Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-358/2025 20.06.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə (maraqlı tərəf X8 X4) qarşı “istifadə edilməmiş məzuniyyət pulunun verilməsi və məcburi dövlət sosial sığorta haqlarının fərdi hesaba köçürülməsinin təmin edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı 13 oktyabr 2008-ci il tarixdə 994k nömrəli əmrlə Cavabdeh ASC-yə su və qaz təsərrüfatına çilingər işinə qəbul edilmiş, 16 mart 2018-ci il tarixdə 282 nömrəli əmrlə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı iddia edir ki, o, işlədiyi müddət ərzində əmək məzuniyyətinə çıxmadığı üçün onun məzuniyyət pulları son-haqq hesab olaraq ona verilməmiş, həmçinin 2017 və 2018-ci illər üzrə məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesaba köçürülməsi təmin edilməmişdir. Cavabdeh hüquqi şəxsin nümayəndəsi isə ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin ötürüldüyünü bildirmiş və bu əsasla iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddia tələbi İddiaçı Cavabdeh ASC-yə (maraqlı tərəf X8 X4) qarşı “istifadə edilməmiş məzuniyyət pulunun verilməsi və məcburi dövlət sosial sığorta haqlarının fərdi hesaba köçürülməsinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 oktyabr 2008-ci ildən 16 mart 2018-ci il tarixədək olan dövr üçün istifadə edilməmiş məzuniyyət pulunun Cavabdeh ASC-dən tutulub ona verilməsi və onlar tərəfindən 2017 və 2018-ci illər üçün məcburi dövlət sosial sığorta haqlarının onun fərdi hesabına köçürülməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 13 oktyabr 2008-ci il tarixdə 994k nömrəli əmrlə Cavabdeh ASC-yə su və qaz təsərrüfatına çilingər işinə qəbul edilmiş, habelə 16 mart 2018-ci il tarixdə 282 nömrəli əmrlə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. O, işlədiyi xx.xx.2008-ci il tarixdən xx.xx.2018-ci il tarixədək əmək məzuniyyətinə çıxmamış, habelə bununla bağlı dəfələrlə müraciət etsə də, əmək məzuniyyətinə buraxılmamışdır. Həmçinin, həmin təqvim günlərinə görə əsas əmək məzuniyyətinə görə pul əvəzi daxil olmaqla son haqq-hesabı ala bilməmişdir. Bununla bağlı dəfələrlə şikayət etsə də, heç bir nəticəsi olmamışdir. Belə ki, Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nə ünvanlandığı məktublara 24 avqust 2023-cü il tarixli, 3-17-5/2-İ-31772/5/2023 saylı cavab məktubunda, müraciətinin araşdırılması ilə əlaqədar Xidmətin X4 tərəfindən müəssisənin ünvanına 10 iyul 2023-cü il tarixli, 3-17-5/2- 25107/2023 nömrəli məktubla müraciət olunaraq ona aid olan sənədlərin təqdim olunması qanuna müvafiq olaraq tələb olunduğu, lakin tələb olunan sənədlərin tam təqdim edilmədiyi qeyd edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli, 1410-İVQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 01 yanvar 2024-cü il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Həmçinin Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatından şikayətində əks etdirilmiş halların araşdırılması ilə bağlı daxil olmuş 21 iyul 2023-cü il tarixli, 2-5/2-19152/2023 nömrəli məktubu nəzərə alınaraq müəssisənin rəhbərliyi tərəfindən tələb olunan sənədlərin tam təqdim olunmasının təmin edilməsi məqsədi ilə DƏMX-nin Aparatı tərəfindən 11 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə müraciət edilmiş və sənədlər tam təqdim olunduğu təqdirdə müraciətinə yenidən baxılaraq, ona cavab veriləcəyi qeyd edilmişdir. Həmçinin 29 sentyabr 2023-cü il və 04 noyabr 2024-cü il tarixli cavab məktubları ilə məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Bundan əlavə, müraciətində qeyd edilən məcburi dövlət sosial sığorta haqlarının bir hissəsinin fərdi şəxsi hesabına köçürülməməsi ilə bağlı Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nun 31 iyul 2023-cü il tarixli, 3-17-1/3-1- 70361/2023 nömrəli məktubuna əsasən bildirilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində sığortaedən Cavabdeh ASC (VÖEN: **********7) tərəfindən 2017-ci və 2018-ci il üçün təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə sığortaolunanlar haqqında hesabatlarda onun məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərimin 0,00 manat kimi qeyd olunduğu müəyyən olunmuşdur. Həmçinin altsistemdə 2017-ci və 2018-ci il üçün təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə sığortaolunanlar haqqında hesabatlarda ona aid məlumatlar aşkar edilməmişdir. Əmək mübahisələri ilə əlaqədar ünvan 2 ünvanlamış, Cavabdeh ASCnin nümayəndəsi mediasiya prosesində iştirak etməmiş, habelə MŞQ-MT-027-2024- 000194 saylı, 15 mart 2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak etməsi barədə arayış almış, həmçinin 50 manat məbləğində ilkin mediasiya sessiyasında iştirakı ilə bağlı xərc ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasına və Əmək Məcəlləsinə əsasən işəgötürən bütün işçilərin məzuniyyət hüququndan istifadə etməsinə şərait yaratmalıdır. Amma xüsusi hallarda məzuniyyət hüququndan işçinin istifadə etmə imkanı olmazsa, bu halda istifadə edilməmiş məzuniyyətə görə kompensasiya verməlidir. Məlumat üçün bildirir ki, beynəlxalq əmək və maliyyə qurumları Əmək Məcəlləsindən “istifadə edilməmiş məzuniyyətə görə kompensasiya” məfhumunun çıxarılması ilə bağlı müvafiq dövlət qurumlarına təkliflərini göndəriblər. Onların fikrincə, işəgötürən Əmək Məcəlləsindəki bu məfhumu əsas tutaraq, işçiləri məzuniyyətə göndərməyərək onların məzuniyyət hüquqlarını pozurlar. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı istifadə edilməmiş məzuniyyət pulunun verilməsi və məcburi dövlət sosial sığorta haqlarının fərdi hesaba köçürülməsinin təmin edilməsi tələbinə dair iddia ərizəsi Siyəzən Rayon Məhkəməsinin icraatındadır və iş üzrə məhkəmə hazırlıq iclası 27 may 2025-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. İddia tələbindən məlum olur ki, iddiaçı cavabdeh "xxxx" ASC-dən xx.xx.2008-ci ildən xx.xx.2018-ci tarixədək olan dövr üçün istifadə etmədiyi məzuniyyət pulu alınaraq ona ödənilməsi və 2017-ci və 2018-ci il üçün məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesaba köçürülməsinin təmin edilməsini məhkəmədən xahiş etmiş, habelə iddiaçı ərizəsini 2025-ci ilin aprel ayında təqdim etmişdir. İddiaçının mübahisələndirdiyi iddia tələbi üzrə müddət xx.xx.2008-ci ildən xx.xx.2018-ci tarixədək olan dövrü əhatə edir. Onunla cavabdeh "xxxx" ASC arasında bağlanan əmək müqaviləsinə cavabdeh ASC tərəfindən 16 mart 2018-ci il tarixdə xitam verilmişdir. İddiaçı ilə bağlanan əmək münasibətlərinə xitam verilmə tarixindən 7 (yeddi) ildən artıq müddət keçdiyindən, həmin iddia tələbinə münasibətdə iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin və Mülki Məcəlləsinin müvafiq maddələrinin tələbləri rəhbər tutularaq, iddia müddətinin tətbiq edilməsi və bu əsasla iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, 13 oktyabr 2008-ci il tarixindən 16 mart 2018-ci il tarixədək Cavabdeh ASCdə işləmiş, habelə bu müddət ərzində əmək haqqısını müvafiq sənədə imza etməklə almışdır. Eyni zamanda, işlədiyi müddət ərzində ona tapşırılmış işləri yerinə yetirməklə yanaşı, məcburi dövlət sosial sığorta haqqının ödənilib-ödənilməməsi ilə maraqlanmamış, həmçinin dövlət sosial sığorta şəhadətnaməsinin kartı işdən azad olunduqdan sonra ona təqdim edilmişdir. Bundan başqa, hazırki mübahisə ilə bağlı 2022-ci il tarixdə X8 X3 müraciət etdiyindən hesab edir ki, iddia müddətini ötürməmişdir. Bundan əlavə, Cavabdeh ASC-də heç bir yanğın hadisəsi baş verməməklə bərabər işçilərin sosial sığortası köçürülməsi üçün həmin sənədlər qəsdən yandırılmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və hazırda həmin ərizəni müdafiə edir. Belə ki, iddiaçı 16 mart 2018-ci il tarixdə Cavabdeh ASC-dən işdən çıxmış, həmin tarixdən 7 il keçdikdən sonra, hazırki tələb ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, bu hal iddiaçıya 2020- 2021-ci illərdə məlum olsa da, sonuncu məhkəməyə müraciət etməmişdir. Eyni zamanda, dövlət sosial sığorta şəhadətnaməsinin kartı işlədiyi müddət ərzində iddiaçıya təqdim edilmişdir. Bundan əlavə, 2018-ci il tarixinə aid sənədlər cəmiyyətdə baş vermiş yanğın hadisəsi zamanı məhv olduğu üçün təqdim edə bilməsələr də, qeyd edir ki, cəmiyyətdə işləmiş bütün işçilərin son haqq-hesabları ödənilmişdir. Belə ki, Cavabdeh ASC-də 2000 minə yaxın işçi işləməklə yanaşı, demək olar ki hər ay təxminən 15-20 işçi işdən azad olunur və yaxud işə qəbul edilsə də, əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət olunmur. Həmçinin, sığorta haqının ödənilməsi bağlı məsələyə münasibətdə qeyd edir ki, təqdim edilmiş sənəd sistemdən çıxarılmışdır və hesab edir ki, həmin ərəfələrdə sistem təkminləşdirilmə aparılmamışdır. Habelə, cəmiyyətdə işləyən işçilər əvvəllər əmək haqlarını müvafiq cədvələ imza etməklə alsalar da, sonradan təqdim edilmiş kart vasitəsi ilə almışlar. Bundan başqa, iddiaçının müraciəti əsasında məhkəməyə qədər apardıqları araşdırmada da, 2018-ci ilə aid sənədlər yandığı üçün Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ombudsmana və X5 təqdim edə bilməmişlər. Hazırda iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Maraqlı tərəf X8 X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin şöbə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, etməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəf X8 X1 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı izahatı alınmış maraqlı şəxs X8 Xidmətinin X1 nümayəndəsi X2 göstərmişdir ki, iddiaçı tərəfindən şöbəyə daxil olmuş şikayət ərizələri onlar tərəfindən araşdırılmış, habelə bununla bağlı "xxxx" ASC-yə verilmiş sorğuya cavab olaraq, İddiaçı həqiqətən 2008-ci ildən 2018-ci ilədək cəmiyyətdə işlədiyi və öz şəxsi istəyi ilə işdən azad olunduğu qeyd edilmiş, lakin, iddiaçının işlədiyi dövrə aid əmək və məzuniyyət haqqının hesablanması ilə bağlı mühasibatlıq və kadr məlumatları onlara təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi
83. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqqhesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.
143. Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir.
144. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. Müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər. 172-ci maddəsinin İV hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 288-ci maddəsinin “d” hissəsinə əsasən əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli bu Məcəllə ilə nizama salınır. 294-cü maddəsinin birinci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. 304-cü maddənin 2-ci hissəsinə əsasən işəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta olunmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin məcburi dövlət sosial sığorta olunması, o cümlədən onun əlavə sığorta olunub-olunmaması barədə müvafiq məlumatlar mütləq göstərilməlidir. 307-ci maddənin 3-cü hissəsinə əsasən sığorta olunmuş işçinin dövlət sosial sığorta sistemində fərdi uçotu “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir, habelə ona “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta şəhadətnaməsi (polisi) verilir.
Mülki Məcəllə
375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
Mülki Prosessual Məcəllə
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi
Məhkəmə, iş materiallarını tərəflərin izahatları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsindən görünür ki, sonuncu ASC-nə 13 oktyabr 2008-ci il tarixdə "su və qaz təsərrüfatına çilingər” vəzifəsinə işə qəbul edilmiş, onun aylıq əmək haqqı 180 manat, hər il üçün əmək məzuniyyəti 21 gün, əmək stajına görə əlavə olaraq 06 gün olmaqla 27 gün müəyyən edilmişdir. İş materiallarında olan AT-V seriyalı ******* nömrəli İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, o, 13 oktyabr 2008-ci il tarixdə Cavabdeh ASC-ə su və qaz təsərrüfatına çilingər işinə qəbul edilmiş, 16 mart 2018-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə (ərizəsinə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin İddiaçı ünvanlandığı 24 avqust 2023-cü il tarixli, 3-17-5/2-İ-31772/5/2023 saylı məktubdan müəyyən edilir ki, onun müraciətinin araşdırılması ilə əlaqədar Xidmətin X4 tərəfindən müəssisənin ünvanına 10 iyul 2023-cü il tarixli, 3-17-5/2-25107/2023 nömrəli məktubla müraciət olunaraq ona aid olan sənədlərin təqdim olunması qanuna müvafiq olaraq tələb olunmuş, lakin tələb olunan sənədlər tam (işlədiyi dövr ərzində əmək məzuniyyətindən istifadə etməsi ilə bağlı ərizələr, məzuniyyət əmrləri, məzuniyyət haqlarının ödənilməsini təsdiq edən sənədlər və son haqq-hesabın ödənilməsini təsdiq edən sənədlər) təqdim edilməmişdir. Təqdim edilmiş sənədlərə əsasən onun xx.xx.2008-ci il tarixində Cavabdeh ASC-də su və qaz təsərrüfatına çilingər peşəsi ilə işə qəbul edildiyi, xx.xx.2018-ci ildə öz xahişi ilə işdən azad olunduğu müəyyən edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli, 1410-İVQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 01 yanvar 2024-cü il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Həmçinin Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatından şikayətində əks etdirilmiş halların araşdırılması ilə bağlı daxil olmuş 21 iyul 2023-cü il tarixli, 2-5/2-19152/2023 nömrəli məktubu nəzərə alınaraq müəssisənin rəhbərliyi tərəfindən tələb olunan sənədlərin tam təqdim olunmasının təmin edilməsi məqsədi ilə DƏMX-nin Aparatı tərəfindən 11 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə müraciət edilmiş və sənədlər tam təqdim olunduğu təqdirdə müraciətinə yenidən baxılaraq, ona cavab veriləcəyi qeyd edilmişdir. Bundan əlavə, müraciətində qeyd edilən məcburi dövlət sosial sığorta haqlarının bir hissəsinin fərdi şəxsi hesabına köçürülməməsi ilə bağlı Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nun 31 iyul 2023-cü il tarixli, 3-17-1/3-1-70361/2023 nömrəli məktubuna əsasən bildirilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində sığortaedən Cavabdeh ASC (VÖEN: **********7) tərəfindən 2017-ci və 2018-ci il üçün təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə sığortaolunanlar haqqında hesabatlarda onun məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərimin 0,00 manat kimi qeyd olunduğu müəyyən olunmuşdur. Həmçinin altsistemdə 2017-ci və 2018-ci il üçün təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə sığortaolunanlar haqqında hesabatlarda ona aid məlumatlar aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin X4 tərəfindən İddiaçı ünvanlandığı 04 noyabr 2024-cü il tarixli, 3-17-5/2-İ-31772/5/2023 saylı məktubdan müəyyən edilir ki, onun müraciətinə 03 avqust 2023-cü il tarixli məktubla cavab verildiyi, müraciətdə qeyd edilən məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etmək hüququ olduğu izah edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı öz tələbində ona pul formasında son haqq-hesab olaraq məzuniyyət pulunun ödənilməməsini, həmçinin 2017 və 2018-ci illər üzrə məcburi sosial sığorta haqlarının onun fərdi şəxsi hesabına köçürülməməsini mübahisələndirmiş, dolayısı ilə pul tələb etmişdir. İşdə olan mötəbər sübutlardan müəyyən edilir ki, iddiaçı 16 mart 2018-ci il tarixdə öz ərizəsi ilə Cavabdeh ASC-də tutuduğu vəzifəsindən azad edilmişdir. Göründüyü kimi, iddiaçı iddia ərizəsi ilə məhkəməyə işdən azad edildiyi 16 mart 2018-ci il tarixdən 07 il 17 gün sonra 02 aprel 2015-ci il tarixdə müraciət edərək qanunla müəyyən edilmiş 01 illik iddia müddətini 06 il 17 gün ötürmüşdür. Bundan başqa məhkəmə onu da qeyd edir ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl bir çox digər orqanlara, həmçinin X8 Xidmətinə müraciət etdiyini göstərsə də, işin araşdırılan hallarından müəyyən edilir ki, həmin müraciətlər 2023-cü ilin iyul ayından başlayaraq edilmişdir. Göründüyü kimi hətta iddiaçının hüququnun pozulduğunun ona 2023-cü ildə məlum olduğunu qəbul etsək belə, yenə də qanunla müəyyən edilmiş bir illik iddia müddəti ötürülmüşdür. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsindən göründüyü kimi işçi əmək məzuniyyəti ilə bağlı məhkəməyə müraciət etmək üçün bir illik müddəti ötürərsə və həmin müddətin ötürülməsi onun xəstələnməsi və digər obyektiv hallarla bağlı olarsa, məhkəmə həmin müddəti bərpa edə bilər. İş materiallarında iddiaçının qanunla müəyyən edilmiş müddətin üzrlü səbəblərdən ötürülməsi barədə sübutları müəyyən edilməmiş, həmçinin bu müddətin bərpa edilməsi barədə ərizə də təqdim etməmişdir. Məhkəmə onu da qeyd edir ki, qanunla iddia müddətinin müəyyən edilməsinin məqsədi bir tərəfdən hüquq münasibətləri iştirakçılarını öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, digər tərəfdən məhkəmələrdə iddialara baxılarkən qeyrimüəyyənliyin aradan qaldırılmasına xidmət edir. İrəli sürülən hər bir iddianının təmin edilməsi onun hansı dərəcədə əsaslı olmasından, iddianın əsaslılığı isə sübutların mötəbərliyindən asılıdır. Lakin üzərindən çox vaxt ötmüş sübutların mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olduğu üçün bu işin obyektiv araşdırılmasına da birbaşa təsir edir. Ona görə də, qanun hər kəsə pozulmuş hüququnun bərpası üçün konkret müddət çərçivəsində iddia qaldırmağı tövsiyə edir. Avropa İnsan Hüquqları Məhkəməsinin "Stanyo Belçikaya qarşı” iş üzrə 7 iyul 2009cu il tarixli qərarında qeyd edilir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri- müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin "Deryus Litvaya qarşı” iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının "Baranovski və Braniovski Polşaya qarşı” işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qanunla müəyyən edilmiş bir illik iddia müddətini ötürməklə verildiyindən cavabdeh hüquqi şəxsin iddia müddətinin tətbiqinə dair ərizəsi nəzərə alınmalı və iddia rədd edilməlidir.
Məhkəmə xərcləri
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan 15 mart 2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı mediasiya şurasına müraciət edərkən 50 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci onun özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə (maraqlı tərəf X8 X4) qarşı “istifadə edilməmiş məzuniyyət pulunun verilməsi və məcburi dövlət sosial sığorta haqlarının fərdi hesaba köçürülməsinin təmin edilməsi” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş mediasiya xərci iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296, Mülki Məcəlləsinin 375-377, Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i:
İddiaçı Cavabdeh ASC-yə (maraqlı tərəf X8 X4) qarşı “istifadə edilməmiş məzuniyyət pulunun verilməsi və məcburi dövlət sosial sığorta haqlarının fərdi hesaba köçürülməsinin təmin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 50 (əlli) manat mediasiya xərci iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim: Günel Quluzadə