Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-47/2020 09.09.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh Abdulhəsən oğlunun, üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə X3nin Cavabdeh Abdulhəsən oğluna qarşı “qeyri-qanuni istifadə edilən torpaq sahəsinin geri qaytarılması və yeri dəyişdirilmiş qapının əvvəlki vəziyyətə gətirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 Cavabdeh Abdulhəsən oğluna qarşı “qeyri-qanuni istifadə edilən torpaq sahəsinin geri qaytarılması və yeri dəyişdirilmiş qapının əvvəlki vəziyyətə gətirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən evinin qarşısındakı bələdiyyə mülkiyyətinə aid qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahəsinin geri qaytarılması, şəhərsalma və tikinti normalarını pozmaqla yeri dəyişdirilmiş həyətə giriş qapısının əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən həmin evin qarşısındakı bələdiyyə mülkiyyətinə aid 204,7 kv.m torpaq sahəsinin geri qaytarılması və şəhərsalma, eləcə də tikinti normalarını pozmaqla yeri dəyişdirilmiş həyətə giriş qapısının əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, xx xxxxxxx 2019-cu il tarixdə Siyəzən rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birlikdə Siyəzən şəhər, Heydər Əliyev küçəsi 122 saylı evin qarşısındakı əraziyə baxış keçirilərkən həmin evin sakini olan cavabdehin həyətyanı sahəsinə giriş üçün nəzərdə tutulan dəmir darvazanı əvvəlki yerindən çıxararaq Heydər Əliyev küçəsinə tərəf olan hasarı sökməklə orada quraşdırdığı müəyyən edilmişdir. Həmin əraziyə onlar tərəfindən baxış keçirilmiş və bu barədə müvafiq akt tərtib olunmuşdur. Qeyd edilən dəyişikliyi etmək üçün cavabdehin heç bir hüquq müəyyənedici sənədi yoxdur. Belə ki, həyətə giriş qapısı həyətyanı sahənin şimal tərəfindəki yan divarında nəzərdə tutulub və onun yerinin özbaşına dəyişdirilməsi şəhərsalma və tikinti normalarının pozuntusu hesab olunur. Bundan əlavə, cavabdehin həyətyanı sahənin 204,7 kv.m hissəsinin bələdiyyə mülkiyyətinə aid olduğu və onun tərəfindən zəbt olunaraq qanunsuz istifadə edildiyi məlum olmuşdur. Cavabdehdən bu qanunsuzluqlara son qoyulması o, cümlədən qeyriqanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahəsinin geri qaytarılması, eləcə də şəhərsalma və tikinti normalarını pozmaqla yeri dəyişdirilmiş həyətə giriş qapısının əvvəlki vəziyyətinə gətirilməsi tələb olunmuşdur. Belə ki, bu formada dəyişiklik aparılması üçün rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müvafiq razılığı olmalıdır. Lakin, cavabdeh edilən müraciətlərə əhəmiyyət verməyərək, onların tələblərini qəsdən bu günədək icra etmir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Abdulhəsən oğlu iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, 1970-ci ildə tikilməklə, əvvəllər, 2014-cü ildə vəfat etmiş atasının mülkiyyətində olmuş, daha sonra, yəni xx xxx 2014-cü il tarixdən etibarən onda olan Siyəzən şəhəri, H. Əliyev küçəsində yerləşən 122 nömrəli fərdi yaşayış evində yaşayır. Fərdi yaşayış evinin 0,05 ha həyətyanı sahəsi də 1970-ci ildən etibarən əvvəlcə atasının, sonra onun istifadəsində olmuşdur. Hazırda iddiaçı tərəfindən sökülməsi tələb olunan hasar mərhum atası Abdulhəsən Səmədov tərəfindən 1980-ci ildə inşa etdirilsə də, giriş darvazası onun tərəfindən 2019-cu ilin sentyabr ayında qoyulmuşdur. Çünki, onun həyətinə başqa istiqamətdə darvaza qoyulması mümkün deyildir. Bundan əlavə, həmin hasarın arxasında faktiki olaraq müxtəlif növdən olan ağaclar əkilmiş və oradan artıq uzun müddət olar, bu günə kimi özü və ailəsi mübahisəsiz istifadə etmişdir. Həmçinin, o, özü vergi ödəyicisidir, avtomobil idarə etməklə, ailəsini dolandırır. Başqa çıxış yolu olmadığı üçün darvazanı uzun müddətdir istifadəsində olan, habelə istifadəsinə iddiaçı tərəfindən 2019-cu ilin oktyabr ayınadək etiraz olunmayan istiqamətdə qoymağa məcbur olmuşdur. Bundan başqa, Siyəzən şəhəri, H. Əliyev küçəsində yaşayan bütün sakinlərin istifadəsində olan fərdi yaşayış evlərinin həyətyanı sahəsi 0,05 ha təşkil etsə də, onlar da əlavə sahələri tutaraq öz həyətlərinə qatmışlar. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X4 izahatında göstərdi ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı 204,7 kv.m torpaq sahəsi bələdiyyə mülkiyyəti olmaqla, cavabdeh və onun ailəsi tərəfindən zəbt edilmişdir. Bundan əlavə, həmin fərdi yaşayış evinin həyət giriş qapısının yeri qeyri-qanuni, yəni müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan dəyişdirilmiş, habelə yenidənqurma işləri aparılmışdır. Odur ki, cavabdeh ünvan 1 ünvanında yerləşən evinin qarşısındakı bələdiyyə mülkiyyətinə aid qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) 204,7 kv.m torpaq sahəsini bələdiyyəyə geri qaytarılmalı, eləcə də şəhərsalma və tikinti normalarını pozmaqla yeri dəyişdirilmiş həyətə giriş qapısı əvvəlki, ilkin vəziyyətinə gətirilməlidir. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin, eləcə də üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Ərazi İdarəsi tərəfindən xx xxx 2014-cü il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən şəhəri, H.Əliyev küçəsindəki 122 nömrəli ünvanda yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi, eləcə də onun üzərindəki fərdi yaşayış evi mülkiyyət hüququ üzrə Cavabdeh Abdulhəsən oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində **********00-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Siyəzən bələdiyyəsinin xx xxxxxxx 2019-cu il tarixli, 374 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Daşınmaz Əmlakın Reyestri Xidmətində olan baza məlumatlarına əsasən giriş qapısı həyətyanı sahənin şimal tərəfə olan yan divarında göstərilmişdir. Belə bir dəyişikliyi aparmaq üçün rayon İcra Hakimiyyətinin MTB-nin müvafiq razılığı olmalıdır. Bundan əlavə cavabdehə məxsus həyətyanı sahənin aşağı tərəfində qanunsuz olaraq istifadə etdiyi bələdiyyə mülkiyyətinə aid 200 m2 torpaq sahəsi vardır ki, bu ərazidə heç bir tikinti-quraşdırma işləri aparmağa ixtiyarı yoxdur. Lakin, qeyriiş günü olmasından istifadə edilərək yük maşınlarını hasarın bələdiyyə mülkiyyətinə aid olan hissəsinin qarşısında saxlayıb gizli şəkildə 30-40 il bundan qabaqkı həyətyanı sahənin giriş qapısını heç bir əsas olmadan əvvəlki yerindən çıxarıb bələdiyyə mülkiyyətinə aid hissədə quraşdırılmışdır. Bu ciddi qanun pozuntusudur. Odur ki, qısa müddət ərzində darvazanın əvvəlki yerinə qaytarılması tələb edilmişdir. İşdə olan Siyəzən Rayon İcra Hakimiyyətinin şəhər üzrə nümayəndəsinin, MTB-nin müdirinin, eləcə də Siyəzən bələdiyyəsinin mühəndisinin iştirakı ilə xx xxxxxxx 2019-cu il tarixdə tərtib edilmiş aktdan görünür ki, xx xxxxxxx 2019-cu il tarixdə H. Əliyev küçəsi 122 saylı evin qarşısındakı əraziyə baxış keçirilərkən həmin evin sakini Cavabdeh həyətyanı sahəsinə giriş üçün nəzərdə tutulan dəmir darvazanı əvvəlki yerindən çıxararaq H.Əliyev küçəsinə tərəf olan hasarı sökməklə onun tərəfindən orada quraşdırdığı, həmçinin, qeyd olunan dəyişikliyi etmək üçün onun heç bir hüquqi sənədinin olmadığı müəyyən edilmişdir. Belə ki, həyətə giriş qapısı həyətyanı sahənin şimal tərəfindəki yan divarından nəzərdə tutulmuş və onun yerinin özbaşına dəyişdirilməsi qanun pozuntusu hesab olunmuşdur. Bundan əlavə həyətyanı sahənin 200 m2-ə yaxın hissəsi bələdiyyə mülkiyyətinə aid olduğu və cavabdeh tərəfindən zəbt olunaraq qanunsuz istifadə edildiyi aşkar edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı X8 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş **********24 nömrəli məktuba əlavə edilmiş rəydən görünür ki, göstərilən torpaq sahəsinə dair Ləğv edilmiş keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Kod 30501004, JN-1222 F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmışdır. Həmin şəhadətnamə əsasında 0,05 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydiyyata alınmışdır. Mülkiyyət hüququnun qeydiyyata alınma prosesində əraziyə baxış keçirilən zaman cavabdehin ümumi istifadəsində 0,07047 ha torpaq sahəsinin olduğu müəyyən olunmuşdur. Bunun 0,05 ha hissəsi vətəndaşın mülkiyyətində 0,02047 ha istifadəsində olmuşdur. Fərdi yaşayış evinə dair texniki pasportda bununla bağlı məlumat öz əksini tapmışdır. xx xxxxxx 2019-cu il tarixində əraziyə təşkil olunmuş birgə müayinə zamanı hazırda qoyulmuş giriş qapısının (həyət darvazası) cavabdehin mülkiyyətindən kənarda istifadəsində olan 0,02047 ha torpaq sahəsində yerləşdiyi müəyyən olunmuşdur. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx xxxx 2020-ci il tarixli, **********34 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyindən, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 4090 saylı rəyindən görünür ki, Siyəzən şəhəri, H. Əliyev küçəsindəki 122 saylı evin qarşısında yerləşən və mübahisə predmetini təşkil edən 0,02047 ha torpaq sahəsi DƏDRX tərəfindən Cavabdeh Abdulhəsən oğlunun mülkiyyətinə verilmiş **********00-10301 reyestr nömrəli texniki pasportda zəbt kimi göstərilmişdir və cavabdehin faktiki istifadəsindədir. Mübahisənin predmetini təşkil edən 0,02047 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə məxsusdur. Həmçinin, rəydən görünür ki, Siyəzən şəhəri, H.Əliyev küçəsindəki 122 saylı evin qarşısında yerləşən və Cavabdeh Abdulhəsən oğlunun mülkiyyətindən kənar istifadəsində olan mübahisənin predmetini təşkil edən 0,02047 ha torpaq sahəsi təyinatı üzrə yaşayış məntəqəsi torpaqlarına aiddir. Həmçinin, iş materiallarında olan mötəbər maliyyə sənədlərindən görünür ki, aparılmış tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat, torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 67,20 (altmış yeddi manat 20 qəpik) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin İ, İİ və V hissələrinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Qeyd olunan Qanunun 16-cı maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. İddia tələbinin ilk, yəni cavabdehin ünvan 2 ünvanında yerləşən evinin qarşısındakı bələdiyyə mülkiyyətinə aid 204,7 kv.m torpaq sahəsinin mülkiyyətçiyə geri qaytarılması hissəsinə münasibətdə məhkəmə iclasında toplanmış və tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Siyəzən şəhəri, H. Əliyev küçəsindəki 122 saylı evin qarşısında yerləşən mübahisəli 0,02047 ha torpaq sahəsi iddiaçı bələdiyyənin mülkiyyətində olsa da, bu torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilməklə, hazırda da onun faktiki istifadəsindədir. Belə ki, mübahisəli torpaq sahəsi 1970-ci ildən etibarən əvvəlcə cavabdehin mərhum atası Abdulhəsən Səmədovun, sonra isə onun istifadəsində olmuşdur. Hazırda iddiaçı tərəfindən sökülməsi tələb olunan hasar cavabdehin mərhum atası Abdulhəsən Səmədov tərəfindən 1980-ci il tarixdə inşa etdirilsə də, giriş darvazası cavabdehin özü tərəfindən 2019-cu ilin sentyabr ayında qoyulmuşdur. Bununla belə, mübahisəli torpaq sahəsinin 1970-ci ildən etibarən cavabdeh və onun ailə üzvləri tərəfindən faktiki olaraq istifadə edilməsi, habelə orada müxtəlif növdən olan ağacların əkilməsi, lakin, həmin əraziyə münasibətdə cavabdeh tərəfindən torpaq vergisinin ödənilməməsi işin mübahisəsiz hallarıdır. Lakin, bələdiyyənin mülkiyyəti olan mübahisəli torpaq sahəsinin 1970-ci ildən etibarən cavabdehin və onun ailə üzvlərinin faktiki istifadəsində olması, habelə bu ərazinin onların şəxsi tələbatlarını qarşılamaq üçün istifadə olunması, o cümlədən orada müxtəlif növdən olan ağacların əkilməsi, eləcə də “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 16.3-cü maddəsinin tələbləri baxımından qeyd olunan ərazinin iddiaçı bələdiyyəyə geri qaytarılmasını mümkünsüz edir. Belə olan halda, bu torpaq sahəsinin gələcəkdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada onu istifadə edən cavabdehin mülkiyyətinə verilməsi, eyni zamanda torpaq vergisinə cəlb edilməsi istisna edilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58-ci maddəsinin İ hissəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Bu Məcəllənin 82-ci maddəsinə əsasən torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, təbiətqoruyucu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək; torpaqlarda bu Məcəllədə nəzərdə tutulmuş kompleks mühafizə tədbirlərini həyata keçirmək; torpaq sahəsində tikinti və abadlaşdırma işlərini qüvvədə olan planlaşdırma-memarlıq, tikinti, sanitariya-gigiyena, yanğından mühafizə və müəyyən edilmiş digər tələblərə (normalara, qaydalara, normativlərə) uyğun olaraq həyata keçirmək; torpaq sahəsi ilə bağlı öhdəliklərə, məhdudiyyətlərə, torpaq üzərində qoyulmuş servitutlara əməl etmək; torpaq vergisini və ya icarə haqqını vaxtında ödəmək; başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq; torpaq sahəsində olan mərzləri, təbiət abidələrini, geoloji təzahürləri, geodeziya-istinad məntəqələrini və yerüstü nişanlarını, meteoroloji şəbəkələri və ölçü vasitələrini, habelə meliorasiya və irriqasiya sistemlərini qoruyub saxlamaq; torpağın istifadəsi vəziyyətinə dair müəyyən edilmiş məlumatları müvafiq orqanlara vaxtında vermək; qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin borcudur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında şəhərsalma və tikinti fəaliyyəti sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların təmin edilməsi; təhlükəsizliyin təmin edilməsi; ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsi; şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi; tarixi landşaftın və mədəni irs obyektlərinin qorunması; ictimaiyyətin məlumatlandırılması prinsipləri əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxxxx 2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş, təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydalarının 1.2-ci bəndinə görə bu qaydalar binaların və qurğuların dayanıqlığını, zəlzələyə davamlılığını, uzunömürlülüyünü təmin edən normativ sənədlərin tələblərinin pozulması hallarının; ümumi istifadə sahələrinin, xüsusilə zirzəmilərin təyinatından kənar məqsədlər üçün istifadə olunması və bununla əlaqədar binanın yükgötürənkonstruksiyalarının zəiflədilməsinin, mövcud binalarda artırmaların tikilməsi, eyvanların genişləndirilməsi və yenilərinin quraşdırılması, bünövrələrin, mərtəbəarası örtüklərin, yükdaşıyan divarların, arakəsmələrin sökülməsi, əlavə qapı və pəncərə boşluqlarının açılması hallarının qanunsuz olaraq müvafiq orqan və təşkilatlarla razılaşdırmadan həyata keçirilməsinin qarşısının alınması məqsədini daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə iddia tələbinin ikinci hissəsinə qiymət verərək hesab edir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında Cavabdeh Abdulhəsən oğlu tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsində yenidənqurma işləri aparılmış, habelə bunun üçün müvafiq icra hakimiyyəti orqanlarından razılıq alınmadan həyətə olan əvvəlki giriş qapısının yeri dəyişdirilərək yeni qapı yeri açılmış, o cümlədən giriş qapısı qoyulmuşdur. Bunun da nəticəsində iddiaçının qanunla qorunan hüquq və maraqları pozulmuş, habelə pozulmuş hüquqlarının bərpası üçün məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında Cavabdeh Abdulhəsən oğlu tərəfindən yeri dəyişdirilərək yeni açılmış həyətə giriş qapısı onun hesabına bağlanmaqla, köhnə qapı yeri əvvəlki vəziyyətdə bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-in 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Eyni zamanda, cavabdehdən iş üzrə aparılmış aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pulun 50 %-i, yəni 50 (əlli) manatı X3ndən, qalan 50 %-i, yəni 50 (əlli) manatı isə Cavabdeh Abdulhəsən oğlundan tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə, torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 67,20 (altmış yeddi manat 20 qəpik) manatın 50 %-i, yəni 33,60 (otuz üç manat 60 qəpik) manatı X3ndən, qalan 50 %-i, yəni 33,60 (otuz üç manat 60 qəpik) manatı isə Cavabdeh Abdulhəsən oğlundan tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin "Kapital Bank" X6 1 saylı Xətai filialındakı hesablaşma hesabına keçirilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad edilmişdir. Bu Qanunun 8.1.2-ci maddəsində iddia qiyməti 500 manatdan çox olduqda məhkəməyə verilən iddia ərizələri üzrə 30 manat dövlət rüsumunun ödənilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, X3nin azad edildiyi 10 (on) manat dövlət rüsumunun 50 %-i, yəni 5 (beş) manatı Cavabdeh Abdulhəsən oğlundan tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında Cavabdeh Abdulhəsən oğlu tərəfindən yeri dəyişdirilərək yeni açılmış həyətə giriş qapısı onun hesabına bağlanmaqla, köhnə qapı yeri əvvəlki vəziyyətdə bərpa edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pulun 50 %-i, yəni 50 (əlli) manatıX3ndən, qalan 50 %-i, yəni 50 (əlli) manatı isə Cavabdeh Abdulhəsən oğlundan tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə, torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 67,20 (altmış yeddi manat 20 qəpik) manatın 50 %-i, yəni 33,60 (otuz üç manat 60 qəpik) manatı X3ndən, qalan 50 %-i, yəni 33,60 (otuz üç manat 60 qəpik) manatı isə Cavabdeh Abdulhəsən oğlundan tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMCnin "Kapital Bank" X6 1 saylı Xətai filialındakı (kod-200071, VÖEN(bank) **********, m/h- AZ37NABZ********************; SWİFT AİİBAZ2X, MMC VÖEN: **********, hesab № AZ23AİİB********************) hesablaşma hesabına keçirilsin. İddiaçının ödəməkdən azad edildiyi 10 (on) manat dövlət rüsumunun 50 %-i, yəni 5 (beş) manatı Cavabdeh Abdulhəsən oğlundan tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-47/2020
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-47/2020
09.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver