Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-428/2020 11.11.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 800 manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, hazırda rəsmi qaydada işləməsə də, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırır. Cavabdehla əvvəldən eyni məhəllədə yaşamışlar. 2018-ci ilin yay aylarında cavabdehlə birgə sonuncunun bacısı Yeganəni bir neçə dəfə Bakı şəhərində yerləşən “Avrasiya” klinikasına aparmış, həmin vaxtlar söhbət əsnasında oğlu Tamerlan İlyasovu əvvəllər işlədiyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Binəqədi rayon Dövlət X2 yanğınsöndürən vəzifəsinə bərpa etmək istədiyini bildirmiş, cavabdeh isə İbrahim adlı tanışının vasitəsilə bu məsələnin həllində ona kömək edəcəyini qeyd etmişdir. Cavabdeh qonşu kimi onun etibarını qazandığından ona inanmış, İbrahim adlı şəxsi isə tanımamış, sonuncunu cəmi iki dəfə görmüşdür. Bundan sonra, cavabdehin vasitəsilə ilkin olaraq 1000 manat verilməsi təklif olunmuş, oğlunun işə bərpası üçün isə İbrahim ümumilikdə 5000 manat vəsait lazım olduğunu bildirmişdir. Beləliklə, cavabdehin bildirdikləri ilə razılaşıb, 2018-ci ilin avqust ayının sonlarında o, Cavabdeh və İbrahim adlı şəxslə Bakı şəhərində yerləşən X5 yerləşən kafelərin birində görüşmüş, habelə burada İbrahimlə söhbət etmişdir. O, bu işə görə məsuliyyət daşıyacağını qeyd edərək 1000 manat pulu saydıqdan sonra Alimə vermiş, sonuncu isə pulu ondan alıb, İbrahim adlı şəxsə təqdim etmişdir. Lakin, pulu təqdim edərkən nə Cavabdeh, nə də İbrahimdən heç bir qəbz almamış, həmçinin, işin düzəlməsi üçün 15 gün vaxt müəyyən etmişdir. Cavabdehin sözünə əməl etmədiyini gördükdən təxminən 3 aydan sonra sonuncudan pulunu tələb etmiş, Cavabdeh isə ona bu puldan cəmi 200 manatını qaytarmış, qalan pulu isə hal-hazıradək verməmişdir. Bir daha qeyd edir ki, o, İbrahim İbrahimovu tanımır, ona görə də pulu şəxsən İbrahimə deyil, Cavabdeh təqdim etmiş və iş alınmayacağı təqdirdə, pulunu sonuncudan tələb edəcəyini ona əvvəlcədən bildirmişdir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ilə eyni məhəllədə yaşayır. Təxminən 2018-ci ilin yay aylarında hazırda da fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan iddiaçı ilə bir neçə dəfə xəstə bacısı Yeganəni Bakı şəhərində yerləşən “Avrasiya” klinikasına aparmışdır. Həmin vaxt söhbət əsnasında iddiaçı əvvəllər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Binəqədi rayon Dövlət X2 işləmiş oğlu Tamerlan İlyasovu yenidən yanğınsöndürən vəzifəsinə bərpa etmək istədiyini bildirmiş, o, isə iddiaçıya əvvəlcədən Bakı şəhərində yerləşən X5 işləyən əvvəldən tanıdığı İbrahim adlı şəxsin vasitəsilə köməklik göstərə biləcəyini qeyd etmişdir. Belə ki, o, əvvəllər X4 Yalama sərhəd-keçid məntəqəsinə avtobus sürücüsü çalışarkən adı çəkilən ticarət mərkəzində işləyən İbrahim İbrahimovla tanış olmuşdur. Beləliklə, İbrahim İbrahimov bu işin müqabilində çəkiləcək xərclərə görə iddiaçıdan əvvəlcə 1000 manat pul istəmişdir. İddiaçı bu pulu 2018-ci ilin avqust ayının sonlarında Bakı şəhərindəki X5 yerləşən kafelərin birində onun yanında İbrahim İbrahimova təqdim etmişdir. Sonradan iddiaçının oğlunun işə bərpa edilməsi məsələsində problemlər yarandığına görə, İddiaçı verdiyi 1000 manat pulu tələb etmiş, o, isə bu barədə İbrahim İbrahimova bildirdikdə, sonuncu təxminən 3 aydan sonra ona cəmi 200 manat pul vermişdir. Bundan sonra, o, həmin 200 manat pulu iddiaçıya vermiş, qalan 800 manat pulun qaytarılıb-qaytarılmamasından isə məlumatı olmamışdır. Hesab edir ki, iddiaçı pulunu ondan deyil, İbrahim İbrahimovdan tələb etməlidir. Belə ki, o, iddiaçıya kömək etmək üçün sonuncunu İbrahimlə tanış etmiş, iddiaçı ümuiyyətlə, ona pul verməmiş, lakin, 1000 manat pulu iddiaçı onun yanında İbrahimə vermiş və bu halı İbrahimin özü də təkzib etmir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Bakı şəhər Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısının xx xxxxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Həmçinin qərarın surətindən görünür ki, araşdırma zamanı X1 izahatında göstərmişdir ki, həqiqətən də Camaləddinin qonşusu Cavabdehla çoxdan tanışdırlar. Təxminən bir il bundan qabaq Binə TM-də üçü oturub söhbət edən zaman Camaləddin ona köməklik etməsini xahiş etmiş, o, da Camaləddinə çalışdığı qədər köməklik edəcəyinə söz vermiş, Camaləddin ona ilkin olaraq 1000 manat pul vermiş, lakin işi düzəlmədiyi üçün sonuncuya köməklik edə bilməmiş və pulunu qaytaracağını bildirmişdir. Həqiqətən qeyd olunan məbləğdən 200 manatı Camaləddinə qaytarmış və yerdə qalan pulu imkanı olduğu qədər tez bir vaxtda qaytaracaqdır. Yol-nəqliyyat hadisəsi ilə üzləşdiyi üçün Camaləddinə pulu qaytara bilməmişdir. Camaləddinə olan borcunu tez bir zamanda qaytaracaqdır. İşdə olan xx xxxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də məhz iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə iddia tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar və ya sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, tərəflərin izahatı, toplanmış, habelə tədqiq edilmiş mötəbər sübutlarla məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı cavabdehdən oğlunun işə bərpası üçün çəkmiş olduğu xərcin əvəzinin ödənilməsini tələb edir ki, bu da mülki qanunvericiliyin tələblərinə ziddir. Belə ki, hazırkı vəziyyətdə cavabdeh kimi Cavabdeh deyil, 1000 manat pulu qəbul etmiş İbrahim İbrahimov çıxış etməli olmasına baxmayaraq, iddiaçı mülki qanunvericiliyin tələblərini pozmaqla Cavabdeh hazırkı tələb üzrə cavabdeh qismində cəlb etdiyindən, o cümlədən sonuncu cavab verməli şəxs olmadığından ona münasibətdə iddia tələbinin təmin edilməsi istisna edilir. Bundan əlavə, həm İddiaçı, həm Cavabdeh, həm də İbrahim İbrahimov pulun sonuncuya çatdığını öz izahatları ilə təsdiq etmişlər ki, bu da işin mübahisələndirilməyən halıdır. Hətta, iddiaçıya məxsus pulu qəbul etmiş İbrahim İbrahimovun özü də Bakı şəhər Qaradağ RPİ-nin 10-cu PB-də ibtidai araşdırma zamanı İddiaçı həmin məbləğdə pulu aldığını, lakin işi düzəlmədiyi üçün sonuncuya köməklik edə bilmədiyini etiraf etmiş, eləcə də qeyd olunan məbləğdən 200 manatını iddiaçıya qaytardığını bildirib, qalan məbləği də imkanı olduğu qədər tez bir vaxtda qaytaracağına vəd vermişdir. Bununla da, sübutların tədqiqatı zamanı məhkəmə iclasında hazırkı Cavabdeh cavab verməli şəxs olmadığı aydınlaşmışdır. Göründüyü kimi hazırda Cavabdeh tərəfindən İddiaçı qanunla qorunan hüquqlarının və maraqlarının pozulması halı müşahidə edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-428/2020
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-428/2020
11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver