Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-477/2021 06.10.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ərizəçi, eləcə də digər ərizəçilərin nümayəndəsi Ərizəçi1 iştirakı ilə Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair 03 may 2006-cı il tarixli, JN seriyalı 1065A nömrəli, 30501004 kodlu şəhadətnamədə, torpağın paylı mülkiyyətçisi kimi qeyd edilən 2-ci sətirdə “Nəzirə” adının “Məhruzə”, “Əkbər” ata adının “Ənbək” kimi, 3-cü sətirdə “Babayeva” soyadının “Əkbərova”, “Əkbər” ata adının “Əlişir” kimi, 4-cü sətirdə “Babayeva” soyadının “Müslümova”, “Cürət” adının “Mehriban”, “Əkbər” ata adının “Əlişir” kimi olması (oxunması) faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi, eləcə də digər ərizəçilərin nümayəndəsi Ərizəçi1 ərizəni müdafiə edərək izahatında bildirdi ki, Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 nömrəli sərəncamı ilə 0,04 ha torpaq sahəsi onun, eləcə də ailə üzvləri olan (qızları) digər ərizəçilərin mülkiyyətinə verilmiş və müvafiq olaraq torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 1065A nömrəli, 30501004 kodlu şəhadətnamə tərtib edilsə də, bu şəhadətnamənin ona aid hissəsində adı, ata adı, qızlarına aid hissədə isə sonuncuların soyadı, adı, ata adı yanlış qeyd edilmişdir. Belə ki, onun adı “Məhruzə” əvəzinə yanlışlıqla “Nəzirə” ata adı “Ənbək” əvəzinə yanlışlıqla “Əkbər”, qızı Ərizəçi2 soyadı və ata adı yanlışlıqla “Babayeva”, “Əkbər”, digər qızı Ərizəçi3 isə soyadı, adı və ata adı yanlışlıqla “X26” qızı kimi qeyd edilmiş, bununla da, torpağın mülkiyyətə verilməsinə dair müvafiq şəhadətnamədə yanlışlığa yol verilmişdir. Qeyd olunan mexaniki yanlışlığa görə onun, digər ailə üzvləri ilə ümumi birgə mülkiyyətində olan və ona çatan torpaq sahəsi üzərində mülkiyyət hüququnu Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-də qeydiyyatdan keçirə bilmir və bununla da mülkiyyət hüquqları məhdudlaşmışdır. Bu yanlışlığın düzəldilməsi üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etsə də, müraciətinə müsbət cavab verilməmişdir. Bununla da, hazırda onlara çatan torpaq payı üzərində mülkiyyət hüquqlarının təsdiqi üçün soyad, ad, ata adlarında olan yanlışlığın düzəldilməsi və torpağın mülkiyyət verilməsinə dair şəhadətnamədə qeyd edilən şəxslərin Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İdarə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və təmin etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəçi, eləcə də digər ərizəçilərin nümayəndəsi Ərizəçi1 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, Bakı şəhərinin keçmiş Oktyabr rayon VVAQ bürosu tərəfindən 02 dekabr 1968-ci il tarixdə verilmiş АЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X7, anası X8 olan X9 xx xxxxxx 1968-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. İşdə olan Siyəzən şəhər soveti tərəfindən 16 aprel 1991-ci il tarixdə verilmiş V-ЖГ seriyalı, 400098 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X9 16 aprel 1991-ci il tarixdə nikahlarını bağlamış və bu barədə həmin gün nikahın bağlanması haqqında akt qeydləri kitabında 34 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Babayeva” soyadı verilmişdir. İşdə olan Siyəzən VVAQ şöbəsi tərəfindən 09 iyun 1993-cü il tarixdə verilmiş XVİİ- ЖГ seriyalı, 342230 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X3, anası Ərizəçi1 olan X12 xx xxx 1993-cü il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 18 sentyabr 2015-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 024207 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X12 18 sentyabr 2015-ci il tarixdə nikahlarını bağlamış və bu barədə həmin gün nikahın bağlanması haqqında akt qeydləri kitabında 118 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Əkbərova” soyadı verilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 23 fevral 2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 597232 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X3, anası Ərizəçi1 olan X4 xx xxxxxxx 1994-cü il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 27 mart 2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 840956 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X4 27 mart 2013-cü il tarixdə nikahlarını bağlamış və bu barədə həmin gün nikahın bağlanması haqqında akt qeydləri kitabında 434 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Müslümova” soyadı verilmişdir. İşdə olan torpağa mülkiyyət hüququna dair JN seriyalı 1065A nömrəli, 30501004 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 nömrəli sərəncamı ilə 0,04 ha torpaq sahəsi Siyəzən şəhər sakinləri X1 və onun ailə üzvləri X6, X10, X11 və qeyrilərinin mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 17 mart 2021-ci il tarixli məktubundan görünür ki, X2 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan 16 iyul 2021-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi1 məhkəməyə müraciət edərkən 10 (on) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi, ərizəçinin ailə üzvlərinə məxsus olan bütün sənədlərdə soyadı, adı və ata adları düzgün qeyd edilmişdir. Lakin, torpağa mülkiyyət hüququna dair 03 may 2006-cı il tarixli, JN seriyalı 1065A nömrəli, 30501004 kodlu şəhadətnamədə torpağın mülkiyyətçisinin ailə üzvləri kimi qeyd edilməli olan Ərizəçi1 əvəzinə yanlış olaraq X14, Babayeva (Əkbərova) Könül Əlişir qızı əvəzinə yanlış olaraq X16, Babayeva (Müslümova) Mehriban Əlişir qızı əvəzinə yanlış olaraq X17 qeyd edilmiş, nəticədə, bu hal ərizəçilərin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçilərin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə qismən əsaslı olduğuna görə qismən təmin edilməli, torpağın mülkiyyətə verilməsinə dair 03 may 2006-cı il tarixli, JN seriyalı 1065A nömrəli, 30501004 kodlu şəhadətnamədə torpağın mülkiyyətçisi kimi 2-ci sırada qeyd edilən X6 adının “Məhruzə”, atasının adının “Ənbək”, həmin şəhadətnamədə 3-cü sırada qeyd edilən X10 atasının adının “Əlişir”, 4-cü sırada qeyd edilən X11 adının “Mehriban”, atasının adının “Əlişir” olması faktı müəyyən edilməlidir. Həmçinin, məhkəmə ərizənin qalan, yəni torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi2 və Ərizəçi3 soyadlarındakı yanlışlığın olması hissəsinə münasibətdə qeyd edir ki, torpağın mülkiyyətə verilməsinə dair 03 may 2006-cı il tarixli şəhadətnamə tərtib edilərkən ərizəçilər Ərizəçi2 və Ərizəçi3 atalarının, yəni qızlıq “Babayeva” soyadlarında olduqlarından, həmçinin həmin vaxt yetkinlik yaşına çatmayan olmaqla, nikah münasibətlərinə daxil olmadıqlarından ərizənin bu hissəsi əsaslı hesab edilməməli və təmin edilməməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə qismən təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair 03 may 2006-cı il tarixli, JN seriyalı 1065A nömrəli, 30501004 kodlu şəhadətnamədə torpağın mülkiyyətçisi kimi 2-ci sırada qeyd edilən X6 adının “Məhruzə”, atasının adının “Ənbək”, həmin şəhadətnamədə 3-cü sırada qeyd edilən X10 atasının adının “Əlişir”, 4-cü sırada qeyd edilən X11 adının “Mehriban”, atasının adının “Əlişir” olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu Ərizəçi1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-477/2021
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-477/2021
06.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver