Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-473/2022 10.10.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, onun vəkilləri Vəkil1 və Vəkil2, cavabdeh, eləcə də digər cavabdeh X6 nümayəndəsi Cavabdeh2, cavabdeh, eləcə də, digər cavabdehlər Cavabdeh5 və Cavabdeh4 nümayəndəsi Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər X7, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 qarşı “payların müəyyən edilməsi və mirasın bölüşdürülməsi” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər X7, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 qarşı “payların müəyyən edilməsi və mirasın bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 dekabr 2020-ci il tarixdə Siyəzən şəhərində ölmüş X9 ilə birgə nikah dövründə əldə etdikləri Xaçmaz rayonunun Nərəcan kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsindən və üzərində yerləşən yaşayış evindən ½ hissədə onun payının müəyyən edilməsi, miras kütləsinə daxil olan Xaçmaz rayonu, Nərəcan kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin və üzərində yerləşən yaşayış evinin ½ hissəsindən, Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 19 nömrəli binanın 11-ci mənzilindən vərəsəlik paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, X5 ilə rəsmi nikaha daxil olmaqla 21 sentyabr 2005-ci il tarixdə evlənmiş, birgə nikahdan övladları olmamışdır. Cavabdehlər X5nun əvvəlki nikahından doğulmuş övladlarıdır. X5 ilə evləndikdən sonra hazırda yaşadığı Xaçmaz rayonu, Nərəcan kəndində 0,12 ha torpaq sahəsini və onun üzərində yerləşən yaşayış evini satın almışlar. Xaçmaz rayon 1 saylı notariat kontorunda təsdiqlənmiş AN-1 nömrəli, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, 10 oktyabr 2012-ci il tarixdə Xaçmaz rayonu, Nərəcan kəndində yerləşən 0,12 ha torpaq sahəsi, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, 10 oktyabr 2012-ci il tarixdə Xaçmaz rayonu, Nərəcan kəndində 0,12 ha torpaq sahəsində yerləşən yaşayış evini X10 almış, həmin əmlak mərum X9nun adına qeydiyyata alınmış və onun adına **********08-10301 saylı çıxarış verilmişdir. Qeyd olunan əmlak birgə nikah dövründə əldə edilmiş əmlak olduğuna görə həmin əmlakda ½ hissə onun payıdır. X9 21 dekabr 2020-ci ildə ölmüşdür və onun vəfatı ilə əmlaka vərəsəlik açılmışdır. Mirasın bölüşdürülməsi ilə əlaqədar qanunda nəzərdə tutulmuş qaydada və müddətdə mirasın açıldığı yer üzrə Siyəzən rayon Dövlət Notariat Ofisinə müraciət etmişdir. Ona ünvanlanmış 23 iyun 2021-ci il tarixli, 314 nömrəli məktubla bildirilir ki, mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduğuna görə məhkəməyə müraciət etmək tövsiyə olunur. Miras əmlak Xaçmaz rayonunun Nərəcan kəndində yerləşən, hazırda yaşadığı yaşayış evinin və evin yerləşdiyi 0,12 ha torpaq sahəsinin ½ hissəsindən, eləcə də, Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 19 nömrəli binanın 11-ci mənzilindən ibarətdir. Qeyd edir ki, uzun müddət X5 ilə Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 19 nömrəli binanın 11-ci mənzilində yaşamışdır. Cavabdehlərə övladları kimi münasibət bəsləmişdir. Onlara təklif etmişdi ki, hazırda yaşadığı Xaçmaz rayonu, Nərəcan kəndində yerləşən mərhum əri Heybətağa Sultanovun adına qeydə alınmış əmlakın ½ hissəsindən imtina etsinlər, o, da mirasın cavabdehlərin istifadəsində olan digər hissəsindən imtina etməklə, mirası bölüşdürsünlər. Lakin cavabdehlər buna razı olmamışlar. Bu səbəbdən mərhumdan qalmış miras əmlaka onun vərəsəlik payı müəyyən edilməlidir. Qeyd edir ki, 07 yanvar 2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, mübahisə mediasiya qaydasında həllini tapmamışdır. İlkin mediasiya sessiyasının keçirilməsi üçün tərəfindən 50 manat məbləğində mediasiya xərci ödənilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, mərhum əri Heybətağa Sultanovla birgə 16 il ərzində Siyəzən şəhərindəki mübahisəli evdə daimi olaraq yaşamış, həmçinin Xaçmaz rayonu, Nərəcan kəndində yerləşən evlərinə də gedib-gəlməklə nəzarət etmiş, beləliklə, hər iki ünvanda, həm Siyəzəndəki, həm də Xaçmazdakı evdə yaşamışlar. 21 dekabr 2021-ci il tarixdə əri Heybətağa Sultanov vəfat etdikdən sonrakı 2-3 ay ərzində Siyəzən şəhərindəki evdə yaşasa da, 10 fevral 2021-ci il tarixdə mərhum ərinin oğlu Cavabdeh5 onu gecə vaxtı sözügedən evdən qovduğu üçün Xaçmaz rayonu, Nərəcan kəndindəki evə getməyə məcbur olmuşdur. Hazırda da Xaçmaz rayonu, Nərəcan kəndindəki mərhum əri ilə birgə nikah dövründə alınmış evdə yaşamaqla, bütün kommunal xərcləri özü ödəyir. Ona görə də mirasın qanunamüvafiq qaydada bölüşdürülməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkilləri Vəkil1 və Vəkil2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Məhkəmə iclasında iştirak edən cavabdeh, eləcə də, digər cavabdehlər Mirqalib və Cavabdeh4ların nümayəndəsi Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, analığı olmuş İddiaçı Siyəzən şəhərindəki sözügedən mənzildə daimi yaşamış, Xaçmaz rayonundakı evə də mərhum atası ilə birgə yay fəslində məhsul vaxtı gedibgəlmişdir. Xaçmaz rayonundakı torpaq sahəsini və evi mərhum atası Heybətağa Sultanov satın almış, Siyəzən şəhərindəki miras kütləsini təşkil edən mənzil isə anasının sağlığında mərhum atasına iş yerindən verilmişdir. Hazırda qardaşı Cavabdeh5 Rusiya Federasiyasında yaşadığı üçün sonuncunun əvəzinə Siyəzən şəhərindəki üç otaqlı mənzilə özü nəzarət etməklə, bu mənzilin açarları da ondadır. Həmçinin, sözügedən mənzildə özü və oğlu hazırda qeydiyyatdadırlar. İddiaçının təklifi ilə, yəni sonuncunun Siyəzən şəhərindəki mübahisəli mənzilə payından imtina etməsi müqabilində onların Xaçmaz rayonundakı mirasdan paylarından imtina etməsinə o və digər bacı-qardaşları razı deyillər. İddiaçıya hər iki yaşayış sahəsində yaşamağa icazə versələr də, İddiaçı əmlakların bölünməsini istəyir. Eyni zamanda, bacı-qardaşlar arasında mirasın bölgüsü ilə bağlı ixtilaf mövcud deyildir. Lakin, hazırda hər bir vərəsə onlara qanunamüvafiq qaydada düşən payını istəyir. Hər vərəsənin payı tanındıqdan sonra cavabdeh olan bacı-qardaşları öz aralarında əmlak bölgüsünü həll edəcəklər. Hesab edir ki, miras əmlakın yarısı iddiaçıya, yarısı övladlarına çatır. İddiaçı Siyəzən şəhərindəki evdən qovulmasını yalan söyləyir. Belə ki, atası Heybətağa Sultanov 2021-ci ilin dekabr ayında vəfat etdikdən sonra, mərhumun dəfnində pandemiya ilə əlaqədar iştirak edə bilməyən qardaşı Cavabdeh5 Rusiya Federasiyasından Siyəzən şəhərindəki mənzilə 2022-ci ilin fevral ayının əvvəllərində gəlmişdir. Bu zaman iddiaçı qardaşı Cavabdeh5 demişdir ki, əri X29 rayonu, Nərəcan kəndindəki evi ona vermişdir. Qardaşı Cavabdeh5 isə iddiaçının bu sözlərindən əsəbiləşərək atasının ruhunu incitməmək üçün İddiaçı avtomobilə mindirərək qida və ev əşyaları ilə birgə Xaçmaz rayonundakı miras kütləsini təşkil edən evə göndərmişdir. Bir müddət Cavabdeh5 Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 11 nömrəli binanın 19-cu mənzilində yaşamışdır. Həmçinin, sonuncunun Azərbaycanda başqa yaşayış yeri olmadığına görə, ölkəyə gələrkən bu mənzildə yaşayır. Mərhum atasının ölümündən sonra digər bacı-qardaşları “qırx” mərasiminədək Siyəzən şəhərindəki mübahisəli mənzilə gəlib-getmişlər. Bu mənzildə Mirqalibdən başqa digər bacı-qardaşları qalmamış, habelə notariusa mirasın qəbulu ilə əlaqədar qanunamüvafiq qaydada müraciət etmişlər. Mərhum atası Heybətağa Sultanovun qardaşı Cavabdeh5 adına vəsiyyətnamə tərtib etməsi həm iddiaçı, həm də digər bacı-qardaşları kimi ona məlum olmuş, bu faktı atası özü onlara bildirmişdir. Hətta vəsiyyətnamə tərtib olunarkən qeydiyyatda olduğu Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 11 nömrəli binanın 19-cu mənzilinə dair hər hansı iddiasının olmaması barədə oğlu ilə birgə notariat kontorunda ərizə də yazmışlar. Odur ki, mirasın qanunamüvafiq qaydada bölünməsini istəyərək, iddianın qismən təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən cavabdeh, eləcə də digər cavabdeh Maxbubaxanum Raşidovanın nümayəndəsi Cavabdeh2 iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı mərhum atası Heybətağa Sultanovla 2005-ci ildən rəsmi nikah qeyd etdirməklə evlənmiş, atası ölən gününədək bir qadın kimi onun qayğısına qalmışdır. Siyəzən şəhərindəki mənzil mərhum anasının sağlığında atasına iş yerindən verilmişdir. Xaçmaz rayonundakı sözügedən ev isə mərhum atasının vəsaiti hesabına alınmışdır. Miras əmlakların vərəsələr arasında qanunamüvafiq qaydada bölünüb verilməsinə etiraz etmir. Xaçmaz rayonundakı evin və torpaq sahəsinin iddiaçının Siyəzən şəhərindəki mənzilə olan payına əvəzləşdirilməsinə gəldikdə isə, onda olan məlumata əsasən, bu əmlakın 40 000 manat dəyərinin yarısının, yəni 20 000 manatın onlara verilməsi şərtilə digər bacı-qardaşları kimi o da razılaşa bilər. Belə ki, mərhum atasının vəsaiti hesabına alınan bu evin dam örtüyü, tameti, pəncərəsi, döşəməsi atası Heybətağa tərəfindən dəyişdirilmişdir. Lakin, qarşı tərəf onların bu təklifinə razı olmadığına görə mirasın qanunamüvafiq qaydada bölünməsini və iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Xaçmaz rayon qeydiyyat şöbəsi tərəfindən 17 fevral 2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, X17 ilə X19 21 sentyabr 2005-ci il tarixdə nikahlarını bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 44 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə Sultanova soyadı verilmişdir. İşdə olan Siyəzən Rayon İcra Hakimiyyəti Başçısı 06 mart 2007-ci il tarixli, 60 nömrəli sərəncamın surətindən görünür ki, Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 19 nömrəli binanın 3 otaqlı, 48,36 kv.m yaşayış sahəsi olan 11 nömrəli mənzildə 1965-ci ildən ailəsi ilə birlikdə yaşayan X13 adına rəsmiləşdirilməsi və mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilib həmin çıxarışın verilməsinin təmin edilməsi müvafiq orqana verilməsi tapşırılmışdır. İşdə olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən 12 may 2011-ci il tarixdə verilmiş MA seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, yaşayış sahəsi 47,2 kv.m, yardımçı sahəsi 29,2 kv.m olmaqla, ümumilikdə 76,4 kv.m sahədən ibarət 3 otaqlı Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 19 nömrəli evin 11-ci mənzili tam mülkiyyət hüququ üzrə X11 adına həmin tarixdə daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 179 nömrəli vərəqində **********34-05101-093005 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Xaçmaz rayonunda xüsusi notarius X21 tərəfindən təsdiqlənmiş, 10 oktyabr 2012-ci il tarixdə 4Ə-1200 reyestr sayı ilə qeydə alınmış həmin tarixli, AN-İ seriyalı, ******* nömrəli və ******* saylı alqı-satqı müqavillərinə əsasən satıcı X15 rayonu Nərəcan kəndində yerləşən 0,12 ha torpaq sahəsini 5500 manata, eləcə də, həmin ünvanda yerləşən yaşayış sahəsi 44 kv.m, yardımçı sahəsi 37,4 kv.m, ümumi sahəsi 81,4 kv.m olan bir mərtəbəli, iki otaqlı fərdi yaşayış evini 5500 manata X1. İşdə olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən 24 mart 2014-cü il tarixdə verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, yaşayış sahəsi 36,7 kv.m, yardımçı sahəsi 35,7 kv.m olmaqla, ümumilikdə 72,4 kv.m sahədən ibarət 2 otaqlı 0,12 ha torpaq sahəsinin üzərində yerləşən Xaçmaz rayonu, Nərəcan kəndindəki ev tam mülkiyyət hüququ üzrə X11 adına həmin tarixdə daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində **********08-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Siyəzən rayon dövlət notariat kontoru tərəfindən 27 aprel 2014-cü il tarixdə, reyestrdə 20-40 nömrə ilə qeydə alınmış vəsiyyətnamənin surətindən görünür ki, X4 şəhəri, T.İsmayılov küçəsindəki 19 nömrəli evin 11-ci mənzilindəki 3 otaqlı mənzilini və Xaçmaz rayonu, Nərəcan kəndindəki 0,12 ha torpaq sahəsindəki fərdi yaşayış evini bütünlüklə oğlu Cavabdeh5 vəsiyyət etmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 06 yanvar 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 119452 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 21 dekabr 2020-ci il kəskin respirator çatmamazlığından vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 11 nömrəli qeyd edilmişdir. İşdə olan Xaçmaz RİHB-nın Nərəcan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 06 yanvar 2022-ci il tarixdə verilmiş 13 nömrəli arayışdan görünür ki, X17 21 dekabr 2020-ci ilədək Xaçmaz rayonunun Nərəcan kəndində yaşamış və 21 dekabr 2020-ci il tarixdə Siyəzən rayonunda vəfat etmişdir. Mərhumun vəfatından sonra ailə üzvləri – arvadı İddiaçı, övladları X12, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh1 qalmışlar. Mərhumun arvadı İddiaçı Xaçmaz rayon Nərəcan kəndində olan fərdi yaşayış evini idarə edir. İşdə olan miras qoyan X11 mübahisə tərəfi olan vərəsələrinin notarial qaydada təsdiq olunmuş ərizələrinin surətlərindən görünür ki, vərəsələrin hər biri mirasın qəbulu ilə əlaqədar mərhumun ölümündən sonrakı 6 ay müddət ərzində aidiyyəti üzrə notariat ofisinə müraciət etmişlər. İşdə olan Siyəzən rayon Dövlət Notariat Ofisinin 23 iyun 2021-ci il tarixli, 314 nömrəli məktubundan görünür ki, mərhum əri X8 miras qalmış əmlakın bölüşdürülməsi ilə əlaqədar digər vərəsələrlə arasında ixtilaflar olduğuna görə İddiaçı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan Siyəzən rayon Dövlət Notariat Ofisinin 04 oktyabr 2022-ci il tarixli, 264 nömrəli məktubundan görünür ki, mərhum ataları X8 miras qalmış əmlakın bölüşdürülməsi ilə əlaqədar digər vərəsə İddiaçı ilə aralarında ixtilaflar olduğuna görə vərəsələr X7, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh1 məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. İşdə olan 20 iyun 2022-ci il tarixli qəbzlərdən görünür ki, iddia tələbinə məhkəmədə baxılması üçün İddiaçı tərəfindən ümumilikdə 150 (bir yüz əlli) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.1-ci maddəsində qeyd olunur ki, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Bu Məcəllənin 36.3-ci maddəsinə görə mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə görə ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-cü maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, X17 ilə X19 21 sentyabr 2005-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş, birgə nikah dövründə, yəni 10 oktyabr 2012-ci il tarixdə X3 Əli Məhəmməd oğlundan Xaçmaz rayonu Nərəcan kəndində yerləşən 0,12 ha torpaq sahəsini 5500 manata, eləcə də, həmin ünvanda yerləşən yaşayış sahəsi 44 kv.m, yardımçı sahəsi 37,4 kv.m, ümumi sahəsi 81,4 kv.m olan bir mərtəbəli, iki otaqlı fərdi yaşayış evini 5500 manata satın almışdır. İddiaçı ilə rəsmi nikahdan əvvəl, yəni 1965-ci ildən ailəsi ilə birlikdə yaşadığı yaşayış sahəsi 47,2 kv.m, yardımçı sahəsi 29,2 kv.m olmaqla, ümumilikdə 76,4 kv.m sahədən ibarət 3 otaqlı Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 19 nömrəli evin 11-ci mənzili tam mülkiyyət hüququ üzrə miras qoyan X11 adına 12 may 2011-ci il tarixdə qeydiyyata alınmışdır. 21 dekabr 2020-ci il tarixdə vəfat edən X11 beş övladı var və mərhum Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 19 nömrəli evin 11-ci mənzilindəki 3 otaqlı mənzilini və Xaçmaz rayonu, Nərəcan kəndindəki 0,12 ha torpaq sahəsindəki fərdi yaşayış evini bütünlüklə oğlu Cavabdeh5 27 aprel 2014-cü il tarixli vəsiyyətnamə ilə vəsiyyət etmişdir. Məhkəmə hesab edir ki, X5nun 10 oktyabr 2012-ci il tarixdə iddiaçı ilə birgə nikah dövründə əvəzli qaydada əldə etdiyi Xaçmaz rayonu, Nərəcan kəndində yerləşən torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə İddiaçı payı müəyyən edilməlidir. Belə olan halda, miras kütləsi Xaçmaz rayonu, Nərəcan kəndində yerləşən torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin ½ hissəsi, həmçinin Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 19 nömrəli evin 11-ci mənzili təşkil edir. Mülki qanunvericilik vərəsəlik hüququnun mahiyyətini, tərkibini və əsaslarını açıqlamaqla qanun və ya vəsiyyət üzrə vərəsəlik münasibətlərini tənzimləyir və vərəsəlik hüququnun yaranması əsaslarına uyğun olaraq, bu hüququn həyata keçirilməsinə təminat verir. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi vərəsəlik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vərəsəlik hüququna əsasən, vərəsələrə ölən şəxsin miras əmlakı keçir. Miras əmlakın tərkibinə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirası qəbul etmiş vərəsə miras qoyanın əmlak hüquqlarını əldə edir və onun vəzifələrinin icraçısı olur. Miras qoyanın vəzifələri dedikdə, onun kreditorlarının mənafelərinin təmin edilməsi başa düşülür. Mülki Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Bu Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Bundan əlavə, məhkəmə iclasında müəyyən edildi ki, vəsiyyət edənin arvadının, uşaqlarının vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Bu mənada qeyd edilməlidir ki, mərhum Heybətağa Sultanovun vəsiyyət üzrə vərəsəsi Cavabdeh5 istisna olmaqla, birinci dərəcədən digər 5 (beş) vərəsənin miras əmlaka məcburi pay almaq hüququ mövcuddur və saxlanılmaqdadır. Belə ki, mülkiyyət hüququ kimi, vəsiyyət etmə və varis olma hüququnun da sosial ədalət baxımından hədləri (sərhədləri) vardır. Vəsiyyət edənin iradəsini (və ya vəsiyyət azadlığını) məhdudlaşdıran Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Deməli, vəsiyyət edən vəsiyyətnamə əsasında bu şəxsləri mirasdan məcburi pay almaq hüququndan məhrum edə bilməz. Mülki Məcəllənin 1193-cü maddəsi məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən etməklə, yəni qanun üzrə vərəsələrdən məhz birinci növbə vərəsələri göstərməklə, qanunverici ailə münasibətlərinin qorunub saxlanması və himayə edilməsi məqsədini güdür. Mirasda məcburi pay – sosial-iqtisadi və əxlaqi yükü (əhəmiyyəti) olan vərəsəlik hüququnun ənənəvi hissəsidir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır. Göründüyü kimi, Mülki Məcəllə ilə şəxsin mülkiyyətinin bir hissəsi üzərində vəsiyyətnamə əsasında sərəncam vermək hüququ, həm də ailə üzvlərinin mirasdan məcburi pay almaq hüququ təmin edilmişdir. Beləliklə, qanunverici vərəsəlik hüququnda sosial ədalət prinsipindən çıxış edərək, dövlətlə fərd arasında münasibətləri, gender əlaqələrini, gənclə ahıl insan, sabit ailə və digər münasibətləri tarazlayaraq hüquq münasibətləri iştirakçısı olan müəyyən kateqoriyalı imtiyazlı şəxslərə (uşaqlar, qadınlar, fiziki qüsurlu insanlar) digərləri ilə nisbətdə bərabər hüquqi imkanlar yaradır. Sosial ədalət prinsipi özlüyündə ayrı-ayrı insanların, sosial qrupların maraqlarının qarşılıqlı güzəştidir, çünki məhz qarşılıqlı güzəşt və hüquq münasibətlərində subyektlərin imkanlarının nisbətən bərabərləşməsi müasir şəraitdə cəmiyyətin idarə edilməsinin mahiyyətini təşkil edir. Məhz buna görə cəmiyyətdə hüququn sosial ədalət funksiyası bütövlükdə ədalət prinsipinin təbiətinə uyğun gəlir. A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 mart 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü təsbit etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Vəsiyyət üzrə vərəsəlik zamanı vəsiyyət etmək azadlığı prinsipindən irəli gələrək miras əmlak miras qoyanın iradəsinə əsasən vəsiyyətnamədə göstərilən şəxslərə keçir. O da nəzərə alınmalıdır ki, vəsiyyət etmək azadlığı mütləq deyil və vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq birinci növbə vərəsələrin məcburi pay tələb etmək hüququ ilə məhdudlaşdırılmışdır. Göründüyü kimi, vərəsəlik institutu ailə və əmlak hüquq normalarının spesifik xüsusiyyətlərini özündə əks etdirir. Bu həmin instituta aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də iradə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında ifadə olunur. Müasir Avropa ölkələrinin əksəriyyətində vərəsəlik hüquq institutunda məcburi pay hüququ ailə münasibətlərini qoruyan vacib sosial təminat kimi qəbul edilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin Marks Belçikaya qarşı iş üzrə 1979-cu il 13 iyun tarixli qərarında göstərilmişdir ki, aliment öhdəlikləri və ya vərəsəlikdə məcburi pay hüququ Konvensiyanın üzvləri olan əksər ölkələrin qanunvericiliyində mövcuddur və əmlaka vərəsəlik hüququ ailə həyatının tərkib hissəsidir. Həmin iş üzrə hakim Pinheiro Farinhan Xüsusi rəyində qeyd etmişdir ki, “ailə münasibətləri ilə bağlı olan insanlar arasında mütləq pay hüququ ailə maraqlarını müdafiə edən, bu münasibətlərdən yaranan mənəvi və sosial xarakterli vəzifələrin formasını göstərir”. Eyni zamanda, qeyd olunmalıdır ki, mərhum Heybətağa Sultanovun məcburi pay almaq hüququ olan övladları – Maxbubaxanum, Dürdanə, Ağamir və Mətanət mirasın qəbul edilməsindən imtina olunması üçün qanunvericiliklə müəyyənləşdirilmiş vaxt ərzində mirasın, o cümlədən məcburi payın qəbulundan bu və ya digər formada imtina etməmişlər. Habelə, vərəsə Cavabdeh1 Siyəzən şəhərindəki miras əmlaka atasının vəfatından sonra hal-hazıradək özü nəzarət edir. Digər adları qeyd olunan vərəsələrin də miras əmlakda pay hüququnu əldə etməkdə maraqlı olmaları, o cümlədən onların 6 ay ərzində notariat ofisinə mirasın qəbul edilməsi barədə ərizə vermələri və mirasın qəbulu ilə bağlı mübahisənin olmaması işin mübahisələndirilməyən hallarındandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1202-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Bu Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Sözügedən Məcəllənin 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, X2 miras qalmış Xaçmaz rayonu, Nərəcan kəndində yerləşən torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin 13/24 hissəsinə İddiaçı, 7/24 hissəsinə vəsiyyət üzrə vərəsə Cavabdeh5, 1/24 hissədə X6, 1/24 hissədə Cavabdeh2, 1/24 hissədə Cavabdeh1 və 1/24 hissədə Cavabdeh4 payı müəyyən edilməli, X2 miras qalmış Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 19 nömrəli evin 11-ci mənzilinə vəsiyyət üzrə vərəsə Cavabdeh5 oğunun 7/12 hissədə, İddiaçı 1/12 hissədə, X6 1/12 hissədə, Cavabdeh2 1/12 hissədə, Cavabdeh1 1/12 hissədə və Cavabdeh4 1/12 hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia üzrə ödənilmiş dövlət rüsumunun tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı iddiaçı tərəfindən cavabdehlərdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. X2 miras qalmış Xaçmaz rayonu, Nərəcan kəndində yerləşən torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin 13/24 hissəsinə İddiaçı, 7/24 hissəsinə vəsiyyət üzrə vərəsə Cavabdeh5, 1/24 hissədə X6, 1/24 hissədə Cavabdeh2, 1/24 hissədə Cavabdeh1 və 1/24 hissədə Cavabdeh4 payı müəyyən edilsin. X2 miras qalmış Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 19 nömrəli binanın 11-ci mənzilinə vəsiyyət üzrə vərəsə Cavabdeh5 oğunun 7/12 hissədə, İddiaçı 1/12 hissədə, X6 1/12 hissədə, Cavabdeh2 1/12 hissədə, Cavabdeh1 1/12 hissədə və Cavabdeh4 1/12 hissədə payı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 150 (bir yüz əlli) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-473/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-473/2022
10.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver