Məhkəmə qərarları › İş №2(059)-34/2020

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-34/2020

21.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-34/2020 21.09.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun vəkili X2, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, ilk iddia üzrə cavabdeh X3 iştirakları ilə, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və ilk iddia üzrə cavabdeh X4 qarşı “onun yaşayış sahəsindən istifadə hüququ müəyyən edilməklə, mənzilə köçürülməsi” tələbinə dair ilk, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “dəymiş zərərin və pulun ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “onun yaşayış sahəsindən istifadə hüququ müəyyən edilməklə, mənzilə köçürülməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İ qrup əlil oğlu X7 ilə birlikdə Cavabdeh mülkiyyətində olan Siyəzən şəhərinin T. İsmayılov küçəsindəki 47 saylı evin 9-cu mənzildə yaşayış sahəsindən istifadə hüquqlarının müəyyən edilməsi və onların həmin mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “dəymiş zərərin və pulun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Siyəzən şəhərinin T. İsmayılov küçəsindəki 47 saylı evin 9-cu mənzilinə İddiaçı tərəfindən vurulmuş ziyanın və aparılmış əşyaların dəyərini təşkil edən cəmi 13 398 manat pulun alınaraq, ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X1 ərizəsinə əsasən, X5 ilk iddia üzrə cavabdeh qismində işə cəlb edilmişdir. Azərbaycan Respublikası MPM-in 51.3-cü maddəsinə əsasən, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. İddia ərizələri icraata qəbul edilmiş və müvafiq prosessual hərəkətlər yerinə yetirilmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddiadan imtina etməsi barədə ərizə ilə müraciət edərək göstərdi ki, hazırda o, qarşı tərəflə barışmış və onlarla arasında heç bir mübahisə qalmamışdır. Bu səbəbdən də, o, ilk iddiadan imtina etməklə, iş üzrə icraata xitam verilmənin əsaslarının və nəticələrinin ona izah olunduğunu bildirərək mülki iş üzrə icraata xitam verilməsini xahiş edir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəməyə qarşılıqlı iddiadan imtina etməsi barədə ərizə ilə müraciət edərək, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə aralarında razılığa gəldiklərinə görə qarşılıqlı iddiadan imtina etməklə, iş üzrə icraata xitam verilmənin əsaslarının və nəticələrinin ona izah olunduğunu bildirərək mülki iş üzrə icraata xitam verilməsini xahiş edir. İlk iddia üzrə cavabdeh X5 da məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə icraata xitam verilmənin əsasları və nəticələrinin ona aydın olduğunu qeyd edib, mülki iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, eləcə də tərəflərin münasibətini nəzərə alaraq hesab edir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddiadan imtinaları qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, eləcə də ilk iddia üzrə cavabdeh Amalya Məlikovanın ərizələrindən görünür ki, tərəflər iş üzrə icraata xitam verilmənin əsaslarının və nəticələrinin onlara izah olunduğunu bildirərək mülki iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və ilk iddia üzrə cavabdeh X4 qarşı “onun yaşayış sahəsindən istifadə hüququ müəyyən edilməklə, mənzilə köçürülməsi” tələbinə dair ilk, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “dəymiş zərərin və pulun ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə İddiaçı və Cavabdeh ilk və qarşılıqlı iddialardan imtina etmələri qanuna zidd olmadığından və digər şəxslərin mənafeyinə toxunmadığından məhkəmə tərəfindən qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddia tələblərinin hər biri üçün ayrıayrılıqda ödənilmiş 10 (on) və 30 (otuz) manat dövlət rüsumu müvafiq olaraq İddiaçı və Cavabdeh aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. Eyni zamanda, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Beləliklə, məhkəmə belə hesab edir ki, aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manatın 50 %-i, yəni 50 (əlli) manatı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, 50 %-i, yəni 50 (əlli) manatı isə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119,122, 261, 261.0, 261.0.4, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və ilk iddia üzrə cavabdeh X4 qarşı “onun yaşayış sahəsindən istifadə hüququ müəyyən edilməklə, mənzilə köçürülməsi” tələbinə dair ilk iddiası üzrə iddiaçının iddiadan imtinası qəbul edilsin, iş üzrə icraata xitam verilsin. İlk iddia tələbi üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid edilsin. ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “dəymiş zərərin və pulun ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə iddiaçının iddiadan imtinası qəbul edilsin, iş üzrə icraata xitam verilsin. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilsin. Aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manatın 50 %-i, yəni 50 (əlli) manatı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, 50 %-i, yəni 50 (əlli) manatı isə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar