Məhkəmə qərarları › İş №2(059)-43/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-43/2021

01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-43/2021 01.11.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1, ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2, ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşı “evin alqı-satqısına görə ödənilmiş pulun və təmir xərcinin qaytarılması” tələbinə dair ilk, ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2, eləcə də, qarşılıqlı iddia üzrə iddiaçı X2 ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “evdən çıxarılmaqla, maddi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İlk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “evin alqısatqısına görə ödənilmiş pulun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən evin alqı-satqısına görə ödənilmiş 9500 manat pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin müştərək qaydada alınaraq, onlara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bundan sonra, ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 ilk iddia tələbini əvvəlki hissələrdə müdafiə etməklə, onun həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəli evin təmirinə son beş il ərzində xərclənmiş vəsaitin məbləğinin hesablanması və qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Həmçinin, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 ilk iddia tələbinin həcminin artırılması barədə daha bir ərizə ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə cavabdehlərin 5 il 7 ay 8 gün müddətində aldadıb aldıqları 9500 manat özgənin pul vəsaitindən qanunsuz olaraq 67 ay faydalanmağa görə 5834 manat təşkil edən ziyan məbləğinin ilk iddia üzrə cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2, eləcə də, qarşılıqlı iddia üzrə iddiaçı X6 ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “evdən çıxarılmaqla, maddi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Siyəzən rayonu, Yenikənd kəndində yerləşən mübahisəli evdən çıxarılması, eləcə də, dəymiş maddi zərərin hesablanaraq, İddiaçı1 və İddiaçı2 tərəfindən onlara ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən ilk iddia iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini isə qəbul etməyərək izahatında göstərdi ki, qızı Fərqanə ərindən boşandıqdan sonra onun cehiz əşyalarını yığmaq üçün yeni ev almaq qərarına gəlmiş, bu zaman Siyəzən rayonu, Yenikənd kəndində Cavabdeh1 ev satmaq niyyətində olmasını öyrənmiş, habelə evin qiymətini 12000 manata razılaşmışlar. Belə ki, bu puldan 9000 manat evin dəyərini təşkil etməklə, qalan 3000 manat pul isə evin sənədləşdirilməsi üçün ilk iddia üzrə cavabdehlərə verilməli idi. Beləliklə, 17 aprel 2015-ci il tarixdə evin dəyərindən 9000 manat pulu oğlu digər ilk iddiaçı, İddiaçı2 notarial qaydada borc müqaviləsi imzalamaqla Cavabdeh2 vermişdir. Razılaşmaya əsasən qalan 3000 manat pul 1 il müddətinə ilk iddia üzrə cavabdehlərə ödənilməli, bundan sonra, Cavabdeh1 ilə aralarında evin alqı-satqı müqaviləsi bağlanmalı idi. Bundan sonra o, qalan 3000 manat məbləğdən hissə-hissə ödənişlər etməyə başlamış, ümumilikdə 500 manat ödəniş etsə də, Cavabdeh1 evin sənədləşməsi üçün heç bir tədbir görmədiyi məlum olmuş, sonuncuya iradını bildirdikdə, o, sənədləri qaydasına salacağına söz vermişdir. 2019-cu ilin noyabr ayında Cavabdeh1 anası Rəna ilə onların evinə gələrək, ödədiyi 9500 manat puldan 5000 manat qaytara biləcəyini, əvəzində evi onlara təhvil verməsini təklif etmişdir. Onu da qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Seymur Ağayev 3000 manat ödənildikdən sonra evin sənədləşdirilməsinin beş ildən sonra mümkün olacağını bildirirdi. Beləliklə hazırda cavabdehlərin üzərlərinə götürdüyü öhdəliyi icra etməyərək, hüquqlarından sui-istifadələri nəticəsində ona və oğlu İddiaçı2 9500 manat maddi ziyan vurulmuşdur. Cavabdehlər aralarında evin alqı-satqısına görə razılaşdıqları şərtlərə əsasən üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyərək, etibarlarından suiistifadə etməklə, aldıqları 9500 manat pulu əsassız saxlayaraq onlara qaytarmırlar. Bundan başqa, son beş il ərzində mübahisə predmeti olan Siyəzən rayonu, Yenikənd kəndində yerləşən yaşayış evinin təmir-bərpa işlərinə tərəflərindən kifayət qədər xərc çəkilmişdir ki, bu məbləğ də, ilk iddia üzrə cavabdehlərdən tutularaq onlara ödənilməlidir. Eyni zamanda, ilk iddia üzrə cavabdehlər, ona qarşı irəli sürdükləri tələbin əksinə olaraq, onun 9500 manat pulunu 5 il 7 ay 8 gün əsassız saxlayaraq ondan istifadə etdiklərinə görə ona əlavə faiz ödəməlidirlər. Çünki, Azərbaycan Respublikası MM-nin 449-cu maddəsinin mənasına əsasən “özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Bank uçot dərəcəsini 2017-ci ildə 15% və 2020-ci ildə 7.0% səviyyəsində müəyyən edilməsi əsas tutulsa, onda orta uçot dərəcəsi 15/2 + 7/2 =22:2=11 % olar. Beləliklə müəyyən olunur ki, ilk iddia üzrə cavabdehlər 5 il 7 ay 8 gün müddətində onu aldadıb aldıqları 9500 manat özgənin pul vəsaitindən qanunsuz olaraq 67 ay faydalanmağa görə ona 9500 x 67 ay x 11 %/ 12 ay x 100 % = 5834 manat ziyan vurmuşlar. Odur ki, ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Digər ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, əvvəlki məhkəmə baxış iclasında iştirak etmiş digər ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 da ilk iddia iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 izahatında qeyd edilən xüsusatları bir daha təsdiq edərək, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia tələbini qəbul etməməklə, qarşılıqlı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, hazırda oğlu Seymur Ağayevlə birgə Bakı şəhərində kirayədə, bu ünvana köçənə qədər isə Siyəzən rayonu Yenikənd kəndində mübahisə predmetini təşkil edən evdə yaşamış, Bakı şəhərinə köçdükdən sonra evi satmaq qərarına gəlmişlər. Həmin vaxt qarşılıqlı iddia üzrə cavabdehlərin ev almaq istədiklərini eşidib, onlarla evin alqısatqısı üçün şifahi qaydada razılığa gəlmişlər. Belə ki, evin dəyərini cəmi 12000 manata razılaşmışlar. Bu pulun 9000 manatı əvvəlcədən nağd şəkildə verilməli, qalan 3000 manat pul isə evin sənədləşdirilməsi üçün 1 il müddətinə hissə-hissə cavabdehlər İddiaçı1 və İddiaçı2 tərəfindən ona ödənilməli idi. Beləliklə, 17 aprel 2015-ci il tarixdə evin dəyərindən 9000 manat pulu ilk iddiaçı, İddiaçı2 notarial qaydada borc müqaviləsi imzalamaqla qardaşı Cavabdeh2 vermişdir. Həmçinin, qalan 3000 manat pul isə 1 il müddətinə qarşı tərəfdən onlara ödənildikdən sonra, evin alqı-satqısı müqaviləsi bağlanmalı idi. Çünki, ev rəsmi dövlət qeydiyyatına alınmadığına görə göstərilən məbləğ evin sənədləşdirilməsi xərclərinə sərf ediləcəkdir. Lakin, cavabdehlər İddiaçı1 və İddiaçı2 qalan 3000 manatdan hissə-hissə olmaqla müxtəlif vaxtlarda ümumilikdə 500 manat ödəniş etsələr də, qalıq məbləği onlara ödəməmişlər. Beləliklə, cavabdehlər İddiaçı1 və İddiaçı2 özləri qarşılıqlı razılaşmanın şərtlərini pozaraq, 2500 manat pulu verməmişlər. Belə olan halda o, müxtəlif yerlərdən və mənbələrdən vəsait əldə edərək mübahisə predmeti olan yaşayış evinin yerləşdiyi torpaq sahəsini özəlləşdirib müvafiq çıxarışı əldə etmişdir. İlk iddiaçılar onlara verdikləri vəsaitləri geri tələb edilməsinə dair məhkəməyə müraciət etdiklərinə görə onlar da, qarşılığında öz növbəsində onların həmin evdən çıxarılmasını tələb etsələr də, sonuncular bundan imtina edirlər. Belə ki, onlar qarşı tərəfin tələbini mübahisə predmeti olan evi ancaq üçüncü şəxsə satmaq yolu ilə ödəyə bilərlər. Bundan başqa, məhkəmənin nəzərinə çatdırır ki, evi cavabdehlərə verməmişdən, yəni, 17 aprel 2015-ci il tarixdən əvvəl başqa şəxslərə kirayəyə verərək, aylıq gəlir əldə etsələr də, son beş il, yeddi ay, səkkiz gün ərzində evin qarşılıqlı iddia üzrə cavabdehlərin istifadəsində olması səbəbindən bu gəlirdən məhrum olmuşlar. Hazırda mübahisəli evin həyəti və bağı bərbad vəziyyətə salınmış, o cümlədən, tərəflərindən əkilmiş çoxsaylı ağaclar məhv edilmişdir . Odur ki, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 da ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 izahatındakı xüsusatları bir daha təsdiq edərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, əvvəlki məhkəmə baxış iclasında iştirak etmiş qarşılıqlı iddia üzrə iddiaçı X6 da ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 izahatındakı xüsusatları bir daha təsdiq edərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdəki sənədləri tədqiq edərək hesab edir ki, ilk və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, Şabran rayon notariat kontorunda 17 aprel 2015-ci il tarixdə, reyestrdə 3M/38 nömrə ilə qeyd edilmiş kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı2 Cavabdeh2 2 il müddətə qaytarmaq şərti ilə 9000 manat məbləğində borc pul vermişdir. İşdə olan yazılı sənəddən görünür ki, Cavabdeh1 İddiaçı2 05 iyun 2015-ci il tarixdə hər dəfə 150 manat olmaqla, ümumilikdə 300 manat pul almışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 01 oktyabr 2020-ci il tarixdə verilmiş çıxarışın surətindən görünür ki, Siyəzən rayonu, Yenikənd kəndində yerləşən 0,05 ha torpaq sahəsi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 75 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İşdə olan “X4” MMC-nin 14 sentyabr 2021-ci il tarixli, 443 nömrəli məhkəmə mühəndis-tikinti və əmtəəşünaslıq ekspertizasına dair mütəxəssis rəyindən görünür ki, Siyəzən rayonu, Yenikənd kəndində 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 130,9 kv.m olan fərdi yaşayış evinin son 5 il 7 ay 8 gün üçün kirayə haqqı hazırkı orta bazar qiymətlərinə uyğun olaraq 3834 manat müəyyən edilmişdir (1 ay üçün 57 manat nəzərdə tutulmuşdur). Eyni zamanda, həmin rəylə Siyəzən rayonunun Yenikənd kəndində Cavabdeh1 mülkiyyətində olan 0,05 ha torpaq sahəsinin üzərində yerləşən tikilidə son 5 il 10 ay ərzində aparılmış təmir-bərpa işlərinin dəyəri 1934,40 manat məbləğində müəyyən edilmişdir. “X4” MMC-nin 14 sentyabr 2021-ci il tarixli, 443 nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat təşkil edir. İşdə olan 08 sentyabr 2020-ci il və 27 noyabr 2020-ci tarixli qəbzlərdən görünür ki, müvafiq olaraq ilk iddia tələbi üzrə İddiaçı2, qarşılıqlı iddia tələbi üzrə isə Seymur Ağayev hər biri ayrı-ayrılıqda 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında ilk iddia tələbinin “evin alqı-satqısına görə ödənilmiş pulun” qaytarılmasına dair hissəsinə münasibətdə müəyyən edildi ki, ilk iddia iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qızı Fərqanənin boşanmasından sonra sonuncuya məxsus əşyaların yığılması üçün Siyəzən rayonu, Yenikənd kəndində Cavabdeh1 satdığı, lakin həmin vaxt reyestrdə qeydə alınmamış tikilinin qiymətini 12000 manata razılaşmış, həmin məbləğin 9000 manatı 17 aprel 2015-ci il tarixdə bağlanmış borc müqaviləsinə əsasən İddiaçı2 tərəfindən Cavabdeh2 verilmiş, habelə sənədləşmə üçün ödənilməli olan 3000 manat məbləğin 500 manatı hissə-hissə olmaqla, o cümlədən sonuncu məbləğin 300 manatı 05 iyun 2015-ci il tarixdə tikilinin sahibi Cavabdeh1 tərəfindən İddiaçı2, 200 manatı isə İddiaçı1 qəbul edilmişdir. Lakin, sonradan tikilinin rəsmiləşdirmə məsələsi ilə bağlı tərəflər arasında yaranmış fikir ayrılığı nəticəsində onlar arasında olan razılaşma pozulmuş, habelə mübahisə yaranmışdır. Eyni zamanda, 17 aprel 2015-ci il tarixli borc müqaviləsinə əsasən 9000 manat məbləğində pul 2 il müddətə qaytarmaq şərti ilə İddiaçı2 Cavabdeh2 borc kimi verilmişdir. Beləliklə, hazırda Cavabdeh2 İddiaçı2 9000 manat məbləğində, Cavabdeh1 isə İddiaçı1 və İddiaçı2 ümumilikdə 500 manat borcu vardır. İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçıların onlara aid borc məbləğlərini qaytarmaması səbəbindən ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlərin hüquqları pozulmuş və onların tələb etmə hüquqları yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri 17 aprel 2015-ci il tarixdə yarandığından Mülki Məcəllənin 740-cı maddəsinə münasibətdə hazırkı mübahisəyə borc müqaviləsi ilə bağlı həmin vaxt qüvvədə olan müddəası tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsinin 24 iyun 2016-cı il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə hesab edir ki, Cavabdeh2 İddiaçı2 9000 manat, Cavabdeh1 isə İddiaçı1 və İddiaçı2 ümumilikdə 500 manat məbləğində pulu qaytarmadığından, sonuncuların mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Bununla da, ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçıların qanunsuz sahibliyindən öz əşyalarını geri tələb etməkdə haqlıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-cı maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.2-ci maddəsinin tələbinə əsasən öhdəliyinin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və lazımi öhdəlik deyildir. Həmin Məcəllənin 529.3-cü maddəsinin tələbinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Məhkəmə hesab edir ki, ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar yazılı və şifahi borc müqavilələrini öz riskləri ilə bağladıqlarından həmin müqavilələr üzrə öhdəliklərə görə məsuliyyət daşıyırlar. Bu səbəbdən də, məhkəmə ilk iddia tələbinin yuxarıda qeyd olunmuş hissəsinə münasibətdə belə qənaətə gəlir ki, ilk iddia tələbi bu hissədə qismən əsaslı olduğundan qismən təmin edilməli, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 xeyrinə 9000 (doqquz min) manat, eləcə də ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 xeyrinə 200 (iki yüz) manat və İddiaçı2 xeyrinə isə 300 (üç yüz) manat pul tutulmalıdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bu Məcəllənin 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Həmin qərarda eyni zamanda göstərilir ki, MM-in 449.1-ci maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki qanunvericiliyinin tələblərindən də göründüyü kimi əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. İşin faktiki hallarından da göründüyü kimi ilk iddia üzrə iddiaçı tərəf ilk iddia üzrə cavabdeh tərəfə şifahi və yazılı borc müqaviləsinə əsasən 9500 manat borc pul verərkən gəlir əldə etmək niyyəti olmamış, əksinə məqsədi əmlak əldə etmək olmuşdur. Belə olan halda, ilk iddia tələbinin "5834 manat əldən çıxmış faydanın ilk iddiaçının xeyrinə tutulması" hissəsi hazırkı əsaslarla əsaslı hesab edilə və təmin edilə bilməz. Belə ki, ilk iddiaçı əldən çıxmış faydanın əldə edilməsi üçün görmüş olduğu tədbirlər barədə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda, hazırkı vəziyyətdə ilk iddia üzrə cavabdeh tərəfin borc müqaviləsi üzrə ilk iddiaçı tərəfə çatası pul vəsaitini qanunsuz saxlaması, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanması (müəyyən gəlir, artım, bəhər və s. əldə etməsi) təqdim edilmiş sübutlarla öz təsdiqini tapmır. Deməli, ilk iddia tələbi bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Bundan əlavə, məhkəmə ilk iddia tələbinin qalan, o cümlədən “təmir xərcinin qaytarılması” hissəsinə, həmçinin qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, qeyd olunan tələblər bir-birilə bağlı olmaqla, bir münasibətdən formalaşaraq inkişaf etdiyindən onları əlaqəli şəkildə araşdırıb, münasibət bildirilməsi məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəlləni 146-cı maddəsinin İ və İİ hissələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Yenə, Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinin İ və İİ hissələrinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Bu Məcəllənin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Bu Məcəllənin 84-cü maddəsinin İ və İİİ hissələrinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bu Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əvvəla, məhkəmə qarşılıqlı iddia tələbinin “ilk iddia üzrə iddiaçıların evdən çıxarılmaları” hissəsinə münasibətdə qeyd edir ki, ilk iddia üzrə iddiaçılarla ilk iddia üzrə cavabdehlər arasında Siyəzən rayonu, Yenikənd kəndində tikilinin əldə edilməsinə dair razılaşmanın mövcud olduğu dövrdə tikili dövlət reyestrində qeydə alınmasa da, sonradan yəni 01 oktyabr 2020-ci il tarixdə həmin tikilinin yerləşdiyi 0,05 ha torpaq sahəsi Cavabdeh1 adına dövlət qeydiyyatına alınmışdır. Həmçinin, Siyəzən rayonu, Yenikənd kəndindəki 0,05 ha torpaq sahəsinin üzərində yerləşən tikilinin sahibi Cavabdeh1 17 aprel 2015-ci il tarixdən ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlərə həmin tikilidə müvəqqəti yaşamağa icazə verdiyi, sonuncuların isə hazırkı vaxtda da orada yaşadığı məlum olmuşdur. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 mülkiyyətindəki torpaq sahəsindən, eləcə də onun üzərindəki tikilidən çıxmaları üçün ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlərə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, sonuncular bundan imtina etmişlər. İlk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər mübahisəli torpaq sahəsinin üzərində yerləşən tikilidə yaşasalar da, həmin torpaq sahəsinə və onun üzərində olan tikiliyə hər hansı bir formada əmlak hüquqları əldə etməmişlər. Buna baxmayaraq, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 həmin torpaq sahəsinə yuxarıda qeyd edilən normativ hüquqi aktların tələblərinə müvafiq olaraq mülkiyyət hüququ mövcuddur və onun bu hüququ mülki və torpaq qanunvericiliklərinin tələblərinə müvafiq olaraq qorunmalı və müdafiə olunmalı, o cümlədən Siyəzən rayonu Yenikənd kəndində yerləşən sonuncunun mülkiyyətində olan 0,05 ha torpaq sahəsindən, eləcə də bu torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, səkili, 3 yaşayış otağından ibarət tikilidən ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 çıxarılmalıdırlar. Bununla belə, Siyəzən rayonunun Yenikənd kəndində Cavabdeh1 mülkiyyətində olan 0,05 ha torpaq sahəsinin üzərində yerləşən tikilidə ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 tərəfindən son 5 il 10 ay ərzində təmir-bərpa işləri aparılmış, habelə müvafiq mütəxəssis rəyi əsasında bu işlərin dəyərinin 1934,40 manat məbləğində olduğu müəyyən edilmişdir. Yəni, adları çəkilən şəxslər mübahisəli tikilidən çıxarılacaqları halda, yaşayış şəraitinin normallaşdırılması üçün orada etdikləri, yaxşılaşdırma, o cümlədən yenidənqurma və təmir işlərinə görə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etməklə, əsassız varlanacaqdır. Məhz bu səbəbdən də, ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlərin mübahisəli tikilidə gördükləri təmir-bərpa işlərinə görə ödəmiş olduqları pul məbləğini ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 geri tələb etmək hüquqları yaranmışdır. Beləliklə, hazırda Cavabdeh1 İddiaçı1 və İddiaçı2 1934,40 manat borcu vardır. Bununla da, İddiaçı1 və İddiaçı2 haqqı çatandan məhrum olduqlarına görə həyata keçirdikləri ödənişin qaytarılmasını tələb etmək qərarına gəlmiş və bu məqsədlə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinin birinci cümləsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bu Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Digər tərəfdən, İddiaçı1 və İddiaçı2 Siyəzən rayonu, Yenikənd kəndində 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 130,9 kv.m olan mübahisəli fərdi yaşayış evində yaşadıqları müddət ərzində həmin torpaq sahəsinin mülkiyyətçisi ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ümid etdiyi gəlirindən məhrum olmuş, bununla da, zərərə məruz qalmışdır. Belə ki, o, mübahisəli tikilini ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlərə təhvil verərkən oranın əldə edilməsi üçün ödənilməli məbləği 12000 manat həcmində razılaşalar da, qeyd olunan məbləğin 9500 manatı ödənilmiş, 2500 manatı isə ödənilməmiş, dəfələrlə edilmiş müraciətlər isə nəticə verməmişdir. Bundan əlavə, müvafiq mütəxəssis rəyi əsasında Cavabdeh1 mülkiyyətindəki Siyəzən rayonu, Yenikənd kəndində 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 130,9 kv.m olan fərdi yaşayış evinin son 5 il 7 ay 8 gün üçün kirayə haqqı hazırkı orta bazar qiymətlərinə uyğun olaraq 3834 manat müəyyən edilmişdir (1 ay üçün 57 manat nəzərdə tutulmuşdur). Beləliklə, ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər mübahisəli tikilidən çıxarıldıqdan sonra tikilinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh1 sonuncunun həmin dövr üçün itirdiyi gəlirin əvəzi, zərər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin İ və İİ hissələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu Məcəllənin 443-cü maddəsinin İV hissəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Eyni zamanda, məhkəmə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və qarşılıqlı iddia üzrə iddiaçı X5 münasibətdə qeyd edir ki, Cavabdeh2 istisna olmaqla, Seymur Ağayev mübahisəli tikilinin satılması ilə əlaqədar şifahi razılaşma olarkən razılaşmanın iştirakçısı olmamış, o cümlədən orada tərəf kimi iştirak etməmiş, bununla belə razılaşma və ona qədər aparılmış hərəkətlər onların hər ikisinin hüquqlarını, maraqlarını bu və ya digər formada pozmamış, bunun əksi məhkəmə iclasında sübut edilməmişdir. Yəni, Cavabdeh2 razılaşmanın nəticəsi olaraq 17 aprel 2015-ci il tarixdə 9000 manat borc müqaviləsinə imza atsa da, bütün hüquqlar İddiaçı1, İddiaçı2 və mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh1 məxsus olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaldır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə belə qənaətə gəlir ki, ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər tərəfindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və qarşılıqlı iddia üzrə iddiaçı X2 hüquqları, eləcə də mənafeyi pozulmadığından onlar qarşılıqlı tələb ilə bağlı hüquqi səlahiyyətə (hüquqi ixtiyara) malik olmamış və öz hərəkətlərini əsaslandıran sübuta malik deyildirlər. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bununla da, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilk və qarşılıqlı iddia tələbləri qismən əsaslı olduğundan qismən təmin edilməli, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 xeyrinə 9000 manat, eləcə də ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 xeyrinə 200 (iki yüz) manat və İddiaçı2 xeyrinə isə 300 (üç yüz) manat, həmçinin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 xeyrinə 1934,40 manat pul tutulmalıdır. Eyni zamanda, ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və Muradov X3 rayonu Yenikənd kəndində yerləşən Cavabdeh1 mülkiyyətində olan 0,05 ha torpaq sahəsindən, eləcə də bu torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, səkili, 3 yaşayış otağından ibarət tikilidən çıxarılmaqla, onlardan müştərək qaydada ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 xeyrinə 3834 manat zərərin əvəzi tutularaq ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-nin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Həmçinin, məhkəmə qeyd edir ki, ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 xeyrinə 30 (otuz) manat dövlət rüsumu tutulmalı, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu isə qarşılıqlı iddia üzrə iddiaçı X5 aid edilməlidir. Bundan əlavə, məhkəmə məsrəfini təşkil edən məhkəmə mühəndis texniki və əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manatın 50 %-i, yəni 150 manatı ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2, qalan 50 %-i, yəni 150 manatı isə ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2, eləcə də, qarşılıqlı iddia üzrə iddiaçı X1 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesablaşma hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlk iddia qismən təmin edilsin. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 xeyrinə 9000 (doqquz min) manat, eləcə də ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 xeyrinə 200 (iki yüz) manat və İddiaçı2 xeyrinə isə 300 (üç yüz) manat pul tutulsun. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 xeyrinə 1934,40 (bir min doqquz yüz otuz dörd manat 40 qəpik) manat pul tutulsun. İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 xeyrinə 30 (otuz) manat dövlət rüsumu tutularaq ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İlk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və Muradov X3 rayonu Yenikənd kəndində yerləşən Cavabdeh1 mülkiyyətində olan 0,05 ha torpaq sahəsindən, eləcə də bu torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, səkili, 3 yaşayış otağından ibarət tikilidən çıxarılmaqla, onlardan müştərək qaydada ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 xeyrinə 3834 (üç min səkkiz yüz otuz dörd) manat zərərin əvəzi tutularaq ödənilsin. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı X5 aid edilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Hər iki tələb təmin edildiyi hissədə eyni vaxtda icra edilsin. Aparılmış məhkəmə mühəndis texniki və əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manatın 50 %-i, yəni 150 (bir yüz əlli) manatı ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2, qalan 50 %-i, yəni 150 (bir yüz əlli) manatı isə ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2, eləcə də, qarşılıqlı iddia üzrə iddiaçı X1 müştərək qaydada tutularaq "xxxx" MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sahil filialındakı (kod- 201218, VÖEN(bank) **********, m/hAZ37NABZ********************; SWİFT AİİBAZ2X, MMC VÖEN: **********, hesab № AZ64AİİB400900C**********208) hesablaşma hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar