə aktın qeydiyyat tarixində düzəliş edilməsi barədə 03 avqust 2021-ci il tarixdə Siyəzən Rayon Məhkəməsinə çıxarılmış qətnaməyə izah verilməsi barədə məktub göndərilsə də, 13 avqust 2021-ci il tarixdə qətnamənin izah edilməsinin təmin edilməməsi barədə qərardad qəbul edilmişdir. Odur ki, ərizənin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X2 ərizəni müdafiə edərək onun məzmununa uyğun, eyni məzmunlu izahat verməklə, təmin edilməsi barədə əlavə qətnamə qəbul edilməsini xahiş etdi. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 229.2-ci maddəsinə əsasən işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-1-ci fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Bu Məcəllənin 229-cu maddəsinin İ hissəsinin İİ bəndinə əsasən iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Göründüyü kimi Siyəzən Rayon Məhkəməsi 17 iyul 2021-ci il tarixli qətnaməsi ilə 20 oktyabr 1959-cu il tarixdə doğulmuş Ərizəçi Maraqlı şəxsndə saxlanılan, doğum tarixi 22 avqust 1959-cu il tarixi kimi qeyd edilmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında doğum akt qeydinin düzgün olmamasını müəyyən etməklə, ərizəçinin verdiyi tələb üzrə qətnamə çıxararaq, tələbdən kənara çıxmamışdır. Bununla belə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsi qanunda göstərilən müstəsna hallarda hakimə iddia tələbindən kənara çıxa bilmə imkanı yaratmış, bu müstəsna hal isə Maraqlı şəxs etməli olduğu hərəkətlərin göstərilməsi zərurəti olmuşdur. Odur ki, məhkəmə qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, ərizə təmin edilməli, doğum akt qeydində Ərizəçi doğum tarixi 20 oktyabr 1959-cu il göstərilməklə, bu tarix həmin qeydin qeydə alınma tarixi kimi nəzərə alınmalı, həmçinin Ərizəçi doğum haqqında yeni şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 229, 315, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Maraqlı şəxs rəisi Nəzakət Fətəliyevanın ərizəsi təmin edilsin. Doğum akt qeydində Ərizəçi doğum tarixi 20 oktyabr 1959-cu il göstərilsin, bu tarix həmin qeydin qeydə alınma tarixi kimi nəzərə alınsın, həmçinin Ərizəçi doğum haqqında yeni şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə olunsun. Əlavə qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-325/2021
Siyəzən Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(059)-325/2021
07.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver