Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-333/2023 25.08.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən X1 oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi ilə İddiaçı cavabdeh "xxxx"ASC-yə qarşı “15 may 2019-cu il tarixdən başlayaraq halhazırkı vaxtadək iş illərinə görə ona məzuniyyət verilməsinə, əmək müqaviləsinin məzuniyyət vaxtı qurtardığı gündən ləğv edilərək işdən azad edilməsi və məcburi işburaxma müddəti üçün birdəfəlik əmək haqqı ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh "xxxx"ASC-yə qarşı “15 may 2019-cu il tarixdən başlayaraq halhazırkı vaxtadək iş illərinə görə ona məzuniyyət verilməsinə, əmək müqaviləsinin məzuniyyət vaxtı qurtardığı gündən ləğv edilərək işdən azad edilməsi və məcburi işburaxma müddəti üçün birdəfəlik əmək haqqı ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxış iclası 25 avqust 2023-cü il tarixə saat 17:25-ə təyin edilmişdir. İddiaçı 25 avqust 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə barışması ilə əlaqədar iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş (səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş) və gəlməmələrinin (nümayəndələrinin iştirakını təmin etməmə) səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini və işin baxılmamış saxlanılması məsələsinin müzakirəsini mümkün hesab etdi. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən, cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Ərizənin baxılmamış saxlanması qaydası və nəticələrini müəyyən edən Azərbaycan Respublikası MPM-nin 260-cı maddəsinin 3-cü hissəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəf dövlət rüsumu ödəməkdən azad edildiyindən, həmçinin iş mahiyyəti üzrə baxılıb həll edilmədiyindən bu hal dövlət rüsumu ilə bağlı məsələdə nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh "xxxx"ASC-yə qarşı “15 may 2019-cu il tarixdən başlayaraq halhazırkı vaxtadək iş illərinə görə ona məzuniyyət verilməsinə, əmək müqaviləsinin məzuniyyət vaxtı qurtardığı gündən ləğv edilərək işdən azad edilməsi və məcburi işburaxma müddəti üçün birdəfəlik əmək haqqı ödənilməsi” tələbinə dair iddiası baxılmamış saxlanılsın, iddia ərizəsi, ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən : Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(059)-333/2023
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-333/2023
25.08.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver