Məhkəmə qərarları › İş №2(059)-343/2021

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-343/2021

02.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-343/2021 02.08.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi ilə. Ərizəçi “alqı-satqı müqaviləsi əsasında mülkiyyət hüququnun qeydiyyata alınması faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m üə y y ə n e t d i : Ərizəçi “alqı-satqı müqaviləsi əsasında mülkiyyət hüququnun qeydiyyata alınması faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Siyəzən şəhəri, B.Bayramov küçəsində fərdi yaşayış evinin tikilməsindən ötrü Siyəzən rayon Dövlət Notariat Kontorunda bağlanmış 29 yanvar 2008-ci il tarixli müqavilə ilə X1 ərizəçiyə satdığı 0,05 ha torpaq sahəsinə sonuncunun mülkiyyət hüququnun qeydiyyata alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə iclası əvvəl 12 iyul 2021-ci il tarixə, saat 12:20-yə, sonuncu dəfə isə 02 avqust 2021-ci il tarixə, saat 17:00-a təyin edilmişdir. Ərizəçiyə və maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar (səlahiyyətli nümayəndələri) göstərilən tarixdə məhkəməyə gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə hesab edir ki, ərizəçi və maraqlı şəxsin nümayəndəsi göstərilən tarixdə məhkəməyə gəlmədiyindən və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmədiyindən ərizə baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi “alqı-satqı müqaviləsi əsasında mülkiyyət hüququnun qeydiyyata alınması faktının müəyyən edilməsi”nə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar