Məhkəmə qərarları › İş №2(059)-459/2024

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-459/2024

26.08.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-459/2024 26.08.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ərizəçilər Ərizəçi və X5 iştirakları ilə ərizəçilər Ərizəçi və X5 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlara və mərhuma məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair 03 may 2006-cı il tarixli, JN seriyalı, 524A nömrəli, 30501004 kodlu şəhadətnamədə X6 əvəzinə X7, X13 əvəzinə X14 adı, soyadı, ata adı ilə düzəliş edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, ərizəçi Saadət Bayramova işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər ərizə ilə məhkəməyə müraciət edərək, onun ərizəçilər siyahısına əlavə edilməsini xahiş etmişdir. Daha sonra, ərizəçilər Ərizəçi və Saadət Bayramova ərizənin dəqiqləşdirilməsi barədə digər ərizə ilə məhkəməyə müraciət edərək, Ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 524A nömrəli, 30501004 kodlu şəhadətnamənin ümumi birgə mülkiyyət hüququ ilə mərhum X3, eləcə də ərizəçilər X12 və Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçilər tərəfindən onunla əsaslandırılmışdır ki, Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 saylı sərəncamı ilə Siyəzən şəhəri ərazisindən 0,02 ha torpaq sahəsi mərhum atası X8 mülkiyyətinə verilmiş və həmin sərəncam əsasında 03 may 2006-cı il tarixdə torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 524A nömrəli, 30501004 kodlu şəhadətnamə alınmışdır. Həmin torpaq şəhadətnaməsində mülkiyyətçi atası, mərhum X15 olmuş və sonuncu 30 mart 2006-cı il tarixdə vəfat etmişdir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə İİ sırada qeyd edilməli olan X1 adı “Narxanım” əvəzinə yanlışlıqla “Nazxanım” kimi, İV sırada qeyd edilməli olan X5 adı “Saadət” əvəzinə yanlışlıqla “Səadət” kimi qeyd edilmişdir. Bu yanlışlıqlara görə onlar sözügedən torpaq sahəsinə dair çıxarış sənədini və texniki pasport ala bilmir. Həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair çıxarış alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət zamanı onlara məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən, müdafiə etdikləri ərizəyə əlavə izahatları və dəqiqləşdirmələri olmayan ərizəçilər Ərizəçi və X16 ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. İşdə olan keçmiş Quba rayonunun Xaltan kənd soveti tərəfindən 20 dekabr 1962-ci il tarixdə verilmiş АЗ seriyalı, 240331 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 04 dekabr 1962-ci il tarixdə Quba rayonunun Rəngidar kəndində doğulmuşdur. İşdə olan Siyəzən rayonu Siyəzən şəhər soveti tərəfindən 06 mart 1963-cü il tarixdə verilmiş АЗ seriyalı, 371835 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X15, anası X7 olan Ərizəçi xx xxxxxx 1963-cü il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan keçmiş Dəvəçi rayon Siyəzən şəhər soveti tərəfindən 30 avqust 1983-cü il tarixdə verilmiş İİİ-ЖГ seriyalı, 315592 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X17 30 avqust 1983-cü il tarixdə 93 nömrəli akt qeydi ilə nikahlarını bağlamış, nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Bayramova” soyadı verilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 01 noyabr 2011-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 463075 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 27 oktyabr 2011-ci il tarixdə Siyəzən şəhərində ölmüş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 01 noyabr 2011-ci il tarixdə 152 nömrəli qeyd edilmişdir. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 524A nömrəli, 30501004 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon İcra Hakimiyyəti başçısının 21 aprel 2006-ci il tarixli, 93 saylı sərəncamı ilə Siyəzən şəhəri ərazisindən 0,02 ha həyətyanı torpaq sahəsi X8, X2, Ərizəçi, X9, X10 və X4 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 11 iyul 2024-cü il tarixli, 3-21-3-31/2-B-00xxxx/2024 nömrəli məktubdan görünür ki, ərizəçi tərəfə torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 524A nömrəli şəhadətnamənin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İşdə olan 02 may 2024-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi Ərizəçi məxsus olan bütün sənədlərdə sonuncunun soyadı, adı və ata adı düzgün olaraq qeyd edilmiş, habelə ona münasibətdə hər hansı bir yanlışlığa yol verilməmişdir. Lakin, torpağa mülkiyyət hüququna dair JN seriyalı, 524A nömrəli, 30501004 kodlu şəhadətnamədə İİ sırada qeyd edilməli olan mərhum X1 adı “Narxanım” əvəzinə yanlışlıqla “Nazxanım” kimi, İV sırada qeyd edilməli olan X11 adı “Saadat” əvəzinə yanlışlıqla “Səadət” kimi qeyd edilmiş, nəticədə bu hallar ərizəçilərin mülkiyyətlə əlaqədar yarana biləcək hüquqlarına maneə yaratmışdır. Həmin ərizəçilərin yaranmış bu halları, yəni ziddiyyətləri aradan qaldırmaları başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Əlavə olaraq, məhkəmə digər Ərizəçi münasibətdə qeyd edir ki, sonuncunun qanunla qorunan hüquq və maraqlarının pozulmasından söhbət gedə bilməz. Çünki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə məhz mərhum Narxanım Bayramovanın və ərizəçi Saadət Bayramovanın adı yanlış göstərilmiş, bununla da onların hüquqları pozulmuşdur. Halbuki, Ərizəçi münasibətdə isə torpağa dair sözügedən sənəddə hər hansı bir yanlışlıq müəyyən edilməmişdir. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, ərizənin mövcud vəziyyətdə qanunla qorunan hüquqları, eləcə də maraqları pozulmamış Ərizəçi münasibətdə təmin edilməsi istisna edilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaldır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmçinin, məhkəmə ərizənin “torpaq sənədinin İİİ sırada qeyd edilən mülkiyyətçiyə münasibətdə Ərizəçi məxsus olması faktının müəyyən edilməsi”nə dair hissəsinə qiymət verərək, qeyd edir ki, bu halın artıq şəhadətnamə ilə müəyyən edilməsi də nəzərə alınmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 524A nömrəli, 30501004 kodlu şəhadətnamənin ümumi birgə mülkiyyət hüququ ilə mərhum X3 və ərizəçi X12 məxsus olması faktı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə qismən təmin edilsin. Ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 524A nömrəli, 30501004 kodlu şəhadətnamənin ümumi birgə mülkiyyət hüququ ilə mərhum X3 və ərizəçi X12 məxsus olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar