Məhkəmə qərarları › İş №2(059)-442/2020

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-442/2020

19.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-442/2020 19.10.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi X1, Ərizəçi "hüquqi faktın müəyyən edilməsi"nə dair ərizəsini nəzərdən keçirib m ü ə y y ə n e t d i m: Ərizəçi "hüquqi faktın müəyyən edilməsi"nə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus xx xxxx 1984-cü il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasında qeyd edilən xx xxxx 1993-xx xxxxxx 2009-cu il tarixləri arasındakı dövr ərzində, onun “Siyəzənneft” NQÇİ-də traktorçu vəzifəsində deyil, qaldırıcı maşinist peşəsində işləməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə məhkəmə qaydasında baxılmalı olmadığından ərizəni qəbul etməkdən imtina olunmalıdır. Belə ki, ərizəçi müraciətini onunla əsaslandırmışdır o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında X3 İdarəsinə müraciət etmiş, lakin müvafiq güzəştli iş stajına malik olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. O, xx xxxx 1993-xx xxxxxx 2009-cu il tarixlər arasındakı dövr ərzində, “Siyəzənneft” NQÇİdə traktorçu vəzifəsində deyil, qaldırıcı maşinist peşəsində işləməsinə baxmayaraq, ona məxsus xx xxxx 1984-cü il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasında işlədiyi vəzifənin adı yanlışlıqla “traktorçu” kimi qeyd edilmişdir. Onun qaldırıcı maşinist peşəsində işləməsi faktı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş arayışla təsdiq edilir. Odur ki, qeyd edilən faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hazırki halda ərizəyə əlavə edilmiş arayışdan görünür ki, ərizəçinin məhkəmə qaydasında müəyyən olunmasını tələb etdiyi fakt qeyd edilən sənədlərlə müəyyəndir. Məhkəmə hesab edir ki, bu halda həmin faktın təkrar müəyyən olunması yolverilməzdir və məhkəmə qaydasında baxıla bilməz. Məhkəmə həmçinin qeyd edir ki, ərizəçinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina ilə bağlı müvafiq səlahiyyətli subyektə qarşı qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəmədə mübahisə qaldıra bilər. Eləcə də məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996cı il 26 dekabr tarixi 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi" Qaydalarının 3.5-ci bəndinə görə əmək kitabçasında işə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. Əsasnamənin 3.7-ci bəndinə görə əgər əmək kitabçasında səhvə yol vermiş, yaxud qeyri dəqiq yazılış aparmış hüquqi şəxs ləğv edilmişdirsə, düzəlişlər hüquqi varis tərəfindən, hüquqi varis olmadığı hallarda isə onun tabe olduğu yuxarı orqan tərəfindən aparılır. 3.10-cu bəndinə əsasən əmək kitabçası oğurlandıqda, yandıqda, itdikdə, yararsız hala salındıqda, işçi işə yenidən bərpa edildikdə qanunvericiliklə müəyyən edilən qaydada işçinin xahişi ilə ona əmək kitabçasının dublikatı verilməlidir. Yuxarıda şərh olunan qanunvericiliyin tələbinə görə məhkəmə hesab edir ki, işə qəbul olunarkən əmək kitabçasında vəzifəsi ilə bağlı yol verilmiş yanlışlığın aradan qaldırılması üçün ərizəçi bu barədə düzəlişin aparılması məqsədilə işəgötürənə müraciət etməlidir. Həmçinin, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 13-cü bəndinin İİ və İİİ yarımbəndlərinə əsasən əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim ərizənin yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. Beləliklə də, hesab edirəm ki, iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin qəbul edilməsindən ərizənin yolverilməzliyinə görə imtina edilməli və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263-264, 268-cı maddələrinə rəhbər tutaraq q ə r a r a a l d ı m: Ərizəçi "hüquqi faktın müəyyən edilməsi"nə dair ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina olunsun. Ərizəçi izah olunsun ki, o, işə qəbul olunarkən əmək kitabçasında vəzifəsi ilə bağlı yol verilmiş yanlışlığın aradan qaldırılması üçün bu barədə düzəlişin aparılması məqsədilə işəgötürənə müraciət edə bilər. Eyni zamanda Ərizəçi izah olunsun ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında X3 İdarəsinin üzərinə qoyulması ilə əlaqədar aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar