Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-397/2022 27.05.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2 qarşı "payların müəyyən edilməsi və mirasın bölüşdürülməsi" tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2 qarşı "payların müəyyən edilməsi və mirasın bölüşdürülməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 dekabr 2020-ci il tarixdə Siyəzən şəhərində ölmüş əri X1 ilə birgə nikah dövründə əldə etdikləri Xaçmaz rayonu, Nərəcan kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsindən və üzərində yerləşən yaşayış evindən ½ hissədə onun payının müəyyən edilməsi, mirasın kütləsinə daxil olan Xaçmaz rayonu, Nərəcan kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin və üzərində yerləşən yaşayış evinin ½ hissəsindən, Siyəzən şəhəri, T.İsmayılov küçəsində 19 nömrəli binanın 11-ci mənzilindən vərəsəlik paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, iş materialları nəzərdən keçirilərkən hazırkı iddia tələbi üzrə ödənilməli olan dövlət rüsumunun qiymətləndirilən iddialara uyğun olaraq ödənilməli olmasına baxmayaraq, iddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənildiyi aşkar edilmiş, habelə iddia ərizəsinə əlavə olunmuş “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” 07 yanvar 2022-ci il tarixli arayışda ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərcin iddiaçı tərəfindən tam şəkildə ödənildiyi qeyd edilsə də, bunu təsdiq edən maliyyə sənədi və ya qəbz ərizəyə əlavə olunmamışdır. Halbuki, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.6cı maddəsində fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizənin verilməsinə görə 100 manat ödənilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Bu Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə hesab edirəm ki, dövlət rüsumu müəyyən edilmiş məbləğdə ödənilmədiyinə görə iddia ərizəsinin icraata qəbul edilərək baxılması mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara a l d ı m: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2 qarşı "payların müəyyən edilməsi və mirasın bölüşdürülməsi" tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-397/2022
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-397/2022
27.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver