Məhkəmə qərarları › İş №2(059)-447/2023

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-447/2023

02.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-447/2023 02.08.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “tikililərin sökülüb, torpaq sahəsinin geri qaytarılmaqla, ərazinin ilkin vəziyyətə gətirilməsi və dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “tikililərin sökülüb, torpaq sahəsinin geri qaytarılmaqla, ərazinin ilkin vəziyyətə gətirilməsi və dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpağa mülkiyyət hüququna dair JN seriyalı, 200 kodlu, 30502018 nömrəli dövlət aktına əsasən Siyəzən rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 34/1 saylı qərarı və 14 noyabr 2022-ci il tarixli çıxarışı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə mülkiyyətlərinə verilmiş 3,74 ha torpaq sahəsinin 17,2m x 46,6m ölçülərində olan 0,08 ha hissəsinin Cavabdeh MMC-nin qanunsuz sahibliyindən alınaraq ümumbirgə mülkiyyətçilərin mülkiyyətinə qaytarılması, sözügedən torpaq sahələri üzərində faktiki sahibliyin bərpası, orada olan tikililərin cavabdehin hesabına sökülməklə, hüquqları pozulana qədər torpaq sahəsinin mövcud olan ilkin vəziyyətinə qaytarılması, həmçinin dəymiş 2000 manat məbləğində maddi zərərin əvəzinin, eləcə də ödənilmiş 52 manat dövlət rüsumunun cavabdehdən onların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilmiş və müvafiq prosessual hərəkətlər edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddiadan imtina etmələrinə dair ərizələrlə məhkəməyə müraciət edərək, mübahisənin məhkəmədən kənar qaydada həll edildiyini, bu səbəbdən tələb və etirazları olmamaqla, iddiadan imtina etdiklərini bildirmişlər. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş (səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş) və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, iclasın işdə iştirak edən şəxslərin, o cümlədən nümayəndələrinin iştirakları olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddiaçıların iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə müvafiq olaraq iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Bu Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiadan imtina etmələri qanuna zidd olmadığından və digər şəxslərin mənafeyinə toxunmadığından məhkəmə tərəfindən qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İcraata xitam verilmə qaydası və nəticələrini müəyyən edən Azərbaycan Respublikası MPM-nin 262-ci maddəsinin 2-ci hissəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi üçün ödənilmiş 52 (əlli iki) manat dövlət rüsumu İddiaçı2 aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261, 261.0, 261.0.4, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “tikililərin sökülüb, torpaq sahəsinin geri qaytarılmaqla, ərazinin ilkin vəziyyətə gətirilməsi və dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilsin, iş üzrə icraata xitam verilsin. İddia tələbi üçün ödənilmiş 52 (əlli iki) manat dövlət rüsumu İddiaçı2 aid edilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verə bilərlər. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar