Məhkəmə qərarları › İş №2(059)-392/2021

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-392/2021

25.06.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-392/2021 25.06.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 NQÇİ-yə və "Azneft" İstehsalat Birliyinə qarşı "işdən azad edilməsi barədə əmr ləğv edilməklə, işə bərpa olunması və məcburi boşdayanmaya görə pul" tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh1 NQÇİ-yə və "Azneft" İstehsalat Birliyinə qarşı "işdən azad edilməsi barədə əmr ləğv edilməklə, işə bərpa olunması və məcburi boşdayanmaya görə pul" tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunmalıdır ki, Cavabdeh1 NQÇİ cavabdehlər siyahısında göstərilsə də, NQÇİ hüquqi şəxs olmamaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 28 yanvar 1994cü il tarixli, 13 saylı əmrinə əsasən Quruda Neft və X1 tərkibində yaradılmış, 08 aprel 2003-cü il tarixli, 28 saylı əmr əsasında isə "Azneft" İstehsalat Birliyinin tərkibinə verilmişdir. Bu isə qeyd olunan cavabdehin formal cəhətdən sözügedən siyahıya daxil edildiyinə dəlalət etməklə, yanaşı bunun hazırkı mübahisəyə Siyəzən Rayon Məhkəməsində baxılmasına hüquqi əsas formalaşdırmaq niyyətinin olması təəssüratını yaradır. Halbuki, Cavabdeh1 NQÇİ əsasnamə əsasında "Azneft" İstehsalat Birliyinin tərkibində olan təşkilat (nümayəndəlik) funksiyalarını həyata keçirir və hüquqi şəxs deyildir. Buna görə də mülki və mülki prosessual qanunvericiliyə əsasən nümayəndəlik funksiyasını həyata keçirdiyindən bu qurumun mülki hüquq münasibətlərində subyekt kimi, o cümlədən cavabdeh kimi iştirakı istisna edilir. İş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsi isə işə ağlabatan müddətdə baxılmasında yarana biləcək çətinliyin aradan qaldırılmasına və şəxsin pozulmuş hüquqlarının səmərəli, habelə daha tez bərpa edilməsinə şərait yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi bu fəsillə müəyyən olunur. Bu Məcəllənin 34-cü maddəsinə əsasən məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələri tərəfindən baxılır. Qeyd olunan Məcəllənin 35.2-ci maddəsinin İ cümləsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Yenə Bu Məcəllənin 45-ci maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Beləliklə, hüquqi şəxs olmayan Cavabdeh1 NQÇİ sadəcə cavabdehlər siyahısında göstərilməklə, əhəmiyyətsiz cavabdeh hesab edildiyindən yaranmış mübahisəyə baxılması məqsədi ilə mülki işin aidiyyəti üzrə baxılması üçün başqa məhkəməyə, yəni ərazi aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə verilməsini məqsədəmüvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 33, 45-ci maddələrinin tələblərini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı cavabdehlər Cavabdeh1 NQÇİ-yə və "Azneft" İstehsalat Birliyinə qarşı "işdən azad edilməsi barədə əmr ləğv edilməklə, işə bərpa olunması və məcburi boşdayanmaya görə pul" tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar